11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xezer-lenkeran6Premyer Liqanın XI turunun “Simurq”la oyunu “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olacaq.

Lənkəranda baş tutacaq görüşdə komandamız tarixində 400-cü rəsmi matçına çıxacaq.

 Belə ki, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək müxtəlif yarışlarda 399 oyunda qüvvəsini sınayıb. Nəticəsi ləğv olunan və yenidən oynanılan 2 matç nəzərə alınmamaqla, nəticəsi tarixə texniki hesabla düşən 1 matç isə hesaba alınmaqla “Xəzər Lənkəran” 4-cü böyük yubileyin astanasındadı. 10 il ərzində Azərbaycan çempionatı, Azərbaycan kuboku, Superkubok, avrokuboklar və Birlik kubokunda üst-üstə 399 qarşılaşmada azarkeşlər önünə çıxan “ağ-yaşıllar” 198 qələbə qazanıb, 113 heç-heçə edib və 88 dəfə uduzub. 200-cü qələbənin iki addımlığında olan futbolçularımız penaltilər seriyaları və texniki nəticədəki hesab (3:0) nəzərə alınmamaqla 611 top vurub və 341-ni buraxıb.

Çempionat 311 153 91 67 455-251
Kubok 63 38 14 11 127-48
Avrokuboklar 18 2 7 9 14-33
Birlik kuboku 6 4 1 1 13-8
Superkubok 1 1 0 0 2-1
Yekun 399 198 113 88 611-341

İlk oyununu 2004-cü il avqustun 7-də “Turan”a qarşı səfərdə keçirən “Xəzər Lənkəran”ın tarixi 1:1 hesablı heç-heçə ilə başlayıb. Komanda indiyəqədərki 8 tarixi matçın 3-də qalib gəlib, eyni sayda heç-heçə edib və yalnız 50-ci və 350-ci matçında uduzub.

 Həftənin sualı: Ötən həftə 30 oktyabr 2010-ci il tarixinə təsadüf edən matçda “Qarabağ”ın qapısına qələbə qolu vuran futbolçunun adını soruşmuşduq və sözügedən futbolçunun rumın olduğunu bildirmişdik. Düzgün cavab: yarımmüdafiəçi Konstantin Arbanas. Həftənin qalibi isə Vüsal Qurbanov oldu.

 Bu həftə isə sualımız “Simurq”a qarşı keçirilən görüşlərlə bağlıdı. Bu rəqib üzərində son ev qələbəsi 3 il bundan öncə, 2011-ci ilin oktyabrında baş tutub. Həmin oyun 1:0 hesabı ilə yekunlaşıb. Bəs komandamızın həmin oyunda qolunun müəllifi Pireney yarımadasından olan hansı keçmiş futbolçumuz olub? Cavabları həmişə olduğu kimi info@lankaranfc.com ünvanına yollamağınızı xahiş edirik.

MƏNBƏ: lankaranfc.com

Bir şərh

  1. Salam, Admin bəy! Səhv etmirəmsə, üç il bundan əvvəl “Fırtınalar meydanı”nda “Simurq”un qapısına vurulan yeganə qolun müəllifi ispaniyalı legioner futbolçumuz Antonio Semedo idi.
    ***
    Salam, məncə də elədir. Mümkünsə bu cavabı həmin o elektron ünvana göndərin.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 1 =