1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

u17xl-kepez“Xəzər Lənkəran”ın aşağı yaş qrupları başa çatan həftədə də qələbələri sıralayıblar.

Uzaq Tovuz səfərinə yollanan U-17 komandası rəqibini darmadağın etməklə əbəs yerə belə uzun məsafə qət etmədiyini nümayiş etdirdi. Ağadadaş Həmidovun komandası rəqibini 7:1 hesabı ilə məğlub etdi. Bu oyunda poker etməklə Kamal Dənziyev yarışda vurduğu qolların sayını 8-ə çatdırdı (onun hesabında əvəzedicilər çempionatında da 5 qolun olduğunu unutmayaq). Kənan Həsənov bu oyunda dubl etdi, daha bir qolu isə Fərid Nağızadə rəqib qapısından keçirdi. “Xəzər Lənkəran” TV oyunun icmalını təqdim edir:

Yeri gəlmişkən, Kamal Dənziyev və Kənan Həsənov 19-21 noyabr tarixlərdə keçirilən U-17 millisinin seleksiya təlim-məşq toplanışında iştirak edirlər.

U-15 komandasını bu tur səfərdə “Qarabağ”la ciddi sınaq gözləyirdi. Komandamız bu oyunda da quru hesablı qələbə qazanmağa nail oldu – 1:0. Yeganə qol penaltidən fərqlənən Tural Bayramovun hesabındadır. “Xəzər Lənkəran” TV vasitəsilə bu qarşılaşmanın da icmalını izləyə bilərsiniz:

Çərşənbə günü isə U-19 komandası “Qarabağ” səfərinə yollandı. Hafiz Əliyevin yetirmələri də 1:0 hesablı qələbə qazanmağa nail oldu. Bu oyunda da qələbə qolu penaltidən vurldu, qolun müəllifi isə Milad Bayramov oldu. Bu qarşılaşmanın icmalını da kanalımızda seyr edə bilərsiniz:

Səfərlər və qələbələr həftəsini U-16 komandası davam etdirdi. Təqvim üzrə Lənkəranda keçirilməli oyun qarşılıqlı razılıq əsasında paytaxtda baş tutdu. Yetirmələrimiz bu görüşdə 6:1 hesablı qələbəyə sevindilər. Qolların müəllifləri: Elməddin Əsədullayev, Nurlan Fərəcli (2), Xəqani Sadıqov (2) və Cavid Cəfərov.

Bu gün isə U-15 Liqası çərçivəsində təxirə salınmış matçda komandamız “Qəbələ”nin qonağı oldu. Tural Bayramov oyunda penaltidən hesabı açsa da, yekunda komandamız böyük hesabla məğlub oldu – 1:4.

MƏNBƏ: lankaranfc.com

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


6 − dörd =