9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

statistika-yeni “Xəzər Lənkəran” Premyer Liqanın XXIV turu çərçivəsində fevral ayının 28-də doğma meydanda “Bakı” klubunu qəbul edəcək.

Bu oyun komandamızın paytaxt təmsilçisi ilə ümumilikdə 40-cı görüşü olacaq. Cütlüyün indiyə qədər keçirilmiş oyunlarının statistikasında qeydə alınan nəticələrə görə paytaxt təmsilçisi öndədir. Beləki, “Xəzər Lənkəran” komandası “Bakı” klubu ilə ümumilikdə 39-dəfə görüşüb ki, onların 11-da qələbə qazanmış, 14-də heç-heçə etmiş  və 14-də  məğlub olmuşdur. Qapılara vurulan toplarda isə üstünlüyümüz az da olsa vardır. Ümumi top hesabı:“Xəzər Lənkəran” – “Bakı” – 41:38

Kubok oyunlarında:

 “Xəzər Lənkəran” komandası “Bakı” klubu ilə ölkə kuboku yarışmasında indiyə qədər 9-dəfə qarşılaşıb ki, bu oyunların 3-də qalib gəlib, 5-də məğlub olub və yalnız bir matçın əsas vaxtında heç-heçə qeydə alınıb. Kubok oyunlarında “Xəzər Lənkəran” paytaxt təmsilçisinin qapısına 9-top keçirərək, öz qapısından da 9-top buraxıb. Yeri gəlmişkən 2009/10 mövsümündə kubok yarışmasının finalında  “Xəzər Lənkəran”la qarşılaşan “Bakı” Fair-Play qaydalarına tüpürərək  qələbə qazanmış və kuboku başı üzərinə qaldırmışdı. Avroliqaya vəsiqə qazanan “zolaqlılar”  turnirin ilk təsnifat mərhələsinin hər iki oyununda 2:1 hesabı ilə qalib gəlsələr də heyətində cəzalı futbolçu oynatdığı üçün UEFA-dan texniki məğlubiyyət alıb kor-peşman Bakıya qayıtmışdı ki, bu da sonradan futbol ictimaiyyəti tərəfindən Fair-Play qaydalarına tüpürməyin cəzası kimi qiymətləndiilmişdi.

Çempionat oyunlarında:

Ölkə çempionatlarında  “Xəzər Lənkəran” və “Bakı” komandaları 30-dəfə qarşılaşıblar. “Ağ-yaşıllar”  bu matçların 8-dən qalib ayrılıb, 9-dəfə məğlub olub. 13-çempionat oyununda qalib müəyyən olunmayıb. Çempionat oyunlarında komandamız rəqibin qapısına 32-dəfə yola tapa bilmişdir. “Bakı” komandası da öz növbəsində qapımızdan  29-top keçirmişdir.

 Bütün oyunların ümumi statistikası:

 

 2004/05 mövsümü, çempionat

“Bakı” – “Xəzər Lənkəran” – 2:0

 “Xəzər Lənkəran” – “Bakı” – 2:0

 

 2005/06 mövsümü, çempionat

Xəzər Lənkəran” – “Bakı” – 0:1

 “Bakı” – “Xəzər Lənkəran” -1:1

 

 2006/07 mövsümü, çempionat

 “Xəzər Lənkəran” – “Bakı”-1:0

 “Bakı” – “Xəzər Lənkəran” – 0:0

 

 2006/07 mövsümü, ölkə kuboku, 4/1 final mərhələsi

 “Bakı” – “Xəzər Lənkəran” – 0:2

“Xəzər Lənkəran” – “Bakı” – 0:1

 

 2007/08 mövsümü, çempionat

 “Bakı” – “Xəzər Lənkəran” – 2:2

 “Xəzər Lənkəran” – “Bakı” – 0:0

 

 2008/09 mövsümü, çempionat

 “Bakı” – “Xəzər Lənkəran” – 0:0

“Xəzər Lənkəran” – “Bakı” – 3:0

 

 2008/09 mövsümü, ölkə kuboku, 4/1 final mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 0:1

  “Bakı” – “Xəzər Lənkəran” – 2:2

 

 2009/10 mövsümü , çempionat – təsnifat mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 1:1

 “Bakı” – “Xəzər Lənkəran” – 0:3

 

 2009/10 mövsümü , çempionat – final mərhələsi

 “Bakı” – “Xəzər Lənkəran” – 1:0

“Xəzər Lənkəran” – “Bakı” – 0:1

 

 2009/10 mövsümü, ölkə kubokunun finalı

 “Bakı” – “Xəzər Lənkəran” – 2:1  (Fair-Play)

 

  2010/11 mövsümü, çempionat -təsnifat mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 1:1

 “Bakı” – “Xəzər Lənkəran” – 1:1

 

2010/11mövsümü , çempionat- final mərhələsi

“Bakı” – “Xəzər Lənkəran” – 0 : 0

 “Xəzər Lənkəran” – “Bakı” – 2 : 0

 

 2010/11 mövsümü, Azərbaycan kuboku, yarımfinal mərhələsi

 “Xəzər Lənkəran” – “Bakı” – 1 : 0

“Bakı” – “Xəzər Lənkəran” – 2 : 1

 

 2011/12 mövsümü , çempionat – təsnifat mərhələsi

 “Bakı” – “Xəzər Lənkəran” – 2 : 2

  “Xəzər Lənkəran” – “Bakı” – 3 : 0

 

  2011/12 mövsümü , çempionat -final mərhələsi

  “Xəzər Lənkəran” – “Bakı” – 0 : 1

 “Bakı” – “Xəzər Lənkəran” – 4 : 1

 

 2012/13 mövsümü, çempionat – təsnifat mərhələsi.

 “Bakı” – “Xəzər Lənkəran” – 2 : 0

 “Xəzər Lənkəran” – “Bakı” – 1 : 1

 

 2012/13 mövsümü, Azərbaycan kuboku yarımfinal mərhələsi

“Bakı” – “Xəzər Lənkəran” – 1 : 0

“Xəzər Lənkəran” – “Bakı” – 2 : 0

 

2013/14 mövsümü,I dövrə

“Xəzər Lənkəran” – “Bakı” 2 : 1

 

2013/14 mövsümü, II dövrə

“Bakı” – “Xəzər Lənkəran” – 3 : 0

 

 2013/14 mövsümü, III dövrə

“Xəzər Lənkəran” – “Bakı” 0 : 2

 

2013/14 mövsümü, IV dövrə

“Bakı” – “Xəzər Lənkəran” – 2 : 2

 2014/15 mövsümü, I dövrə

“Xəzər Lənkəran” – “Bakı” 4 : 0

 

 2014/15 mövsümü, II dövrə

“Bakı” – “Xəzər Lənkəran” – 0 : 0

 

2014/15 mövsümü, III dövrə

“Xəzər Lənkəran” – “Bakı” ? : ?

 

 SƏHİFƏNİ HAZIRLADI: NƏBİOĞLU

 

8 Şərh

  1. Bu oyun esil Xezerin seviyyesini gosterecek…Eger en pis gunlerini yasayan acindan gunorta duran Bakiya uduzsaq ve berabere qalsaq,demeli bu heyetden umud dolusu danismagin hec yeri yoxdu…yalandan ozumuzu niye aldadaq…2-ci dovre basdiyandan oynadigimiz butun klublar yari konsantrasyonla bir ayaqla bizi cox asanliqla uddular…..En azindan baki var gucyle oynayacaq ele bizde…baxaq biz 1/3 gen kamandamiz daha gucludu yoxsa acindan olen U19-21 FC Baki?

  2. 555 FORD says:

    NİYƏ MƏŞQ MEYDANÇASI QARDAN TƏMİZLƏNİB KOMANDANIN İSTİFADƏSİNƏ VERİLMİR . GÖRƏSƏN BAŞ MƏŞQÇİ TOŞAK VƏ YA DƏNİZLİ OLSAYDI BU İŞƏ CAVABDEH ŞƏXSLƏR BELƏ MƏSULİYYƏTSİZLİK EDƏ BİLƏRDİLƏR .3 GÜN İSTİRAHƏT ETDİLƏR 2 GÜN BELƏ GETDİ ANCAQ BAŞ MƏŞQÇİMİZ DEYİR Kİ SƏHVLƏRİN ÜSTÜNDƏ İŞLƏMƏLİYİK . YAXŞI BƏS NƏ VAXT LƏNKƏRANDA BAKI FK – ya MƏGLUB OLANDAN SONRA . HÖRMƏTLİ ELBURUS MƏMMƏDOV SİZİN OYUNÇULAR QAPIYA ZƏRBƏ VURMAGA QORXUR . HƏRÇƏND ONLAR BU ZƏRBƏLƏRİ ƏVƏZEDİCİLƏRİN CEMPİONATINDA YAXŞI YERİNƏ YETİRİRDİLƏR . GÖRƏSƏN NƏ BAŞ VERİR ? SİZ GECƏ GÜNDÜZ MƏŞQLƏR KEÇİRİB ÖZÜNÜZÜ VƏ SİZƏ GÖSTƏRİLƏN ETİMADI DÖGRULTMAQDANSA , QƏBƏLƏDƏ İLK HİSSƏNİ QALİB BİTİRDİYİNİZ HALDA TAKTİKA SƏHVLƏRİNİZİN NƏTİCƏSİNDƏ KOMANDANİZ 3 – 1 MIGLUB OLUR VƏ ÜSTƏLİK 3 GÜNLÜK İSTİRAHƏT EDİRSİNİZ , DAVAMINDA İSƏ MƏŞQ ETMƏK ÜÇÜN MEYDANÇA HAZIR DEYİL . OGUZ ÇƏTİNİN YERİ MƏLUM !
    GÖRƏSƏN BİZ YAXŞININ QƏDRİNİ NƏ VAXT BİLƏCƏYİK ?
    ***
    Yəni deyirsiz Oğuz Çetin olsaydı stadionun hər iki meydançası qardan təmizlənərdi?

    • 555 FORD says:

      HESAB EDİRƏM Kİ , ELBURUS MƏMMƏDOV BAŞ MƏŞQÇİ KİMİ LAZIMI SƏVİYYƏDƏ TƏLƏBKARLIQ ETMİR .NƏ OLSUN Kİ , ONA MAY AYINA QƏDƏR VAXT VERİLİB , HEÇ KƏSLƏ ÜZ GÖZ OLMAQ DEYƏSƏN İSTƏMİR ONA GÖRƏ TƏLƏBKARLIGI AŞAGI SƏVİYYƏDƏDİR , ŞƏXSƏN MƏN BU FÜRSƏTDƏN İSTİFADƏ EDİB KOMANDAMIZIN BAŞ MƏŞQCİLİK POSTUNDAN DAHA MÖHKƏM YAPIŞARDIM SÖZSÜZ Kİ , ÖZÜMÜ DOGRULTMAQLA .
      ***
      Bu arada qeyd edim ki, baxmayaraq stadionun meydançaları qardan təmizlənib, amma ot örtüyünün vəziyyətinin yaxşı səviyyədə qalası xatirinə komanda başqa yerdə məşq edib.http://az.12cioyuncu.info/x%C9%99z%C9%99r-l%C9%99nk%C9%99ranin-iki-m%C9%99sqi-skarlanin-f%C9%99rdi-calismasi/

      • 555 FORD says:

        ALLAH HAMIYA KÖMƏK OLSUN . BU AGIR MƏGLUBİYYƏTLƏRLƏ DOLU ÇƏTİN GÜNLƏRİ YAŞAMAQ ÇOX ACINACAQLIDIR .

  3. Salam Admin bəy. Statistik məlumatlara görə Hüseyn müəllimə təşəkkür.
    Fərhad bəyin yazdığı şərhə rəğmən onu əlavə edə bilərəm ki, “Xəzər Lənkəran”ın yenidən ölkə futboluna qayıdışından sonra az-çox inkişaf edən, peşəkar klub olmaq yolu tutan komandaların əksəriyyəti hazırda müxtəlif səbəblərdən geriyə doğru kurs götürüb. Bu səbəbdən də ölkə primyer liqası artıq həvəskar liqa səviyyəsinə enib. Ölkə futbolunda rəqabət, qalib gəlmək intriqası “Xəzər Lənkəran”ın sayəsində necə yüksəlmişdisə, elə “Xəzər Lənkəran”ın sayəsində də enişdədir.
    ***
    Salam Qabil bəy. Şərhlərinizi diqqətlə oxuyub deyə bilərəm ki, istər Fərhad bəyin istərsə də sizin də şərhlərinizdə böyük həqiqətlər qeyd edilib. Kaş bunu anlamalı olanlar anlayaydılar.

  4. Xahiş edirəm sonuncu şərhimi bugünki yazılarınızın birində yerləşdirəsiniz, çünki onun yeri bura deyil. Təşəkkür.
    ***
    Şərhniz lap yerindədir məncə. Əsas odur ki, bu statistik yazı saytda sonuncudur və hələlik də sonuncu olaraq qalır.

  5. Turun yekunları üzrə futbol mütəxəssisləri və jurnalstləri həftənin bazar ertəsi telekanallarda 3 tur ərzində, kimi səmimiyyətlə, kimi komandaya acıyaraq, bacardıqları qədər rəhbərliyin düzgün yolda olmağından, komandanın perspektivliyindən, digər komandaların da onlardan nümunə götürməsindən, az qala bu taktikanın gələcəkdə Azərbaycan futboluna böyük təkan verəcəyindən danışırdılar. Nəhayət, komandanın dalbadal 4-cü məğlubiyyətinə davam gətirməyən bu mütəxəssis və jurnalstlər verdiyi qiymətlərin hadisələrə uyğun gəlmədiyini və perspektivsizliyini nəzərə alıb, bəziləri yavaş-yavaş komanda haqqında, ümumiyyətlə, susmağa üstünlük verdilər. Guya ki, bu mütəxəssislər bilmirdilər ki, göstərilən hər hansı bir təşəbbüs çox ciddi cəzalandırılır. Guya ki, bilmirdilər dünyanın heç bir yerində belə eksperimentlərə yol vermirlər, hətta Avropanın qabaqcıl futbol ölkələri heyyətin yarıdan çoxunu gəncləşdirmək adıyla belə avantyuraya getmirlər, qaldı ki, futbolda elə də böyük uğura malik olmayan Azərbaycan olsun. Çox gözəl səslənən “gəncləşdirmə” siyasəti, əslinə qalsa, heç gəncləşdirmə də deyil, daha doğrusu kasıbçılıq üzündən “əvəzediciləşdirmə”dir. Amma, dünənki “İdmanTV”-də “Premyer liqa” o birilərindən fərqli olaraq, tunnelin sonunda işıq varmış kimi, komandanın gələcəyi haqqında bir qədər başqa fikirlər bildirməyə çalışdılar, yəni ki, klub gələn mövsüm üçün yenidən güclü komanda yaradacaq və daha iddialı olacaq. Düzdü, mənbəyə istinad etməsələr də, söhbətin ciddi olduğunu bildirdilər. Nə olsun ki, biz də inanırıq, yeməkdən ümüd yaxşıdır. Amma bir əmması var, biz bu dərsi artıq keçmişik, klass komanda yaratmaq üçün ən azı 3-4 il lazımdı, biz isə artıq əmioğlu Rednik getdikdən sonra 3 ildir ki, arzularla yaşayırıq.

  6. Premyer-liqa komandalarının əlinə yaxşı fürsət düşüb – “Xəzər Lənkəran”la şəxsi oyunlarının statistikasını öz xeyirlərinə dəyişmək… Məni qınamayın, çünki danışmağa başqa mözu yoxdur.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd − = 0