9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

5 ag-qara qushdan biriHər şey olduğu kimi.

“Neftçi” və “Xəzər Lənkəran” klubları arasında keçirilən növbəti “Böyük oyun” da belə başa çatdı. Adəti üzrə yenə “Xəzər Lənkəran”a qarşı hakim ədalətsizliyi, qapısına təyin olunan penalti, futbolçusuna verilən qırmızı vərəqə və nəticədə qeydə alınan 1-1-lik hesab. Ümid edirəm ki, meydandakı “oyun” və hakim idarəçiliyi barədə idman jurnalistlərimiz kifayət qədər vicdanlı və obyektiv yazılar yazacaqlar. Məni ciddi narahat edən bu günkü oyunda peşəkar bir klubun meydandankənar buraxdığı 5 “quş”dur. Gəlin bir-bir sadalayım.

Bilet var, giriş yox.

“Böyük oyun”un üzərimdə yaratdığı həyəcana görə oyunun başlamasına düz 1 saat 15 dəqiqə qalmış mən artıq “Bakcell Arena”nın qarşısında idim. Yaxınlaşdım kassaya biletimi aldım ki, içəri daxil olum. Bileti təqdim etdikdə, nəzarətçilər mənə qapıların 15 dəqiqədən sonra açılacağını dedilər. Biletin üzərindəki “Qapılar oyundan 2 saat öncə açılır” yazısını onlara xatırlatdığımda “Bizə belə tapşırılıb, göstəriş veriləndə açacağıq” cavabını verdilər.

“Yaşılına kor baxanlar”…

15 dəqiqəni “öldürməyə” çalışarkən diqqətimi biletin üzərindəki bir məqam cəlb etdi. Orada ev sahibi komandanın loqosundan başqa heç bir loqo yox idi. Bu məndə elə təəssürat yaratdı ki, “Xəzər Lənkəran” bu gün səfər oyununa çıxmayacaq. Axı ağ-yaşıl klub özü “ev” oyunlarına bilet çap etdirərkən rəqibə hörmət və obyektivlik əlaməti olaraq onun da loqosunu öz loqosunun yanında çap etdirir. Doğrusu hələ stadiona ayaq basmamışdan gördüyüm bu iki biabırçılıq həqiqətən də mənə “böyük oyun”a gəldiyimi xatırlatdı.

Lal diktor.

Oyun başladı, diktor düşdü “xod”a. Sözüm onda yox, belə də olmalıdır. Amma mənim üçün qaranlıq qalan, “Xəzər Lənkəran” futbolçularının əvəzetmələri zamanı diktorun susması idi. Sanki meydandan çıxan futbolçunun yerinə hər dəfə Mxitaryan daxil olurdu ki o anda diktorun səsi kəsilir, lal olurdu ki, düşməndir, adını çəkməsin.

Bizə düşmən lazım deyil.

Düşmən dedim, yadıma düşmən düşdü. Deyirəm ki, bizə şərəfsiz erməni lazım deyil. Öz içimizdə olan beyinsizlər bu gün hamımızın vətəni olan Azərbaycanımızı parça-parça etdilər. “Neftçi” azarkeşlərini deyirəm. Oyunun sonlarına yaxın “ağ-qara” azarkeşlər həmişəkindən daha da irəli gedərək çox təhlükəli şüarlar səsləndirməyə başladılar. “Bakı şəhəri bizimdir, Neftçi irəli!”, “Azərbaycan bir olsun, Xəzər deyən kor olsun”. Mən başa düşmürəm, Bakı sizindirsə, bəs Lənkəran kimindir, bütün Azərbaycan hamımızın deyilmi? Və ya “Xəzər” dedikləri Azərbaycanın bir şəhərini təmsil edən klubun adı deyilmi? Bəlkə “ağ-yaşıllar” erməni klubudur biz bilmirik? Ümumiyyətlə “Neftçi” azarkeşləri bu təhlükəli şüarla kimi kimdən ayırırlar? Ümid edirəm ki, bütün bunlara aidiyyatı şəxslər tərəfindən ən qısa zamanda aydınlıq gətiriləcək.

Dördünü dedim, qaldı biri.

Oyuna baxmaq üçün pul verib bilet alan tamaşaçıların öz avtomobillərini saxlamaları üçün “Bakcell Arena”nın ərazisində bir meydança da var. Oyun bitən kimi stadionun birinci çıxışından tələsik çıxıb oturdum sükan arxasına ki tıxaca düşməyim. Bu avtomobil meydançasının çıxışına çatanda gördüm ki, yanında Post Patrul Xidməti əməkdaşları olan orta yaşlarında bir dilənçi “qapıçı” sürücü tamaşaçılardan 50 qəpik tələb edir. Sanki stadion ərazisinə avtomobil girişi pulludur və belə də olmalıdır. Sıra mənə çatanda dedim ki “1 manat verib bilet almışam, 50 qəpik niyə?” Bu cavabı gözləməyən dilənçilər yolu açmaq məcburiyyətində qaldılar.

Bu da növbəti “Böyük oyun”, növbəti “peşəkarlıq” və növbəti “quş”lar.

Rövşən Əsədov

5 ag-qara qushdan biri

5 Şərh

  1. Salam Rövşən bəy. Ümid vardı ki, Sadıq, Tahir, Böyükağa və onların qulbeçələri neft pulu yeyən kömandadan kənarlaşdırılandan sonra yavaş-yavaş nizam-intizam bərpa olunar. Yanılmışam. Demə onillərlə bu klubun canına, qanına hopmuş qeyri-adi murdar əməllər elə-belə bunların canından, qanından çıxan deyil. Dünənki oyunda bunun əyani şahidi olduq. Bir sözlə düzələn deyil, “Qozbeli qəbir düzəldər!”

    • Rovshan Asadov says:

      Aleykum Salam Qabil muellim. Sizinle tamamile raziyam. Ve bu hallar davam etdikce ag-qara klub edaleti seven insanlarin nifret obyekti olaraq qalmaga davam edecek.

  2. 12000 nəfərin Bakıdan gələn 15-20 azarkeşə hücum çəkməyi görəsən quş deyil nədir? Yəqin qartal olar. Hələ həmin oyunda səsləndirilən şüarlar qalsın bir qırağa. Necə deyərlər heç kəs öz ayranına turş deməz.

    • Evvela hemin oyunda stadiona cemi 10000-azarkes gelmisdi , ikincisi de neftci fanatlarinin texribatina uyaraq muxtelif xosagelmez hereketlerde istirak edenlerin umumi sayi olsa olsa 2000-olardi. Onlarin da ekseriyyeti kuye dusmusdu ve hadiselerde aktiv istirak etmirdiler “za kampaniyu” qalmisdilar hemin erazide. Belelikle neftci fanatlarinin ustune gelenerin sayi yalniz yuzlerle olcule bilerdi ki, bunlar da yuxarida qedy etdiyim kimi sirf neftci fanatlarinin hereketlerine uyaraq texribata gedenler idi.

    • Deyəsən Lənkərannan gələn azarkeşlərin avtobuslarının daşlanmasını unutdun..Ona görə də Lənkərandakı hadisələrə görə heç kimi qınamaq lazım deyil. Bir məsəl var, biədəb olsa da üstüörtülü deyəcəm -*****nın qarşısında o məsələ eləməsən deyəllərki /////// yeri yoxdu…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− altı = 2