8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

u15U-17 komandası ev oyunlarında qələbə seriyasını bu həftə də davam etdirdi.

“Qarabağ”la qarşılaşan komandamız 2:0 hesablı qələbə qazandı. Qolları Kamal Dənziyev və Nurlan Fərəcli vurdular. Oyunun icmalını təqdim edirik:

 Ötən həftə “Zirə” ilə oyunda çempionatda ilk məğlubiyyətini ala (0:1) U-15 komandamız bu tur əsas rəqiblərindən olan “Sumqayıt”ı qonaq elədi. Qarşılaşma komandamızın 5:0 hesablı qələbəsi ilə yekunlaşdı. Oyun ilk üç qolu Tural Bayramov vurdu, bu onun mövsümdə ikinci het-trikidir. Digər iki qol Yusif Qasımov və Zamiq Əliyevin hesabındadı. “Xəzər Lənkəran” TV bu oyunun da icmalını diqqətinizə çatdırır.

 Həftənin digər iki oyununda isə komandalarımız məğlub oldular. U-16 komandası səfərdə “Vətən”ə 1:2 hesabı ilə yenildi. Komandamızın yeganə qolunu yuxarıda adını çəkdiyimizTural Bayramov vurdu. U-19 isə evdə “Bakı”ya eyni hesabla məğlub oldu. Bu görüşdə komandamızın yeganə qolunu penaltidən Milad Bayramov rəqib qapısından keçirdi.

Ötən həftə U-19 liqası çərçivəsində komandamızın səfərdə “Neftçi” İB klubu ilə 0:0 hesablı heç-heçə oynaması barədə məlumat vermişdik. Bu həftə AFFA İntizam Komitəsi sözügedən qarşılaşmada meydan sahiblərinin təhlükəsizliyi təmin etmədiyinə görə “Neftçi” İB komandasına 3:0 hesablı texniki məğlubiyyət verilməsi barədə qərar çıxardı. Beləliklə, hal-hazırda Hafiz Əliyevin komandası 13 xalla 1-ci – 4-cü yerləri bölüşdürür.

MƏNBƏ: lankaranfc.com

Bir şərh

  1. Her yas ortalamasina gore xal cedvelide verilse mence pis olmazdi.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − = 4