8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xlSabah “Zirə” ilə səfərdə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son məşqini keçirəcək.

12cioyuncu.info saytının əldə etdiyi məlumata görə bu gün səhər saat 09:00-da Lənkərandan şimal istiqamətində yolla düşəcək komandamız paytaxta çatdıqdan sonra “New Baku” otelində məskunlaşacaq. Cəmi iki saatlıq istirahətin ardından, saat 16:30-da komanda Zirə İdman Kompleksinin stadionunda oyunöncəsi son məşqini keçirəcək. Məşqin ardından otelə dönəcək “Xəzər Lənkəran” oyunun başlama saatına qədər istirahətə çəkiləcək.

 Xatırladaq ki, “Zirə” – “Xəzər Lənkəran” görüşü sabah, noyabrın 28-də Zirə İdman kompleksinin stadionunda baş tutacaq.

Məlumatlardan istifadə edildikdə 12cioyuncu.info saytına istinad zəruridir.

4 Şərh

  1. Salam Zəfər müəllim Sizi özümdən bu başıbəlalı camiəyə qat -qat yaxın hesab edirəm ,bu vəhyin və ya” dərin” intiusiyamın məhsulu deyil sadəcə yazdıqlarızı oxuyandan sonra gəldiyim qənaətdir, məni ərkyana və səmimi olaraq yüksək mədəniyyətinizin təzahürü kimi “bəy” adlandırmağınıza təşəkkür edib əlavə edim ki adlı-sanlı (hamının şəcərəsinə və kökünə dərin hörmət və sayğı ilə)nəslin nümayəndəsiyəm indiki zamanda parametrləri sıfıra yaxın ölçülən ziyalıyam və vətənimlə ,xalqımla el-obamla fəxr edirəm, amma bəy deyilik .düz 41 ildir futbol xəstəliyinə düşar olmuşam eyvanın qəyməsinə(adını azərbaycan dilində tapmağa çətinlik çəkdim)bağlanmış xırıltılı radiodan (o qədər onu yerə çırpmışam ,yaxşı kötək də yemişəm-indiki uşaqları nə məktəbdə nə evdə döymək olmaz -İNTİHAR edəcəklər xanəxarabçılıq olar nə isə…) tutmuş böyük qardaşımın mənə gətirdiyi VEQA ya dək ,”Piemnik” “rekord”dadək -hamısı yaddaşıma əziz antikvar əşya kimi həkk olunub- futbola birnəfəsə qulaq asmışam. Blanterin məşhur marşı çalınanda ürəyim guppuldayar hesabın (adətən ikinci hissənin son 25-30dəqiqəsi verilərdi)xeyrimizə deyiləcəyinə Allahdan təvəqqe edərdim Eh Rəhmətlik Validin Çingizin səsi hələ də qulaqlarımdadır Ürəyimizi verdiyimiz Neftçi ilə başlanmış azərkeşlik canımızı verdiyimiz XL ilə davam edir Yazırsınız ki,son zamanlar XL dən narazıyam mən isə həmişə narazı olmuşam ,son iki ildə (bizdə internet olanı)yazdıqlarımda bunlar açıq-aşkar hiss olunur Ürəyim doludur rus demişkən “neujelni ” Lənkəranda futbolu bilən bircə nəfər belə bu camiəyə doğma olmadı ? Tokarı,çilingəri …şəxsi maraqlarla idarə olunan komandanın azərkeşi yazıq deyil lap bədbəxtdir (yandığımdan deyirəm)Uzun alınır…… telefon nömrəmi verirəm adminə zəngləşib görüşüb, dərdləşək.

  2. Salam müəllim ,Dünyanın gərdişinə bax,vaxt var idi ərköyün uşaqların naz ilə oyundan- oyuna Lənkərana yollanan komanda indi nazsız və qazsız türklər demiş baş kəndimizə yollanır Su əvəzində para axan arxlarımıza su bir daha gələr ancaq nazsız və … Var vaxtı coşub yerini , yerişini bilməyən komanda indi də yox vaxtı çasıb həmən gündədi Allah bu camiəyə rəhm eləsin Yay ümidlərimiz Avqustun qorabişən istisində kül oldu ,indi də böyük çillənin şaxtasında büzüşüb donvurma təhlükəsi var vaxt daralır necə deyərlər divar qurtarır….

    • Zəfər Lerikli says:

      Vasif bəy.Mən son zamanlar “XL”-kamandasindan tamamilə naraziyam.Bu kamandani bu gunə gətirənlərini də yaxşi taniyiram.Onlar artiq kamandaya əlavə “Yuk”dulər.Stadionun ot örtuyunə baxan direktor , klub prezidenti, mətbuat katibi və vitse prezident.Bunlar istefa verməlidirlər.Gənclərdə gunah yoxdur.Görun nə gunə qalmişiq…azərkeşlərlə- klubla əlaqələndiricilik necə “yuksək səviyyədə” kuçə söyuşləri ilə sosial şəbəkələrdə qurulur və “like”-lər yiğilir.Bazardi “XL”!.
      Bunlara bir irad bildirəndə “duşmən” olursansa…demək kamanda da artiq cənubun azarkeşlərinə hesablanmayib.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 + üç =