9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

arena  Televiziya kanallarında izlədiyimiz futbol icmalları arasında özünəməxsus yeri olan “Arena” verilişi bu günlərdə 3-yaşını qeyd edəcək.

Yarandığı gündən bəri öz prinsiplərinə sadiq qalaraq ölkə futbolunda baş verən hər hansı bir hadisəyə münasibətdə yalnız ədalətli mövqeyi ilə diqqət çəkən bu verilişin fəaliyyəti haqqında ancaq xoş sözlər demək olar. Bir çox futbol icmallardan fərqli olaraq buraya qonaqlar futbol qurumlarının sifarişi çağırılmır və dəvət olunanlar da şablon çıxışlarla zəhlə tökmürlər. “Arena” verilişində idmanın şahı olan futbol haqqında müzakirələr heç də öncədən planlaşdırılmış dar çərçivədə aparılmır, əksinə dəvət olunmuş ekspert və qonaqlar üçün sərbəst şərait yaradılır və fikir azadlığı tam təmin edilir. Bütün bunlar da təbii ki, verilişin rəhbəri olan Rufat Nadirlinin zəhmətidir (əslində Lənkəranlı bir idman jurnalistinin başqa xüsusiyyətləri ilə fərqlənə biləcəyi sadəcə mümkünsüz idi). Sadalananlar sayəsində “Arena” verilişi getdikcə nəinki bütün cənublu azarkeşlərin hətta ölkənin daha çox sayda futbolsevərinin marağına səbəb olur.

Biz də azarkeşlərimiz adından “Arena” verilişinin kollektivini təbrik edir və onlara gələcək fəaliyyətlərində yeni yeni uğurlar arzulayırıq.

Bir şərh

  1. Zəfər Lerikli says:

    Rufat Nadirlinin zəhməti danilmazdir.Təbrik edirik.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ bir = 3