8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

abrakadabraGözbağlıca sənətinə aid olduğu iddia edilsə də futbolumuzun iç üzünün real, sifətinin isə qayğılı  ifadəsi sayıla bilər.

 Klublar. İstər beli bəxtinə, bəxti ilə birlikdə ölüm taxtına bağlanmış, istərsə də hələ fatihəsi verilməmiş gözü açıq klublarımızın yaranışı da fəaliyyəti də Abrakadabra kimi bir şeydi; Sosial layihə deyib yaradılan özünü doğrultmadıqda lazımsız iqtisadi layihə aqibətini yaşayaraq bükülüb kənara qoyulan kim, yuxarılardan “belə məsləhətdir” deyildiyinə görə zəif komandaya məğlub olub Avropada qatır çapan kim…
Futbol qurumları. Kəndimizdə lotuluq edən yuxarı məhəllənin ağır cayıllarının tin söhbətlərində tez tez fokus-mokusla əlaqələndirdikləri Abrakadabra sözünün əsas prinsiplərinə futbol qurumlarının quruluşunda və yaradıcı işində hər nə qədər desən rast gəlmək olar. Yazını sona çatdrmaq üçün qonşu dükandan nisyə götürdüyüm əlimdəki bu qələmə (qələmi stola çırparaq) and olsun ki, AFFA və PFL-in idarəçilik sisteminin ana xətti və ata əsasları “Abrakadabra düsturu”na köklənib. Kökdən düşmüş köhnə pianomuzu tənzimləmək üçün şəhərdən çağırdığım sərxoş Hamlet ustanın tanınmış şairə istinadən dediyi kimi Abrakadabra söhbətini “hankı səmtə hankı yana hey”  fırlatsan da sonda özünün fırladıldığını görərsən. Məmləkət futbolundakı oyunbazlığı yəni. Armudu stəkanda pürrəngi Lənkəran çayını qurtum qurtum içib biznesmen dövlət məmurlarının acınacaqlı güzəranı barədə dərin düşüncələrə dalarkən anlamaq olar ki, onun dediyində də həqiqətə oxşar nəsə var. Məsələn: futbolun inkişafı üçün ayrılan pulları mənasız tədbirlərin sayəsində dədə malının qalığı misali əppəye-nam kimi paçka-paçka “şap” edib içəri ötürən AFFA deyil mənəm bəyəm, yoxsa qələmi könülsüz nisyə satan dükançı, yaxud sərxoş usta? Şübhəli hakim qərarları və hakimlər komitəsinin belə qərarlara “allee hopp” deyib don geydirmə cəhdləri, AFFA İntizam komitəsinin əcaib qərarları futbola illuziya qatmaq deyilsə bəs nədi?  Demək istəmirdim ancaq bu dəfə deyəcəm: Abrakadabra vursun bunları ! 
Azarkeşlər. Fərz edin ki, icra hakimiyyətində keçirilən toplantının nəticəsində dövlət işçiləri göstərişlə stadiona futbola baxmağa güclə aparılır, şəhər bələdiyyəsi isə bir yol tapıb evdar qadınları da xahiş-minnətlə ora dəvət edir. Tribunaları bu yolla doldurub deyirlər ki, “ölkə futbolunun azarkeşlik rekordu qırıldı”. Yalansa beliniz qırılsın, belə rekord olarmı ayə?
Hayıf deyildimi bizim pul xərcləyib, bilet alıb “Fırtınalar meydanı”na doluşmağımız, əşşi Vallah biz fərqli idik, biz mərd idik. Stadiona üç aylıq hamilə qadınları zorla aparıb hər beləsinin yerinə protokola iki nəfər artıq yazdırmamışıq bəziləri kimi. Sehirbaz klub prezidentlərinin istəyi ilə  səhnələrdə yoxa çıxan, doğranan, əşya daşıyan asisstenlər olmamışıq heç zaman. Biz öz istədiyimizlə futbolla yaşayır, öz ağlımızla futbolla nəfəs alırdıq. Bu ölkənin futbol azarkeşliyində bütün ilklərə biz imza atmışıq son nöqtəsini də biz qoymuşuq. İnanmayanlar üçün qeyd edirəm; söyüşdü yalan deyən.
Hara çatacaq. Ay sizə “başıva dönüm” deyənlərin siyahısına gündəlik bir neçə erməni əlavə olunsun, gəlin siz məni yormayın. Futbolumuzun Abrakadabra olması ilə razılaşın ki, onda mən də bəlkə rahatlayb sakitləşdim.
Vəfa canı, Qələmdarın ölmüşü, yanpörtü baxanda lap elə üz-üzə durub düz-düzünə nəzər yetirəndə də “Abrakadabra düsturu” ilə Azərbaycan futbolunun əkiz cizgilərini görmək olur. İnanmırsızsa siz də düstura hər tərəfdən baxın, Azərbaycan futbolunu isə gözünüz önündə canlandırın, bu ki çətin deyil;
(Vəfa Qələmdar)
A B R A K A D A B R A
A B R A K A D A B R
A B R A K A D A B
A B R A K A D A
A B R A K A D
A B R A K A
A B R A K
A B R A
A B R
A B
A
 

10 Şərh

  1. Salam,nə var nə yox ,saytda niyə susqunluqdu,hər gün baxıram yeni bir şey yoxdur,mənə ağır gəlir…
    ***
    Salam. Düzü o vaxtdan ki, “Xəzər Lənkəran” fəaliyyətini dayandırıb, mən də internetdən uzağam. Yaşadığım ərazidə internet yox, heç mənim də komputerim yoxdur. Uzun sürən fasildən sonra bu gün yəni oktyabrın 31-də internetkluba gəlib sayta daxil oldum. Qaldı konkret olaraq sualınızla bağlı qeyd edim ki, yəqin ki, yaxın zamanlarda saytın fəaliyyətini bərpa edəcəyik.

  2. CELAL QURBANOV says:

    isleyir

  3. Tuqqulu, maqqulu iki dene soqqulu
    oynatdilar talqulu
    affa gördu pulpulu, niwan aldi mubbulu,
    Tuqqulu beyzad oldu, tapmadilar top pulu.

    Mubbulu nere cekdi, firtinada sogan ekdi,
    affanin uzu berkdi, bu toyuz mubarekdi

  4. bir deli aglamaq kecir könlumden….tuyqundan ne xeber..hali necedi göresen…

  5. Niyyəti saf olana pirdir, ocaqdır Xəzərim.

    Sevgiyə qol açana isti qucaqdır Xəzərim.

    Önünü kəsməyə kim qalxsa o daş sədlər ilə,

    Daş çəpərlər sinəsin çox oyacaqdır Xəzərim.

    Ey ürək, sən kimi çırpınmaq onun adətidir,

    Çırpınarsansa onuntək duyacaqdır Xəzərim.

    Sev onu, sal ürəyə, çünki o layiqdi buna,

    Sevə bilsən dizinə baş qoyacaqdır Xəzərim.

    Neyləyər yüz qara əl FIRTINALAR MEYDANIna?

    Sanma öz fırtınasından doyacaqdır Xəzərim.

    Saflığın aynasıdır dalğaları – kim bulasa,

    Onu çöptək kənara tullayacaqdır Xəzərim.

    TƏRLAN

  6. Salam.Admin bəy necəsiniz!?.İnşallah hər şey yaxşi olacaq.Hər gun sayta ziyarət edənlərin sayi məncə çoxdur.hami “XL”-nin taleyinin sona çatmadiğini duşunur.Bu belə olsa …onda Azərbaycan futbolunu dəfn olmuş kimi hami qəbul etmiş olur.Ona görə ki artiq “XL”-siz avropada oynayan AFFA-nin kamandalarinin nə vaxt və hansi klubla oynayacaqlari tarix heç kimə maraqli deyil .Bəlkə də dəfn olunub artiq….
    ***
    Salam. Muzakire etmeye cox movzu var, amma hazirda yashadigim.erazide internet yoxdur deye men de hami ki, sadece seyr edirem sayti.

  7. RUSTAM XEZERLİ says:

    Kim Xəzərdən şad xəbər verəcək bizə. Mənim hələ ümüdlərim ölməyib.

  8. RUSTAM XEZERLİ says:

    salam
    ***
    Salam. Hazirda hamimiz Avro 2016 ile fikrini saxlayiriq. Men ise hem de Copa Amerika adlanan Amerikanin qite cempionatini da izleyirem. Artiq Azerbaycan futbolu yaddan cixir. Amma yeni movsum baslayanda yene de yada duser.

  9. A..aaaaaa…aa.. bir-iki ilə bircə “A” qalacaq,o da Məmmədnəsir kimi zər atıb özü-özüylə oynayacaq…P.S. O “A”-nı tapın!
    ***
    Gəlin birlikdə axtaraq, həqiqətən də o “A” kimdir görəsən?

  10. Perajki yeyib futbol oynayanlar “XL”-nin ilklərinin hesabina bisnesmen oldular.Harinlaşib və “orta barmaq” oldular.Hələ azarkeşlərə də tərbiyyəsiz jest etməklə tərbiyyələrini subut etdilər.Deyirəm bu pul çox pis şeydir.Açgözluklə perajki yeyənlərin restorani olduğu halda ,artiq gələn nəsil futbolçular isə bundan sonra o restoranlarin perejkisinə də həsrət qalacaq.Əcnəbi oyunçu transferi və məşqçi gətirilməsi sona çatmaqla rəqabət də olmayacaq.Beləliklə “Azərsun” hər il avropada at oynatmaqla bu xalqa kimyəvi reaksiyalardan alinmiş keyfiyyətsiz məhsullarini satacaq.Biri alar,biri satar.Biri çörəyə həsrət qalar, gigərisi isə kosmosda villa tikməyə həvəsli .Bir sözlə “XL” rasxoddur.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 2 = yeddi