7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

mesq-13“Xəzər Lənkəran”da baxışda olan Andrey Saxneviçlə bağlı yekun qərar verilib.

Klubdan verilən məlumata görə, ukraynalı müdafiəçinin durumu məşqçilər korpusunu qane edib.

 26 yaşlı futbolçu ilə artıq bununla bağlı danışıq da aparılıb. Lakin kluba qoyulan transfer qadağası keçidi əngəlləyir. Hazırda azad agent statusu daşıyan Saxneviçə mövsümün sonuna qədər komandada qalmaq təklif edilib. Əgər məhkəmə “ağ-yaşıllar”ın cəzasını ləğv etsə, o zaman futbolçu ilə rəsmi müqavilə imzalanacaq. İndi son sözü futbolçu özü deyəcək. Ya Lənkəranda qalıb, məşqlərini komanda ilə birgə etməli, ya da Ukraynaya qayıdıb, məhkəmə qərarını orda gözləməli olacaq.

 Qeyd edək ki, Andrey Saxneviç 2013-2014-cü illərdə Zaporojye “Metallurq”unun heyətində 40 oyun keçirib, 1 qol vurub. Kiyev “Dinamo”sunun yetirməsi bu ilin əvvəlindən klubsuzdu.

MƏNBƏ: Apasport.az

Bir şərh

  1. Üzürü günahından betər!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


4 + iki =