9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

rednikBəşər övladı daim nəyisə arzulayır.

Biz ətrafımızla gizlincə də olsa xəyal qurmaqda yarışırıq. Şirin arzularımızın gerçəkləşmədiyi zaman gərək düşünməyək ki, bununla da həyat bitmiş sayılır, yox həyat öz işindədi. Ən azı bir arzunun sonu digərinin başlanğııcı da ola bilər. Bir halda ki, hər arzu adi bir istəklə başlayırsa, deməli arzularla da bitməlidir. Elə bu yerdə təbii sual yaranır: Arzuların gerçəkləşməsinə çalışmağına rəğmən heç bir nəticə hasil olmursa bəs onda etməli? Sualın dalıyca gedib cavabı axtaraq, kimin üçün maraqlıdırsa oxusun.

Əvvəlcə biz anlamalıyıq ki, qurduğumuz xəyalların, sıralayaraq rəflərə düzdüyümüz arzuların həyata keçirilməsi çox zaman bizdən asılı olmayan səbəblərdən daşa dəyir. Belədə bəzən avtomatik olaraq istəklər toplusunu nizamlamaq, müəyyən qaydaları sistemləşdirmək həvəsi ilə xeyli dartınırıq və bir də ayılıb görüruk ki, xaotik bir sistemsizliyin içində bu vaxta kimi qara otaqda qara pişik axtarışında olmuşuq. Beləliklə də arzularımızla bərabər xəyallarımızı da soyuq məzara “tapşırıb” yenidən güc toplamağa, başqa sözlə “Перезагрузка”ya başlayırıq.

Qəribədir, hansı tərəfdən baxmağa çalişsam da eyni labirint ətrafında var-gəl edib bir aydınlığa çıxa bilmirəm. Axı bu labirintin ayrı-ayrı həlqələrində müxtəlif maneələr yuva salıb ki, bu maneələr də zaman-zaman bəzi komandalar üçün gizlənib yox olduğu halda “Xəzər Lənkəran”nın əleyhinə həmişə böyüyür. Bu maneələri dağıdıb və işıqlığa çixmaq ilk baxışda asan görsənməsə də mumkunsuz də deyil yəqin. Necə ki , dahi Mirça Rednik bunu sübut etməyi bacarmışdi…

Qisa bir muddət işsiz qalan Rednik sonra fasilələrlə muxtəlif klublarda işləməyə başladı. Hansı klubun şərəfini qorudusa yenə o çalışdığı kluba uğur gətirdi. Ölkəmizdə bəzilərinin ona vermək istədiyi “qaraçı” adından sınmadı və heç kimə də əyilmədi , çunki “Xəzər Lənkəran” azarkeşlərinin sevgisi onunla idi… PFL tərəfindən müxtəlif eybəcərliklərlə üzləşən dahi Rednik bizim futbolumuzda hər cür sifətləri görmüşdu , tək “Xəzər Lənkəran” azarkeşlərinin sevgisi kimi azarkeş sevgisini heç yerdə görə bilmədi. Bizdən ayrılanda bu sevgi onun gözlərini yaşartmışdisa da amma qəlbində futbolumuzda olan dağ boyda haqsızlıq onu məyus etmişdi.

Bu sevgi və istək tək Rednikə unvanlanmamışdi. Axı o da bizdən biri idi. Əsl “XƏZƏR LƏNKƏRAN”-lı idi. Bu “Xəzər Lənkəran” sevgisi idi. İndi biz yenə də Rednikin fəaliyyətini izləməklə davam edirik. Xəyallar qururuq, arzular dünyasında gəzişib dolaşır, sonra da yenidən rəflərə düşürük. Axı bundan savayı əlimizdən nə gəlir ki?..

Hazırda vətəni Ruıniyada çalışan və bu ölkənin ən köklü klublarından olan “Dinamo” Burxarestin başında olan sevimli məşqçimiz artıq 9 oyundur ki, məğlubiyyətin nə olduğunu bilmir. Evdə keçirdiyi dörd oyunda qələbə qazanan Rednik, səfərdə 5-qarşılaşmanın hamısında heç-heçə edib. Maraqlı məqamlardan biri də odur ki, səfər oyunlarında qarşılaşan rəqibləri mövcud olan turnir cədvəlinin ilk altiliğında məskunlaşan klublardır. Mirçanın komandası 9-oyunluq məğlubiyyətsizlik seriyasını davam edərək Rumıniya çempionatında turnir cədvəlinə başçılıq edir.

rednik-12

Bu turlar ərzində komandası qapısında cəmi 4-top görüb. Komandanı qısa müddətdə yığıb cempionata hazırlayan məşqçi əsasən müdafiəni mökəmləndirib və hücumda olan nöqsanları oyundan-oyuna tədricən aradan qaldırmağa çalışır. Uzun müddətdir ki, küsüb arenalardan uzaq düşən “Dinamo” azarkeşlərinin rəğbətin qazanan, onları yenidən tribunalara qaytaran Mirça Rednik adı Rumıniya mətbuatının gündəmindən düşmür.  Elə Buxarest klubunun fanatları tərəfindən də tərif yağışına “tuş” gəlib. Axı bizlər də Redniklə belə günlərin şahidləri olmuşuq…

Bəs indi?

İndi bizi o sual düşündürür ki, o vaxtlar AFFA və PFL rəhbərlərinə yaltaqlıq edən və onların sifarişi ilə çalışan həmçinin futbol menecerləri ilə şəriklik edən jurnalistlərin, eləcə də elini obasını kimə gəldi və nəyə gəldi dəyişməyə, satmağa hazır olan “Xan Lənkəran” fan klubunun üzvlərinin yer aldığı antiRednikçilər koalisiyası bizə güc gəldisə biz nə edək, futbol qurumlarının qarşısında zəiflik bəlkə də hətta acizik nümayiş etdirərək Redniki qoruya bilməyən, onu yola salıb utanmaz utanmaz hələ dalısıyca şəbədə qurmaqdan belə çəkinməyən klub rəhbərliyinin obrazında oynanılan Balaş rolunu kadr arxasında seyr edək, yoxsa ..?

P.S: “Qarabağ” klubu yerli məşqçiyə şans verərək, “Qəbələ” isə legioner məşqçi üçün lazımi şəraiti yaradaraq Avropa da səs salmaqda ikən bizimkilər hələ də pul “Разборка”larındadırlar və uğursuzluqları kənarda, bəzən isə hətta azarkeşlər arasında da axtarırlar!?

P.P.S: Ancaq ümidsiz də qalmağa dəyməz. Əgər bir qapı bağlanırsa, digəri mütləq açılır, yerinə yeni bir arzu gəlir. Arzularınız bol olsun.

Zəfər Lerikli

 

5 Şərh

  1. Qardaşlar ona görədə mənə elə gəlir ki Xəzəri yaxin illərdə biz qrupda görməyəcüy niyə cünki bunu nə yuxari nə də Xəzər rəhbərliyi istəmir qişda heyyət birdə dəyişiləcəy.Özünüz fikirləşin əgər bunlarin avropada cixiş etməy fikirləri olsaydi hec olmasa keyfiyyətli 2-3 hələlik legioner alardilar ki komandaya uygunlaşsin gua uşag başi aldadirlar gənclərin qabagin almaq istəmirlər(((( vaxt vardi Xəzər hər şeydə birinci idi infrastrukturdada indi bizdən sora gələnlər bizi gecib biz hamindan daldayuyu ALLAH bizə səbir versin

  2. Ford qardas ona goreki tuayevin dilini onoun gundeymez yerine soxarlar qriqorucuku bura kim getirib ?saqol

  3. Salam qardaslar cox saqolun Zefer bey ALLAH sizden razi olsun yazdiqlarinizla 100yox 1000000faiz raziyam menim paxilliqim gelmir qarabaq qebelede bizimdi her ikisine qrupda uqurlar arzulayiram yeni bizim zona hemise Azerbaycanin butuvluyunu destekliyib ve lazim gelende bunu meydanda canimiz qanimiz bahasinada olsa subut etmisik biz hemise oncul olmusuq bes Xezere ne oldu biz azerkes olaraq uzerimize duseni artiqlamasi ile yerine yetirdik zindandan qorxmadiq ac susuz insanlar taniyiramki evine erzaqi nisye alib Xezerin oynuna gelib bes bu klub bu sevginin qarsiliqini ne zaman verecek?? bax qardas bunu bilmirem yasasin Rednik yasasin daima meqrur duran Xezer azerkesi..Gun geler bizim uzumuzde guler AMIN…AMIN..AMIN…………….

  4. 555-FORD says:

    TUAYEV KIMI AZERBAYCAN FUTBOLUNUN INKISAFINA BAGRI PARTLAYANLAR GOZU GOTURMEYENLER GORESEN NIYE SUSUR? NIYE POZGUN KUCE QADINLARI KIMI SIFARISLE TELEKANALLARA MUSAHIBE VERMIR KI, QRIQORCUK UKRAYNA CIQANLARINI YIGIB QEBELEYE. CUNKU ONA GOSTERIS VERILMEYIB! GOSTERIS VERILEN KIMI ELELERI KISILENIB CIXACAQ QABAGA KI, MENDE VARAM .

  5. Mirca Rednik !!!!!!!!!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


altı + = 15