10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

1

 

“Xəzər Lənkəran” akademiyasının müxtəlif yaş qruplarının futbolçuları üçün ənənəvi düşərgə keçirilib.

Düşərgədə əsas komandanın üzvləri Elvin Mirzəyev, Tərlan Qasımzadə, Elşən Rzazadə və Kamran Abdullazadə, həmçinin komandanın tərcüməçisi Elvar Quliyev də iştirak edib. Dənizin sahilində futbol oynayan uşaqlar, eyni zamanda intellektual oyunlarda da bacarıqlarını sınadılar, təşkil olunan müxtəlif yarışlarda iştirak etdilər.

Qeyd edək ki, düşərgəyə aşağı yaş qrupları üzrə məşqçilər Röyal və Xəyal Abbasov qardaşları rəhbərlik ediblər.

MƏNBƏ: lankaranfc.com

 

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17  18

5 Şərh

  1. Səhv etmirəmsə, uşaqların məşğul olduğu yer Kiçik Bazar məscidinin yanındakı Xəzərin sahilidir…
    ***
    Bəli, eynən bizim uşaqlıq illərimizin xatirələrinin məkanı. Hərçənd bizim oynadığımız yerlər xeyli içəridə idi, hansı ki, sonradan suyun altında qaldı.

    • Bəli, mən də bu haqqda fikirləşdim, amma uşaqlıq xatirələrini alt-üst etməyə cürətim çatmadı. Ləpədöyənlə dəmiryolu arasında təxminən 200-250 m məsafə var idi və burada böyük futbol meydançası yerləşirdi. O qədər orda top qovmuşuq ki… Evimiz ilə bu futbol meydançasının arasındakı məsafə isə cəmi 50-60 m idi. Dəniz də ki, indikinə nisbətən çox təmiz idi, kiçik-böyük beton daşlar yox idi.
      ***
      Tamamilə düzgün təsvir etdiniz, çox gözəl şərait var idi. Hayıf o günlərdən. İndi isə ərazi darısqaldır.

  2. Salam admin qardaş bes deyirdiler bele transfer edecik ne oldu dreqan cerende bele geddi bu rehberlik daymı bizim başımızı boş boş vedlerle aldadıb.admin qardaş sehetiniz necedir Allah amanında.meni ise bu xezer rehberliyinin qeyri peşakarlıqı uzunden urek xesdeliyi tutmuşam
    ***
    Salam. Bu məsələ çox narahat edici məsələdir. Özü də deyəsən klub bu futbolçuları razı sala bilmir ki, qaçırlar.
    Yeri gəlmişkən səhhətimlə maraqlandığınız üçün sizə təəkkür edirəm. Qeyd edim ki, artıq dərmanlarım tükənib deyə günü gündən pisləşirəm və bu səbəbdən də növbəti ölkə xaricinə müayinə, müalicə və dərman almaq üçün səfərə hazırlaşıram.

  3. Xəzər Lənkəran”a keçidi gündəmdə olan serbiyalı hücumçu Draqan  Çeran özünə yeni klub tapıb.

     SportArena.az xəbər verir ki, bu barədə futbolçunun özü “Facebook”dakı şəxsi səhifəsindən məlumat yayıb. Belə ki, futbolçu Səudiyyə Ərəbistanının “Əl-Həjər” klubu ilə anlaşıb. 27 yaşlı hücumçu saytımıza verdiyi açıqlamasında 1 illik müqavilə imzaladığını bildirib.

    Qeyd edək ki, Çeran 2013-15-ci illərdə Zaqatalanın “Simurq” klubunda çıxış edib.futbolinfo.az

    – See more at: http://sportarena.az/news/37979/?n=l#sthash.bATQ2l14.dpuf

     

     

  4. Ferahim Erdebilli says:

    Allah ekizlere can sagligi versin! Onlarin sayesinde Lenkeranli gencler ve yeniyetmeler pis verdishlerden uzaq durub, asude vaxtlarini semereli kecirirler.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 + səkkiz =