1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

uduzPremyer Liqanın XXXV turunda “Xəzər Lənkəran” “Sumqayıt” klubunu qəbul edib.

May ayının 15- saat 18:00-da də “Fırtınalar meydanı”nda start götürən qarşılaşmanı aşağıdakı heyətdə hakimlər briqadası idarə edib: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev.

Oyun “Xəzər Lənkəran TV” vasitəsi ilə canlı yayımlanırdı.

“Xəzər Lənkəran”ın start heyəti belə idi:

  • Orxan Sadıqlı
  • Ruslan Cəfərov
  • Asif Mirili
  • Orxan Səfiyaroğlu
  • Vüqar Bəybalayev
  • Bayram Budaqov
  • Tural Qürbətov
  • İbrahim Qədirzadə
  • Tural Cəlilov (k)
  • Zaman Mirzəzadə
  • Elfad Baləhmədov

Ehtiyat oyunçular:

  • Tərlan Qasımzadə
  • İlyas Səfərzadə
  • Hüseyn Xəlilzadə
  • Kənan Həsənov
  • Xaqani Sadıqov
  • Mahsun Qəmbərli

Baş məşqçi: Ağadadaş Həmidov

Təxminən eyni səviyyəli iki komandanın qarşılaşması kimi gözlənilən görüşün ilk hissəsində “Xəzər Lənkəran”ın üstünlüyü az da olsa hiss olunurdu. Bu üstünlük nə ustalıq nə də kollektiv çıxış sayəsində deyil sırf istəklə yaranmışdı. İlk qolu da elə daha fəal olanlar atdı; ötən turda penaltini qola çevirə bilməyən “Xəzər Lənkəran” bu dəfə penaltidən fərqlənərək hesabı açdı 1:1.

Fasilədən sonra qonaqlar özlərinə gəlmiş kimi görünürdülər. Düzdür yenə də top daha çox “Xəzər Lənkəran” futbolçularında qalırdı, amma bu heç də effektli oyun üslubu sayıla bilməzdi, qonaqlar əks hücumlarla bir neçə dəfə qapımıza doğru təhlükəli gəlmişdilər. Nəhayət “Sumqayıt” ələ düşən fürsəti boşa verməyərək hesabı bərabərləşdirdi 1:1. Sonrakı dəqiqələrdə meydanda gedən mübarizə qeyri adi heç nə ilə diqqət çəkmirdi. Ancaq yenə də əks hücum qolla nəticələndi və yenə də “Sumqayıt” komandası fərqləndi 1:2. Final fitinə qədər meydanda ora bura qaçan futbolçularımız heç nəyə nail ola bilməyincə matç bitinən kimi növbəti məğlubiyyəti qəbul etməli oldular 1:2.

Qeyd edək ki, paralel keçirilən oyunda “Qarabağ”ı 2:1 hesabı məğlub etdikdən “Rəvan” 17-xal toplayaraq turnir cədvəlində bir pillə yüksələ bilib. Nəticədə isə “Xəzər Lənkəran” 14-xalla turnir cədvəlinin sonuncu pilləsinə dıvırlanıb. Xatırladaq ki, Premyer Liqanın sonuncu 36-cı turunda “Xəzər Lənkəran” səfərdə “Rəvan”la üz-üzə gələcək.

 

9 Şərh

  1. Azərbaycanlı says:

    Vaqufun olmaması nəhayət Zamanı yerinə qaytardı…İbrahimin oyunu “U-17sbornıdan” sonra 17qəpiklik deyildi…türkün sözü-lap rusca danışmağı gəlirdi adamın.

  2. RM-WaRRioR says:

    Xatırladım ki, Xəzər Rəvanla 3 oyun oynayıb. 1-1 və 0-0 nəticəli heç-heçələr var. 1 oyunda isə Xəzər səfərdə qalib gəlib (0-1).
    ***
    Bəli buna görə də sonuncu oyunda “Xəzər Lənkəran” mütləq qalib gəlməlidir.

    • RM-WaRRioR says:

      Deməli hesabdan aslı olmayaraq Xəzər qalib gəlməlidir? Mütləq komandaya dəstək olmaq lazımdır.

  3. RM-WaRRioR says:

    Hörmətli admin. Əgər “Xəzər Lənkəran” gələn oyunda (Rəvan) qalib gəlsə, çempionatda yerini qoruyacaq? Xallar eyni (17) olacaq. Reqlamentə əsasən kim qalacaq xalları eyni olanda?
    ***
    Salam, “Xəzər Lənkəran” qalib gələ bilməsə I diviziona gedəcək. Çünki xallar eyni olduqdan aralarındakı oyunların nəticələri əsas götürülür və əgər “Xəzər Lənkəran” qalib gələrsə xallar bərabərləşəcək belədə isə “Rəvan” gedəcək aşağı diviziona. İstənilən digər hesab isə “Xəzər Lənkəran”a sərf etmir.

  4. rehman says:

    rehberriyi su quyusunun agzına oxşayan komandanın yeri ele oradı, o ki, qaldı axırıncı yer meselesine buda azerbaycan futbolunun emeyidi. nefci, azal, indide azerbaycanın vaxtından evel cempıonu sifarişlı revana uduzdu. hamının fikri birdi, birinci dvizion. bu rehberriyin itirdiyi sifeti hec birinci divizionun axırıncı yerinde olandada qızarmıyacag.
    L E N E T O L S U N B İ Z İ M E S E B L E R İ M İ Z L E O Y N A Y A N A.

  5. RÖVSƏN says:

    Yeni yerin mubarak Xəzər Lənkəran ondan aşağı yer yoxdur bundan sonra bir oyunu rahat oyna ya birinci 1 divizion ya da orda qalacaqsan

  6. RƏHMAN says:

    Salam. Məni bir məsələ təəccübləndirir. Dünya futbolunda bir ən-ənənin dəfələrlə şahidi olmuşuq ki, komandalar rəqibin acınacaqlı durumunda olduğunu görüb ona “hörmət” edir. Necə ki, bu gün Qarabağ Rəvana bu “hörməti” elədi. Bəs Xəzər Lənkərana bu “жест”i niyə etmirlər. Düzdür mən komandamızın dilənçi payına göz tikməsini və yararlanmasını istəmirəm. Ancaq uman yerdən küsərlər… Onsuz da inanmıram ki, Xəzər Lənkəranı aşağı liqaya göndərsinlər. Yəqin ki, komandaların sayını artıracaqlar. Qoy komandamıza bu bir dərs olsun ki, gələcəkdə heç bir komandaya acımaq lazım deyil

  7. ….”dıvırlanıb”…
    ***
    Türkün sözü – “Aynan öylə”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


səkkiz + 1 =