10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

yayim  Qış fasiləsindən qayıdan ölkə futbolu matçların teleyayımındakı ayrıseçkiliklə start götürür.

Belə ki, Premyer Liqanın XIX tur çərçivəsində keçiriləcək 4-oyun arasında məhz “Simurq” – “Xəzər Lənkəran” görüşü heç bir telekanalla yayımlanmayacaq. Arayış üçün qeyd edək ki, yanvarın 30-da keçiriləcək “İnter” – “Sumqayıt” və fevralın 1-də baş tutacaq “Bakı” – “Qəbələ” qarşılaşmalarını “İdman Azərbaycan”, yanvarın 31-dəki AZAL – “Neftçi” görüşü Az.TV kanalının efirində gedəcək. Özəl kanallar isə ümumiyyətlə susqunluqdadırlar.
Ölkənin ümumi azarkeş kütləsinin 90-faizə yaxın hissəsini ətrafında toplayan bu iki klubun arasında keçirilən oyunun Respublikanın telekanallarında nümayiş etdirilməməsi ilk növbədə həmin azarkeş kütləsinə hörmətsizlik hesab edilməlidir. Görünür təzəcə qədəm qoyduğumuz 2015-ci ildə də ölkə futbolunda yaxşı heç nə gözlənilmir. Və yəqin ki, əvvəlki fokuslar yeni versiyalarda təkrar olunacaq.

13 Şərh

  1. kamran-talish says:

    xezer lenkeran adi brenddir. biz daima xezerin yaninda olmaliyiq hec bir hiyle bizi komandamizdan ayira bilmez qardawlardan xaiw edirem xezerimiz tenqid edenlerin fitnesine getmeyesiniz.celsini goture klub 10 il bundan evvel pis gundeydi ama indi birinci yerdedir yene.bu futbolu bilmek olmaz.her qaranliq gecenin bir gunduzu olur.esas bu cetin gunlerimizde klubumuzun yaninda olmaliyiq onu desteklemeliyik.lenkeran her zaman tek olub futboldada bele olacaq sadece orda lenkeranlilarin nefesi gelene kimi.lenkeranli olmaq brenddir men lenkeran adi ugrunda olmeye haziram ele biliremki damarinda lenkeranli qani axanda men kimi duwunur,gelin peren peren duwmeyek birlewek yumruq olaq.guc birlikdedir.lenkeran her zaman oz her sahede olsun mehwur qehremanlariyla taninib,vaxt geler futbol sahesindede bu bele olacaq buna inanmaq lazimdir

  2. kamran-talish says:

    admin bey xezer lenkerana qarwi deyil umumiyyetle lenkerani gozleri goturmur odu.biz azerkewleride ele encox xezere bagliyan odurki xezer lenkeran tekdir ve 9+affa+pfl e qarwi cixiw edir. biz daima yek olmuwuq yenede yekik bizim komanda nece cixiw etmesinden asili olmayaraq biz birlewmeliyik qoy bilsinler biz yaxwi gundede pis gundede birik.onlar sadece bizi silmek isteyirler azerbaycan futbolundan.gorurdulerki xezer guclu transferler edir bawqa komandalarin buna g..u catmir odu legioner limiti tetbiq etdiler xezer bu genclerle eyer gelen ilde davam etse 100 % bu ligioner limiti bu il legv olunacaq menim sozumun dogrulugun goreceksiniz.onlar biz kimi ola bilmirler. xezer cempion olmasada megrur dayanar bizim kimi kimlerinse qabaginda eyilmez, bu yerde gozel bir mesel yadima duwdu. canavar mewenin wahi olmasada megrurdur,aslan kimi cixib sirkde klounluq etmir.xezerde cempion olmasada kimese yaltaqliq edib ozunu reklam etmir cunki buna ehtiyaci yoxdur.admin bey xaiw edirem bu yaziya fikrinizi bildiresiniz….
    ***
    Nə fikir bildirim, siz nəyi var yazdınız da.

  3. İslam müəllim, xahiş edirəm bu yazını bugünki yazılarınızın birində yerləşdirəsiniz, çünki gündüz yazmağa vaxtım olmur. Təşəkkür.

    Son 3 ildə rəhbərlik bilərəkdən, bəlkə də qeyri-ixtiyarı sadiq “XL” azarkeşini komandadan uzaqlaşdırmaq üçün nələrə əl atmayıb. Mütəmadi baş məşqçi dəyişiklikləri, kifayət qədər təcrübəli, bahalı futbolçular transfer edib, fəqət onlardan lazımınca istifadə etməməyi, Azərbaycan futbol məkanında yalnız adı olub, lakin bir qəpiyə dəyməyən, AFFAnın sərişdəsiz, qeyri-peşəkar məmurlarının tətbiq etdiyi limitdən istifadə edərək özlərini dəyərindən daha çox qiymətləndirən, əvəzində isə komandaya heç-bir faydası olmayan, və nəhayət ambisiyaları başdan aşan yerli oyunçuları (məhz futbolçu yox, oyunçu) komandaya gətirərək, eləcə də yola salan rəhbərlik, vaxtilə anşlaq yaradan azarkeşi, təkcə cənub bölgəsində deyil, ümumiyyətlə respublika futbol məkanında ən gözəl stadionlardan biri olan Lənkəran stadionundan didərgin saldı. Qeyri-peşəkarlığın kulminasiyası isə, mövsümün ortasında əsas oyunçuları komandadan uzaqlaşdıraraq, adını da “gəncləşdirmə siyasəti” qoyub, əvəzetmələrdən ibarət yeni komanda yaratmaq oldu. Bilmirəm, bəlkə məndən daha stajlı azarkeşlər bilirlər, səxsən mən futbol tarixində belə radikal dəyişikliklər edən başqa bir klub tanımıram. Ümumiyyətlə gəncləşdirmə siyasəti təkcə idmanda deyil, həyatın bütün sahələrində gözəl səslənir, amma bu müəyyən çərçivədə baş verə bilər, yoxsa ki, “gəncləşdirmə xatirinə gəncləşdirmə” çox absurd bir ideyadır. Gəncləşdirmənin hansı yollarla aparılması haqqında, son zamanlar bizim saytda yalnız tənbəl azarkeş yazmayıb, odur ki, bu mözuya qayıtmağa, məncə, heç ehtiyac da yoxdur. Komandanın düşdüyü vəziyyəti nəzərə alaraq, rəhbərliyin sadiq azarkeş qarşısında səmimi olması, məncə daha məqsədəuyğun olardı, yoxsa, faktiki olaraq komandanı ləğv edib, gənclərdən ibarət yeni komanda quran, həmişə yüksək yerlər uğrunda mübarizə aparan klubun rəsmisi deyəndə ki, klubda maliyyə problemi yoxdur, bu ən azı azarkeşə hörmətsizlikdir. Sonda Manuel Skarlatakenin komandaya qayıtması məsələsinə toxunmaq istərdim. Son zamanlar komandada baş verən neqativ halların azarkeşdə yaratdığı ruh düşgünlüyü o, qədər qabarıq şəkildə özünü büruzə verirdi ki, elə bil Skarlatakenin qayıdışı sanki şüurlarda radikal dəyişikliklər yaratdı və hətta belə təəssürat yaranır ki, azarkeş bu gedişə görə rəhbərliyə bütün günahları bağışlamağa hazırdır. Halbuki bu rəhbərliyin xidməti deyil, sadəcə futbolçunun digər yerli futbolçulardan fərqli olaraq, komandaya, azarkeşə, bəlkə də Lənkərana sadiqliyidir.

    • Zəfər Lerikli says:

      Fərhad bəy salam.Siz azarkeşlərin kamandamizdan kusməyini və həmçinin stadionun boşalmasinin səbəblərini yalniz klubda görursunuz.Klubun səhfləri var və danilmazdir.Rednik dönəmində çox az sayda azarkeş Affa və Pfl-in siyasətini anlayirdi və car çəkirdilər ki,bu bizim kamandaya hazirlanmiş siyasət metodudur.Rednik bu mubarizədə yalniz qaldi və hazirda şərh yazdiğimiz saytda azarkeşlərdən lazimi dəstəyi ala bilməmişdi.O vaxtdan hər şey dəyişdi.Klub əlacziz qaldi və “satqin oyunçularin poliqonu”-na çevrildi.Buna çixiş yolu tapmaq çətin idi və indinin özundədə çətin olaraq qalir.Lakin klubun indiki siyasəti alqişa layiqdir.Bunun nəticələrini bir yerdə izləyərik inşAllah.

  4. Admin bəy,”Simurq”un ev oyunu elə “Xəzər Lənkəran”a görə canlı yayımlanmır. Qurunun oduna yana həm yaş. Amma PFL Ramin Musayevin çox məşhur bir cümləsi var: “Mən bütün komandalara eyni gözlə baxıram”. Elə “Simurq” – “Xəzər Lənkəran” oyununun canlı yayımlanmaması Musayevsayağı “eyni gözlə” baxmağın bariz nümunəsidir.

  5. Axşamınız xeyir Admin bəy! Əslində “Xəzər Lənkəran”ın oyunlarının teleyayımından bizim öz rəhbərliyimiz imtina edib. Səbəbi, yumşaq desəm PFL-in komandamıza qarşı ayrıseçkilik siyasəti aparmasıdır. Artıq bir neçə il idi ki, “Qarabağ” və “Neftçi”nin az qala bütün oyunları canlı yayımlandığı halda ən çox azarkeşi olan komandanın oyunları isə ikinci plana salınırdı. Üstəlik komandaya yayım üçün ayrılan qonorar da PFL tərəfindən mənimsənilirdi. Bunu nəzərə alan pəhbərlik yayım hüququnu onlardan aldı. Yerdə qalan klublar nə öz qanuni haqlarını tələb etdi, nədə ki, komandamızın atdığı addıma dəst oldu. Belə bir fikir də var ki, 2015 – 2016 – cı çempionat ilində komandalar öz oyunlarının canlı yayımlanması üçün özləri sərbəst şəkildə istədikləri telekanalla müqavilə bağlaya bilər.
    ***
    Salam Qabil bəy. Orası elədir, o biri klublardan fərqli olaraq “Xəzər Lənkəran” cəsarətli addım atmışdı. Amma bu dəfə “Simurq”un ev oyununu canlı yayımlamırlar. Axı ev sahibi Zaqatala təmsilçisidir. Yeri gəlmişkən mövsümün əvvəlində “Simurq”un ev oyunlarının əksəriyyəti telekannallarda canlı yayımla nümayiş olunurdu.

    • Məncə bu haqqda diskusiya açmağa heç ehtiyac da yoxdur, Qabil bəy kifayət qədər, ətraflı, hər şeyə aydınlıq gətirdi. Futbol translyasiyasının tənzimlənməsi haqda nə dövlətin, nə AFFAnın konkret qərarı olmadığı üçün AzTV televiziya şirkəti rəhbərliyi öz cibinə və mənəviyyətinə uyğun qərar qəbul edərək istədiyi oyunu göstərir. İlk baxışdan “XL” rəhbərliyinin ümumi qəbul olunmuş qaydalara əsasən ev oyunları üçün telekompaniyadan pul istəməsi düzgün görünür. Ancaq burda, rəhbərlik Azərbaycan reallığını unudur, əgər digər komandalar öz hüquqlarından imtina edib telegörüntüyə pulsuz icazə verirlərsə, “XL”-nın pul tələb etməsi bir qədər absurd görünür. Nəticədə, klub rəhbərliyi özünü hamıdan ağıllı, prinsipial hesab edərək, ev oyunları yayımına qadağa qoyur, uduzan isə azarkeş olur. Atalar məsəli var, deyərlər, yorğana bürün, elnən sürün, prinsipallığı isə klubun digər problemlərinin həllində nümayiş etdirmək olar. Qaldı ev sahibinin “Simurq” olmasına, necə deyərlər, qurunun oduna yaş da yandı, yəni, madam ki, ev oyunlarının telegörüntüsünə icazə vermirsənsə, onda sənin səfər oyunlarını da göstərmiyəcəyik. Çox güclü məntiqdir. Belə ki, hörmətli azarkeş, 10 kəlmə AzTVdən yazanda 1 kəlmə ilə “XL” rəhbərliyini də yada salın, hansı ki, özlərini peşəkar sayırlar. Vallah, burda peşəkarlıqdan heç əsər-əlamət də yoxdur…

  6. Azərbaycanlı says:

    https://www.youtube.com/watch?v=Z2ZYSoPqXU8
    27.01.2008-əvvəlimizdən şanlı bir səhifə, Ağanı Şöhrət ordeninə aparan zəfər marşı.

  7. elshan bagirov says:

    CEHENNEME GOSTERSINLER . QANI ERMENI QANINDANDAN MURDAR OLAN ALCAQLARDAN CENUB BOLGESI HEC NE UMMUR . KOMANDAMIZIN OYUNLARINI IMKANIMIZ , VAXTIMIZ QEDERINDE CANLI IZLEYECEYIK . BIZ XAZAR LANKARAN AZERKESHLERININ XAZAR LANKARAN TV OLAN YERDE BASHQASINA EHTIYACIMIZ YOXDUR . AZ , LAP AZ QALIB , PREMER LIQAYA XAZAR LANKARAN VAHIMESI QAYIDACAQ . AZERBAYCANDA ISTENILEN FUTBOLCUNUN , MESHQCININ , FUTBOL TESERRUFATI REHBERLERININ YUXUSUNDA GORMEDIYI OZ AZERKESH ORDUSUYLA , OZ QELEBELERIYLE , OZ
    GOZEL MARAQLI HUCUM FUTBOLUYLA . CUNKU CENUB BOLGESI BUNA LAYIQDIR . HORMETLI SAYT OXUCULARI EGER FIKIR VERSENIZ YAZILAN SHERHLERIN COXU GECE SAAT 2 ,3 ,4 ,5 RADELERINDE YAZILIR . BIZIM AZERKESHLERIMIZI KOMANDANIN BU GUNKU VEZIYYETI COX NARAHAT EDIR . BU GUN BIZIM AZERKESHLER OZUNUN MEN DEYERDIM KI, EN AGIR DOVRUNU YASHAYIR , MEHZ BU EREFEDE EN YAXSHILARI VE SEDAQETLILERI ORTALIQDA QALARAQ SAGLAM BIRLIK YARADIR . MEHZ BU GUN BIZLER KOMANDAMIZI STADIONLARDAN CANLI DESTEKLEMELIYIK . BILIRSINIZ NIYE , DUSHMENIN BAGRI CATLASIN REHBERLIK ISE KIMIN KIM OLDUGUNU BIR DAHA GORSUN . KOMANDAMIZA VE ONUN BUTUN AZERKESHLERINE UGURLAR ARZULAYIRAM .

  8. Salam Admin Ister istemez bele gerare gelirem ki, bu 2 komandan biri Cenub bolgesinin digeri ise Simal gerb bolgemizin komandasi oldugu ucun her ikisi de etnik milletlerin numayendeleridir. Her iki etnik miletinden olan komandalarin coxsayli azerkesleri oldugu ucun bizleri sevmiyyenlerin bagri catdayar ki. o geder azerkesleri televizorda gostersinler. Cunki simruga destek veren avarlar, lezgiler komandalarini severek destekleyirler. XL azerkesi ise Azerbaycanda numunevi azerkes olmagla basga klublara hemise ornek olmusdur. Mehz bu sebeblerden paxil gonsularimiz bilerekden bizim oyunlarimizi transliyasiya etmirler.Olsunler yere girsinler ki, iki bolge komandasi oldugu halda onlari goz gore gore sixisdirarag ayriseckilik edirler. Beli butun bu olanlar azerkeslere garsi hormetsizlik elametidir. AR OLSUN SIZLERE AZ TV VE IDMAN KANALINA. Birdefelik baki cempionatina start vermekle 8 komanda oynasin.Cunki Gebele de hele bakinindir.
    ***
    Yox heç də belə deyil. Yayımın olmamasının etnik söhbətlərə heç bir aidiyyatı yoxdur. Ümumiyyətlə məsələ bu qədər sadə və bəsit deyil.

    • GELDI ILIN EVVELI,,
      TELE KANAL XOTDADIR.
      VERMIR BOLGE FUTBOLU,
      CUNKI MERKEZ MOTDADIR.

      TELEKANAL SECIRSE,
      YAYIM UCUN MERKEZI
      HORMET OLUNMUR BIZE
      DUSUNDURUR HER KESI.

  9. Zəfər Lerikli says:

    Yenə gəldi əvvəli…
    ***
    Razıyam, elə başlığı da dəyişib bunu qoyacağam.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


3 − = iki