7 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 

reqemlerBu yazı Mirça Rednikin “Xəzər Lənkəran”dan istefaya göndərilərək Lənkəranı tərk etməsindən 10-gün sonra, yəni 15.12.2011 tarixində qələmə alınmş və saytda yayımlanmışdı. Bu həmin ərəfə idi ki, klub rəhbərliyinin qərarını müzakirə edib əksini düşündüyümüzə görə bəzi fan klublar bizi “Xəzər Lənkəran”a düşmən kimi qəbul edir,bəzi fan klublar ümumiyyətlə məsələyə loyal yanaşır, rəhbərlik isə bizim stadiona buraxılmayacağımızı bildirmişdi. Klub rəhbərliyinə yaxın azrkeşlər Rednikin getməsinin “məsləhət” olmasını dilə gətirir, bizi qınayırdılar. Əksər azarkeşlərimiz isə hələ hadisələrdən tam məlumatlı ola biləmədikləri üçün və ya vəziyyətlə bağlı  konkret mövqe bildirməkdə çətinlik çəkdikləri üçün biz və “Bosman” fan klubu,digər azsaylı həmikirlərimizlə birgə camiədə təklənmək təhlükəsi ilə üz-üzə qalmışdıq. Bütün bunlara baxmayaraq biz sözümüzü deyirdik. Sonrakı illərdə bizim haqlı olduğumuz aşkarlandı. Azarkeşlərin əksəriyyəti kimin kim olduğunu anladı. Lakin indinin özündə də əgər kimsə deyirsə ki, güya klub rəhbərliyinin istəyinə uyğun olaraq biz Mirça Rednikin komandaya yenidən gətirilməsini tələb edirik, deməli belə deyənlərin sadəcə vicdanı yoxdur. Çünki bu kökündən əsassız yanaşmadır. Axı bizim mövqeyimizi əvvəldən hamı bilirdi; biz heç vaxt fikirlərimizi dəyişmir və gündə bir istəklə çıxış etmirik, həqiqəti olduğu kimi deməkdən də çəkinmirik. Beləcə biz sözün düzünü deyib “pis” olmağa üstünlük verir, susaraq “yaxşı” olmağı heç vaxt düşünmürük. 

Beləliklə, 15.12.2011 tarixində saytımızda dərc olunmuş və o vaxtlar mediada çox böyük rezonans yaratmış, klub rəhbərliyinin isə kəskin reaksiyası ilə üzləşmiş Ərköyün fikirlər. Tam məxfi. Yalnız bir nüsxədə. (I hissə)başlıqlı  yazını təkrarən təqdim edirik:

*****

Salam, sizdə mənim üçün iş olmaz,? Qabaqcadan deyim ki, “yox” sözündən heç xoşlanmıram, Bəlkə, bir az da fikirləşəsiniz? Necə, fikirləşməyə vaxtınız yoxdur?  Bəlkə, sizə elə işlərdən danışım ki, yuxunuz qaçsın,o zaman işləməyə də vaxtınız çatar, fikirləşməyə də…Axı mən işləmək istəyirəm. Bəlkə sizə “Xəzər Lənkəran”dan danışım. Futboldan anlayışınız yoxdur? Allah saxlamış bu ölkədə futbol qurumlarına rəhbərlik edənlərin futbolu idarə edənlərin hansı birinin futbol anlayışı varki…Yox bu tam ayrı söhbətdir. İnanın dünya yaranandan bəri yazılmış bütün kitabları arasınız da belə əhvalata rast gələ bilməzsiniz. Olar ki, “siz”dən “sən”ə keçək? Anlamadız?Necə deyim,hm. Elə sözlər olur ki, onları cəmləyəndə, məsələn, “sən”in dilinlə desəm optovoy olur,ancaq tək-tək qiyməti yaxşı olur da…Bax artıq alındı…Yaxşı hardan başlayaq? Aşağıdan başlayaq yoxsa yuxarıdan, necə, zilə çıxmayım? İnan ki, lap ürəyimdən oldu, onsuz da zilə səsim çatmırdı. Kimdir Rövnəq Abdullayevə sataşan, başım bədənimə ağırlıq etmir ki… “Oktava”? Ay qardaş, mən sənin üçün “ariya” oxumaq fikrində deyiləm ki, musiqi terminləri ilə danışırsan. Hə, başa düşdüm, olur da həyatdır. Heç üzülmə, danışanda fikrini elə yayındıracağam ki, uğurusuz “MUZIKANT” olmağını da unudacaqsan. Qulaq as, Azərbaycan futbolu o qədər qarışıq həm də o qədər sadədir və elə o qədər də gülməşəkər vəziyətdədir ki, Ramin Musayev futbol oyunlarının təşkil edən quruma rəhbərlik edir. Yox canım, Ramin zil “not”larda deyil, hərçənd onun səsi deyilənə görə “Bariton”a yaxındır, ancaq inan ki, “diyez”-“diyez” danışıb, nə “bekar” nə də “bemol” zad bilmire. Məsələn bir dəfə idman verilişlərinin birində qonaq olan Ramin müəllim jurnalistlərə sual verib dedi ki, Gürcüstanda limon bitir? Bilirsən onlar nə cavab verdilər? Gülməlidire.Hə,bax  belə də dedilər. Yerilişiə baxmısan? Yox? Sən də deyirsən ki, bitmir? Allah mənə səbr ver…Əziz qardaşım bax qarşındakı stolun üstündə olan çay stəkanının içindəki limon tikəsi “Meri” növündəndir, yəni Gürcüstandan gəlmə sortdur…Görürəm vəziyyət qəlizdir…Nə isə keçək mətləbə. Əslində Azərbaycan futbolunda mətləbdir, məntiqdir nə bilim daha nədir, bu kimi sözlər özünü doğrultmur. Yəni bizdə “Həsən soxdu dəyirmanı” məsələsidir. Necə yəni, bilmirsən? Bu el məsəlidir də. Rahat anlamağın üçün belə deyək də. Məsələn sənin yerlilərin seçki zamanı necə edirlər, bir yadına sal. Əhsən, bax-bax elə mən də onu deyirəm də. Ay sağ ol kim lazımdırsa o da qutudan “çıxır”, “çıxmasa” da, “Kantanta” edirlər… Bax bizim tərəflərdə bunu həmin misalla qısa deyirlər. Yenə başlayaq “lya minor”dan,deməli futbolumuz gündə-gün çiçəklənir.Hə də meydançalarımızda ot bitmir ona görə də əvəzində gül çiçək əkirlər, təbiisi də olur sünisi də. Süni güllərin işinə isə affa özü baxır. Hə, hə meydanı aftafa ilə  sulayır. Kim, necə yəni kim?  Bir fikirləş, hə, hə “Neftçi” sulayır, deda bə ! Bağışla rişxənd etmək istəmirdim. Deyəsən “major”ladım axı…Nə isə unut getsin. Axı söz vermişdim ki, “Xəzər Lənkəran”dan danışacağam.  Azərbaycanın ən çox azarkeşi olan klubudur. Necə bilmirsən? Belə deyək də, bu ölkədə vəsifə sahiblərini hamısı sizinkilərdi eləmi? Sizinkilərdən vəzifədə olanlar nə qədərdirsə bizimkilərin də futbol azarkeşləri o qədərdir. Yaxşı nə oldu? Misal çəkirəm də, yaxşı vəzifə sizin futbol bizim. Amma nəsə yenə düz gəlmire, axı heç futbol da bizim deyil. Biz ancaq futbolun “akkord”unu tuturuq, yəqin heç vaxt “solo” bizlik olmayacaq. Nə qədər ki, Xaqani Məmmədov “maestro”luq edir, eh nə deyime… Hə də hamısı eyni “lad”dadırlar… Hə qayıdaq “Xəzər Lənkəran”dan danışaq. Heç bilirsən ki, son zamanlar nələr olub? Bir ay əvvəl REDNİK deyənlər indi KİNDER deyirlər. Yox əşşi kimsənin ürəyindən KİNDER şokaladı keçməyir, sadəcə əvvəllər REDNİK demək maraqlı idi, indi siə KİNDER deməklə adam daha şirin olur ! (?)

 Görürəm nəsə anlamadın,qulağına gizlincə deyim ki,KİNDER sözü, REDNİK sözünün tərsidir. Anladın? Bax elə mən özüm də şirincanlıyam, ancaq inan KİNDER sözünü deyən kimi ürəyim bulanır. Məndən asılı deyile, yəqin tərbiyədən asılıdır.

Mən elə yenə bərk səslə var gücümlə qışqırıb deyirəm; REDNİK,REDNİK, bir daha REDNİK. Xoşlanmadın, eləysə bir daha REDNİK, yenə deyimmi? REDNİK, REDNİK, REDNİK  !

9 Şərh

  1. SALAM BU XEBERLERLE AGILLI ADAMLARI DELILIK SEVIYYESINE CATDIRMAG OLAR. MEN DE BILMIREM MESGCI KIM OLAR. EGER COXSAYLI AZERKESLERIMIZIN ISTEYI NEZERE ALINMASA MEN SEXSEN BUNU REHBERLIK TEREFINDEN OZUMUZE GARSI HORMETSIZLIK KIMI GIYIMETLENDIREREM. HELE KI . BUTUN XEBERLERI SOYUGGANLIGLA GARSILAYIRAM. CUNKI O GEDER YALANLAR YAZIBLAR KI INDI DOGRUYA DA INAM GALMAYIB.BIR IKI GUN DE DOZEK. YALAN GARTOPU KIMIDIR, DIYIRLENDIKCE BOYUYUR

  2. Mənim isə siyahim belədir ; komandadan QOVULSUN = Oğuz Çetin, Mustafa,Nildo,Benuai, Qriqorov, Tomiç və Səməd Mustafayev

  3. SALAM!!!!! Admin sozsüz SƏBR ALLAHIN adıdır!!!!!! Bir -iki gün də SƏBR edirik. SƏBR edirəm deyərkən: 10-illik dəlicəsinə sevginin davamı olaraq komandaya azərkeşlik edərəm; Redniklə və ya heç olmasa Ağasəlimlə AZƏRKEŞLİYİM davam edəcək . oğuzlarla .multiklərlə azərkeşliyim sona çatacaq……——YENƏ DƏ REDNİKİN GƏLMƏYİ ÜMÜDÜ İLƏ!!!!!

  4. Ne başoozu ağradem bu adıkemi yözüde çetin bu apasportazda Deger ki ayee Baş Mehçi maaa qoyajahlar i fisooo. İnanmersiz yözünüz baxen. Aye degerem haldede bonun dedesine o vaxte bonu düzeldeyde kleyini yaxşı töküf. Hörmetli Admin degerem men moment kleyi görmüşdüm aye bu super mustafa çetin kleyi görmemeşdim. :)

  5. Əfqan says:

    Salam İslam bəy və Xəzərsevərlər.Oğuz Çətin Apasporta müsahibəsində arxayınlıqla baş məşqçi təyin olunacağını və bir-iki gün ərzində Bakıya gələcəyini bildirib.Onun göstərdiyi tarix fəxrı prezidentin gəlişi ilə üst-üstə düşür.Allah eləməmiş birdən fəxri prezident Oguz Çətini təqdimata gətirər və bununlada bütün ümudlərimiz məhf olar.Bu barədə dəqiq məlumat varmı? Onsuzda sayı seyrəlmiş azərkeşləri klubdan didərgin salmaqda məqsədləri nədir görəsən?
    ***
    Salam. Indi kimin nə deməsindən asılı olmayaraq qərarı bir neçə gündən sonra klub sahibi verəcək. Gözləmək lazımdır.

  6. Gözünüz aydın Çetin müsahibə verib ki Xəzərin baş məşqçisi mən olacam .Seleksiyaçı məşqçi mənlik deyil ,mən ancaq baş məşqçi olacağam .vəssalam .Rednik boş söhbətdir .Rezliklə Bakıya qayıdacağam .Gedən futbolçuların siyhasını rəhbərliyə təqdim etmişəm .Kişi planlar qurur .

  7. Heç özumdə bilmədən 5:0 hesabi ilə bitən , xainliklə quraşdirilmiş oyun və stadionda həmin mənzərə yadima duşdu.Həmin vaxt stadionda nələrin baş verməyini heç özumdə anlamirdim.Bu vaxt bəzi xainlər təklif edirdilər ki , gəlin istefa deyək.Təzəcə banlamağa başlayan beçə kimi bir-iki ağiz istefa deyə banladi da. Lakin həmin vaxt bu qarmaqarişiqda hadisələrdən xəbərdar olan azarkeşlər onun səsini batirdilar. Ağiz dediyini qulaq eşitmirdi.
    Oyun bitənə yaxin Rednik bizə tərəf yaxinlaşib və hər iki əlini yuxariya qaldiraraq bizi alqişladi.Həmin vaxt azarkeşlər bərkdən Pfl və Affaya iradlarini bildirməyə başladilar.
    İndi həmin bu yazini oxuyanda, o gunlərin həyacanini yaşamamaq olmur.O gunlərdə azarkeşlərin 50%-i heç nədən xəbəri olmadiğindan onlari təxribata çəkmək və istefa çağirmağa vadar etmək asan idi.Nə yaxşi ki, onda da fə’al azarkeşlərimiz kifayət qədər iş görə bilmişdilər.Rednikə İstefa çağrilmamağinin yeganə səbəbi o vaxt fəal azarkeşlərin sayəsində baş verməmişdi. Nə isə…

    Həmin məqamda belə yazi ilə çixiş etmək çox təhlukəli olub.Əgər o vaxtlar sizi stadiona buraxmamaq kimi təkliflər irəli surulubsə yaxşi ki ,bəzi xainlərin əlindən çixmisiniz.O vaxtlar informasiya qitliği var idi.İndiki kimi hərə əlində bir telefonla internetdən istifadə edib ,haqqin kimin tərəfində olduğunu bilmirdi.Indi azarkeşlər çox realliqlardan hali olublar.Sizində stadiona girmək qadağasi birmənali olaraq ləğv olunmalidir.Bu barədə klub rəhbərlərinə azarkeşlərimiz yəqin ki ,muraciət edərlər.İlk növbədə hələ Rednik gəlməli və azarkeşlərimizi stadionlara toplamalidir.Yalniz səbr etmək qalir.Səbrdə Allahin adlarindan və bəndəsinə olan ən gözəl tövsiyələrindəndir.

  8. Qedim yunan efsanesine gore bir genc heqiqetin gozel oldugunu oyrenir ve onu axtarmaga baslayir. Gence deyirler ki, heqiqetin yerini bir agsaqqal var o bilir. Cavan agsaqqalin yanina gedir ve heqiqetin harda oldugunu, gozel olub olmadigini sorushur. Agsaqqal heqiqetin gozelliyine shubhe olmadigini, amma onu agtarmagin tehlukeli ve cetin oldugunu soyleyir. Butun bunlara baxmayaraq genc heqiqetin yerini qocadan oyrenir ve onu tapmaga yollanir. Uzun yoldan sonra cavan heqiqetin meskenine gelib cixir. Iceri girende cox eybecer bir mexluq gorur. Yaxinlashib ondan sorushur:
    -Sen kimsen?
    O cavab verir:
    -Men heqiqetem.
    Oglan deyir:
    -Bes deyiller ki, sen cox gozelsen.
    Heqiqet deyir:
    -Sene yalan deyibler, amma indi heqiqeti oyrendin men gozel deyilem.
    Cavan bir muddet fikirleshdikden sonra deyir:
    -Orada, insanlarin arasinda hami ele bilir ki, sen gozelsen. Indi men ora qayidanda hami menden senin gozelliyin barede sorushacaq. Men onlara ne deyim? Heqiqeti deyim ki, sen eybecersen?
    Heqiqet cavab verir:
    -Yox! Sen onlara yalan de. De ki, heqiqet gozeldir.

    • Telman bəy! Məntiqli yazini böluşduyunuzə görə təşəkkur edirəm!

      Həqiqəti görmək istəməyənlər uçun həqiqət acidir, çirkindir ,eybəcərdir.Həqiqəti görənlər uçun isə şirindir,. baldir, cənnətdir.Ona görə həqiqətin gözəlliyini deməklə ona tərəf getmək lazimdir ki ,xislətdə olan çirkinliklərdən qurtulasan.İndi Rednikə qarşi edilən haqsizliqlar nə qədər acida olsa həqiqətdir.Bu aci durumda olan kamandamizin bu gununun təməlini qoyanlara, hələdə həqiqətin qapisina getmək sərf eləmir.Aydindir, məncə.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + = onbir