9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

rovsen esedov-1Futbol üzrə 2014-2015-ci illər Azərbaycan çempionatı başa çatdı və mükafatçılar müəyyənləşdi.

Mövsüm digər illərlə müqayisədə daha sönük keçdi. Buna səbəb olaraq ötən mövsümlərdəki azarkeş həbsləri, “Araz Naxçıvan”ın ilk dövrədən sonra çıxışını dayandırması, “Bakı”da yaranan məlum böhran və klubun autsayderə çevrilməsi və nəhayət mövsümün sonlarına doğru “İnter” və “Simurq” kimi klublarda yaranan ciddi maliyyə problemi kimi bir çox faktları misal göstərmək olar. Bütün bunlar ölkənin futbol infrastrukturuna məsul olan şəxslərin Azərbaycan futbol ictimaiyyətini “yola verən” plansız və yarıtmaz işinin nəticəsi idi. Ölkənin futbol başbilənləri nə qədər hay-haşır salsalar da, pafoslu müsahibələrlə özlərini və gördükləri işi (buna iş demək olarsa) şişirdib dağ başına qoysalar da, bütün bunlar ucuz reklamdan o yana keçmədi. Və nəticədə bir qumar şirkətinin sponsor olduğu milli çempionatımızı təşkil edən Peşəkar Futbol Liqası sözün əsl mənasında fiaskoya uğradı. Ramin Musayevin komandasının qiyməti isə yenə də yağlı “2” oldu.

Gələk azarkeşlərə. Bitən mövsümdə Azərbaycan Premyer Liqasına marağın azalmasının əsas səbəblərindən biri də ölkə futbolunda ən çox azarkeşə malik olan “Xəzər Lənkəran”dakı islahatlardan sonra klubun müvəqqəti də olsa hədəflərindən uzaq düşməsi oldu. Xüsusən də çempionatda ağ-yaşılların liderlik mübarizəsində iştirak etməməsi yarışdakı rəqabəti demək olar ki, öldürdü. Buna baxmayaraq, son on ildə olduğu kimi, fəaliyyət göstərdiyi 11-ci mövsümdə də Xalq komandasının azarkeşləri tribunadakı liderliyini qorudu. Digər klublar stadionlarına girişi həmişə olduğu kimi sərbəst etdilərsə də, hətta saxta “flaqman” 2-3 yüz nəfərlik “azarkeş ordusu”na orda-burda pulsuz bilet paylamaq kimi ucuz yola əl atdısa da, tribunaları boş qaldı. Və yəqin ki, indi təqdim edəcəyim rəsmi statistikayla tanış olduqdan sonra həmin klublar əsl azarkeş sevgisini pulla, havayı biletlə, kolbasa-çörəklə və ya hər hansı bir təmənna qarşılığında qazanmağın mümkün olmadığını yüz faiz anlayacaqlar.

rovsen esedov-2

Ən zəif mövsümünü keçirməsinə və “tamaşaçı”larını itirməsinə baxmayaraq, yalnız ən sadiq azarkeşlərinin sayəsində 2014-2015-ci illər mövsümündə də tribunalarda ən çox azarkeş payı (23,9 %) olan klub “Xəzər Lənkəran” oldu. Əksinə, AZAL stadiona ən az azarkeş toplayan klub oldusa, mövsüm ərzində cəmi 4 ev oyununa çıxan “Araz Naxçıvan” evdə 16-17 oyun keçirən Bakı klublarını geridə qoymağı bacardı. Avroliqa ilə müqayisədə “Qarabağ”ın çempionat oyunlarına maraq isə yox dərəcəsində idi.

Ümumilikdə isə Premyer Liqanın 154 oyununu cəmi 238 880 azarkeş izlədi ki, bu da hər oyuna orta hesabla 1551 nəfər deməkdir. Necə deyərlər, bu da futbolumuzun PFL-vari “inkişaf”ı… Bir yandan da düşünürəm ki, stadiona azarkeş gəlməsə də olar, ölkədə futbol olmasa da olar, təki “oyun”ların sayı bol olsun, “oyna”sınlar və “qazan”sınlar.

Rövşən Əsədov

12cioyuncu.info

4 Şərh

  1. Salam Alleykum!
    Meqalede Azerbaycan futbolunun esil megzi bilinir. Cedvele diqqet yetirsek gorerik ki, 154 oyuna adi bizim cempionatla eyni olan Ingiltere premyer liqasinin teqriben 3 oyununda “Old Trafford” stadionuna geden qeder azarkesh olub.
    chelseablues.ru/news/poseshhaemost_anglijskoj_premer_ligi/2014-05-28-17480

  2. Muəllim salam.İlk dəfə siz deyəndə ki kamandamiz maliyyə problemindən əmələ gələn səbəblərə görə kluba budcə xərclərini azaldib onda əksəriyyəti inanmirdi.Hətta sizi gunahlandirmağa da vaxt tapirdilar.İndisə bu problem tam çilpaqliği ilə göz önundədir.Bəs niyə indi həmin azarkeşlərin səsi gəlmir?.
    ***
    Salam, Zəfər bəy, bəli həyat bu sayaq qəribədir. Neynək, ürəyimiz genişdir, orada bizi pisləyənlərə də yer olar.

  3. Xezer Lenkeran hele de bu qeder azerkew ile liderdirse onda gor AZ-futbolu ne gundedir…

  4. Xezer Yek says:

    Denis Kalinkov . Elvin Yunusszade . Selahet Agayev . Admin 3 futbolcularla ciddi danisiqlar gedir her sey ela olacaq evvelki kimi rengareng ve guclu komandamiz olacaq

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


8 + iki =