1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

xezer“Xəzər Lənkəran”ın Türkiyədə təlim-məşq toplanışı davam edir.

Vətəndə isti yay günləri öz hökmünü diqtə etdiyi vaxtda qardaş ölkənin dəniz səviyyəsindən 1000-1200 metr hündürlükdə olan Kapadokya bölgəsində sərin hava şəraitində keçən məşqlərdə hələlik  komandamızın cəmi 17-üzvü iştirak edir. Lakin yaxın günlərdə düşərgəyə bir neçə yeni futbolçunun qatılacağı artıq dəqiqləşib. Belə ki, 12cioyuncu.info saytının əldə etdiyi məlumata görə braziliyalı legionerlər bir neçə günə komandanın heyətinə qoşulacaqlar. Cənubi Amerikalı futbolçuların biletləri belə artıq alınıb. Eyni zamanda dəvət almış afrikalı (Qanalı) futbolçular isə vizalarını gözləyirlər. Qeyd edək ki, Kapadokya bölgəsinin mərkəzi olan Nevşehir şəhərində məksunlaşan “Xəzər Lənkəran” toplanışın sonuna qədər heyətini tam olaraq komplekləşdirməyi planlaşdırır.  FİFA-nın transfer qadağasının Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən ləğv qərarı ləngidikcə isə heyətə qatılan hər bir futbolçu ilə hələlik yalnız ilkin (şifahi) razılaşma əldə edilir və ya xüsusi şərtlər əsasında hazırlanan daxili müqavilələr imzalanır.

Məlumatdan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

4 Şərh

  1. YUNIS HUSEYNOV BIR MESQCI KIMI OZUNE EMIN DEYIL. YOXSA RUSLAN VE VAQIF KIMI QATARI GETMIS SERNISINLERE GUVENMEKDENSE DAHA ISTEKLI VE ENERJILI OLAN YERLI USAQLARLA LEQIONERLERIN VEHDETI DAHA DUZGUN ADDIM IDI. BIZE NE VAQIF NEDE RUSLAN LAZIM DIR. ONLAR YAXSI FUTBOLCU OLDAYDILAR OZ KLUBLARINDA QALARDILAR.

  2. mən bu qadağanın ləğv olunmağını istəmirəm.Ruslan Abışov kimi nöyütçülərin gəlib Xəzərdə oynamağındansa qadağa ləğv olunmasa, öz uşaqlarımız oynasa daha yaxşı olar. həm Elvin həm Rasim Ruslandan üstün oyunçulardı. Sakarlanı isə onnan müqayisə edib təhqir etmək istəmirəm. Bu neftiçinin töküntüləri bizim nəyimizə lazımdı başa düşmüəm.Onlar işsiz qalanda, iş tapana qədər maaşsız qalmamaq üçün gəlirlər Xəzərə. Yanvara kimi özünə başqa klub tapıb gedəklər. Eybi yox qoy uduzaq, amma bunlardansa öz uşaqlarımız cannan oynasınlar.

  3. Salam Admin.Əgər qadağa goturulməzsə transfer pəncərəsi bağlanan a kimi oynaya bilməzlər.Admin bilmirsiz Cenpion at nə vaxt başlayır
    ***
    Salam. Çox güman həmişəki kimi yenə də avqust ayının əvvəlində başlayar.

  4. Salam admin cox sagol Olun bu gozal xeberlere gora admin Vuqar vaqif ruslan resad bunlar cempiyonat baslasa oynamagi mumkun olmayacag beyem
    ***
    Salam. Məncə oynaya bilməzlər. Amma ümid edirəm ki, o vaxta qədər transfer qadağası ləğv olunar.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ üç = 9