10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

bitdi“Xəzər Lənkəran” Premyer Liqanın sonuncu turu çərçivəsində, mayın 20-də səfərdə “Rəvan”la qarşılaşdı.

“Bayıl Arena” stadionunda keçirilən oyunu aşağıdakı heyətdə hakimlər briqadası idarə edirdi: Ramil Diniyev. Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov. Görüş CBC sport kanalında canl yayımlanırdı.
“Xəzər Lənkəran”ın start heyəti belə idi:
1. Orxan Sadıqlı
4. Ruslan Cəfərov
6. Asif Mirili
7. Orxan Səfiyaroğlu
8. Vüqar Bəybalayev
9. Bayram Budaqov
10. Tural Qürbətov
16. İbrahim Qədirzadə
17. Vaquf Güləliyev
18. Tural Cəlilov (k)
32. Zaman Mirzəzadə

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
35. Elfad Baləhmədov
41. Hüseyn Xəlilzadə
66. Kənan Həsənov
86. Xaqani Sadıqov
99. Mahsun Qəmbərli

Baş məşqçi: Ağadadaş Həmidov
Oyunun əvvəlində “Rəvan”ın qapıçısı açıq aşkar səhvə yol verdi ki, bu səhvdən istifadə edən Bayram Budaqov topu qapıya göndərdi. Beləliklə də “Xəzər Lənkəran” hesabı açdı 0:1. Ardıyca 10-15-dəqiqə ərzində meydanda açıq və maraqlı oyun davam etdisə sonradan fasiləyə qədərki dəqiqələr sönük keçdi. İkinci 45-dəqiqənin əvvəlində isə meydan sahiblərinin təhlükəli hücumunun sonunda top əvvəlcə qapı tirinə sonra da qapı xəttinin üstündə (topun əsas hissəsinin xətti içəri keçərək) yerə dəyib kənara sıçradı. Yan xətt hakimi gecikdiyindən epizodu görə bilmədi və nəticədə də baş hakim oyunu davam etdi. Məğlubiyyətdən yaxa qurtarmaq istəyində olan “Rəvan” komandasının ardıcıl hücumları isə davam edirdi. Lakin gözlənilməz bir hücumun sonunda hər şey dəyişdi. Belə ki,nadir hücumlarımızın birində rəqibin müdafiəsi qəribə səhvə yol verdi və nəticədə də İbrahim Qədirzadə hesab arasındakı fərqi artırdı 0:2. Sonrakı dəqiqələrdə “Rəvan”ın hücum cəhdləri daha aktiv fazaya keçib aqressivləşirdi. Bir neçə hücum cəhdinin ardından qapımıza qol vuruldu 1:2. Az sonra baş hakimin növbəti səhvi qeydə alındı. Bu dəfə Ramil Diniyev “Xəzər Lənkəran”ın qapısına penalti təyin etdi. Halbuki epizodda penaltidən söhbət belə gedə bilməzdi. Belə anlamaq olard ki, baş hakim ilk səhvini sığortalamaq üçün belə etmişdi (təbii ki, əgər ilk epziodda top xətti həqiqətən də keçmişdisə). “Rəvan” penaltidən qol vuraraq hesabı bərabərləşdirdi 2:2. Bundan sonra aləm qarışdı. “Xəzər Lənkəran” komandası meydanı tərk etdi. Məşqçilər korpusu futbolçuları kənara çağırdı, qısa müddət davam edən mübahisə və müzakirələrdən sonra “Xəzər Lənkəran” yenidən meydana qayıdıb görüşə davam etdi. Oyun başlayandan sonra hər iki komandanın üzvlərinin nə qədər gərginlikdə olduğu aşkar görünürdü və buna səbəb də penaltinin yanlış təyin olunması idi.


Yeri gəlmişkən həmin o penalti epizodu demək olar ki, AFFA və PFL-in “Xəzər Lənkəran”a münasibətinin hazırki nümunəsi sayıla bilər. Yəqin ki, futbol qurumları “Xəzər Lənkəran”a məhz bu yolla “ÇIX GET DƏ” demiş oldular.
Qarşılaşmanın əsas vaxtına əlavə edilən 5-dəqiqə ərzində hesab dəyişmədi. Bu isə o demək idi ki, “Xəzər Lənkəran” tunir cədvəlinin sonuncu pilləsinə düşərək Premyer Liqanı tərk edir.

Rəvan  Xəzər Lənkəran 2:2

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz + = 17