11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

New ImageAFFA-dan gülməli təklif.AFFA-nın Lənkəran stadionunu ələ keçrmək cəhləri və bununla bağlı “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimova edilən zəng barədə dünən saytımızda məlumat getmişdi.
Rekord.az-a etibarlı mənbədən məsələnin detalları ilə bağlı yeni məlumatlar daxil olub.
Məlumatla tanış olsanz “Xəzər Lənkəran” rəhbərliyinin hiddətini siz də başa düşəcəksiniz. Məsələ konkret bundan ibarətir ki, AFFA o boyda stadionu havayı ələ keçirmək istəyir. Daha da konkretləşdirsək, federasiya həm Masallı, həm də Lənkəran stadionunu öz balansına keçirmək istəyir. Bunun üçün isə “Xəzər Lənkəran”a 2,5-3 milyo civarında pul təklif edir. Bundan başqa, AFFA-dan deyilib ki, kluba lisenziya verilərək Premyer Liqada saxlanılacaq və yardım üçün bu il və gələn il onların büdcəsinə 1,5 millyon pul ödəniləcək. Bir sözlə, AFFA 5-6 milyon xərc çəkməklə o boyda stadionları, bazanı və hardasa klubu da ələ keçirmək istəyir. Təbii ki, Mais Mənsimov bu təklifi ilk cəhddə haqlı olaraq rədd edib.
Həqiqətən ə gülünc təklifdi. Çünki Mübariz Mənsimov Lənkəran stadionunun tikintisinə 18 milyon dollara yaxın pul xərcləyib. Yəni bu arenanın hazırkı dəyəri minimum 18 milyon olarddı. Masallı staionuna gəlincə, “Xəzər Lənkəran” rəhbərliyi bir müdət bundan qabaq borclarını ödəmək üçün həmin stadionu satışa çıxarmış və 5 milyon dollar qiymət qoymuşdu. Gördüyünüz kimi, üst-üstə 23 milyon dəyəri olan iki stadiona AFFA 2,5-3 milyon pul təklif edir və bununla da Lənkəran klubunun ağır durumundan istifadə edib o boyda arenalar su qiymətinə ələ keçirmək istəyir.
MƏNBƏ: Rekord.az

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


6 + = doqquz