9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Sual_NidaNəhayət, komandalar yoruldular və qış fasiləsinə çıxmağa qərar verdilər. Dörddövrəli sistemlə keçirilən çempionatda iki dövrəni “yorulmadan yola verən” komandamız, belə demək mümkünsə, azarkeşlərimizi nəinki yordu, tarixində son illərin üzüntüsü ilə türk demişkən çıldırtdı. Türkün sözü, çıldırtdı demişkən, Mustafa Denizli ilə Oğuz Çetinə komandamızın məşqçilər korpusunun, tapşırılması yada düşdü. Düşdü demişkən, Con Benjamin Toşakın “Xəzər Lənkəran”ın baş məşqçi postundan düşməsi də yada düşür. Bu dahilərin əlində avara qalan “Xəzər Lənkəran”, bəlkə əksini desək daha düz alınar, “Xəzər Lənkəran” möcüzəsinin əlində avara qalan bu dahi məşqçilər, elə bil tilsimə düşürlər…

Hə, orda qalmışdıq ki, komandalar qış fasiləsinə çıxmağı qərara alıblar. Əslində son illər komandamızın qış fasiləsinə, qış yuxusu da demək olar. Komandamız nəinki təbiətin bəzi qanunauyğunluğu kimi qış yuxusuna gedir, hətta iki ildir ki, elə yayda da yatır. Yayın istisində əziyyət çəkənlər, qışda bu əziyyətin bəhrəsini görərkən, biz yayda da yatmış olduğumuzdan, qışda ayılıb nə ilə məşğul olmalıyıq ki?.. Elə şirin yuxu hamısından qəşəngdir deyib, gözümüzü azca açıb, təzədən yuxulayırıq.

Əslində, əvvəllər bizim öz işgüzarlığımız var idi. Yayı-qışı nəinki yatmazdıq, var gücümüzlə işləyərdik. Heç yoruldum deyənimiz də olmazdı. Bilmək olmur qocaldıq, nədi? Bununla razılaşmasaq da, deyilənə görə 10 yaşımız var. 10 ilə də qocalmaq olar? Bizim hələ həyatda pərvazlanan vaxtımız gərək olsun. Yoxsa ki, nə qocalmaq? Düzdü, komanda öz azarkeşlərini və sahibini bu 10 ildə bəlkə də, 100 ilə bərabər qocaldıb. Amma ötənlərdən düzgün nəticələr çıxarılsa, fərəhlənməyə nə var ki, fərəhlənməksə, insanı bir anda cavanlaşdırır.

Cənab Toşak gələndə, yerli bazar məhsullarına üstünlük verməyi qərara almışdı. Supermarket mallarını bahadır deyə, məsləhət görmürdü. Daha fikirləşmirdi ki, yerli məhsullar ya zaydır, ya da Supermarketdəkindən çox geri qalmasına baxmayaraq, babatı iki-üç dəfə bahadır. Elə ondansa, Supermarket malı daha yaxşıdır. Supermarket demişkən, bu çətinliklərə baxmayaraq, kişi Superkuboku alıb bizə verməyi də bacarmışdı. Kişinin məşqçilik karyerasına baxdıqda elə ona “Kubok Toşak” da deyə bilərik Toşakdan bizə miras qalan tək Superkubok deyil. Ondan bizə miras qalan Nikola Qliqorov, Junior Nildo və Zohair Benouahi də yaddaşlarda qalmaqda davam edir.

İndi Mustafa hoca da bu üçlüyü sevməyi heç cürə bacarmayan azarkeşlərə, onlara sahib çıxmağı, mətbuat konfranslarının birində demişdi. Bu üçlük “Xəzər Lənkəran”ın indiki səviyyəsinə uyğun gəlsə də, komandanın nə adına, nə də arzularımızın komandasına uyğun deyil. Bu üçlük komandada qalarsa, bu böyük ümidlərlə “Xəzər Lənkəran”ın  sükanı arxasına gətirilmiş, həqiqətən təcrübəli və döyüşkən komanda qurmağı bacaran və faktiki nəticə verən Mustafa bəylə azarkeşlər arasında inamsızlıq əmələ gətirəcək və vaxt getdikcə bu inamsızlıq, uçuruma çevriləcək. Son illərdə belə uçurumun dərinliyi oyun zamanı “Fırtınalar Meydanı”nın tribunalarında da böyük ölçüdə hiss olunmaqdadır.

Mustafa Denizli bir professional mütəxəssis kimi bunları anlamamış deyil. Son illərin yay və qış transfer dönəmlərini boşa verməkdə ya məşqçi səriştəsizliyi, ya da klubun para limiti bərbad hal yaradıb. Bu bərbad halın yaşanması üzündən komanda böhrana düşüb və hələ ki, çıxa bilmir. Mustafa Denizli kimi bir mütəxəssisin gəlişi ilə bu böhhrandan çıxmaq üçün münbit şərait yaranıb. Yetər ki, onun istədiyi komandanı qurması yolunda klubun sahibi ona tam yardımçı olsun. Ümidlərimiz bu qış transferi ərəfəsində yeni komandanın qurulmasına çox böyükdür. Azarkeş hayqıraraq və için-için sızıldayaraq bunu deyir, zamanı, fürsəti boşa verməyin!

MƏNBƏ: Bosman.az

8 Şərh

  1. Nə vaxta kimi klub daxilində rəhbərliklə baş məşqçi arasında gizli oyunlar, fikir ayrılığları, futboldan kənar çeşid-çeşid müxtəlif qara işlər görüləcəksə, “Xəzər Lənkəran”ın inkişafından söhbət belə gedə bilməz! Bu tip idarəçiliyin bariz nümunəsidir ki, “Xəzər Lənkəran” artıq “Sumqayıt”la, “Rəvan”la eyni səviyyədə olan komandaya çevrilib.

  2. Əgər klub rəhbərliyi transfer hüququnu M. Dənizliyə həvalə edibsə, bəs onun verdiyi müsahibədəki bu fikirləri necə başa düşək: «Hər halda transfer eləmək kəmiyyət baxımından rəhbərliyə daha çox sərf eləyən məqamdı. Futbolçunun qiymətindən “çıxarış” eləyib mənimsəmək var… Ancaq baş məşqçi əksər vaxt belə alış-veriş prosesindən uzaq qalır. Yaxud uzaq saxlanılır ki, “XL” da bu sistemlə işləyən klublardandı.»

  3. Bu Elnurun meselesini coxda sisirtmayin,ela bil Masxerano kimi mudafiyacidir? Qebeleda quzu kimi idi,gelib yena burda qirmizi vereqeleri ozu ucun duzer.Sonrada deyar ki,men mudafiyaciyam gerek kobud oynayam.Daha demir ki,mudafiyada ayaqlasa bilmiram sebeb bax budur.Azerkeslar onda qusur goranda fita basirlar,Elnurda azerkeslara medeni sekilda oz salvar….. gostarir.Budur bizim Elnur.Xezer rehberliyi cox boyuk sehf eliyib onu getirmakda.Elnur top dalinca qacanda oz dalin gucnan dartir.Bizim serh veran qardaslarda sensasiya kimi qeleme verirlar,Elnur qayidib yox bir Pike qayidib.

  4. bir soznen xezer lenkarana virus duwub bu virusu mualice eden adam lazimdi bu qoca hekimlerde ancaq turke care edir.

  5. Yazıya görə Mirhafiz müəllimə çox sağ olun deyirəm. Mövzuya dair fikrimi “Bosman.az” da bildirmişəm.

  6. Axundov Cavid says:

    Bu mövsüm icarə əsasında “Qəbələ”də çıxış edən “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyevin taleyinə aydınlıq gəlib. Millimizin üzvü Cənub klubuna qayıdıb.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə idmanxeber.com-a klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib: “Elnur Allahverdiyevi geri qaytardıq. Bu baş məşqçimiz Mustafa Dənizlinin istəyi idi”

  7. Mustafa hoca çox əziyyət çəkməsin,elə birdəfəlik Sumqayıtı optovoy transfer eləsin.Deyəsən Rednik öz məşqçi stoluna cadu edib,ondan sonra gələnlərin gözünə adi futbolçularda ulduz görsənir.Mustafa hocada heç oyunun görmədiyi Slaviki transfer etməklə bunu sübut etdi.Xəzər azarkeşlərinə bəri başdan dərin hüznlə başsaglıgı verirəm.2-ci dövrə üçün əsəblərinizə müalicə edin və sedaflordan istifadə edin.

  8. Men bu qardasin yazdiqlari ila tam raziyam.Mustafa Hocaya meslehet bilirik qis fasilasindan maksimum istifade elasin,sonra gec olar.Getirdiyi transferlar Tosakun getirdiyina oxsamasin,yoxsa olan-qalan azerkeslardanda olariq.Mustafa Hocadan xahis edirik Nildonu-Benahunu gondarin,qoy bir az rahat nefes alaq.Kim o,Nildonu-Benahunu biza caliyib gorum Allah o adamin basina das salsin.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 3 = doqquz