9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

kim bilirKlub əməkdaşlarına və hətta meydanda can qoyan futbolçularına belə maaş verə bilməyən “Xəzər Lənkəran” növbəti maddi zərbəni AFFA-dan alıb.
Belə ki, AFFA İntizam Komitəsi “Xəzər Lənkəran”ı ümumilikdə 7000 manat cərimə edib. Komitə, cərimənin səbəblərini aşağıdakı kimi göstərir:
“Rəvan”la oyunda “Xəzər Lənkəran”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Görüşün 73-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun rəsmisi Elvar Quliyev hakimlər briqadasını təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
Qeyd edək ki, mülayim xarakteri və olduqca mədəni davranışı ilə seçilən Elvar Quliyev peşəkar tərcüməçi olmaqla üst-üstə 9-dili mükəmməl bilir. Kifayət qədər savada və söz ehtiyatına malik Elvar bəyin söyüş söyə bilməsinə onu yaxından tanıyanlar heç bir vəclə inana bilmirlər. Görünür 9-dildə danışa bilən Quiyev andıra qalmış Azərbaycan futbolunda hökmranlıq edən özbaşınalığın əndirabadi dilini bilməyib, onlara deməyə söz tapmayıb ki, söyüşə əl atmağa məcbur olub.

kim bilir

4 Şərh

  1. Nə qədər ki, o Affada ramın və xaqani kimi “Şərəfli” insanlar var, Azərbaycan butbolu belə olacaq…. Görəsən onlar və onların tayında olan şəxslər özlərini və yaxınlarını nə vaxta kimi söydurəcəklər. Axı onların ailə üzvlərinin nə günahı var….

  2. Azərbaycanlı says:

    Məşqçi A.Həmidovun rəsmi bəyanatından görünür ki, matçın gedişində V.Güləliyev ağlayaraq diniyevin fitverənlik edib onu söyməsindən şikayətlənmişdir. İntizam komissiyası tərəfindən bu hala qiymət verilməməsi onların öz qiymətindən xəbər verir.

  3. RƏHMAN says:

    Salam. Vurmağı ancaq Neftçi cangüdənlərinə keçirlər…
    ***
    Tamamilə düzgün qeyddir. Bircə əlavəm o olacaq ki, “Neftçi”ni maliyyələşdirən SOCAR-ın mühafizəçilərinə.

  4. rehman says:

    SÖYUŞ SOYMEK HEC BİR ŞERAİTDE YARAŞAN EMEL DOYUR. AMMA ORDAKILARDAN BİR RİSK ELİYİ DİNİYEVİ BİR DİŞİNNEN MEHRUM ELİYE BİLSEYDİ BU OLARDI ESİL KİŞİ SÖHBETİ, ONSUZDA İTİRİLEN İTİRİLİB.
    ***
    Yox bu zorakılıq çağırışı ilə qətiyyən razı deyiləm. Elvar Quliyevə görə klubun cərimə olunması qalıb havada, klub bu cəriməni ödəmək itidarında deyil. Həmçinin kimsə də çıxıb bu pulu ödəyən deyil. Tutaq ki, Elvar Quliyev və ya klubun digər əməkdaşı zorakılıq edərək hakimə zərbə vursaydı, nə olardı bilirsinizmi? Bütün ölkə düşərdi bizim üstümüzə, klub bir yana qalsın zərbə vuranı həbs edər, şərləyib zindana basardılar, bütün jurnalistlər gecə gündüz bizi qınayan yazılarla çıxış edərdilər, belədə hətta azareşlərimizin müəyyən hissəini də inandırmağa bacarardılar ki, güyü günah elə həmin zərbə vuran şəxsdədir. Mən hətta inanmıram ki, onda siz indi yazdığınız şərhin ruhunda fikir bildirəydiniz. Bir sözlə əksər insanlar zorakılğı pisləyərdilər və çoxu da belə deyərdi “Əşşi əl qaldırmaq nəyə lazımdır, bu futboldu da bir iki söz deyib əsəblərini sakitləşdirərdin də”.

Azərbaycanlı üçün bir cavab yazın Cancel

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 1 = bir