1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

Ötən mövsüm ölkə çempionatında müəyyən nəticələr əldə edərək, Avrokuboka vəsiqə qazanan “Xəzər Lənkəran” bu yarışlara və həm də yeni mövsümə hazırlaşmaq, təlim-məşq, eləcə də yeni futbolçuları komandaya cəlb etmək üçün Avstriyanı məkan olaraq seçdi. Buna qədər bir sıra oyunçuları artıq heyətdən kənarlaşdıran komandamız, Avstriya təlim-məşq prosesində də bir neçə futbolçunu göndərməyi qərara aldı. Buna qarşılıq isə Mirça Rednikin vaxtında əvvəllər də komandamızın şərəfini qorumuş olan Rumın futbolçu, Adrian Manuel Skarlatakeni və hələ də adı müxtəlif komandalarla hallanan “Neftçi”nin yetirməsi olan müdafiəçi Ruslan Abışovu heyətə qata bilib. Hələlik üç yoxlama xarakterli oyun keçirən “Xəzər Lənkəran” düşərgəyə müxtəlif mövqelərə dəvət etdiyi, və müxtəlif ölkələrdən olan bir çox futbolçuları da bəyənməyərək geri göndərib. Belədə gedənlərin yeri dolmayınca, məcbur olaraq Avrokubok yarışlarında oynayacaq futbolçuların siyahısından ibarət iştirak ərizəsini də qitənin ali futbol qurumuna artıq göndərib. Düzdü bu siyahıya hələ də yeni alınacaq futbolçuların adlarını daxil etmək mümkündü, amma bu qədər zaman boşa verildikdən və anlaşıldığına görə baxışa gələn və baş məşqçi tərəfindən bəyənilməyərək geri göndərilən futbolçulardan sonra, yeni heyət qurmaq üçün bir bu gün son yoxlama oyununda sınaqdan keçiriləcək iki, üç futbolçu var ki, onlar da futbolda o qədər də güclü olmayan ölkələrin ikinci liqa və ya ümumiyyətlə futbolu zəif olan ölkələrin birinci divizion təmsilçilərindəndir. Beləliklə, yaxşı mənada nəyə isə ümid etməyin özü belə riskli vəziyyətə söykənib.

 Bu arada təlim-məşq yekunlaşacaq və komanda İyun ayının 29-da ölkəyə, doğma azarkeşlərin yanına qayıdacaq. Bundan sonra isə hər hansı güclü futbolçuların Lənkərana baxışa gələcəyi və komandaya qoşulacağı isə o qədər inandırıcı görünmür. Elə bu ərəfədə yəqin ki, bütün bu azarkeş narahatlıqlarını nəzərə alan “12cioyuncu.info” saytı, baş məşqçi ilə azarkeşlərin virtual olaraq ünsiyyətini qurdu və azarkeşlər tərəfindən ona bir çox suallar, eləcə də təkliflər ünvanlandı. Artılq hamımızın bildiyi kimi Yunis Hüseynov ümumiləşdirilmiş və qısa formada bunları cavablandırıb.

 Cavabdan və bir sıra azarkeş şərhlərindən sonra, istər istəməz başlıqdakı “Allahu Əkbər… “Xəzər Lənkəran” yalnız mərhələ keçmək üçünmü yaşayır?” fikri, adamın beynini silkələyir. Bu ona görədir ki, həm baş məşqçi və həm də bir sıra azarkeşlər Avrokubokdakı ilk rəqibimiz olan Estoniya təmsilçisi “Nomme Kalyu” nu keçsək, tarix yazmış olarıq kimi fikirlər səsləndirirlər. Məgər komandamız o günə qalıb ki, “Nomme Kalyu” səddi bir tarixə çevrilsin? Bunun ilk olacağını biz də inkar etmirik. Çünki, nə ötən mövsümlər Moldova “Olimpiya”sını və nə də ondan əvvəllər kimi isə keçə bilməmişik. Bu düşüncə tərzi bizi geriyə aparır. Amma Ağasəlim Mircavadovun dönəmində Zaqreb “Dinamo”suna qarşı hər iki oyun, elə bir sıra xəyanət adlandırılacaq hərəkətləri çıxmaqla, Mirça Rednikin dönəmindəki Təl-Əviv “Makkabi”sinə qarşı oyun və ümumilikdə məğlubiyyətlər, min “Olimpiya” və “Nomme Kalyu” üzərində ola biləcək qələbələrdən daha şanlı səhifədir ki, artıq bunu “Xəzər Lənkəran” öz oyunu və azarkeş dəstəyi ilə sübut edə bilib. Bizə, asan rəqib arzu edib mərhələ adlamaq yaraşır, yoxsa, gözəl və güclü heyət qurub istənilən komanda ilə döyüşə atılmaq? Tutaq ki, “Nomme Kalyu”nu birtəhər keçib tarix yazdıq. Bəs ondan sonra, Poznan təmsilçisi “Lex”, daha sonra nə bilək kim? Bir “Nomme Kalyu”nu keçək deyə gözəl oyun və sağlam komanda olmaq ənənələrimizimi qurban verməliyik?

 Komandamızın “Nomme Kalyu”nu keçməsini əlbəttə biz də hamı kimi istəyirik. Amma əsasən Mirça Rednikdən miras qalan, Cüneyt Biçər və Yunis Hüseynov tərəfindən bir sıra işlək hissələri xarab edilən bir maşınlamı? Siz bir düşünün görək bu heyətlə, hücumçu faktiki sıfır səviyyəsində olan bir komanda ilə “Nomme Kalyu”dan sonra nəyə ümid etmək olar? Bəlkə futbolçu alınması problemi heç baş məşqçi ilə də əlaqədar deyil. Amma vəziyyət belədirsə, onda baş məşqçi niyə özünə hörmət etməyərək, günlərini sayır? Bizə günlərini sayaraq, “Nomme Kalyu”nu tarixi bir qələbə hədəfi sayan komandamı lazımdır? Bəs hanı o güclü, möhtəşəm və rəqibini silkələyən “Xəzər Lənkəran”?

Mövsümün sonlarında Avrokuboklara hazırlaşan “Xəzər Lənkəran”a və rəhbərliyinə “Hər kəsə sübut edək ki…” adlı bir yazıyla müraciət etmişdik. Müraciətdə bu fikirlər də yer almışdı: “Hörmətli klub rəhbərliyi, klubumuzun maddi imkanları buna uyğundursa, onda qurun gözəl və güclü bir “Xəzər Lənkəran”. Qurun ki, heç vaxt Avropada uğur qazanmamısınız deyənləri yerindəcə oturdaq. Qurun ki, Avropaya səs salaq. Qurun ki, möhtəşəm azarkeşlərimiz bu komanda ilə nəfəs alır deyə. Qurun ki, ölkədə yeganə olan “Fırtınalar Meydanı”nın divarları alqış səsələrindən titrəsin. Qurun ki, bəzi üzdəniraqların bu gurultudan qulaqları batsın və nəhayət qurun ki, bu doğma Lənkəranın, həm də sizin adınızdır.

 Mais müəllim, klubumuzun imkanı çatırsa, cənc istedadları, təcrübəsi Avropa yarışlarında uğur qazanmağa kifayət edəcək futbolçuları alın. Alın, axı siz “Xəzər Lənkəran”a belə, qiymətindən asılı olmayaraq çox futbolçular bəxş etmisiz. Bu il isə daha güclülərini alıb, möhtəşəm “Xəzər Lənkəran” qurun. Alnımız açıq, məramımız düz, birlikdə Avropa macərasına çıxaq. Alqışlamaqla ayağa qalxaq, sevməyənləri yerində oturdaq.

 Bu yuxu deyil. Bu sizin, bizlərlə bacaracağımız həqiqətdir. Allah amanında…

Bəli, məqsədlər yaxın və uzaq və ya minimum və maksimum olmaqla həyata keçirilir. Bu gün minimum məqsədimiz əlbəttə “Nomme Kalyu” səddini aşmaqdır. Bəs ondan sonra? Bəs maksimim məqsəd? Bu Avstriya təlim-məşq prosesi külli vaxt aldı. Burada yalnız itirdiyimiz oyunçulardan başqa heç bir oyunçu qazanmadıq. Əlbəttə, oyunçu qazanmaq üçün 15-20 günlük təlim-məşq prosesi yetətli deyil. Keçdi o dövrlər. İndi başqa zamandır. İndi oyunçu qazanmaq istəyən, il və ya illər boyu gözaltı etdikləri futbolçuları uyğun məqamda əldə edə bilmək bacarığıdır. Bunun üçün isə daxili çempionatın bol oyunları vaxtı müxtəlif mövqelərin daha da gücləndirilməsini qətiləşdirməli və uyğun futbolçu gözaltı edib daimi maraqlanmaq gərəkdir. Dünya praktikasına fikir verin. Hər hansı mütəşəkkil komanda təlim-məşq zamanı futbolçu baxışa çağırır fikrinə bəlkə də oralarda gülürlər. Sənin bəyəndiyin futbolçu, elə öz komandasında oynadığı vaxt sənin üçün baxışda olmuş sayılmalıdır. Bunun üçün isə Avropa və dünya klublarına, orada çıxış edən futbolçulara və onların potensialına dəqiq bələd olmalısan. Yoxsa, Biçər kimi yox! Malidən bir neçə oyunçunu iki ildir izləyirəm deyirdi. Amma baxışa çağırıb, birini elə oradan geri göndərdi ki, xəstədir. Bu necə maraqlanmaqdır ki, onun xəstəliyindən xəbərin olmasın?

 Heyif, görəsən komandamızda, Rednik kimi Avropa və dünya futboluna bələd olan həqiqi məşqçi tanıyırıqmı? “Ax, xəyanətkar Rednik, bizi niyə atıb getdin? Sən ki, “ölüləri” də dirildə bilirdin!”

 P.S. Əgər hər hansı tutarlı səbəb varsa, onda bu ittihamların günahını üzərimizə götürmək istəməzdik. Amma göründüyü qədər bu birinci hal deyil. Yenə də hər hansı bir tutarlı səbəb var isə bu haqda klub, heç olmasa, azarkeşlərinə nəyi isə müəyyən formada sızdırmağa borcludur ki, belə ittihamlara səbəb olan anlaşılmazlıqlar da olmasın. Belə olan halda, azarkeşlərin köməyinə həmişəki kimi arxalana bilərlər.

MƏNBƏ:bosman.at.ua

5 Şərh

  1. Kromwell says:

    Hanı bəs bu super puper transferlər? Zauru seleksiyaçı məşqçi təyin ediblər. O isə Yunislə 1 odekolona merc qoşmaqla məşğuldu. Zəif rəqib arzusu ilə yaşayırlar. Necə də aciz görsənirlər.Bu da sizin transfer siyasətiniz……

  2. Mən demişəm və yenə təkrarlayıram XL nın hal hazırkı vəziyəti gələn mövsümdə ilk altılığa girməyə imkan verməyəcək.Bütün günahı rəhbərlikdə görürəm.XL la Bakı,Neftçi,və Qəbələ arasında fərq yerlə göy arasındakı kimidir.Mənim başım çıxmır bunlar özünə gülür yoxsa camaata.Bu gedişlə XL nəinki mərhələ heç bir oyunda qalib gələ bilməz.Baş məşqçi öz işində qətiyətli deyil.Belə baxanda hər şey çox sadə görünsə də əslində komanda daxili mühit çox mürəkkəbdir.Kulub rəhbərliyi komandaya pul xərcləmək istəmir və xərcləməyəcək də.Bu komandadan mənim gözum su içmir.XL a bağlanmaq xəstəlikdən başqa bir şey deyil.

  3. Bu klunda qeyri peşəkarlıq yenə öz sözunu deyəcək.Bu ildə mərhələ keçə bilməsək çətinki azərkeşlər birdə stadiyonu doldursun.Yada ki rəhbərlik istefa verməlidi.Artiq bunlarin indiyə qəədər bir hucumçu belə ala bilməməkləri və butun və yaxudda fil qulaqinda yatmaları adamı əsəb xəstəsi edəcək.Mənə çox maraqlıdı gorəsən klub prezidenti ve vitse-prezident bu barədə nə duşunurlər. Özlərinə necə haqq qazandiracaqlar və gunahı kimin boynuna atacaqlar.Yenə hakimlərinmi!Bu cur transfer siyasəti ilə mərhələ adlasaq belə yenə onlarin bu qeyripeşəkarlıqları Xəzəri çox geriyə atacaq və onun sevənləri çox uzəcək. O arsızların nə vecinə Gedən bağdan gedir!

  4.  Bilirsinizmi  kulub   niyə super transfer etmir .Belə fikirləşirəm ki ,bu Yunis Hüseynov üçun Torba əməliyyatının ən müasir formasıdır   .O biri torbalar ,artıq nimdaşlaşıb.  Mərhələ keçməyəndə deyəcəklər azarkeşlər narazıdır ..Bir sürü insan yığılıb kuluba pul yeməklə məşğuldur və xarici ölkədə yaxşıca istirahət edirlər .Neyrilər axı avroliqanı ,prezdentə də heç maraqlı deyil ki ,kulubda nə baş verir .Azarkeşlərə isə  ancaq stress keçirmək qalır.

    • Maraqlıdır Yunus Hüseynov hansı planla işləyəcək. Əgər oyunçunu dəvət edib onu bəyənmirsə nə üçün onu dəvət edir baxışa? Belə çıxır ki ona gətirib hansısa bir siyahı verilir O da bilmir bu nə siyahıdır. Elədirsə onda Avstriyaya gedib orda dincelmekdənsə çıxsınlar rayonlarımıza və Vallah o qədər yaxşı futbolçu taparlar ki daha kiməsə filan qədər xərc çəkib yalandan oynatmağa da ehtiyac qalmaz. Əgər rayonlarımizi gəzsə Subaşiçdən 10 dəfə artıq yaxşə oyunçular tapar. Rəhbərlik belə çıxır ki futbol yox, komanda yox yalnız pul yiğmaq, və dincəlmək istəyir. Heç olmaya baxsınlar Neftçiyə, Bakıya ki onlar necə oyunçu alır. Zəif adlandırılan Böyüağa əgər mərhələkeçsə və Çempionatda yaxşı oyun göstərsə biz Yunus Hüseynova nə ad qoyaq? Göndərilən oyunçulardan bəzilrinin getməsi təəcüblü oldu amma görək Yunus Hüseynov necə dolduracaq onların yerini….Biz azareşlər əsəb, həyəcan keçiririk bu əsəb və həyəcanı isə qiymətləndirən bizə lazım olan səviyyəli oyunlar olmalıdır.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 + = altı