1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

2Qış fasiləsi yaranan kimi, bir neçə yerli futbolçusu ilə yollarını ayıran “Xəzər Lənkəran” əcnəbiləri ilə də vidalaşa bilər.

Məlumata görə, hazırda komandada olan 7 əcnəbi futbolçudan 3-ü qalmağa razılıq verib.

Belə ki, rəhbərlik bütün oyunçulara maaşlarının azaldılması şərti ilə yeni sözləşmə təklif edib. Bu təklifə isə Vyekoslav Tomiç, Sadio Tounkara və Afred Sanko artıq müsbət cavab veriblər.

Digər əcnəbilər – Tieqo de Xesus, Manuel Skarlatake, Vanderson Skarduelli və Fernando Qabriellə danışıqlar isə davam edir. Onlar maaşlarının azaldılmasına razı olsalar, “Xəzər Lənkəran”dakı karyeralarını davam etdirəcəklər.

Qeyd edək ki, Deyan Blajevski, Qalin İvanov, Elnur Abdullayev, Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqov artıq “Xəzər Lənkəran”dan ayrılıblar.

MƏNBƏ: Apasport.az

20 Şərh

  1. bu tonkara ogulduda ogul Allah haqqi halaldi ona

  2. salam hormetli oxucular men inaniram ki bu gozel adimdir xezeri sevenler onun yanindadi kim nece ve neye qadir olduqu uze cixdi. artiq xezerde oyunlar olacaq cuwka muwkaya baxmaqdansa o genc yuncularimza baxaram sehvler ola biler her wey tedricen duzeler

  3. Salam admin bey,palmali bohrandadi? Men ha axtarsamda bele bishey internete tapa.bilmedim buda rehberiyin bir oyunudu rehberliy qedmese Xezer duzelen dor
    ***
    Salam Ay Dadaş. Ola bilər hazırki vəziyyət “Palmali”nin özü üçün tam mənada böhran sayılmır, ola bilər bu müvvəqəti çətinlik kimi qələmə verilir və haqqında da ortaya informasiya çıxarmırlar, amma onun “Xəzər Lənkəran” üçün ayırdığı minimal büdcə bu klub üçün konkret olaraq böhran vəziyyəti sayılır. Qaldı klub rəhbərliyi ilə bağlı iddianıza bu artıq başqa mövzudur və məncə bu mövzunu sizinlə biz çox müzakirə etmişik.

  4. Tounkara qalsin kim gedir getsin

  5. Xəzərdən bir başa qovulan oyunçuların adların göstərə bilərəm futbol biliyim olduğu üçün bu fikiri bildirirəm-Vanderson,Elnur.A.,Ramaldanov.Əfran,Rauf,RəşadTyeqo,Fernando

  6. ADMİN AXŞAMINIZ XEYİR.Lap əla oldu.BUNU ÇOXDAN ETMƏK LAZIM İDİ.Qoy gənclərimiz əsas heyətdə oynasınlar.məğlub olslarda başa düşərik və bilərik ki,onlar oyundan oyuna təcrübə yığacaqlar.Yoxsa indiki heyyətlə, fərqi var gənclərin uduzub təcrübə yığması ya təcrübəlilərin uduzub çox maaş alması.MƏN ŞƏXSƏN HEÇ BİR FƏRQ GÖRMÜRƏM.Bu dəfəki Rəhbərliyin qəti hərəkəti məni sevindirdi.Gənclərə görə bundan sonra daima stadiona gedəcəyəm.Elburus məşqçimizədə uğurlar arzulayıram.Axırki şişirdilmiş qiymətlər özünü biruzə verdi.

  7. Nureddin says:

    Ortabab legionerdense genc yerli futbolcu komandaya daha cox xeyir verer.Skarlatake,Tounkara,Sanko,Tyeqo,Skarduelli ve Tomic ele Xezerin “qaymaq”laridir.Mence Tomicden savayi diger 5-i az maawa razilawar.Eger bele olsa ve diger movqelerde genc oyuncular daim meydanda olar ve tecrubelerini artirarlar.
    Ve birde en esasi insanlarin beynine yerlewdirmek lazimdir ki,artiq neticeye yox geleceye oynayan kollektiv formalawdiririq,o sebebden awagi neticelere goz yummaq olar.

  8. Men xezer lenkeranin maliye cetinliyine inaniram baxin,Azerbaycan fudbolculari Rauf,Efran,Resad cetin gunun adami deyilmisler gordunuz?az maasa dozmeyib dord nala capib gediler onlar bura x l serefini qorumaqa yox kullu miqdarda pull almaqa gelmisdiler bucur adamlar pul xetrine neyinki x l veteninide pula satalar sexsen men belelerine nifred edirem raziliqa gelen ecnebiler qeder onlarda qeyred gormedim size birtovsiyem var bunan sonra stadiyonu doldursaq bu bizim qeyretli olduqumuzu komandaya mehbetimizi ve vetene sevgimizin subutu olacq biz cenublular heise veteni sevmisik ve basimiza qeyret papaqi qoymusuq. palmali sirkedi eyer bize sevinc bexseedibse demeli bizi oz yerli usaqlarimizla ve komandada qalan ligyalenlerle yene sevindirecegler bize bu maliye sixintisi dovrunde rehberliyin ve kulubun yaninda olmaq cidi suretde lazimdir xais edirem agsaqal sozune inanin

  9. vallah bizim qonsudada bir 45yasli kisi var, onada 50manat verseler oda xezerde oynamaga razilig verer.ha-ha-ha-ha-ha.
    ***
    Bəlkə bu “ha ha ha”ların yeri deyil.

  10. HER ,YERDE HER ZAMAN ,SENINLEYIK XEZER LENKARAN
    BUTUN FUDBOLCULAR BIZIM QELBIMIZDEDI

  11. Manca Xazarin legionerlarini hamisini saxlamaq lazimdi. Jalniz bu halda genclesdirme sijasati effektli ola bilar. Gedan jerli ojuncular juksak odanisli idi va ozlarini dogrultmadilar. Qabil bajin qed etdiji kimi Orxan Alijevida Xazarin hejatinda gormak istardim.

  12. Salam admin, əgər moderator yerində İslam bəydirsə çox şadam. İslam bəylə sonuncu dəfə Corat xəstəxanasında olarkən görüşmüşdük, səhhətiniz necədir İslam bəy? Allahdan sizə şəfa diləyirəm.
    XL bağlı büdcənin azaldılması Palmali şirkətlər qrupunun sırf iqdisadi böhranı ilə bağlıdır, bu digər klublarda da baş verir Neftçi, Bakı, Araz Naxçıvan o klubların sponsorları ki neft sənayesi ilə bağlı fəaliyyət göstərirlər. Neftin ucuzlaşması, Rusiya iqdisadiyyatının tənəzzülə uğraması bu şirkətlərə öz təsirini göstərməkdədir. XL qeyri peşəkar rəhbərliyi isə eksperimentlər aparmaqda davam edir, futbol akademiyası yaratmadan gəncləşmə siyasəti aparmaq absurddur, digər region klubları kimi XL da tarixi keçmişə qovuşmaq astanasındadır. Üzülməyin dəyərli XL azərkeşləri siz ölkə futbolunda ən layiqlilərdənsiniz.
    ***
    Salam Urfan bəy. Şərhinizi o izləyəcək. Fikirlərinizə görə çox sağ olun.

  13. onu da deyim xezerin bele gune dusmesi goresen pfl ve affa ya serf edirmi onlar zeiflemis klubdan pul yiye bilmeyecekler

  14. cox maraqlidir bunlar yuksek maasla zeif oynayirdilar az maasla nece oynayacaqlar goresen

  15. Allah bu yazini yazanin olenlerin rehmet etsin bax esl xan lenkeranlilar bele olmalidir.guc birlikdedir

  16. Azərbaycanlı says:

    Bu yanaşma tədricən bütün klublarımız tərəfdən qəbul olunmalıdır. Çünki lüzumsuz yerə yüksək ödənişlə şirniklənmiş legioner tayfası və onların dəllaları(menecerləri) artıq pul verəni özündən asılı etmək cəhdlərindən belə çəkinmirlər Azərbaycanda. Bu gün bizdə top qovan orta səviyyəli çempionatları olan Avropa ölkələrinin (Asiya, Afrikanı qoyuram bir kənara) vətənində yer tapmayan nümayəndələrinin kontrakt məbləğlərinə baxın, onların öz klublarında oynayan və milli komandaların tərkibinə düşən soydaşlarının heş də hər birinin belə qazancı yoxdur. Komandalarımızda bu cür disbalans yerli istedadların inkişafına da mənfi təsirsiz ötüşmür. Məncə legionerlə müqavilə məbləği müqayisədə nəzərərşarpan dərərcədə yüksəkdirsə bu müqavilələrdə nəticəvi oyunla bağlı əlavə şərtlər də yer almalıdır. Götürək öz komandamızı-baxın neçə oyunçu gəlib ər ayı ödənişli müqavilə müddətinin çox hissəsini “oyundan kənar” durumda keçirib getmiş, hələ klubu məhkəməyə verən də olub pula görə.

  17. elshan bagirov says:

    ASIL XAZAR LANKARAN CAMIESINE LAYIQ OLUB REHBERLIYIN SHERTLERILE RAZILASHAN OYUNCULARIMIZI ALQISHLAYIRAM . GEDENLERE YAXSHI YOL , 3 VE 4 ci DOVRELERIN OYUNLARINDA SIZ AZERKESHLERINIZIN HAQIQI MENEDE DESTEYINI HISS EDECEKSINIZ , ONLAR HER AN SIZLERIN YANINDA OLACAQLAR . BU CETIN GUNLER BIZLERI DAHA SIX BIRLESHDIRECEK INSHALLAH .

  18. Indi bilinar esl Xezer Lenkaranli kimdir biz hemen futbolcularin adlarini qelbimiza hekk edarik.

  19. “Xəzər Lənkəran”ın çətin günündə az məvacibə razilıq verib yolunu davam etdirən yerli və legioner futbolçularımız alqışa layiqdir.

  20. Axşamınız xeyir, Admin bəy! Bu sevindirici xəbər oldu. Çünki komandanın aparıcı oyunçuları qalmaq şərtiylə, üç-dörd gənc futbolçu əlavə etməklə yola davam etmək mümkündür. “Sumqayıt”da icarədə olan gənc Orxanı da geri qaytarsalar yaxşı olar.
    ***
    Axşamınız xeyirli olsun. Bəli sizinlə razılaşıram.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 4 = üç