10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

oyunAvqustun 22-də “Xəzər Lənkəran” “Fırtınalar meydanı”nda “Rəvan” klubunu qəbul etdi.

Saat 21:00-da start götürən qarşılaşmanı Rəhim Həsənovun başçılığında olan hakimlər briqadası idarə edirdi. Ona laysmanlar Rza Məmmədov və Akif Əmirəli eləcə də dördüncü hakim Nail Nağıyev kömək edirdilər. Görüş CBC kanalı canlı yayımlanırdı.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:
1. Orxan Sadıqlı
3. Rasim Ramaldanov
8. Elşən Rzazadə
9. Orxan Əliyev
11. Kazım Kazımlı
12. İlyas Səfərzadə
14. Rahid Əmirquliyev (k)
18. Tural Cəlilov
27. Adrian Skarlatake
97. Elnur Cəfərov
99. Mahsum Qəmbərli

Ehtiyat oyunçular:
25. Tərlan Qasımzadə
5. Fərid Əsədov
16. İbrahim Qədirzadə
32. Zaman Mirzəzadə
42. Kamran Abdullazadə
72. Elvin Mirzəyev
96. Anar Babazadə

Baş məşqçi: Yunis Hüseynov

 

Əvvəlcədən oyuna maraq çox idi. Bunun səbəbi də “Xəzər Lənkəran”ın yeni mövsümə uğurla start verməsi idi. Belə ki, komandamız ilk turda “İnter”i doğma meydanda məğlub etmiş, ikinci turda isə səfərdə hakim səhvlərinin ucbatından “Sumqayıt”la heç-heçə etmişdi.

Beləliklə ilk dəqiqələrdən anlamaq olurdu ki, “Rəvan” komandası Lənkərana gəzməyə gəlməyib. Qonaqların “Fırtınalar meydanı”nda mübarizə aparacağı aydınlaşdıqdan sonra futbolçularımız daha ehtiyatlı oynamalı idilər, əsasən də ilk dəqiqələrdə bu vacib olduğundan müdafiəyə xüsusi diqqət ayrılmalı idi. Amma eyni zamanda “ən yaxşı müdafə elə hücumdur” prinsipini də hələ heç kəs ləğv etmədiyindən futbolçularımız oyunun 8-ci dəqiqəsində fərqlənmək üçün yaxşı imkan əldə etdilər. Rəqibin cərimə meydançasına daxil olan Kazım Kazımlı iti bucaq altından qapıya zərbə endirdi, müdafiəçəyə dəyən top kornerə çıxdı. Az sonra təxminən eyni vəziyyət bizim qapıda yaşandı, lakin hər iki epziodda künc zərbələri effektsiz alındı. Getdikcə “Xəzər Lənkəran” qonaqların qapısına daha çox yüklənməyə başladı. Matçın 12-ci dəqiədə Rahid Əmirquliyev uzaq məsafədən zərbə ilə qapını yoxlamaq istədi, lakin bu cəhd uğursuz alındı. Vaxt gedir, qol isə hələ vurulmamışdı. İnsafən komandamız ardıcıl hücumlar qururdu,  hətta futbolçularımızın topla rəftarı rəqibin cərimə meydançasının yaxınlığında bitirdisə də yenə cəhd olaraq aşkar sezilirdi. Əlbəttə “Rəvan”ın qapanması da işləri korlayırdı, ancaq qapanan komandaya qarşı daha rəngarəng  və müxtəlif cinahlarlarn irəli gedərək hücum etməyin əhəmiyyəti aktuallaşırdı. Komandamız isə ilk 20-dəqiqə ərzində yalnız sağ cinahı istifadə edirdi, bu da hələlik xeyrsiz idi. Bunda əlavə görünür “Rəvan” bu görüşə çox yaxşı hazırlaşmışdı. Belə ki, meydanın əsasən mərkəzində futbolçularımız topu biri birinə ötürən zaman qonaq komandanın üzvləri gözlənilməyən tərzdə pressinqlə fəallıq nümayiş etdirib qazanmağa çalışırdılar. Bu da irəli getmək çətinləşdirirdi. 22-ci dəqiqədə fərdi oyunu sayəsində Elnur Cəfərov qonaq müdafiəçiləri və qapıçını narahat etdi, amma epizodda uğurlu sonluq gəlmədi. “Rəvan” futbolçularının gözlənilməz aktiv pressinqləri “Xəzər Lənkəran”ın bütün planlarını korlamaq üzrə idi. İlk yarımsaatın tamamında ilk olaraq tribunalarda toplanan azarkeşlər anlayırdılar ki, nəsə yenilik etmək, oyunu dəyişmək, nəhayət qol vurmaq zamanı çatmışdır. Hər halda azarkeşlər 30-dəqiqəlik dəstəyə qısa müddətli də olsa ara vermişdilər ki, bunda da haqlı sayıla bilərdilər – axı tribunların dəstəyinə rəğmən komandanın oyunu alınmırdı. Bununla belə istənilən irəli gedilmə cəhdində azarkeşlər yenidən fəallaşırdılar. Epizodların birində Rahid Əmirquliyevin yıxılması ilə qonaqların cərimə meydançasının qarşısında (sol tində) təyin olunan cərimə zərbəsini Skarlatake yerinə yetirdi, tərslikdən onun da zərbəsi alınmadı. İlk hissənin sonlarına yaxın meydanda gedən mübarizə daha çox rəqibin qapısı istiqamətində qonaq futbolçuların sıxlaşması, bizimkilərin isə getdikcə aqressivləşməsi ilə davam edirdi. Hücumlarımızın çoxu bəsit üslubda davam edincə futbolçularımız uzaq məsafələrdən zərbələrə üstünlük verirdilər, lakin sıx şəkildə müdafiə olununan “Rəvan”ın arxa xətt futbolçuları bu zərbələrinin qarşısını bədənləri ilə alırdılar. İlk 45-dəqiqənin sonu bu sayaq davam etdi.

II HİSSƏ

Fasilədən sonra iki dəqiqə ərzində top “Rəvan”da qaldı. Bu da futbolçularımızın bəzilərində sinir davamsızlığına yol açırdı. Elşən Rzazadə ilk hissədə rəqib futbolçunun ayağna zərbə vurduğuna görə sarı vərəqə almışdısa ikinci hissənin əvvəlində başlamaq üzrə olan rəqib hücumunu dayandırdı, amma bu dəfə əllə oynayaraq bunu etdi. İkinci sarı vərəqə və ardıyca qırmızı alan Elşən Rzazadə komandanı çətin vəziyyətdə qoyduğu üçün bəlkə də yaxın zamanlar üçün karyerasının üstündən xətt çəkmiş oldu. Təbii ki, bu oyunun nəticəsindən asıl olacaqdı. Amma onu mütləq qeyd etmək lazımdır ki, Rzazadənin əllə oynamsına heç bir bəraət ola bilməz.

Komandamız hücumlarını davam etdirirdi. Yenə də sağ cinahla irəli gedən futbolçularımız bu dəfə də bir şeyə nail ola bilmədilər. Üstəlik bu mənasız və yersiz hücum cəhdindən sonra “Rəvan” sürətlə əks hücuma keçib hesabı açdı 0:1. Qoldan sonra futbolçularımız əməlli başlı mandraja düşdülər. Həmin dəqiqələrdə qonaqlar yenə də qol vura bilərdilər. Amma müdafiə xəttində olan futbolçularımız min bir cəhdlə topu uzaqlaşdırırdılar. İrəlidə isə işlərimiz getdikcə daha pis tərzdə gedirdi. Artıq “Rəvan” topu özündə  daha saxlayırdı. Gözlənilmədən Rahid Əmirquliyev effektli uzaq zərbəsi ilə oyunu bizim xeyrimizə qızışdırdı. Bu zərbə bir qığılcım rolunu oynadı. Top rəqibə düşəndə isə onlar tempi aşağı salmağa çalışırdılar ki, bu da başa düşülən idi. Kapitan Əmiquliyev bütün istiqamətlərdə topu ələ keçirib irəlidəki komanda yoldaşlarına ötürürdü. Oyunun 65-ci dəqiqəsində baş məşqçi Yunis Hüseynov dəyişikliyə əl atdı. O İlyas Səfərzadəni digər gənc futbolçu Zaman Mirzəzadə ilə əvəzlədi. Hücumlarımızın əksəriyyətini uzaq məsafədən irəli ötürmələrlə davam etdirmək istəyən futbolçularımızın cəhdləri boşa çıxırdı. Bu əməlli başlı görünürdü. Belə ki, uzaqdan gələn ötürmələr balaca boylu Kazım Kazımlıya istiqamətləirdi, amma o 5-ötürmədən 4-nə sadəcə boy çatdıra bilmirdi. Bir təhər topa sahib olduğunda isə fiiki cəhətdən güclü hündürboylu “Rəvan” müdafiəçilərinin hesabına topu itirirdi. Əvəzində həvəs üstə olan qonaqlar qapımıza böyük qüvvələrlə gəlirdilər. Epizodların birində Orxan Sadıqlı çətinliklə, yalnız ayaqları ilə topu qaytarıb komandanı xilas etdi. Az sonra Elnur Cəfərov Messi sayağı texnika nümayiş etdirərək rəqibin bir neçə futbolçusunu aldadaraq cərimə meydançasına daxil olub qapıya zərbə vurmaq istədi. “Rəvan”ın müdafiəçiləri imkan vermədilər. Getdikcə “Xəzər Lənkəran” az qala bütün heyətlə irəli gedirdi. Arxada yaranan boşluq “Rəvan” üçün yaxşıca imkan yaradırdı, ancaq bir neçə hücum sonrası qonaqlar cərimə meydançamıza daxil olsalar da istədiklərinə çata bilmirdilər. Həmin dəqiqələrdə Kazım Kazımlı hava ötürmələrini boşa verirdi. Deyəsən bunu Yunis Hüseynov da görürdü ki, növbəti əvəz etməyə qərar verdi. Baş məşqçi onu Kamran Abdullazadə ilə əvəzlədi. Son dəqiqələr gərgin keçməkdə idi. “Xəzər Lənkəran”ın hücumları naməlum səbəblərdən hakim tərəfindən dayandırıldıqca tribunalardakılar pis vərdişini tətbiq edib hakimin ünvanına qeyri etik şüari səsləndirdilər. Artıq son dəqiqələr gedirdi, sayca azlıqda qalan “Xəzər Lənkəran” normal hücum qura bilmirdi. Bu da qonaqlara əks hücum üçün şərait yaradırdı. Belə epizodların birində boş qapımıza gələn topu Skarlatake uzaqlaşdırdı, iki saniyyə sonra isə Orxan Sadıqlı da komandanı xilas etdi. Az sonra Elnur Cəfərov “Rəvan”ın cərimə meydançasında yıxıldı. Baş hakim penalti təyin etdi və Rahid Əmirquliyev bunu qola çevirdi 1:1. Bu qol stadionu ayağa qaldırdı. Bundan sonra hər şey futbolçularımızın əlində idi – irəli get və qol vur. Elə vurmaq üçün imkan da yarandı. Amma qonaqların qapıçısı yaxşı oynadı. “Rəqib” futbolçular son bir iki dəqiqəni də tempi aşağı salmaq üçün əlləşir, imkan düşdükdə isə qapımıza da gəlirdilər. Orxan xilaskar rolunda çıxış etdi, az sonra isə baş hakim Adrian Skarlatakeyə də ikinci sarı vərəqə və qırmızı vərəqə göstərdi. Bu isə o demək idi “Xəzər Lənkəran” artıq 9-nəfərlə qalırdı. Daha bir dəqiqə yarım qarşılaşma davam etdi.

Son saniyyələrdə daha gərgin keçən oyunu baş hakim final fitini səsləndirərək nəhayət ki, bitirdi. Beləliklə FİFA-nın tətbiq etdiyi transfer qadağası ucbatından “Xəzər Lənkəran”ın  ötən mövsümdən qalan yarımçıq heyəti özünün son oyunda 1:1-lik heç-heçə ilə kifayətləndi.

8 Şərh

  1. Azərbaycanlı says:

    Oyunu meydanda izləyənlərdən bir XL tərəfdarı kimi gözlədiyim nəticəni gərdmədim. Oyunun hesabı Elşənin “udaleniyasından” sonra bizi qane etməyə bilməz, amma Elşən lazımsız qırmızı vərəqəsinə görə azarkeşlərə özü və ya məşqçiləri vasitəsilə izah veməlidir. Skarla da hakəza. Futbolçular bilməlidirlər ki, XL Azarkeşı kor-koranə qışqırmağa gəlmiş adam yığını deyil, komanda ilə hisslərimizi bölüşürüksə bu bölgünün tənböləni səmimi qarşılıqlığımız olmalıdır. Yoxsa, komanda bilidiyini edəcəksə, bilmədiklərinə tuş gələ bilərlər. Nə vaxtsa parlayan ulduzumuz kimi gördüyümüz yetirməmizin əvəzolunmasınin fitə basma ilə müşaiyəti göstərdi ki, Azarkeşimiz avansı əvəzsiz vermir. Orxan Əliyevin gördüyü işi görməmək çətindir, amma görünür görüb danmaq mümkündür.
    Bir az da özümüz barədə. Dünən birbaşa teletranslyasiya zamanı, hesab 1-1 olandan sonra “sudyanı sulamağın” yeri yox idi, azarkeşlərin çox hissəsi dəstək verməsə də şərq tribunalarında sıx oturanlarımızın ahəngdar “komplimentləri” meydanın hər yerinə, deməli telemikrofonlara da çatırdı. Lənət olsun şeytana.

  2. Salam ezizlerim. Elsen Rzazadenin hereketi heç onun özüne de yarasmadı. Bu qeder insanlara qarsı terbiyesizlik etmek kimin aqlına gelerdi? Artıq sözum yoxdur?

  3. Salam admin,salam Rövşən müəllim,Sizə can sağlığı və düçar olduğumuz sağalmaz xəstəliyin girdabında çabalamamağı arzu edirəm! Elnurun oyunu bəyəniləsidir,yeganə çatrışmamazlığı fərdi oyuna ifrat meyilli olmasıdır.Qaldı Orxan Əliyevə …onun oyunu XL-də alınmır,3 oyunda ondan normal ötürmə nədi, heç əməlli oyun da görmədik meydanda yıxılmaq-durmaqla məşğuldu (ab-hava korlayana oxşayır-təki yanılım)Bu zəhrimar futbol əsəblərimizi korlayıbı,Ağabala getdi Orxan gəldi…

  4. Агали says:

    Futbolcular azerkewleri gorub heveslenmelidi ama diesen bizimkilerde eksinedi

  5. Salam.Bu gun oyunu stadiondan canli izledim.Hakimin idareciliyi tam normal idi.Her iki qirmizi vereqe haqqli vereqeler idi.Hetta men bizim lehimize verilen penaltiden bir qeder wubheli qaldim.Amma ayibdir vallah,hakimin her fitine qiwqirmaq,etiraz etmek bize yarawmaz.Bele etdikce hakimlerin yaddawinda X.L azerkewinin menfi obrazini yaradiriq.Bele bir deyim var:qelebe qazanmaq isteyirsense meglub olmagi bacarmalisan.Yeni ki,bu gun itirdiyimiz 2 xalin sebebkari tecrubesizlik oldu,hakim yox.

  6. sukur canimiz bu usaq-musaqdan gurtardi.amma yene yaxsi qurtardiq.

  7. Rovshan Asadov says:

    Hakimin oyunda idareciliyi normal idi. Erken qol vura bilmeyince sinirler gerildi ve oyunumuzu itirdik. 1-1 oyuna gore olan netice idi. Orxan Eliyevle Elnur Ceferov Xezer Lenkeranin geleceyidir, ve bu klubda oz sozlerini mutleq deyecekler. Hec bir emosiyaya qapilmadan bu gunku neticeden razi qalmaliyiq. Ilk iki oyunda komanda yaxwi tesir bagiwlamiwdi, bu sebebden de Yunis Huseynova vaxt ve wans verilmelidir, zamanla herwey duzelecek inwaAllah

  8. Axsaminiz xeyir Admin bey .Necesiz?sehetiniz necedi?Men Elsen Rzazadenin qirmizi kart aldigi epizoda nezer salmaq isteyirem .Eger hemin an ya qarabagin ya da bsumqayitin ve diger klublarin oyuncusu olsaydi hakim ikinci sari vereqeni vermezdi.O ki qaldi skarlanin ikinci sari vereqe almagina vallah mat metel qaldim .Qisasi yene de hakim qerezliyi ve anti xezer lenkaran planlari ehhhhhhh
    ***
    Salam. Diqqətinizə görə minnətdaram. Qeyd edim ki, qırmızı alan futbolçularımızdan Elşən Rzazadənin ikinci sarısı bağışlanmaz işdir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 − = üç