1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

xl22Vəziyyətin maddi cəhətdən qəliz olduğunu biz azarkeşlərə heç kim açıqlamamışdı.

Bu yazını (Axtardıq, araşdırdıq və belə bir nəticəyə gəldik ki,..oxudum və çox kövrəldim. Yazının ünvanlandığı azarkeşlər arasında bəlkə də ən birinci özümün olduğunu anladığım üçün cavab yazmadan keçə bilmirəm. Tənqidlərə görə bizi qınamağın əsası yox idi, bilirsiz niyə? Çünki heç kim zəmanət verə bilməzdi ki, bu “yenidənqurma” da bundan öncələrdə olduğu kimi uğursuzluqlardan sığortalanmaq üçün atılan növbəti addım deyil. Mən və mənim kimi düşünən hər bir azarkeş yeni strategiyanı maddi çətinlikdən olduğunu anlamadıq, əksinə yenə də əvvəllər olduğu kimi aldandığımızı düşündük. Haqlı idik də, çünki bu halı dəfələrlə yaşamışdıq. Əgər əsl səbəblər bunlardırsa, onda bu artıq başqa məsələ.

Vəfaya, sədaqətə gəldikdə… Məncə “Xəzər Lənkəran” azarkeşinin necə sadiq olduğunu hər kəs yaxşı bilir. Şəxsən özümə gəldikdə isə, azarkeş olaraq deyirəm ki, əgər dar gündəyiksə komandaya əvvəlkindən daha çox bağlı olacağam, bu mənə əvvəlkindən daha çox qürur verəcək. Kasıb, amma şərəfli komandanın azarkeşi olmaq mənə daha çox zövq verəcək. Komandanı kimlərin maddiyyata görə, kimlərin də sadəcə “Xəzər Lənkəran” adına görə sevdiyini hər kəs yaxşı bilir. Şəxsən öz adımdan deyirəm ki, əgər komandaya xeyrim dəyərsə, bank sektorunda yüksək maaşa işlədiyim 7 illik işimi də “Xəzər Lənkəran”a dəyişməyə razıyam.

Komandamıza uğurlar!

Rövşən Əsədov

(Bu yazı “Axtardıq, araşdırdıq və belə bir nəticəyə gəldik ki,..” yazısına gedən şərhlərdən götürülüb)

13 Şərh

  1. Maliyye cetinliyi bow sehbetdir.Maliyye cetinliyi olan komanda turkiyede ne eleyir?Bu sezlar kevrek adamlar ucun yazilib.Rehberlik azarkewlari adam yerina qoysaydi vaxtinda o,qadar ona yalvardiq Redniki getir o isa bizi yena deyiram adam yerina qoymayib oturub-durmaqa cetinlik ceken Towaki getirdi.Onda da maliye cetinliyi var idi?Hindi da Skarla ucun yalvariririq o ki cox maaw istamir,Skarlanin werhini oxuyun da.Sadece AFFA XL-a duwmen kimidir,rehberlik da AFFA-dan cekinir.T.Nadirovu AFFA niya qabaqcadan iw ila temin eladi noun mavi gezlerina awiq olmuwdu?Ya bizi avam yerina qoyublar.

  2. Salam admin,futbol fəlsəfəsinə,biliyinə zərrə qədər şübhəm olmayan Rövşən müəllimin fikirlərini oxudum.Desəm öldürərlər,deməsəm ölləm.Müsaidənizlə bir iki kəlmə: mən bəzi şərhlərimdə demişəm ki bizə bəlkə də çox şey məlum deyil.Əgər vəziyyət bu qədər ciddi idisə məlumatı vaxtında verin,çünki şaiyələr məlumat qıtlığından yaranır .deyim var: Sınıq qol boyundan asılır,Sənin ağır günündə yanında olmaq bizə qürur olar ,ətini yeyib,sümüyünü heç vaxt atmarıq Qaldı məsələnin o biri tərəfi-tutaq ki ,komanda madiyyətin belə durumunda 20 xal yox 30 xal toplayıb .Görəsən islahatlar olardımı ? Bütün hallarda rəhbərliyin günahıdır.Futbol azərkeş üçün oynanılırsa ona həqiqəti söylə,onun ürəyi böyükdür,Səni bağışlayar!Komanda rəhbərliyini təmsil edən üç nəfər bir günün içində saytlara,qəzetlərə müsahibə verirsə ,tam fərqli məlumatlar alınır Bax uğursuzluğun bir səbəbi də budur.Mövzuya aid olmayan bir şeyi də qeyd edim: Heç vaxt Azərbaycan çempionatı çəkisindən ağır pula oynayan yerli oyunçularla inkişaf etməz buna tam əmin olun.Legioner limitini ləğv etmək lazimdır.Onda Əfran ,Rauf Araz və s.ilinə 50-60 minə oynayar ,cavan istedadlar 2-3 ilə Avropada oynayar ,buna varlığımla inanmağım gəlir.

  3. TURAL-RX says:

    inaniram,,, bu addim ugurlu olacaq! qiw fasilesinden sonra olmasa da inwallah yeni cempionatda xezer tam yeni nefesle bawlayacaq oyunlara,,, ezizlerim, bizim komandaya bawqa azeri klublarinda oynayan oyuncu lazim deyil, oz yetirmelerimize ne gelib?! Elnur Ceferovu hec bir Azerbaycan klublarinda oynayan oyunculara deyiwmerem! Elnur kimi daha feal oyuncularin da xezerimizde yetiwdiyinin wahidi olacayiq! BIZ SIZINLEYIK XEZER-LENKERAN!!!!

  4. Bax indi stadiona getməyə dəyər.Qoy cavanlar oynasın onlarım meydanın hər sahəsində mübarizə aparacaqlar ki,təki əsas heyətdə möhkəmlənsinlər.Bax bundan sonra stadiona getməyə dəyər sadəcə onları ruhlandırmaq lazımdır.Şərhlərin birində Elbrus haqqda soruşurdular əla oyunçu olub.Yaxşı oyunçu yaxşı komanda qura bilir,Qurban Qurbanov kimi

  5. Men xezer lenkeranin maliye cetinliyine inaniram baxin,Azerbaycan fudbolculari Rauf,Efran,Resad cetin gunun adami deyilmisler gordunuz?az maasa dozmeyib dord nala capib gediler onlar bura x l serefini qorumaqa yox kullu miqdarda pull almaqa gelmisdiler bucur adamlar pul xetrine neyinki x l veteninide pula satalar sexsen men belelerine nifred edirem raziliqa gelen ecnebiler qeder onlarda qeyred gormedim size birtovsiyem var bunan sonra stadiyonu doldursaq bu bizim qeyretli olduqumuzu komandaya mehbetimizi ve vetene sevgimizin subutu olacq biz cenublular heise veteni sevmisik ve basimiza qeyret papaqi qoymusuq. palmali sirkedi eyer bize sevinc bexseedibse demeli bizi oz yerli usaqlarimizla ve komandada qalan ligyalenlerle yene sevindirecegler bize bu maliye sixintisi dovrunde rehberliyin ve kulubun yaninda olmaq cidi suretde lazimdir xais edirem agsaqal sozune inanin

  6. salam qardasdar veziyyetin bele oldugunu bilmirdim hec aglimada getirmirdimki bele bir veziyyet olacay

  7. Salam olsun 12cioyunculara ve cox hormeli ADMIN bey size.Nehayetki mende bu olaylara rey bildirirem.Bezi azarkesler Xezerin genclesdirme siyasetiyle raziasmir.Men sual verirem niye razilasmirlar.Onsuzda hec bir faydasi olmayan gelmelerdense oz genclerimiz oynasa yaxsi olar.Ona gore ki klubda ne reqabet var idi nedeki netice .Qoy oz cenclerimiz oynasin netice olmasin ,ne vaxtsa olar.Efranla Raufun pensiya vaxtlaridi onlarin ketmeyi lazimdir.bunu hami bilir onlar pul xatirine oynayiriar…Men Xezerde genclerimizin oynamasini 2 elli alqislayiram,ondan sonra reqabet de olar neticede.

  8. Son Qarabağla oyunda stadiona daxil olanda bir azakeşin: heç bir komandanın oyununa biletin qiymətinin 2 manat olmadığını dilə gətirdi,digər biraz yaşlı,biraz maddi cəhətdən kasıb görünən azarkeşin sözləri yadıma düşdü:əşşi biletin qiyməti lap 10 manat olsun təki oyun oynasınlar!
    Əziz və Hörmətli Xəzər-Lənkaran rəhbərliyi, azarkeşlər komandaya görə hər bir çətinliyə hazırdılar.Bəs siz?

  9. Sadıxzadə says:

    Zaman. İştə odur ən böyük xilaskar.
    Qədərdə varsa, eşidər, sözü qanmaz Kar!!

  10. Salam Admin qardaş necesiniz. Men hemişe xezerli olmaqımla text etmişəm bbundan da sonra inşaallah bele olacaq.men bugun ki yazıları oxudum və kovreldim.admin qardaş bundan sonra komandanın yanında dayım olaq xezer detektiv olaq butun camie bir yumruq kimi birləşək inşaallah se bir edek yaxşı olar.Rovşen qardaşımız ada teşekur edirem Admin qardaş sagol öz sehetinize yaxşı baxın Admin qardaş siz bizim caminin yol göstərənisiniz siz bizim cami eye hele cox lazımsınız Uca Allah sizi qorusun

  11. Rövşən bəyin fikirləri məni kövrəltdi.

  12. atalar yaxsi deyib sen saydigini say gor felek ne sayir biz 10 illik yubileyde ugurlar gozleyirdik amma yenede bir daha subut oldu ki bu klubla ve bele rehberlikle ugur qazanmaq olmaz ALLAH AGASELIM MIRCAVADOVUN canini sag elesin butun titullari bize bexs etdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 2 = beş