8 ay əvvəl
Bu sondur yoxsa?
8 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

U17U-17 yenə bolqollu matçda qələbə qazandı.

Ötən həftə evdə “Bakı”nı 4:3 hesabı ilə məğlub edən U-17 komandamız bu həftə daha bir dramatik qələbə qazandı. “Rəvan”ın qonağı olan Ağadadaş Həmidovun yetirmələri 3:2 hesablı qələbə qazandılar. Şamxal Həsənovun qırmızı kart aldığı oyunda qollarımızı Yusif Həsənov, Əli Qurbanov və Kamal Dənziyev vurdular.

U-15 komandası bu həftə turnir cədvəlinə əsasən birbaşa rəqiblərindən olan “Qəbələ” ilə qarşılaşmalı idi. Lakin rəqibin beynəlxalq turnirində iştirak etməsi səbəbindən oyun təxirə salındı. Artıq bugün U-15 Liqasında növbəti turun oyunları keçirilir. Komandamız səfərdə “Zirə” ilə qüvvəsini sınayacaq. Oyun saat 18:00-da başlayacaq.

U-16 qrupu isə bu həftə evdə oynayan yeganə komandamız oldu. “İnter”i qəbul edən Namiq Qarayevin komandası böyükhesablı qələbə qazandı – 3:0. Bir qolu rəqib futbolçu öz qapısından keçirdi, digər iki qolu isə Nurlan Fərəcli və Peyman Səfərzadə vurdular.

Paytaxtda “Neftçi” İB ilə qarşılaşan U-19 isə mövsümdə ikinci dəfə qolsuz heç-heçə etdi.

MƏNBƏ: lankaranfc.com

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− bir = 2