8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

topPremyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında XXXI turuna yekun vurulub.

“Xəzər Lənkəran”ın əvəzedici heyəti aprelin 24-də “Qəbələ”nin əvəzedicilərini qəbul edib. Stadionun ehtiyat meydançasında saat 16:00-da start götürən qarşılaşmanı aşağıdakı heyətdə olan hakimlər briqadası idarə edib: Anar Niyazov, Cəmil Quliyev, Əli Cəbrayılov, Vüsal H. Əliyev. Qeyd edək ki, “Xəzər Lənkəran”ın əsas heyətinin kapitanı Rahid Əmirquliyev sarı vərəqə limitini aşdığı üçün sabahkı oyunu buraxmalı olduğundan gənclərlə birgə çıxış edib. Elə əvəzedicilərin matçının taleyini həll edən qolu da o atıb, özü də penaltidən. Beləliklə, “Xəzər Lənkəran”lı gənclər doğma meydanda minimal hesablı qələbəyə seviniblər.

4 Şərh

  1. Salam olsun butun Xezer sev rlere,haminizi tebrik edir ve Rahide can sagligi arzulayiram.Ehsen sene Rahid,insaAllah esas komandamizda qelebe qazanar bizleri sevindirer.Admin bey sizide salamlayiram ve sizede uzun omur can sagligi arzulayiram.Admin bey sehetiniz necedi?,sehetinizi qoruyun cunki,siz biz Xezer Lenkeran ordusuna bundan smra dahada cox lazim olacaq bir insansiniz.Allah sizi qorusun.tewekkur edirem.

  2. Admin bəy,salam. İnciməyin, sizdən səhv tutmuram, ancaq mənim “minimal hesablı qələbə” sözündən heç xoşum gəlmir. Qələbə elə qələbədir, istəyir 3 top vurulsun, istəyir 1, bu qələbə hansı əziyyətlərin bahasına gəldiyini hamımız yaxşı bilirik. Sözdür də, idman jurnalistlərinin tez-tez işlətdikləri və bizə “sırıdıqları “termindir. Bu günkü qələbə münasibətiylə əvəzedicilərimizi təbrik edirəm. İNŞALLAH əsas heyyətimiz də qoy lap “minimal” hesabla olsa da qalib gəlib bizi sevindirsinlər.
    ***
    Salam. İradınızı haqlı sayıram. Elə bu dəqiqə başlığı dəyişərəm.

    • Hörmətli admin, niyə belə tez razılaşdınız, əksinə, “minimal hesablı qələbə” dedikdə başlıqdan aydın olur ki, oyun 1:0 hesabıyla başa çatıb, yəni 3:2 və ya 6:5 hesabıyla yox. Bu isə o, deməkdir ki, müdafiəçilər hücumçulardan daha fərasətli oyun göstərib… :)

  3. Rovshan Asadov says:

    Bu gunku oyunda her iki teref xususi ustunlukle ferqlenmese de 90 deqiqe erzinde her birinin 2-3 real qol epizodu oldu. Penaltiye geldikde, Rahid zerbeni yerine yetirmesi ucun genc futbolculardan birini devet etdi (kim oldugunu deqiq xatirlamiram), amma azarkewlerin “Rahid, Rahid” cagirmasindan sonra hemin futbolcu kicikliyini gostererek zerbeni kapitanin ozunun vurmasini teklif etdi, kapitan ise oz novbesinde qapici ile topu ayri-ayri istiqametlere gonderdi. Oyun erzinde Elwen Rzazade ilk hissede dayaq mudafiecisi, ikinci hissede ise stopper movqeyinde ela tesir bagiwladi. InwaAllah sabah qelebenin davami geler. Komandamiza ugurlar.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − = bir