1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

1Fevralın 22-də “12-ci oyunçu”nun yaşının üstünə yaş gəlir.

Belə ki, məhz bu tarixdə “12-ci oyunçu” azarkeş qrupunun 8-yaşı, 12cioyuncu.info saytının isə 7-yaşı tamam olur.

2008-ci ilin 22-fevral tarixində “Xəzər Lənkəran”ın Lənkəranda yaşayan bir qrup fəal azarkeşi bir araya gələrək “12-ci oyunçu” müstəqil fan klubunun ilk təsis yığıncağını keçirdilər. Məhz bu tarix, ölkədə ilk müstəqil fan klub olaraq, 2009-cu ildən bəri isə azarkeş qrupu formasında fəaliyyət göstərən “12-ci oyunçu”nun rəsmən yaranması günü kimi qeyd edilir (bununla belə qeyd edək ki, “12-ci oyunçu”nun təməlinin qoyulması 2005-ci ilin may ayına gedib çıxır). 2009-cu ilin fevral ayının 22-də isə ölkənin ilk və hələ də yeganə azareş saytı fəaliyyətə başladı.

ƏTRAFLI MƏLUMATLARI BURADAN İZLƏ

(http://12cioyuncu.info/a/12-ci-oyuncu-haqqinda-%C9%99trafli/)

 “Xəzər Lənkəran” sevgisi ilə “AĞ-YAŞIL” camiənin xidmətində olan  “12-ci oyunçu” azarkeş qrupu və 12cioyuncu.info azarkeş saytı arxada qalan illər ərzində çoxlu maneələrə və çətinliklərə baxmayaraq fəaliyyətini hələ də davam etdirir.

Azarkeşlərimizi və 12cioyuncu.info saytının istifadəçilərini azarkeş qrupunun 8-yaşının və 12cioyuncu.info saytının 7-yaşının tamam olması münasibəti ilə təbrik edirik.

2 3

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 70 5

7 Şərh

  1. Salam Alleykum!
    Butun “12-cioyuncu”-lari tebrik edirem, mehribancin ve canfeshanliq arzulayiram! Saytin yaradicilarina ve xususi ile saytin inzibatcilarina teshekkurumu bildirib, Allahdan can sagligi dileyirem.
    Haqqinizi Halal edin!

  2. Salam.Bu saytin kimlərin zəhməti ilə və hansi həvəslə yaratmasinin tarixini vərəqləyəndə ,-həmçinin “XL”-nin həmin dövrdə iddiasinin ortaya qoyduğu məqamlari duşunəndə,sayt üçun operativ xəbərlərli toplayib anindaca sayta vermək üçün tələsən sayt rəhbərinin həyəcanini yaşayanda …..-nə qədər sevinc dolu xoşbəxtlik bəxş edən təbəssumləri azarkeşlərimizin uzlərində hiss ediləndə 12cioyuncu.info yaradildi.Sevincli gunləri az olsa da qarşida gələn hər bir çətinlik üçün ilk yaradilmiş sevinc dolu o gunləri yetərli oldu.Umid edirəm ki , o gunləri və həyəcanli anlari sayt bizimlə bir daha yaşayacaqdir.O gunlərə qayitmaği və təkrarən o həyəcanlari yaşamaq arzusunu bir daha yaşamağini arzu edirəm.Ad gununuz mubarək!-Çətin gunlərdə doğulub və yol göstərmək alnimiza yazilib: 12cioyuncu.info….

  3. Salam maüəllim , meydanda on bir nərbalanln olmadığı məqamda ,futbolun əvəzolunmaz hissini,ləzzətini bizə yaşatmaq missiyasını təkbaşına üzərinə götürən sevimli saytımızın yaranışı gününü qulağınızın dibindən təbrik edirəm ,Sizə can sağlığı arzusu ilə ….

  4. Salam Admin .məndə təbrik edirəm. Xəzər Lənkəran 12 ci oyunçu üçün darıxıb.onun yeri görünür stadionda. Bəs 12 ci oyunçu necə Firtinalar meydanı üçün darıxıb mı?
    ***
    Salam. Təbriklərə görə sizə və o biri azarkeşlərə təşəkkür edirik. Qaldı sualınıza bildirəliyəm ki, əlbəttə darıxmışıq. Ümid edirəm ki, o günlər yenə də qayıdacaq.

  5. Hər şey dəyişir, dəyişməz isə “Xəzər Lənkəran”a və “12cioyuncu.info azarkeş saytı”na olan sevgimizdir!

  6. Azərbaycanlı says:

    Azarkeşlik nümunəsinə eşq olsun!

  7. Yaşınız mübarək! İnşAllah çətin günləriniz arxada qalar. Çox ümid edirm ki, hər şey yaxşı olacq. Allahdan sizə can sağlığı arzulayiram.
    Şərhlər yazmasam da daim burdayam.
    Ad gününüz mübarək! Qədrinizi, dəyərinizi bilməyənlər, peşman olacaqlar. Tarix sizin kimi nadir insanları əsrlər boyu yaşadacaq. Cahillər isə zibillikdə batıb qalacaqlar.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 9 = onsəkkiz