9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

verilishAzərbaycanın ən çox izlənilən futbol verilişlərindən olan “İnterAz” TV-nin “Arena” verilişinin növbəti buraxılışı efirə yayımlanıb. Rüfət Nadirlinin müəllif və aparıcısı olduğu verilişin budəfəki buraxılışında kubok oyunları və Premyer Liqanın XXVII turunun müzakirəsi ilə yanaşı, bir sıra maraqlı məqamlara da toxunulub. Verilişdə qonaq qismində “Xəzər Lənkəran”ın “Bosman” fan klubunun rəhbəri Mirhafiz Babayev və “Komanda” qəzetinin redaktoru Natiq Muxtarlı iştirak ediblər.

8 Şərh

  1. Salam! Özumu çox saxladim ki, şərh yazmayim , yazilan şərhləri oxuyub və özu-özluyumdə bir nəticəyə gəlim.Yenə dözmədim və yaziram.Kim ki ,özunu həqiqi futbol bilicisi bilir və yazilan savadli şərhlərə “ağiz buzur” və özunu hamidan “ağilli” bilir,çixib öz fikirlərini desin.Və subut etsin ki, həmin dediyi şəxsin fikirləri duzdur və real həqiqətlərə söykənib.Əgər kiminsə zəhmətinə xəbis fikirlərlə kölgə salmaqla və özunun intelekt səvviyyəsini hamidan yuksək tutmaqla nəsə əldə edirlərsə, bunu açiq yazsinlar.Yox, əgər bunlarin xasiyyəti budursa ,yox olsun elə xasiyyət!

    Azarkeş görur ki, kamandasi gunu-gundən “iflic” olur, qələbə qazana bilmir, klub bu oyunlara laqeyd yanaşir, məşqçi hələ nə dediyinin fərqində deyil. Həmçinin futbol başbilənlərin heç bir məntiqə siğmayan siyasətinin nəticəsinin savadsiz və məntiqsiz görəndə nə etməlidir ki …Axi azarkeşi bəzən heç bunlar duşundurmur,ona görə ki, qələbə istəyir, yaxşi futbol istəyir.Kiminsə hansi eybəcərliyinə qarişmağa heç luzumda bilmir ,əgər məcbur edilməsə…

    Mən dəfələrlə bu verilişə təkrar-təkrar baxmişam,hələ İnter.az kanalinda.Sonra bu veriliş sayta verildi ki, həqiqi azarkeş haqqi bilsin.Onuda qeyd edə bilərəm ki hələ heç kim özundə cəsarət tapib belə açiq və real həqiqətə söykənən fikirlər deməmişdi.Bəzi şeytani fikirli insanlarin maraği ondadir ki, həqiqət gizlədilsin.Bu tipli adamlar gundə bir fikir dəyişir və azarkeşləri çaşdirmaqla, onlari mənən sindirmaqla ,ruhdan salmaqla məkrli niyyət sahiblərinə çevriliblər.Həqiqəti deyən adamlara “ilişir” ,özluyundə “ağilliliq məktəbi” formalaşdirir və özunu o sadə azarkeşlərdən ustun tuturlar.Bunlarin marağinin nə olmasini hansi mənsəbə xidmət etdiyini anlamaq çətindir.Həqiqi “XL” azarkeşlərində bu kimi hallar yoxdur və olada bilməz.Bu adamlar saf və təmiz bulağdan gələn şəffaf suya rast gələn “maneə”lərdir.Bu maneələr heç vaxt həqiqəti gizlədə bilməzlər.Haqq nazilər amma uzulməz.

    Hər şeyin bir vaxti var.Zaman hər şeyi həll edə bilməsədə, çox qaranliqlari uzə çixardib.Necə ki, hər şeyin bir səbəbi var, səbəbində yaradani. Əgər bu gun azarkeş narahatdirsa, bunun səbəbi var.Səbəbini isə bəzən bəndə özu yaradir.Lakin butun səbəbləri bəndə yaratdiğini zənn edirsə, onda böyuk səbəblərin qarşisinda acizliyinidə duşunməlidir.Allah bilən yaxşidir.

  2. Salam Admin, salam “lovethegame”! Sizin mükalimənizdə ümümi fikirlər səsləndirilir. Verilişdə qonaq qismində mən və Natiq Muxtarlı iştirak edib. O Natiq Muxtarlı ki, bu gün öz obyektiv yanaşma tərzi ilə media ordusunun çoxlarına nümunə ola bilər. Verilişin aparıcı-müəllifi Rüfət Nadirli də həmçinin. Yaxşı, mənə deyin görüm bu atmacaları niyə ümumi olaraq atırsız və bununla da oxucuların fikrinə verilişdə iştirak edənlər haqqında şübhə toxumu səpirsiniz. Konkret yanaşma tərzindən belə çıxır ki, ya qorxursunuz, ya da çəkinirsiniz. Əgər bu belə deyilsə, onda xahiş edirəm konkret yanaşma tərzi göstərəsiniz və bunu gözləyirəm.

    • lovethegame says:

      Salam. Sizin saytda bildirmişəm fikrimi. Mənim sözüm mediaya aiddir. Mənim üçün futboldan danışmayan, yalnız pərdəarxası məqamlardan danışan şəxs hər nə qədər obyektiv olsa da, futbol mediasının nümayəndəsi kimi qəbul edilə bilməz. İnkar etmirəm, hətta düz danışa bilər. Amma mənim üçün bu fərq etməz. İndi yenə də digər bir tərəfə yozulacaq, bilirəm. Amma mənim ən azından haqqımdır ki, ingilis, rus mediasında turdan sonra futbol haqqında oxuduğum kimi, öz ölkəmdə də oxuyum. Mənə kim nə desə də, bu haqqımı gizlətməyəcəm. Amma yenə də bildirirəm, bütün bunların sizə ümumiyyətlə aidiyyatı yoxdu.

  3. lovethegame says:

    Bu artıq əsl çayxanadı)))) Mürəbbəsi ilə, konfeti ilə)))) Zarafat bir yana, bu media oxucusuna, tamaşaçısına qarşı çox böyük hörmətsizlik göstərir. Belə verilişlərlə, bir fotodan ibarət xəbərlərlə hər kəsi təhqir etmiş olur. Bunlar abıra salınmasalar, özlərini ən axırıncı yollara qoyarlar.
    ***
    Çoxdan bəri saytımızda şşərh yazmayan “Dadaş” nikli istifadəçimiz buna belə cavab verərdi:
    “Əslində futbol ictimaiyyətini az qala oyuncaq kimi dolayıb, xəstə vəziyyətinə çatdıran futbol idarəçiləri o qədər qaranlıq fikirlərə qərq olublar və o qədər çirkablara bulanıblar ki, belə açıq söhbətlər və fərqli fikirlərin əcaib və qəribə görünməsinə “gizli” səbəbkarlara çevriliblər. Başqa sözlə baş verənlərdə elə bu veilişin də “çayxana”ya bənzəməsində günahkarlar veriliş iştirakçıları yox onların tənqidinə “məruz” qalanlardır. Bunu görmək üçünsə yanaşma tərzini, baxış bucağını ara bir dəyişmək də lazımdır. Axı şərt bütünlüklə hər şeyə və həmişə iti bucaq altından baxmaqda deyil. Nə çox bucaq var”.

    • lovethegame says:

      Dadaşın potensial cavabı ilə razılaşardım, amma bu insanlar axı tənqid edir. Tənqid olunana sərf edən şəkildə onu tənqid edib, əslində isə güclü tənqid etdiyini düşünürlərsə – nədən özlərini tərifləyirlər, mətbuatı camaatın qabağında böyük bir fiqur kimi təqdim etməyə çalışırlar?

      Axı nə vaxt bizim bu media futbol haqqında danışar, yazar? Başa düşdük də, reklam pulu alırlar, heç nə yazmasalar belə alacaqlar. Subotiçin qızının İnstagramından şəkilləri paylaşıb, bunu xəbər edən mediaya kim ciddi yanaşar?

      Deməyin ki, bizdə futbol yoxdu, ona görə media da ona uyğundu. Guya futbolu düzəltmək istəyirlər, özlərinin səviyyəsizliyinin həddi yoxdu. Ən zəif liqada belə futbol haqqında danışmağa material olar. Hamının heyətində meydana futbolçular çıxır, hər klub müəyyən taktika ilə oynayır. Deməli, müzakirə etməli çox məqamlar var. Sadəcə, bunlar bacarmır. Ancaq “torba”dan danışsınlar.
      ***
      “Əşşi camaat üçün nə taktika nə də o birisi maraqlı deyil. İnsanları maraqlandıran nədirsə mətbuat ondan yazır və danışır. Cəmiyyətin ümumi tələbatına uyğunlaşmağa çalışır media.” – Dəqiq bilmirəm Dadaş belə cavab verərdi ya yox.

      • lovethegame says:

        Mən də Dadaşa deyərdim ki, bax bizim medianın sonu da elə budur. Onlar intellektual oxucunu üzə çıxarmaq, dünya görüşü aşağı səviyyədə olan oxucunu maarifləndirmək, yaxşı mənada “tərbiyələndirmək” əvəzinə, özləri hamıdan aşağı səviyyəyə düşürlər.
        ***
        İnanmıram ki, Dadaş media üçün vəkillik etsin. Amma əminəm ki, onun da deməyə sözü çoxdur. Məsələn elə bu verilişdə rəhbəri iştirak edən “Bosman” fan klubun üzvləri tərəfindən fan klubun saytında və sonra da bizim saytda indiyə qədər yüzlərlə maarifləndirmək yönündə olan yazılar dərc olunub. Amma çi fayda. Belə yazıların hər birini təkcə bizim saytda orta hesabla 15000 və ya daha çox insan oxusa da ən az müzakirələrə səbəb olan yazılar sırasında da yer almışdır (“üstəlik belə yazılara kimsə “ha ha ha” kimi bəsit, çobansayağı şərh yazınca nəinki yazı müəllifinin zəhmətinə yanırsan, hətta həyatına, bu məmləkətdə dünyaya gəldiyinə və belələri üçün gecə gündüz çalışdığına görə özünə nifrət edirsən”- qoy bunu da mən əlavə edim). Beləliklə “intellektual” sözünün özü və mənası ilə “filənkəsin toyuna pulu haradan tapım” kimi sualın arasında olan uçrum qədərki fərq kütlənin vecinə deyil. Bu fərqi görə bilməyənlərin əksəriyyət təşkil etdiyi cəmiyyətdə yaşayıb Dadaşın yazdıqlarını qəbul etməmək normal sayıla bilər. Lakin fakt odur ki, mətbuat cəmiyyəti formalaşdırmır və bu prosses tam əksinə olaraq gedir. Deməli…

        • lovethegame says:

          Başa düşürəm sizi. Amma istər “Bosman”ın, istər sizin saytın belə materiallar verməsi alqışa layiqdi. Sizin ad gününüzdə yazdığım şərhdə də bunu vurğulamışam. Hər şeyə rəğmən, həvəsdən düşməyin, özünü “mətbuat” adlandıranlara dərs olsun qoy fəaliyyətiniz.

    • MƏN OZUM ARENA VERLİSİNƏ BİR AZ BAXDİM ONLARİN NƏ YEYİB NƏ İCDİYİ MƏNİ MARAQLANDİRMİR ONLAR AZƏRBAYCAN FUTBOLUNUN ƏSL İYRƏNC UZUNU ACİB MİLLƏTƏ BİLDİRMƏK İSTƏYİRDİLƏR Kİ TAMASACİ OZUNUN QİYMƏTLİ VAXTİNİ BELƏ İYRƏNC OYUNLARA BAXMAQLA BOSA VERMƏSİN .

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 3 = dörd