10 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

    son illerYubiley ilində ikinci dəfə baş məşqçi dəyişikliyinə əl atan “Xəzər Lənkəran”ın düşdüyü vəziyyət deyəsən heç də göründüyü kimi sadə və bəsit deyil.

Çox güman bu reallığı gizlədən və əksəriyyətin gözündə vəziyyəti bəsitləşdirən aldadıcı, yayındırıcı faktor ilkin görüntüdür. Başqa sözlə yubiley ilində zəif çıxışa görə baş məşqçinin istefaya göndərilməsi və uğursuzluqlardan güya bezən rəhbərlik tərəfindən hər şeyi sıfırdan başlamaq kimi gəncləşdirmə siyasətinin seçilməsinin səbəb kimi təqdimatı əslində elə həmin o aldadıcı və yayındırıcı ilkin görüntünün özüdür. Hörmətli azarkeşlər, məlumunuz olsun ki, həqiqət heç də yuxarıda sadalanan səbəblərlə üst-üstə düşmür. “Xəzər Lənkəran”ın yaxın ətrafında cərəyan edənlərin əsl üzü, bunların təsirindən yaranan dözülməz reallıq bam başqadır. Bunu araşdırmaların nəticələri göstərir.

     Sadə gözlə baxanda klubun son zamanlarda sıxıntılarda çabalaması və bu sıxıntıların maddi problemlərdən qaynaqlanması heç də yaxşı sezilmir. Yalnız diqqətli və xüsusi analitik istedada malik insanlar burada gizli məqamlarla sıxıntıları təxmini də olsa müəyyən edə bilərlər. Əlbəttə biz sadə azarkeşlər olaraq həmin o gizli məqamları aşkarlamaya bilərik və buna görə də kimsə bizi qınamaz, ancaq azarkeş olaraq ən azından təmkin nümayiş etdirərək çox yox azca fikirləşə və düşünə bilərik ki, heç olmasa bir az da həqiqətə yaxın olaq. Müqayisələrlə düşünə bilərik ki, “gəncləşmə siyasəti”dir, büdcənin azalmasıdır filandır, bunlar hamısı maddi çətinliklərdən irəli gələ bilər. Yağdırdığımız tənqdilərə ara verərək heç olmasa bunu ehtimal etməliydik. Yəqin ki, aramızda belə bir ehtimalı nəzərdən keçirənlər olub lakin sonda buna əhəmiyyət verməyiblər. Amma əbəs yerə.

   Söhbət “Xəzər Lənkəran”ın sponsoru və yeganə maliyyə mənbəyi olan “Palmali” şirkətinin komandaya maddi dəstəyini azaltmasından gedir. Düzdür biz azarkeşlər üçün fərqi yoxdur sevimli klubumuzun sponsoru kimdir, yaxud kluba nə qədər, niyə və nə vaxt, hansı məqsədlə pul xərcləyir, bu bizim üçün maraqlı olmamlıdır, heç maraqlı da deyil. Axı biz futbol azarkeşiyik, biz “Xəzər Lənkəran”ı ona görə sevirik ki, bu klub ölkə futbolunda Lənkəranı, cəm olaraq isə bütün cənub bölgəsini təmsil edir. “Xəzər Lənkəran”a istər “Palmali” sponsorluq etsin, istərsə də “Palsüd” bizim üçün fərq etməz. Əsas odur ki, diyarımıza, şəhərimizə olan sevgimiz, futbola bağlılığımızla uzlaşa bilir. Bununla yanaşı o da faktdır ki, “Xəzər Lənkəran”ın ən balaca, azyaşlı azarkeşləri də klubun sponsorunun kimliyindən xəbərsiz deyillər. Bu demək olar ki, milyonlarla insana məlumdur. Hamılıqla onu da bilirik ki, bu günlərə qədər klub sahibi illik 20-milyonundan keçirdi ki, ölkə futbolu inkişaf etsin və bölgəmizdə səviyyəli futbol olsun. Bu məbləği onun öz dilindən eşitmişik. Son zamanlar isə primitiv riyazi hesablamalardan xəbərdar olanlarımız da başa düşürdü ki, son ayların komandası həmin o məbləğə uyğun deyildi. Yəni qış fasiləsinə qədər çempionatda mübarizə aparan və yavaş-yavaş dağılaraq gəncləşməyə doğru gedən  heyət ”o” – 20-milyonluq heyət deyildi. Amma etiraf etməliyik ki, əvvəllər böyük pulların xərclənməsi hesabına layiqli heyətimiz olub. Hələ 10-il əvvəldən başlayaraq, maddi imkanları geniş olanda Azərbaycan futbolu üçün ağlasığmaz məbləğlərə ulduz futbolçuları eləcə də dünya çapında tanınmış adlı sanlı məşqçiləri ölkəyə gətirən “Xəzər Lənkəran” indi əvəzedicilərin baş məşqçisini əsas komandaya gətirirsə, nəinki legionerləri hətta milli komandanın üzvlərini və o biri yerli futbolçuları komandadan uzaqlaşdırıb aşağı yaş qrupların gənc futbolçularını əsas heyətə dəvət edirsə sizcə bu bir başa maddi sıxıntılardan yaranan gərginlikdən deyilmi? Məgər bunun başqa adı da varmı?

Bircə dəfə soyuqbaşla araşdıranda görünür ki, indi bu klubun pis günüdür, dar günüdür, pulsuz günüdür, ağır günüdür. Eləysə nə olub bizə? Bəs hanı bizim “çətin günün dostu” olmağımızı isbatlamağa çalışaraq səsləndirdiyimiz şüarlar, mahnı və şeirlərdə dil tökməyimiz? Dediklərimizlə əməllərimiz arasında küskünlükmü yaranmış xəbərimiz yox?

Biz həmin o azarkeşlər deyilikmi ki, “xoş gündə də pis gündə də səninləyik” deyirdik, məgər biz həmin o sözləri səmimiyyətimizlə dilə gətirmirdikmi? Əgər həqiqətən də indi “Xəzər Lənkəran”ın pis günüdürsə onda niyə təmkinlə qarşılamırıq bu son olayları? Niyə pis günündə “Xəzər Lənkəran”ı baltalayırıq?

Bizə belə gəlir ki, klub sahibinin imkanı daha böyük büdcəli klubu saxlamağa yol vermir. Apardığımız araşdırmalar belə bir qənaətə gəlməyə əsas verib və bunu başa düşmək yəqin ki, çətin deyil.

    Maddi probemlərin kökü əlbəttə şimal qonşumuzda indi də davam edən böhrandadır. Belə ki, “Palmali”nin gəmilərinin böyük bir hissəsi dünya sularında məhz Rusiya bayrağı altında üzür. Bütün qərb dövlətlərinin Rusiya neftindən imtinası, neftin qiymətinin dünya bazarında enməsi, onun daşınmasından da təsirsiz ötmür. Daşınma yoxdursa deməli qazanc da yoxdur, özü də bu ardıcıl bir neçə aydır ki, davam edir. Hələ ötən ilin sonundan start götürən Ukrayna hadisələrinə Rusiya dövlətinin işğalıçı müdaxiləsinin ardından qərb dünyasının hadisələrə Anti-Rusiya prizmasından yanaşması ilə nəticələndi. Bir ilə yaxındır ki, getdikcə hazırki vəziyyətə doğru gərginlik artırdı. Nəhayət Rusiyaya qarşı tətbiq olunan sanksiyalar bu ölkə ilə sıx əlaqəli fəaliyyətdə olan “Palmali” şirkətinin işlərində də mənfi izlər buraxmaya bilməzdi. Reallıq budur ki, Rusiyanı ağuşuna almış “krizis” Neft və neft məhsulları eləcə də quru yüklərin daşınmasına da iflic edici təsir göstərməyə başlamışdır. Ehtimal etmək olar ki, xeyli vaxtdır sürən problemli günlərin fonunda “Palmali” şirkətlər qrupu sponsorluq xərclərinə yenidən baxmalı olub və cüzi dəyişikliklərə ehtiyac duyulduğundan “Xəzər Lənkəran”a maddi dəstəyini azaldıb. Dünyanın 5-ən böyük gəmi daşınması ilə məşğul olan şirkətin etdiyi həmin o cüzi dəyişikliklər Azərbaycan futboluna edilən yatırımlar üçün kifayət qədər böyük məbləğ hesab oluna bilər. Əgər bu iddia düzdürsə onda yəqin ki, “Xəzər Lənkəran”dakı indiki qəliz vəziyyətin yaranması labüdləşir.

      Sıralamanı davam edək. Bir başa “Palmali”nin İstanbul ofisindən maddi asılılığı hətta komanda üzvlərinin aylıq maaşlarının gecikməsinə gətirib çıxaracaqdı ki, bu da baş verib. Məlum olduğu kimi, “Xəzər Lənkəran”ın iki futbolçusu məhz aylıq maaşların gecikməsi üzündən klubu tərk etmiş, futbolçuların agentləri isə mətbuatda “müqaviləyə görə 2-3-ay maaş almayan futbolçu öz istəyinə uyğun klubla müqaviləsini bir tərəfli qaydada poza bilər” kimi açıqlama vermişdilər. Bütün bu işlər bilərəkdən kimlərinsə tərəfindən qurula bilməzdi. Çünki heç bir kluba futbolçunun qaçması baş ucalığı gətirməz və klub rəhbərliyi bu halın baş verməməsi üçün əlindən gələni də yəqin ki, edib. Amma yoxa çarə də yoxdur. Hadisələrin axarını bu sayaq analiz etdikdə belə çıxır ki, qış fasiləsinə qədər böyük çətinliklərlə komandanın xərclərini ödəyən Mübariz Mənsimovun rəhbərliyində “Palmali” şirkəti bundan sonra və ya ən azından hazırki böhranlı vəziyyət düzələnə qədər böyük büdcə ilə klub saxlamaq imkanında deyil. Hər halda bu müvəqqəti də olsa mümkünsüz kimi görünür. Klubu tam olaraq bağlayıb kənara çəkilmək isə Mənsimovun yerində olan kimsənin ürəyincə olmazdı. Ümumiyyətlə adətən varlı insanlar heç vaxt pulsuzlaşmalarını bildirmək istəmirlər. Nə qədər maddi sıxıntılar yaşasalar da biruzə vermirlər çünki bunu bir növ özlərinə ar bilirlər. İndi durub soruşsan deyəcəklər ki, “Bizim maddi problemimiz yoxdur, hər şey qaydasındadır” və s. O səbəbdən də klubu “kapatmaq”dan söhbət gedə bilməz. Belədə isə cüzi xərclərlə komandanı hələlik gəncləşdirmək yolu ilə klubu yaşatmaqdan savayı yol qalmır. Gəlin belə yanaşaq ki, əgər Mübariz Mənsimov maddi problemlər üzündən büdcəni azaldıb gəncləşmə siyasəti ilə də olsa klubun fəaliyyətini davam etdirirsə və bağlamırsa yenə də sağ olsun.      

     Beləliklə analitik araşdırmalar göstərir ki, indi həmin çətin gündür, ağır gündür. Vaxtı ilə super transferlərə, stadion tikintisinə, dünyaca məhşur məşqçiləri gətirməyə milyonları xərcləyən birisinin çətin günündə ona arxa çevirmək nə dərəcədə düzdür? “İndi bilinir ki, kim “Xəzər Lənkəran” klubunu qazandığı uğurlarına, səs küylü transferlərinə görə sevirdi, kim isə sadəcə Lənkəranı və bütün bölgəni təmsil etdiyi üçün” fikrini yazmağa da hələ tələsmirik. Qoy hər birimiz özü nəticə çıxarsın, həqiqəti özü tapsın, biz sadəcə xəbərdar edirik.

      Bəli, hörmətli azarkeş, bizim yaxın ətrafımızla birgə apardığımız araşdırmaların sonunda gəldiyimiz nəticələr belə bir mövqeyi ortaya qoymağımıza səbəb oldu. Əgər bizim mövqeyimiz Mənsimovların biruzə vermək istəmədikləri böhran dolu həqiqətləri əks etdirirsə o zaman biz azarkeşlər “çətin günün dost”ları kimi gərək stadiona giriş üçün bilet alanda 2-manat yox, lap 3-manat verək və klubun maliyyələşməsinə kömək edək, əgər “Palsüd”ün məhsullarını almaqla “Xəzər Lənkəran”a maddi köməyimiz dəyəcəksə onda gərək alış-verişimizi daha da artıraq. Ümumiyyətlə nə ediriksə insafla edək və ədalətli olaq, axı  insaf dinin yarısıdırsa ədalət də o biri yarısıdır. 

12 Şərh

  1. Legionetlarin az maasla jeni muqavila taklif edilmasi va juksak odanisli Rasad, Rauf Afrannin jola sasinmasi maddi vazijatin asagi olmasina isara idi. Tabii bela maqmda biz azarkeslarda komandani tak buraxmamalijiq.

  2. Böhranın olması bir həqiqətdir. Neftlə bağlı çalışan bütün şirkətlər zərər görüblər. “Palmali” də istisna deyil. Amma məncə bu “gəncləşdirmə” siysəti axı heç də yeni deyil. Yaxın keçmişdə də belə bir hal yaşanmışdı. M.Rednikin dövründə XL Avroliqa oyununda İsrail komandasına uduzduqdan sonra rəhbərlik bütün legionerləri qovub “gəncləşdirmə” siyasəti yeridəcəyini elan etmişdi. Lakin həmin dövrdə ehtiyat heyətinin demək olar ki, yoxluğu və digər səbəblərdən rəhbərlik özünün bu absurd addımından çəkinmişdi. Halbuki onda şirkətin heç bir maddi sıxıntısı-zadı deyəsən yox idi… Neft böhranında Abramoviç 1 milyarda, V.Ələkbərov 500milyon dollara kimi itirib. Lakin Abramoviç “Çelsi” dən əl çəkənə oxşamır, həmyerlimizin “Lukoyl”u isə “Spartak”ı maliyyələşdirməklə yanaşı bu günlərdə “Qalatasaray”la da sponsorluq müqaviləsi imzalayıb. İndi siz deyin, bu gəncləşdirmə deyilən absurd qərar təkcə neft böhranı ilə bağlıdırmı? Əgər həqiqətən belədirsə, bir açıqlama verilsin. ..Mən keçən şərhim zamanı HÖRMƏTLİ ADMİNDƏN XAHİŞ ETMİŞDİM Kİ, MƏLUMATI VARSA “QARABAĞ”IN, “İNTER”İN, “NEFTÇİ”NİN, “SİNURQ”UN İLLİK BÜDCƏSİ barədə məlumat versin. Diqqətə görə sağ olun!
    ***
    Fikirlərinizə görə təşəkkürlər. Qeyd edim ki, Azərbaycanda “Xəzər Lənkəran”dan başqa heç bir klubun büdcəsi heç vaxt aşkarlanmır, məxfi informasiya kimi saxlanılır. Bunun arxasında hansı məqsədin qaldığı məlum olmasa da “icazə verin şübhələnək” deyimini yada salır.

  3. Sportsman says:

    inanmiram ve sizlerin de sadelovhcesine aldadilmaqini istemirem;
    1. Palmali neft satmir, neft dashiyir, neftin qiymetinin necheye olmasinin dashiyiciya bir ela aidiyyeti yoxdu;
    2. Neftin bugunki qiymeti texminen 2009-cu ilin qiymetleri seviyyesindedi. 2009-cu ilde ise boyuk Mensimov deyirdiki klubun budcesi 25 milyondu;
    3. Kluba 20 milyon hara xerclenir ve ya heqiqeten xerclenirmi? bunu yalniz mensimovlar deqiq bilir. Illik budcesi 20 milyon olan klubun ushaq komandalarinin veziyyeti de goz qabaqindadi. Eger Xezerin budcesi 20 milyondusa, onda gerek Qebelenin, Qarabaqin, Neftcinin budcesi 50-60 milyon ola – heyet ve ushaq komandalarinin veziyyet nisbetini goturende bele ferq alinir;
    4. Denizlini de, Chetini de kluba Istanbuldan gonderibler, babali da oz boyunlarina. Denizli 5 milyonluq meshqci idise, onda gerek Maurinyo, Ancelotti, Qvardiola iline yarim milliard alsunlar; Denizli, Chetinin adi ile kimlerse pul qirirsa, ondan azarkeshlere ne?! Azarkeshlerin teleb etdiyi meshqci 10 qat ucuz mebleqe de ishlemeye razi idi, hemin meshqchinin getirdiyi Parks, Vobay kimi futbolcular iline 40-50 mine oynayirdilar, bu kime serf elemedi, hesabi ondan sorushun;
    5. Azarkeshler kluba destek oldu-olmadi, ne deyishecekki?! Azarkeshleri saya alan var beyem o klubun rehberliyinde?
    6. Hech kes Mensimovlardan minnetli klub saxlamaqi teleb etmir; bacarmir chixarsin satisha ve ya leqv elesin. Onsuzda bu komandani bu gedishle uqurlu prespektiv yox, rusvaychi meqlubiyyetler gozleyir…
    ***
    Bu sizin mövqedirsə fikirlərinizə görə təşəkkür edirəm. Rusca demişkən “истина рождается в споре”. Bununla belə qeyd edim ki, bütün köhnə tarixli sənədlərin hüquqi əsası olmadığı kimi indiki halda da 2014-cü ilin məsrəflərinə 2009-ci ilin cibi boy verməz. Müqayisənizlə razılaşmıram.

  4. Azərbaycanlı says:

    Nə qədər ki, dəyanətdə çox olarıq,
    Biz zamanın hesabından yox olmarıq.

  5. Sizin yaziyla tamamile raziyam. Umidvaram ki, bu yazidan sonra azarkeslerin komandaya olan sevgisi evvelkinden de yuksek olacaq. Inaniriq ki, bundan sonra stadionun tribunalarinda evvelki izdiham yasanacaq. Eger bu bas vererse genc oyuncularimiza boyuk stimul verecek. Unutmamaliyiq ki, komandani psixolji cehetden qelebeye koklemek, reqibin kimliyinden asili olmayaraq qelebeye inam ruhunda meydana cixmaq ucun azarkes desteyi muhum rol oynayir. Qoy bu cagiris butun Lenkeran ehalisi arasinda kutlevi suretde yayilsin. Hormetli admin, sexsen men bu istiqametde butun imkanlardan istifade edeceyem. Xahis edirem ki, azarkesler arasinda maariflenme isi aparilsin, bizim azarkes saytimiz bu movzuda mutemadi olaraq movzular hazirlasin.

  6. raziyam

  7. Admin bəy, mövzudakı fikirləri həqiqət olaraq qəbul edirəm. Bir dəqiq məlumat da mən əlavə edim. “Xəzər Lənkəran”ın büdcəsinin azaldılmasının əsas səbəblərindən biri də Dənizlinin keçən il qış fasiləsində təkidlə aldırdığı yüksək məvacibli oyunçular, şəxsən özünün klubda heç bir xeyirli iş görmədən, məcburi ödənilən kompensasiyayla üst-üstə nə az, nə çox düz beş milyon dollar itirilib. Oğuz Ç ətinə gəlincə isə onun “Xəzər Lənkəran”da işlədiyi müddətdə qazancı iki milyon civarında olub. Mənbəni açıqlamaq istəmirəm, məlumat səhihdir. Bunu yazmaqda məqsədim odur ki, klubda aparılan yarıtmaz işin sayəsində builki büdcənin yarısı elə M.Dənizlinin dəstxoşuna gedib.
    Qaldı komandanın pis günündə də ona dəstək olmağına, “Azərbaycanlı” nikiylə yazan qardaşımızın dediyi kimi, mən də “fırtınalar meydanı”nın daşlarının arasında ot bitən dövrlərin azarkeşiyəm.

  8. Rovshan Asadov says:

    Vəziyyətin maddi cəhətdən qəliz olduğunu biz azarkeşlərə heç kim açıqlamamışdı. Bu yazını oxudum və çox kövrəldim. Yazının ünvanlandığı azarkeşlər arasında bəlkə də ən birinci özümün olduğunu anladığım üçün cavab yazmadan keçə bilmirəm. Tənqidlərə görə bizi qınamağın əsası yox idi, bilirsiz niyə? Çünki heç kim zəmanət verə bilməzdi ki, bu “yenidənqurma” da bundan öncələrdə olduğu kimi uğursuzluqlardan sığortalanmaq üçün atılan növbəti addım deyil. Mən və mənim kimi düşünən hər bir azarkeş yeni strategiyanı maddi çətinlikdən olduğunu anlamadıq, əksinə yenə də əvvəllər olduğu kimi aldandığımızı düşündük. Haqlı idik də, çünki bu halı dəfələrlə yaşamışdıq. Əgər əsl səbəblər bunlardırsa, onda bu artıq başqa məsələ.
    Vəfaya, sədaqətə gəldikdə… Məncə Xəzər Lənkəran azarkeşinin necə sadiq olduğunu hər kəs yaxşı bilir. Şəxsən özümə gəldikdə isə, azarkeş olaraq deyirəm ki, əgər dar gündəyiksə komandaya əvvəlkindən daha çox bağlı olacağam, bu mənə əvvəlkindən daha çox qürur verəcək. Kasıb, amma şərəfli komandanın azarkeşi olmaq mənə daha çox zövq verəcək. Komandanı kimlərin maddiyyata görə, kimlərin də sadəcə “Xəzər Lənkəran” adına görə sevdiyini hər kəs yaxşı bilir. Şəxsən öz adımdan deyirəm ki, əgər komandaya xeyrim dəyərsə, bank sektorunda yüksək maaşa işlədiyim 7 illik işimi də Xəzər Lənkərana dəyişməyə razıyam. Bunu siz də bilirsiniz İslam müəllim.
    İnşaAllah hər şey yaxşı olacaq. Komandamıza uğurlar!

  9. Men bilmiram bu yazinin muallifi kimdir ?? amma onun fikirlarina hormetle yanashiram herchend PalMalinin sixinti kecirmasina inanmagim gelmir ,amma haqqi demak lazimdir mentiq var.Cox qeliz bir meseleye oxshayir.
    ***
    Artıq sübut olunur ki, bu yazı tamamilə həqiqəti əks etdirir. Buyurun bu da növbəti sübut, maddi vəziyyət o qədər çətinləşib ki, artıq legionerlərə də aşağı maaş təklif olunur və kim razılaşırsa qalır: http://az.12cioyuncu.info/az-maasa-qane-olan-leginerl%C9%99r-qalir/#.VJrXMsgA

  10. Insallah bu zeyif heyetlede ilk 3-lukde cempiyanati bitirerik….Hec olmasa neftcalanin trenerini kimi veya terlan ehmedov kimi azdan coxdan tecrubesi olan birisini qoyardilar,bu adam o tezyiqi goture bilmeyecek,en azindan tecrubesi buna izin vermir….neyise…..baxaq bu islerin sonu nece bitecek….Goresen Celsi de genclesdirme siyasetine girecek?Biz esil Xezer Lenkeran azerkesi kimi oz azerkesliyimizi davam edeceyik,goresen bunlar Xezer Lenkeranin bas bilenleri kimi hec olmasa klubu azaldan simurqdan,azaldan,sumqayitdan ve bakidan ön sirada bitire bilecek….?????????? Men nedense inanmiramç Allah yollarını acıq elesin.

  11. mence ele en dogru addim budceni azaltmaqdi..10il gosterdi ki cox pul xerclemekle is duzelen deyil. Lenkeranin derdi rehberliyin qeyri-pesaker olmasidi. Klub gunden-gune mehv olur mence. Sebebidi de idare etmenin cox asagi seviyyede olmasidi. Mensimovun yerinde olsaydim, 10 il erzinde cox cuzi ugur qazanan klubun maliyye imkanlarin mende azaldardim.

  12. Zəfər Lerikli says:

    Əgər axtarib, araşdirib və bu nəticəyə gəlmisinizsə,- onda bizdə bu deyilənə inanmaq məcburiyyətindəyik.Kamandanin çətin gunundə yerli uşaqlar meydanda kamandamizi yaşatmaq uçun can qoyurlarsa, bizdə onlara hər dəstəyi verməyə haziriq.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi − 4 =