1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

skarla9876 “Xəzər Lənkəran”ın müdafiəçisi Adrian Skarlatakenin müsahibəsi:

 – Komandada işlər necə gedir?

– Yenidən komandaya qoşulmuşam, hələlik zədə səbəbindən yalnız fərdi məşqlə kifayətlənirəm. Çalışıram ki, qısa müddətdə komandaya qoşulub meydana çıxım. Hazırda bərpa prossesi üçün bir qədər zaman lazımdı. Doğma meydanda oyunlara çıxmaq üçün darıxmışam.

 – Sabah “Bakı” ilə oyunu buraxacaqsan?

– Bəli, komandama kömək etmək üçün hazır deyiləm. Hazırda çalışıram, ən tez halda meydana çıxım.

 – Qış transfer pəncərəsində mətbuatda “İnter”lə anlaşdığın yazıldı. Lakin son anda sən “Xəzər Ləkəran”da qalmağı seçdin. Buna nə səbəb oldu?

– Bəli, bu bir az çətin mövzudur, bu haqda çox danışmaq istəmirəm. Hazırda “Xəzər Lənkəran”dayam və burda özümü xoşbəxt hiss edirəm. Müqaviləm başa çatana kimi də burada qalacam. Məncə, burda qalmaqla doğru qərar vermişəm. “İnter”ə də mənimlə maraqlandığı üçün təşəkkürümü bildirirəm.

 – Bildiyimiz qədər, burada daha aşağı maaşla oynayacaqsan…

– Bəli, maaşım bir qədər azaldı. “Xəzər Lənkəran”sı seçməyimdə ən böyük səbəblərdən biri də azarkeşlər idi. Hər yerdə oxuyurdum ki, onlar mənim komandada qalmağımı istəyir. Aşağı maaşla burda oynamağı azarkeşlərə görə seçdim. Ümid edirəm, azarkeşlərlə həmişə belə mehriban olacam. Həm də klub rəhbərliyi ilə danışdım, onlarda aşağı maliyyə təklif etdilər. Fikirləşdim qərarımı verdim. Hazırda mənim üçün vacib olan meydana çıxıb “Xəzər Lənkəran”a kömək etməkdi, pul ikinci sıradadı.

 – Qış fasiləsindən sonra komanda hələ xal qazana bilməyib. Komandanın hazırki durumu ilə bağlı nə deyə bilərsən?

– Vəziyyət həqiqətən ürəyaçan deyil. Ancaq nəzərə alın ki, komanda gənc futbolçularla meydana çıxır. Bu nəticəni normal saymaq lazımdı. Bu mövsüm əsas məqsəd növbəti mövsümün ilk “11-liy”ini müəyyənləşdirməkdir. Komandamız növbəti mövsüm gənc və 3-4 təcrübəli legionerlərlə gözəl nəticələr əldə edəcək, buna əminəm.

 – Sabah komandanız maliyyə problemi yaşayan “Bakı” ilə qarşılaşacaq. Bu oyunda meydanda olmasan da, komandadan nə gözləyirsən?

– Rəqib də gənc futbolçulardan ibarətdir, mübarizəli və maraqlı oyun gedəcək. “Xəzər Lənkəran” bu oyunda qış fasiləsindən sonra ilk qələbəsini qazanacaq. Azarkeşlərə də deyirəm ki, bizi tək qoymasınlar, biz meydanda 3 xal üçün döyüşəcəyik. Stadiona gəlsinlər, bizi dəstəkləsinlər.

MƏNBƏ: Sportal.az

6 Şərh

  1. Qulam Rza says:

    Hamıya ALLAHIN salamı olsun. Sözüm klub rəhbərlərinədir: çalışın Skarlatakeni və Tounkaranı qoruyun.Onlar üçün necə deyərlər,”sino” gedənlər var.

  2. halaldi sene skarla sen ureysen Allah sene ureyince versin

  3. Skarlanin tayi beraberi yoxdu

  4. 555 FORD says:

    SKALATAKE HƏQİQƏTƏN LAYİQLİ VƏ TƏRBİYƏLİ FUTBOLÇUDUR . MƏNİ ÇOX NARAHAT EDƏN BİR SUAL ;
    – DEKABR VƏ YANVAR AYLARINDA NİYƏ BOŞ – BOŞ GƏZDİN VƏ ZƏDƏNƏ QARŞI BELƏ LAQEYİD MÜNASİBƏT GÖSTƏRMƏYİN KİMƏ LAZIM İDİ .AXI SƏN PROFFESİONAL FUTBOLÇUSAN ?
    BİZİM İSTƏYİMİZDƏN ASILI OLMAYARAQ İNTER FK – la KUBOK OYUNLARINA SKARLATAKE TAM HAZIR OLARSA LAP YAXŞI .!

  5. Salam Müəllim. Skarla haqqında hansı xoş sözlər yazılsa, deyilsə hər bir xoş kəlməni bu insana şamil etmək olar. Skarlanın “Xəzər Lənkəran”lı olduğu gündən ta indiyə qədərki dövrdə hələ mən kiminsə onun haqqında mənfi fikr söyləməsinə rast gəlməmişəm. Ən əsası, onun adı heç vaxt futbolçu-futbolçu, futbolçu-məşqçi, futbolçu- rəhbərlik arasında və qeyri qalmaqallarda hallanmayıb. Səhv etmirəmsə Skarlanın klubla 2016-ci ilə qədər müqaviləsi mövcuddur.
    ***
    Salam. Bəli, həqiqətən də Skarlatake “Xəzər Lənkəran” formasını geyən gündən özünü yaxşı futbolçu kimi göstərməklə yanaşı həm də zatı alilərdən olduğunu isbatlaya bilmişdir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


2 + doqquz =