1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

 

 Bu qarşılaşma cütlüyün tarixində 14-cü olacaq. İndiyə qədər keçirilən 13-görüşün hamısı çempionat yarışına təsadüf edib, deməli qarşıdakı oyun ilk kubok matçı olacaq. Beləliklə indiyə qədər keçirilmiş 13-qarşılaşmanın 10-da “Xəzər Lənkəran” qalib gəlib, ikisində Gəncəlilər sevinib və bir oyunda da qalib müəyyənləşməyib. “Kəpəz”in qapısına 21-dəfə yol tapa bilən “Xəzər Lənkəran” öz qapısında cəmi 9-top görüb. Qeyd edək ki, fəaliyyətində müəyyən fasilələr olan Gəncə təmsilçisi əvvəllər “Gəncə” klubu kimi, 2011/2012-mövsümündən başlayaraq isə “Kəpəz” futbol klubu adıyla ölkə çempionatı və kubok turnirində iştirak edib.  Son iki mövsümü sponsor problemi ilə əlaqədar kənarda qalan klub cari mövsümdən başlayaraq yenidən ölkə birinciliyinə qatılıb. 

Aşağıda “Xəzər Lənkəran”ın Gəncə təmsilçiəri ilə görüşlərinin statistikası təqdim olunur:
2004/2005 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Gəncə” – 2:0

“Gəncə” – “Xəzər Lənkəran” – 0:1

 

2005/2006 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Gəncə”   – 1:1

“Gəncə” – “Xəzər Lənkəran”- 1:2

 

2010/2011 mövsümü, çempionat.

“Gəncə” – “Xəzər Lənkəran”   – 4:1

“Xəzər Lənkəran” – “Gəncə”   – 1:0

 

2011/2012 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Kəpəz”   – 1:0

“Kəpəz”  – “Xəzər Lənkəran”- 1:4

 

2012/2013 mövsümü, çempionat.

“Xəzər Lənkəran” – “Kəpəz” – 4:0

“Kəpəz”  – “Xəzər Lənkəran” – 0:1

 

2012/2013 mövsümü, çempionat.

“Kəpəz”  – “Xəzər Lənkəran” – 1:2

 “Xəzər Lənkəran” – “Kəpəz” – 1:0

 

2015/2016 mövsümü, I dövrə, çempionat.

 “Kəpəz” – “Xəzər Lənkəran” – 1 : 0

 

2015/2016 mövsümü. Ölkə kubku, 1/8 final mərhələsi

“Xəzər Lənkəran” – “Kəpəz” – ? : ?

 

SƏHİFƏNİ HAZIRLADI: NƏBİOĞLU

7 Şərh

  1. Salam admin, axşamınız xeyir saytı izləyən dəyərli oxucular. Bu gedişat onu göstərir ki könül verdiyimiz XL tarixin yaddaşına qovuşmağa çox yaxındır, əslində cempionatda aciz durumda cıxış etmək buna doğru gedir. Maaliyyə dayaqlarının iflasa uğraması dünya bazarında neftin kəskin ucuzlaşması və məlum Türkiyə – Rusiya qarşıdurması Palmali şirkətlər qrupuna təsirsiz ötüşməyib müqavilə ilə Rusiya neft şirkətləri ilə əməkdaşlıq edən Palmali çox güman ki bu nəqliyyat daşımalardan da ziyan çəkəcək. Bütün bunlara baxmayaraq klub prezidenti cənab M.Mənsimova Azərbaycan futboluna modernlik gətirdiyinə və vaxtilə bizə bol-bol sevincli anlar bəxş etdiyinə görə təşəkkür edirik, arzu edək ki klubun uğurlarınin davamı gəlsin. Ümid sonda ölür deyirlər………bəlkədə.
    ***
    Salam. Maraqlı şərhinizə görə çox sağ olun. Sizdən bir xahişim olacaq. Yaxın saatlarda bəlkə də gecə vaxtı saytımızda geniş müzakirələr üçün yeni bir yazını dərc etmək fikrindəyik. İstərdim ki, orada siz də fiirlərinizi bildirəsiniz. Öncədən təşəkkür edirəm.

  2. Affa ozgesi deyil, oda bizimkidi….Selin eksine bir qayiqla besdi uzdu bu Xezer-Lenkeran, bele uzmelerin axirini texmin etmek hec de cetin deyil; Qurur yaxsi seydi, kibir ise seytan emeli, bunlar arasinda ince bir cizgi var bezen insanlar o cizgini gormur, ve qisacasi, kibre qapilib bu klubu batirtmayaq; Men bildiyim qeder Affa stadiyonu 10 il muddetine Affanin balansina kecmesini istiyir ve musahide surasini. Burda boyuk bir qusur yoxdu, hec olmasa ot problemimiz ve sponsor problemimiz hell olar. Bir adamin dediyile klub oturub durmaz, azerkesler illerce aldanmaz, futbolcular pulsuz qalmaz en nehayeti uzumuz avropayla guler; Cenub bolgesinin avropada taninmasi yaxsidi yoxsa batmasi, elbetde ayaqda durmasi. bu heyyetle hami gorur biz ikinci diviziyonda bele ilk 3 lukde olmariq. Kazim kulek bele yixir, kamran vurdugu zerbe autdan cixir,Ilyas vabse suret deyilesi seyden eksikdi, Elnur ozunu messi sayir, ve basqalari uzaqlasdirma istedii top eks terefden qapimiza girir, 10 sanyeden artiq ve 2 pasdan artigina gucumuz catmir, bunlar hele en yaxsilari…..Bundan ne olacaq…..?????Hec olmasa Rahid ve Tounkaraortada cox is gorub biyabirciligi azaldirdi, ve bunu bundan sonra kim edecek?????

  3. rahid emirquliyev QARABAGDA

  4. Salam. Bax bu oyuna bütün incikləri unudub həyəcanla baxaraq XL-nıi qələbəsini gözləyəcəyəm. Ancaq Kəpəzin baş məşqçisinin Şahin Diniyev olması işləri çətinləşdirir. Şahin çox güclü məşqçidir və komandamzın qələbə qazanmağı çox çətin olacaq. Səbirsizliklə bu oyunu gözləyirəm. Əyər qələbə qazansaq gələn yarım ilidə komandamızın hansı durumda olacağını təxmin etmək olar.

  5. Salam Admin.iki gun bundan qabaq oyunçu və məşqçilərə bir və ya iki ayın maaşlarını veriblər.və sözdə belə olub .daha bundan sonra pul gözləməyin.Son söz bu olubki hər şey yanvarda bilinər .ola bilsin burada da Muşahidə şurası yaradılsın. Amma mənim qorxuram birdən komanda Affa nın əlinə keçər
    ***
    Salam. Görürəm sizdə olan məlumatlar daha çoxdu və daha genişdir. Biz də dözləyirik, görək bu hekayətin sonu nə ilə davam edir.

  6. Kecmiw azarkew says:

    Mixaylo demiwken- bu da axiri…
    ***
    İnanın ki, bu heç də Mixaylo deyən yox, şair Tərlanın dediyidi. Yəni bu “axırın əvvəlidi” hələ.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 3 = altı