9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

turnir-4Lənkəranda Cənub Regional Futbol Federasiyasının təşkilatçılığı ilə 8-10 yaşlı məktəbli uşaqlar arasında 28 May Respublika gününə həsr olunan turnirin keçirldiyi barədə məlumat vermişdik. 1990-ci ildən bəri hər il keçirilən turnir bu il yalnız 8-10-yaşlı məktəblilər arasında təşkil olunmuşdu. Şəhər və kəndlərdən 20-yə yaxın məktəbi təmsil edən komandaların iştirak etdiyi yarışmanın finalına Lənkəranın Aşagi Nüvədi kəndi və 7 sayli şəhər məktəbinin komandaları vəsiqə qazanmışdı. Ənənəyə sadiq olaraq yarışların final oyunu 28 may Respublika günündə keçirildi. Bu dəfə final matçı Lənkəran Uşaq Gənclər Idman Məktəbinin meydanında baş tutdu. Beləliklə saat 09:00-da Aşağı Nüvədi kəndi və 7 sayli şəhər məktəbi komandalari üz-üzə gəldi. Gərgin keçən ilk hissə minimal hesabla birincilərin xeyrinə nəticələndi. İkinci yarıda da Aşagi Nüvədi komandası daha 2 qol vuraraq oyunu qələbə ilə başa vura bildi. Aşagi Nüvədi kəndini təmsil edən komanda ilk dəfə bu Keçici KUBOKU qazandı . Qeyd edək ki, finalda vurulan hər üç qolun müəllifi turnirin “Ən sərrast oyuncu” nominasiyası üzrə mükafatlandırılan Zeynal Axundzadə oldu.Sonda Cənub RFF tərəfindən qaliblərə və finalçılara qiymətli hədiyyələr, diplomlar təqdim olundu.
Cənub RFF-inform

turnir-1 turnir-2 turnir-3

turnir-5

5 Şərh

  1. emil917 says:

    son 4-movsum xezerin bawinda oturanlar biz azarkewleri nece aldadiblarsa bu movsumde bele olacaq. xezerin bawina yenede hec yerde ozune iw tapa bilmeyen bir qoca gelecek.

  2. Vaqif Rəşidov says:

    Sakin müəllimi bütün cənub zonası tanıyır və onun gördüyü işlər göz qabağındadır.Ona bu çətin və əhəmiyətli işlərdə uğur arzulayırığ.

  3. Salam Alleykum!
    Bu balalari Allah saxlasin.
    Biz mektebde oxuyan dovrde hemishe 1, 2, 3 ve Sutemurdov mektebleri rayon birinciliyinde finala cixardilar. Menim yadima gelen 1-ce defe 7 N=li mekteb (1987-ci il 9-10cu sinifler) finalda oynamishdi.

  4. SALAM!!!!! Admin wikipedia saytında Rednikin indiki iş yeri XL-an yazılıb, Mən bu sayta o qədər də inanmıram.Ancaq sizə inanıram.Əgər həqiqətdirsə mənim şərhimi burda yazmayın.Sadəcə doğru və ya yalan olduğunu yazın.
    ***
    Onu mən belə dəyişərək yazmışam.

  5. SALAM!!!!! Movzuya aid olmasa da,son günlər əsl XL-an azərkeşləri üçün bir mövzu var -AZƏRKEŞLƏRİN FİKİRLƏRİNƏ QİYMƏT QOYUB REDNİKİ QAYTARMAQ, Gün keçdikcə ümüd azalır. Sizi bilmirəm bu dəfə azərkeşlərin istəyi ayaqlar altına alıınsa (mustik qaytarılsa, oğuz çətin gətirilsə) mənim üçün XL-an mövzusu bir dəfəlik bağlanacaq. Məni qınıya bilərsiz ki, XL-an sevgisi bütün mövzulardan yüksəkdə durmalıdır-Ancaq o sevgiyə qiymət qoyulmursa sadəcə çəkilmək lazımdı. Mən ümumiyyətlə Türkiyyədən gələn bütün məşqçilərin əlehinəyəm…. Çünki onlar bizə həmişə yuxarıdan aşağı baxırlar. Ancaq bilmək lazımdı ki,yuxarıda olan təkcə ALLAHDI!!!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


beş − = 2