10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

12-k“Dost silləsi düşmən gülləsindən ağırdı”– biz bu deyimi ağlımız kəsəndən bəri unutmuruq.

Bəzən də mahiyyətinə varmadan və bu kəlmənin məsuliyyətini dərk etmədən dostumuzun üzünə sillədən də güclü zərbələr endirmişik. Bəzilərinin timsalında “Xəzər Lənkəran” azarkeşi olaraq yenə həmin ampualadayıq deyəsən, amma bu barədə sonra… Digər pzimadan yanaşanlar elə bu yerdə deyərlər ki, “ ağıllı adam dost silləsindən nəticə çıxarar və uğur qazanar, axmaq isə…”

“Xəzər Lənkəran” bizim qürur mənbəyimizdir. Azarkeşi olaraq biz onun səhflərini özündən savayı heç kimə deməmişik, camiədən kənarda kiminləsə paylaşmamışıq. Bu sayaq davam edib yenə üzümüzü ona tutub deyirik, beləliklə:

1.Azarkeş olaraq çətin və agır günlərin dayağı olmuşuq.

2.Səninlə birgə eyni amala xidmət edərək, sarsaq rəqiblə dost olmaqdansa, agıllı düşmənlə rəqabəti üstün tutmuşuq.

3.Xosbəxt anlara dəvət edildikdə, prinsiplərimizin müqəddəsliyi naminə bəzən hətta layiq olmadığımız anları yaşamağa da özümüzdə güc tapmışıq. Dözmüşük ki, təkin komanda ucalsın. Eyni zamanda da saxta “xalq ” komandasının necə öz azarkeşini gozdən saldığını və.azarkeşinin də komandanı biabır etdiyinin şahidi olmuşuq və onlardann qətiyyətlə uzaqda durmuşuq. Bunu ki, sən bilirsən.

4.“Komandamın rəqibi mənim rəqibimdir”-deyə həmişə səni düşünmüş, sənə ürəyimizi vermişik.

5.Bunu da bilirsən; İşiqli günlərdə kölgə olmadiq ki, buludlu günlərdə gözdən itənələrdən olmayaq. Sevgimizin şəfəqləri sənə yönəlmişkən, dönmədik ideyalarımızdan və vətəndən sonra ilk səni sevdik.

 6.Biz komandamızı qorxaq görmədik və görmək də istəmərik. Axı qorxaq dost düşməndən qorxuludur, cünki düşməndən ehtiyat edirsən, dostuna isə arxayın olursan. Sən bizə arxayın ol, biz də sənə güvənək “Xəzər Lənkəran”!

7.Unutmadıq ki, tələsgən adamın rahatlığı, hirsli adamın sevinci, usandırıcı adamın dostu olmaz. Buna görə də bütün cənub sənin dostundur.

8.Komanda xəzinədirsə, oyunçuların dayaqdır – azarkeşlərın isə sənə həm xəzinə, həm də dayaqdır “Xəzər Lənkəran” !

9.Azarkeşlərinin az olmasını istəmirsənsə, sən də yaxşı oyununu azarkeşlərinə ərməğan elə “Xəzər Lənkəran”. Axı dost pis gündə yanında olandır.  Çox qiymətli bir azarkeşə malik olmaq, az qiymətli cox azarkeşə malik olmaqdan yaxşıdır. Pis o komanda, o adamlar toplusudur ki, azarkeşi ola amma onları tez unuda.

 10.Azarkeşlərini görməkdən böyük sevinc, azarkeşlərdən ayrılıqdan acı dərd yoxdur. Futbol tərəfdarı dəniz qırağındakı daşlara bənzəyir, əvvəlcə bir- bir toplayırsan sonra tək-tək dənizə atırsan, amma aralarında elələri var ki, atmağa qıymırsan. Sən bax o qıymadıqların arasında bil və tanı azarkeşi. Unutma ki, ən yaxşı oyunçu 12-ci oyunçudur…

11.Başqalarına dəyərindən artıq dəyər vermə ya onu itirərsən ya da özünü məhv edərsən…

  1. ……………(Bunu da sən yaz ey, azarkeş dostum) ………………..

Hörmətlə: Zəfər Lerikli.

 

14 Şərh

  1. InsaAllah her sey yaxsi olar dostlar teki siz Allah geli stadionu dolduraq bu il neyin bahasina olursa olsun cempion olmaliyiq

  2. Salam Admin.Cenpinat başlayır amma biz hələ hazır doyuluk. 15 oyunçu ilə oynamaq olar? Bu uzun marafon.Allah etməsin o Fransız zədələn di və ya gözlənilən oyunu göstərə bilmədi onda nə olacaq

  3. turalkerim says:

    salam, bizim ureyimiz Xezer-Lenkeranla doyunur… sebirsizlikle premyer liganin bawlamasini gozleyirik,,, ilk oyun interle olacaq, ancaq qelebe!!!

  4. Zəfər bəy 12 –həmışə öz sözünü deyib və deyir və 12– də yazılanlar bir kitaba sığmaz.

    • R.S bəy.Şərh yazdiğiniza görə sizə təşəkkur edirəm və sizinlə tam raziyam.Ən azi ona görə ki, mən saytin fəaliyyətə başladiği keçən o illərinin arxivini daima vərəqləyir və bu fikirlərinizin obyektivliyinin şahidlərindənəm.

  5. Wair yaxwi deyib.Ewqi qaynayir damarimda qan kimi,klub yoxdur Xezer Lenkaran kimi.Heqiqeten menim ureyimda Xezer Lnkaranin sevgisindan beyuk sevgi yoxdur.Atamin 85-yawi var Xezerin azarkewidir xalq muellimi olub indi elbette ki,pensiyadadir(Rus dili edebiyyati muellimi olub)Son hefteler her gun soruwur bes Xezer avroliqa oynamadi,men da deya bilmiram Xezerimiz yer tuta bilmedi,her gun bir behana tapiram ki,qoy umidla yawasin.Men butun azarkew aqsaqqallarimiza uzun emur va Xezerimizin avrokubuku Lenkarana getirmesini germeklerini arzulayiram.Her wey Allahin elindadir.

  6. Əziz “XL”-li azarkeş dostlarim.Sizin hər birinizə ayri-ayriliqda təşəkkur edirəm.Arzu edirəm ki, bu il əsl futbol həyəcanini bir yerdə yaşayaq.Həyəcandan və qanimizda artan adrenalinin təsirindən ayaq ustə duranda bədənimizin titrədiyini və sonda qələbə sədasinin altinda ruhumuzun göylərə uçduyunu hiss edə bilək.Əlbəttə həqiqi azarkeşlər bu duyğulari yaşayiblar və bilirlər.

  7. Saiq Lerikli says:

    Salam Zefer bey.12.Onu bil ki pis günün dostu heqiqi azərkeşlərdir.

  8. Futbolçular eləcədə vaş məşqçi və dair və ilahir, azərkeşlərin çoxluğundan həvəslə oynayar, və daha məsuliyyətli olarlar. Həmişə səni dəstəkləyəcəyik Xəzər Lənkaran. Hazırki sostava baş məşqçiyə böyük hörmətimiz var. BİZ SİZƏ İNANIRIQ

  9. Zəfər bəy, dəyərli yazıya görə çox sağ ol! Əsl azarkeş fikirlərinə əhsən deyirəm.
    12. Zaman-zaman itirdiyin azarkeşi yenidən ətrafına toplamaq və qazanmaq məqsədinə nail ol! Bu prinsipi tezliklə nümunəvi, nizam-intizamlı, hər oyunu baxımlı bir komanda qurmaqla səni sevən azarkeşini əməli işinlə sən də sevindir. Çünki, sərgilədiyin futbol azarkeş üçündür. Azarkeşsiz futbolun heç bir dəyəri yoxdur.

  10. Salam olsun butun Lenkeran azerkeslerine!Heyqeten Zefer beyin yazisi cox qururvericidir.Lenkeranli azerkeslerin stadionda olmasi hem futbolcularin hemde Azerbaycan futbolu ucun onemlidir.Futbolcular ozleride derk edirlerki yeqin hansi klubda top qovurlar.Xezer Lenkeran boyuk klubdur ve mende bu klubun azerkesi oldugum ucun fexr edirem!

  11. Fegan242 says:

    Her zaman destek olariq,ne vaxta kimi LANKARAN adi bu komandanin ustundedr….

  12. Hemise ureymiz senle doynur .seninle qurur duyuram xezer lenkeran.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


iki + = 5