1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerPremyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında XVIII turun oyunları baş tutub.

“Xəzər Lənkəran”lı gənclər dekabrın 19-da “İnter”in əvəzedici heyətinin qonağı olub. “İnter Arena” stadionunda saat 13:00-da start götürən qarşılaşmanın sonunda komandamız meydanı böyükhesablı məğlubiyyətlə tərk edib. 

“İnter” – “Xəzər Lənkəran” 3:0

4 Şərh

  1. Həmişə fikirləşirəm, yəni cənub zonamızda başqa bir imkanlı adam yoxdurmu?
    ***
    Bunu fikirləşmək də heç lazım deyil. Olsa da kimin nəyinə lazımdır ki, pulunu hədər yerə xərcləsin. Axı məmləkətimizdə futbol klubu zərərə işləyən bir şeydir. Bir də görürsən deyirlər “Bilet pulu, nə bilim atribut satışı” Vallah hamısı boş şeylərdi. Atribut alan kimdir? Ən çox azarkeş “Xəzər Lənkəran”ın idi də, atribut satan dükan da var idi, üstəlik dükan-bazarlarda həmişə ucuz Çin istehsalı olan atributlar da olub. Stadion tribunlarında həmişə nə qədər atributlu futbolsevər görünüb? Az sayda. Kütləvi şəkildə bu olmayıb. Ya da olsun bilet. Komandanın ev oyunlarına satılan biletlərin puluna stadionun əməkdaşlarının heç hamısının maaşını ödəmək və arenanın ümumi xərclərini ödəmək olmaz. Bileti bahalaşdırmaq isə daimi maliyyə böhranı yaşayan cənub bölgəsi üçün ağır şərtdi. Uzun sözün qısası cənub zonasında “Xəzər Lənkəran”a yiyə duracaq və pulunu küləyə sovurdacaq birisi var idi amma o da çəkildi getdi. Yalnız AFFA-nın vasitəsi ilə yəni dövlətin nəzdinə keçirməklə klubu xərçəng xəstəliyinə tutulmuş xəstə kimi yarımcan vəziyyətdə saxlamaq olar, belədə isə “Xəzər Lənkəran” da dövlətdən asılı kluba çevrilərək futbolun həqiqi inkişafından yenə də uzaqda qalar. Şəxsən mən qondarma kluba azarkeşlik etmərəm.

    • Zəfər Lerikli says:

      Muəllim.Hər şeyi öz əlimizlə özümüz etdik.Fəxri prezident kamandani belə günə düşməyini istəməzdi və heç indi də istəmir.İndi qoy klub idarəçiləri xəcalət çəksinlər.Yaxşiliğa doğru heç nə görmürəm.

    • Çox dogru yazmızınız.Xezerde oynayanlar vaxtile 200-300 min ve daha cox alırdılar.Hemin meblegi futbolçuya veren Mensimov yaxshi ki bankrot olmadı.Sag olsun ki 10 il sexavatini esirgemedi.Heyif ki berbad idaraçilik Xezeri mehv etdi.Qetiyyen inanmıram ki, kimse Mensimov kimi risk etsin, siz demishkan pulunu külaya sovursun.

  2. Ən son və dəqiqləşdirilmiş məlumatı nəzərinizə çatdırıram.Heç bir transfer olmayacaq komanda çempionatı bu uşaqlarla başa vurub gələn ildən 1-ci divizionda mübarizə aparacaq.Çox heyif ki bu həqiqətdir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 6 =