8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezerPremyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında X turun oyunları baş tutub.

“Xəzər Lənkəran”lı gənclər oktyabrın 27-də “Sumqayıt”ın əvəzedici heyətini qəbul edib. Stadionun ehtiyat meydançasında saat 15:00-da start götürən qarşılaşmanı aşağıdakı heyətdə hakimlər briqadası idarə edib: Tahir Əhmədov, Mahir Alferinov, Elçin Əsədov, Xalid Quliyev.

Uzun müddət qələbə üzünə həsrət qalan əvəzedicilərimiz nəhayət ki, bu dəfə uğura sevinə biliblər. Belə ki, komandamız 5:3 hesabı ilə qalib gəlib. Əvəzedici heyətimiz qələbəni Kənan Həsənovun het-triki və Namiq Qocayevin dublu sayəsində əldə edib.

2 Şərh

  1. Vaqif Rəşidov says:

    Oyun çox marağlı keçdi,leysan yağışın altında vuruşan uşağlara baxmağa dəyərdi.Oyunun ilk hissəsində 3:0 qalib gəlsəkdə komandamız rəqibi çoxda üstləmirdi,vurulan qollar oyunçularımızın fərdi ustalığın nəticəsiyidi və ən əsası meydançanın bərbad olmasına baxmayarağ böüyük əzimkarlığın bəhrəsiyidi.Kənan Həsənov oyunda öz birinci.komandamızın üçüncü qolunu vurarkən sağ cinahla irəliyərək gözəl driblinq və qapıçıdan uzağ küncə sərrasat zərbəsi oyuna baxan azsaylı azarkeşləri heyrətə gətirdi.İkinci hissə başlayanda meydançadan əsər-əlamət qalmamışdı,bir təpik palcığa o birisini topa vuran gənclərimiz Kənan Həsənovun zərbəsiylə hesabı 4:0 çatdırdılar.Bu azmış rəqibin bir topla cavabından sonra Kənan öz xet-rikin rəsmləşdirdi 5:1!!!…Bu hesabla rahtlanmış uşağlarımız qapılrında daha iki top gördülər 5 :3.Oyunun son dəqiqlərində güclü yağmura və küləkə baxmayaraq klubun əsas heyyətin yerli futbolçuları gənclərimizi öz dəstəklərindən əsirgəmədilər…

  2. Salam müəllim, sərlövhə bizim ,komandadan uzaqlaşma prosesinin növbəti fazası deyilmi? Gəldi,yoxsa gəlib? Təki yanılım….
    ***
    Salam. Bu sırf tələskənlikdən əmələ gələn yanlışqlıqdı kimi də demək olar. Artıq düzəliş edildi. Saytda gedən yazılara diqqətlə yanaşdığınıza görə sizə təşəkkür edirəm.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− bir = 0