1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

LflLənkəranda keçirilən və kifayət qədər böyük marağa səbəb olmuş Lənkəran Futbol Liqasının çempionatı davam edir.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə sentyabrın 27-də yarışın III tur oyunları baş tutub. Reqlamentə uyğun olaraq ötən turda istirahət edən “Böyük Bazar” ATSC komandası saat 18:00-da “Avrora” komandasını sınağa çəkib. Bunacan bir oyunda asan qələbə qazanan “Böyük Bazar” ATSC bu cütlüyün də favoriti sayılırdı, lakin onlar gözləmədiyi halda çətin rəqiblə üzləşərək gəgrin mübarizədə rəqibin qələbəsinə şahidlik etməli olublar. Əslində görüşün startından final fitinə qədər dominantlıq edən də elə “Böyük Bazar” ATSC komandası olmuşdu, amma  görünür uğur qazanmaq üçün bu yetərli olmayıb. Komandanın heyətində Ruslan Əsgərov iki dəfə fərqlənib, Anar Heyderov və Fərəc Ələskərov isə hərəyə bir qol atıblar. “Avrora”da isə Xəqani Cəlilzadə və Fəzail Ağayev bir qola seviniblərsə, sərrastlar yarışının liedri olan Fariz Hüseynov xet triklə komandasının qələbəsində pay sahibi olub.

“Böyük Bazar” ATSC 4:5 “Avrora”

Lənkəran şəhəri, Şəhidlər xiyabanı yaxınlığında yerləşən qapalı futbol meydançasında saat 19:00-da çempionatın turnir cədvəlinə başçılıq edən “Mamusta” öncəki turda məğlubiyyət acısı yaşamış “Xan Bağı” komandası ilə qarşılaşıb. Bu oyun çoxlu qolla yadda qalmayıb. Amma qol azlığı da görüşün maraqsız keçməsi kimi də anlaşılmamalıdı. İlk dəqiqələrdən “Xan Bağı”nın üzvləri daha güclü gürünürdü, oyun boyu da hücumda daha çox vaxt keçirirdilər və hesabı da onlar açdılar. Hər iki komanda mübarizə nümayiş etdirirdi. Buna baxmayaraq ötən iki turda olduğu kimi bu matçda da “Mamusta” komandası düşdüyü məğlub durumdan dönüş edərək oyunu qazana bildi. Qaliblərin heyətində Elmar Beyğiradə iki dəfə fərqlənib, ikincilərdən isə Qaqaş Hüeynzadə bu qollardan yalnız birinin əvəzini çıxa bilib.

“Mamusta” 2:1 “Xan bağı”

Nəhayət Lənkəran Futbol Liqasının çempionatının III turuna  “Qalayçılar”  Xan Lənkəran cütlüyünün bolqollu oyunu ilə yekun vurulub. Saat 21:00-da meydançaya çıxan komandaların görüşündə qapılara ümumilikdə 13-top vurulub. Turnirin öncəki iki oyununda məğlub olan “Qalayçılar” bu dəfə qələbə şansını əldən verməmək üçün döyüşə atılıblar. Hər iki komanda xalsız olduğundan oyuna qələbə əzmi ilə başlamışdı. Hesabı Xan Lənkəran açsa da “Qalayılar” daha çox qüvvə sərf etməklə qələbə istəklərini ortaya qoyublar. Onların bu əzmkarlığı öz nəticəsini ləngitməyib və Xan Lənkəran komandasının qapısını 9-qolla aşsüzənə çevirərək vacib 3-xalı qazana biliblər. “Qalayçılar”dan Farid Bağırov pokerlə Şamxal Əzizli isə xet triklə, Famil Məhərrəmov bir qolla yadda qalıblar. Rəqibin futbolçusu Fəryad Mirzəyev avtoqolla “Qalayçılar”ın lehinə işləyib. Amma bir qol da rəqibin qapısına yollayıb. Xan Lənkəran komandasından isə həmin avtoqolçu Fəryad Mirzəyevlə yanaşı Hadı Hüseynov, Allahşükür Ağazadə və Nurlan Əsgərov hərə bir qola güc yetirə biliblər.

“Qalayçılar” 9:4 “Xan Lənkəran”

yasil xett

Sərrastların yarışı 3 turdan sonra

FARİZ Hüseynov –10 (Avrora)

ELMAR Beyğızadə – 6 (Mamusta)

ŞAMXAL Əzizli –5 (Qalayçılar)

FARİD Bağırov-4 (Qalayçılar)

RUSLAN Əsgərov –4 (Böyük Bazar)

XƏQANİ Cəlilzadə –3 (Avrora)

RAMİZ Abbasov –3 (Ürmə)

yasil xett

TURNİR CƏDVƏLİ

N Komanda o q h m t/f x
1 Mamusta 3 3 0 0 117 9
2 Ümrə 2 2 0 0 9-3 6
3 Avrora 3 2 0 1 15-12 6
4 Böyük Bazar ATSC 2 1 0 1 96 3
5 Qalayçılar 3 1 0 2 1417 3
6 Xan bağı 2 0 0 2 35 0
7 Xan Lənkəran 3 0 0 3 920 0

 

yasil xett

Lənkəran Futbol Liqasının çempionatı IV tur:

4 oktyabr .2015-ci il.

18:00 “Qalayçılar”  “Ümrə”

19:00 “Xan Lənkaran” “Avrora”

21:00 “Böyük Bazar” ATSC “Xan bağı”

“Mamusta” komandası üçün istrahət turu

yasil xett

9 Şərh

  1. Ilqar Mamusta says:

    Ele bilmeyin ki Mamusta komandasi ucun istirahet turu yazilib ve biz istirahet edeceyik.Cempion olana qeder istirahet yoxdu)))Telimde ne qeder cox ter toksen doyuwde o qeder az qan itirersen)).Butun komandalara ugurlar.Teshkilatcilara da cox sagol demek borcumuzdu.

  2. Lenkeranli says:

    Ayibdi assuzen nedi, polasuzen yazin. Axi biz lenkeranliyig

  3. bu sayda melumati derc eden qardawimiza demey isteyirdim yuxarida yazilan qalaycilar XAN Lenkeran oynu haqda melumatda awsuzen sozu pewekarliqdan cox uzagdi bele yazmag duzgun deyil..
    ***
    Salam. Ola bilər həqiqətən də bu addım peşəkarlqdan uzaqdır. Amma biz peşəkar jurnalist filan deyilik və bu sayt da adi, sadə azarkeşlərin saytıdır. Qaldı sizin iradınıza bizim konkret münasibətimizə, inanın ki, o sözü yazmaqda məqsədimiz aşılamaq, təhqir etmək olmayıb. Biz istədik ki, məğlub komandanın üzvlərində intriqa yaradıb növbəti oyunda daha yaxşı çıxış etmələri üçün onları motivasiya edə bilək. Yox əgər komanda üzvlərinin narazılığı varsa əlbəttə həmin sözü dəyişə bilərik. Hörmətlə: Məlumatı saytda yerləşdirən.

    • Vaqif Rəşidov says:

      Xaqani qardaş, bu sözdə heç bir qəbahət yoxdur.))
      Bundan sonra məzəli və marağlı replikalar və sözlər işlənəcək… Hələ çempiont təzə qızışır ,marağlı məqamlar irəlidədir.

      İslam bəyin bu böyük zəhmətinə görə minnətdrlığımızı bildiririk.

  4. Salam..her bir komandaya ugurlar. twk edirem AZER cox sagol ! cempianatda her wey normadi seviyyeli cempionat ucun Vaqif mellime tewekkurumuzu bildiririk Avrora kamandasi adinnan !

  5. Mamusta komandasına ugurlar

  6. Gelen turda Mamusta ıstırahetdedı,Mamusta kamandası e azerkewlerı adından Qardash kamanda avroraya ugurlar arzu edırık!

  7. Het tur,kecen tura nisbeten dahada maraqli kecir.Mamusta inwaAllah cempionatin sonuna kimi lider olaraq qalacaq.Ugurlar butun kamandalara.tewkilatci Vaqif muellimede tewekkurler.Fikrimce bele cempionatlardan butun rayonlarda tewkil etseler,futbola maraq dahada artacaq.Buda gelecek ucun yaxwi futbolcular yetiwmesine boyuk tekan olacaq.

  8. Her 3oyunda kamandamız gerıde olub ve donuw yaradıb qelebe qazanmıwıg )

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


doqquz + 6 =