9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

UshaqlarYola saldığımız 2015-ci il “Xəzər Lənkəran” akademiyası üçün istər nəticə, istər yetirmələrin əsas heyətdə çıxışı, istərsə də onların milli komandalara cəlb olunması baxımından ən uğurlu il oldu.

Hal-hazırda Gənclər İnkişaf Proqramının koordinatoru İlhan Akgülün ümumi rəhbərliyi altında “Xəzər Lənkəran”ın bütün yaş qrupları öz qruplarında liderlər sırasında yer alıb.

Hafiz Əliyevin rəhbərlik etdiyi U-19 komandamız hal-hazırda 23 xalla 3-cü pillədə qərarlaşıb. U-19 liqasında ən az qol buraxan (6 top) komanda məhz “Xəzər Lənkəran”dır. Komandamızı ilk pillədən 5 xal ayırır.

Ağadadaş Həmidovun başçılıq etdiyi U-17 qrupu hal-hazırda 23 xalla 5-ci pillədədi. Lakin dünən AZAL-a qarşı keçirilməli olan oyun rəqibin oyuna gəlməməsi səbəbindən baş tutmadığı üçün komandamızın ili 26 xalla 4-cü pillədə başa vurduğunu deyə bilərik. Aparıcı oyunçular İbrahim Qədirzadə və Yusif Həsənovun əvəzedici və əsas komandalar, həmçinin U-17 milli komandasının heyətinə cəlb edilməsi bu qrupun nəticələrinə bir qədər təsir göstərsə də, ümumilikdə nəticəni ürəkaçan hesab etmək olar.

Namiq Qarayevin rəhbərlik etdiyi U-16 komandası 24 xalla 3-cü pillədədir. İlk pillə ilə xal fərqi böyük olsa da, ikinci yerdən komandamızı 4 xal ayırır. Bu qrupdan da Xəqani Sadıqov, Nurlan Fərəcli və Sübhan Məmmədli kimi aparıcı futbolçuların vaxtaşırı əvəzedici komandaya cəlb olunduğunu qeyd edək.

Bu mövsüm ən uğurlu çıxış edən qrupumuz isə U-15 komandasıdı. Mircəlal Əliyevinyetirmələri hazırda 49 xalla 2-ci yerdə pillədə qərarlaşıblar. Qeyd edək ki, sıx oyun qrafikinə malik bu liqada ilin son turunun oyunları bugün keçirildi. 16 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, 66 vurulan və 6 buraxılan top – U-15 komandamızın hazırkı statistikası belədir. Komandamızın futbolçusu Tural Bayramov isə 27 qolla çempionatı bombardirlər siyahısına başçılıq edir.

Regional liqalarda çıxış edən kiçik yaş qruplarımız da ili müsbət notlarda başa vurdu. U-10, U-12, U-13 və U-14 komandaları 1-ci pillədə, U-11 komandası isə 2-ci pillədə qərarlaşıb.

Bu il “Xəzər Lənkəran” futbolçularının milli komandanın müxtəlif qruplarına çağırılması ilə də yadda qaldı. Bu il rekord sayda yetirməmiz təlim-məşq toplanışlarında və rəsmi matçlarda Azərbaycan millisinin şərəfini qorudu. İlyas Səfərzadə (U-21 milli komandası), Heydər Babayev (U-19 milli komandası), İbrahim Qədirzadə, Yusif Həsənov, Kamal Dənziyev və Kənan Həsənov (hamısı – U-17 milli komandası), Cəlal Hüseynzadə (U-18 milli komandası), Fərid Əsədov və Maqsum Qəmbərli (U-20 milli komandası) bu il ərzində millinin müxtəlif yaş qruplarına dəvət olunan “Xəzər Lənkəran” yetirmələridir.

Elnur Cəfərov isə bu il ərzində U-19, U-21 və “A” milli komandasının heyətində forma geyinməklə yadda qaldı. Əsas millinin heyətində oyuna çıxan ilk “Xəzər Lənkəran” yetirməsi məhz Cəfərov oldu. Bir müddət sonra isə daha bir yetirməmiz Elşən Rzazadə əsas milliyə dəvət aldı.

MƏNBƏ: lankaranfc.com

9 Şərh

  1. Eger bir torpagdan bol sunbul yiga bilmirsense demeli ya toxum yaxsi deyil ya daki torpag. Yaxsi olar ki torpagi yandirib ve sortu deyisesen. Cetin olsada her seyi yeniden basalamaq lazimdir. (ogrulugun qarsini almaq ucun kende nabeled insanlarla islemek gerekdir)
    SIRRIVI DEME EN YAXIN DOSTUNA O DA GEDIB DEYER EN YAXIN DOSTUNA

  2. BÜTÜN AZƏRKEŞLƏRİMİZİ VƏ KLUBDA ÇALIŞAN , XƏZƏR -LƏNKƏRAN FK İLƏ ZƏHMƏTİ OLAN HƏR BİR KƏSİ XSÜSƏN KOMANDAMIZIN FUTBOLÇULARINI YENİ 2O16 – CI İLİN GƏLİŞİ MÜNASİBƏTİLƏ TƏBRİK EDİRƏM . QOY BU İL XƏZƏR – LƏNKƏRANA DÜŞƏRLİ OLSUN .KOMANDAMIZ ÖZ GÜCLÜ VƏ MÜBARİZ OYUNU İLƏ BÜTÜN CAMİƏNİ VƏ AZƏRKEŞLƏRİNİ QƏLƏBƏLƏRLƏ SEVİNDİRSİN . BAYRAMINIZ MÜBARƏK DOSTLAR !

  3. Salam Alleykum!
    Yeni iliniz mubarek! Bu il InsaAllah sevimli komandamiz bizi qelebelerle sevindirsin. Hormetli inzibatci Size ise xususi olaraq bu deqiqe en cox ehtiyacinda oldugunuz can sagligi arzulayiram.
    ***
    Təşəkkürlər.

  4. Salam admin sizi azerkewlerimizi butun xalqimizi yeni il munasibetiyle tebrik edirem Allah hamimiza by yeni ilde komey olsun inwaAllah

  5. Yeni ildə hamınıza xoş və sevinc dolu günlər, bütün arzularınızın həyata keçməsini arzu edirəm. Arzu edirəm ki, “XL” rəhbərliyi sözün əsil mənasında bütün camiyyə ilə həmrəy olsun.

  6. SALAMÇaş ki əsas heyətdə belə olaydıadmin bəy

  7. Azərbaycanlı says:

    Komandanın onilliyinin nəticiləri arasında ən mühümü yeniyetmələrlə işin alababat bir həddə çatdırılmasıdır…Bundan sonra daha çətini edilməlidir-çatdığımız ala ilə kifayətlənməyib babat səviyyəyə qalxmaq. Zəhməti olanlara təşəkkürlər.

  8. Her kese Salam olsun, mence pis netice sayilmamalidi. Bu qisa il erzinde bu qeder sayda oyuncu yetisibse demeli perspektiv var. Diger klublarla muqayisede ela netice sayilmalidi. Ve onuda nezere alaq ki, klub idarecilik sistemi XL hecde urek acan olmayib, amma yenede bu sayda keyifyetli oyuncularimiz var.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 + = səkkiz