9 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
10 ay əvvəl
Qadağalar qaydası…
10 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 azarkesh-54“Xəzər Lənkəran” ətrafında baş verən qəribə hadisələr böyük narahatçılıqlar yaradır.

FİFA-nın transfer qadağası komandanı futbolçu qıtlığı kimi ağrılı problemlə üzürdüsə, maddi sıxıntılar artıq “Xəzər Lənkəran” klubunu bütövlükdə çökmək təhlükəsi ilə üz-üzə saxlayır. Məhz maliyyə çatışmazlığı üzündən aparıcı və təcrübəli futbolçuların hamısı komandanı tərk edir, yerdə yalnız klubun gənc yetirmələri qalır. Amma görünən odur ki, elə onlar da müvəqqətidirlər. “Xəzər Lənkəran” klubu baş sponsoru ilə münasibətlərinin qırılmasını açıqlamasa da bunu artıq “Palmali” etdi. Belə ki, 29.11.2015 tarixində ANS kanalının axşam efirində gedən “Hesabat” verilişində özünün videomüsahibəsində Mübariz Mənsimov, “Palmali”nin Azərbaycandakı fəaliyyəti ilə bağlı ona ünvanlanan suala konkret olaraq cavab vermiş və bununla da biz azarkeşləri narahat edən suala demək olar ki, aydınlıq gətirmişdir. Mənsimov açıq aşkar bildirmişdir ki, “Palmali”in ölkəmizdə qida sektoru olan “Palsüd” və şirkətin özək bürosu sayılan gəmiçilikdən savayı heç bir layihəsi yoxdur:

“Bilirsiniz ki, Azərbaycanda qida sektorunda işlər görürük. Məncə “Pal süd” Azərbaycanda yaxşı bir marka hesab olunur. Bundan başqa tək bir büromuz var. “Palmali” də 400-dən çox Azərbaycan dənizçiləri işləyir. Bunların içərsində-dənizçisi də, aşbazı da, mekaniki də var. Başqa bir layihə yoxdur.”

Əlbəttə “burada gələcək zaman üçün nəzərdə tutulan layihələrdən, planlardan söhbət gedir” kimi fikir də irəli sürülə bilər. Amma hətta belə olan halda da yenə “Palmali”nin Azərbyacanda “Xəzər Lənkəran”la bağlı gələcək üçün heç bir layihəsinin yoxluğu başa düşülür. Başqa sözlə indi bağlantılar qalıbsa da yaxın gələcəkdə bunların olmayacağı anlamı meydana çıxır. Digər tərəfdən bunca böyük bir müsahibədə “Xəzər Lənkəran” haqqında heç bir kəlmənin işlədilməməsi, əvəzində isə brend olaraq adı və istehal etdiyi məhsulları qarışıq üst-üstə toplanasa belə bircə “Xəzər Lənkəran”a ürək verən azarkeşlərin sayını, sevgisini, “ağ-yaşıl” rənglərə bağlılığını ödəyə bilməyəcək “Palsüd”ün təriflə və vurğuyla qeyd olunması yəqin ki, boşuna deyildi. O vurğu da öz növbsəində “Xəzər Lənkəran” haqqında danışmamaq üçün sonradan deyilən Başqa bir layihə yoxdur” fikrinin dilə gətirilməsinə zəmin yaratdı. Axı Mənsimov bu müsahibəyə hazırlıqsız gələ bilməzdi. Təbii ki, barəsində danışmaq istəmədiyi “Xəzər Lənkəran”a işarəni hansısa formada verməli idi və verdi (kimə bəs etmədisə bu onun öz işi).

Mübariz Mənsimovun müsahibəsinin tam mətninin buradan izlə. 

Həmin müsahibənin videosunu buradan izlə

Beləliklə, “Palmali” şirkəti ilə “Xəzər Lənkəran” arasında indiki halda və ya ən yaxın gələcəkdə heç bir ilişkinin qalmaması artıq müəyyənləşir. Deməli bir müddət öncə saytımızda qeyd etdiyimiz “klub bütünlüklə klubun prezidenti Mais Mənsimovun şəxsi imkanları hesabına yaşayır” ifadəsi heç də yanlış deyildi BURADAN İZLƏ 

Bu arada bəzi media nümayəndələri “Xəzər Lənkəran”da da “Neftçi” klubunda olduğu kimi Müşahidə şurasının yarana biləcəyi ehtimalı ilə diqqət çəkir və bu işin bütünlüklə AFFA tərəfindən qurulduğunu, sonrakı müddətdə isə klubun tam olaraq da bu futbol qurumu tərəfindən idarə olunacağını iddia edirlər. BURADAN İZLƏ  Bu nə qədər ciddi səslənməsə də belə bir informasiyanın yayılması özü artıq düşünmək üçün zəmin yaradır.

Bəs ölkənin ən böyük və ən nüfuzlu azarkeş ordusu olaraq biz azarkeşlər bu vəziyyətdə nə etməliyik?

Nəzərə alaq ki, Mübariz Mənsimova müraciət etmək mümkünsüzləşib və belə bir addım mənasını itirib.

Eləysə sevimli klubumuzun xilası üçün hansı addımları atmaq məqsədəuyğun sayıla bilər?  

Ümumiyyətlə biz nəyisə dəyişə bilmərikmi?

Yaxud heç dəyişmək də lazım deyil?

Buyurun fikir bildirin !

QEYD: Şərhlər yazarkən saytın qaydalarına riayət edin. Qaydaları buradan izlə 

65 Şərh

  1. XAZAR LANKARAN NIN GALACAYI MANCA ALADIR

  2. Burda wehr yazanlarin hec biri xezer lenkeranin bu gune qalmasinda kimin gunahi olmasini yazmir.niye yazmirsizki tuyqun nadirov xezerin bu gune qalmasinda boyuk pay sahibi oldu.mubariz mesimovun komandadan imtinasi xezeri bu gune qoyan qardawi ve tuyqun nadirovdu.bu insan bezdi.tuyqunun bahali mawini obyekleri evleri hardandi??neqeder trasverlerden pul qazanlib bilirsiz?rednikin torbasinin tikmeyinin baw meynari.kimi isteyir xezerden uzaqlawdirir kimi isteyir destek verir.klubda “agentleri ” iwleyir.lenkeranda ne sonbetler klubda kim daniwirsa ona catdirilir.hemen “agent” onun hesabina en yuksek maawla temin olur.hemen agentde elbrus memmedovdu.niye ozumuzkuler iwlemir bunlar iwleyir?ozumuzkilere 500 manat vermirler elbrus kimilere 5 min verirler her ay.ne edib o mewqci?neqeder yerli oyuncu mehv edib lenkerandan qacirdib.ne qeder tuyqun lenkeranda olacaqsa xezer bundan da pis gunlere duwecek.niye azerkewler oyun vaxti onu istefaya caqirmirlar?onun 1 faizde ureyi xezer ucun yanmir.indide fikri pfl in prizidenti olmaqdi.bunlar klubdan temuzlenmese biz komandamizdan uqur gozleye bilmerik

  3. salam Admin.AFFA başımıza açdığı o qədər müsibətlərdən sonra indi “yardım əli”ni uzatmaq istəyir????burda deyiblər:”keçmə namərd körpüsündən,qoy aparsın sellər səni,yatma tülkü yuvasında qoy yesin aslanlar səni”bizə belə yardımlar lazım deyil çunki onların əlində maryonetka olmaqdansa vallah klubu dağıtmaq daha məqsədə uyğun olardı.
    ***
    Salam. Dəyər veriləsi mövqedir.

  4. Salam eziz Xezerlilerim qetiyyen narahat olmayin. Klubumuz yad ellere kecmiyecey. Klubumuz Mubarizle quruldu, Mubarizlede zefer calacaq (amma klubdaki temizliy iwleri hokmen aparilmalidi)

  5. Her wey yaxşi olar o,qeder sebir elemişik bir az da sebir edek.Revnek komandani almaq isteyirsa demek alar onun qabaqinda neinki azerkeşler,hec Mubariz Mensimovda qala bilmez.istese lap havayi butun infrastrukturu ila bir yerda geturar.Bizlerin sezune kimdi qulaq asan.istemekle olsa hec kim XL-in başqa ellere kecmesini istemir.inşaAllah kecmezde.Men Mubariz abiye inaniram,bu adda bir hikmet var.

  6. Muəllim.Azarkeşlərin fikirləri görunduyu kimi təsirsiz ötuşmur.Mutləq nəticəsini verməlidir.
    ***
    Elə əvvəldən də buna ümid edirdim.

  7. Xəzər Lənkəran”ın uzun müddətdi maliyə girdabına yuvarlanması, xüsusən son günlər sürətlə bir-biri əvəzləyən gəlişmələr AFFA-nı hərəkətə keçib. Federasiya rəhbərliyi növbəti dəfə “Palmali”yə təklif göndərib. Birbaşa qurumun prezidenti Rövnəq Abdullayev tərəfindən.

    AFFA-nın birinci şəxsi “Xəzər Lənkəran” ayda 90 min dollar ayırmağa hazır olduğunu açıqlayıb. Tək şərt odu ki, sözügedən şirkət klubun təsisçiliyini versin və Müşahidə Şurası yaratsın. Bu təklifə Mübariz Mənsimovun reaksiyası?

    tanınmış iş adamı MŞ formalaşdırmaqdan imtina edib. “Kluba pulu mən verirəm. Mən pul verim, başqaları da gəlib “Xəzər Lənkəran”ı idarə etsin? Bu, necə ola bilər? “Xəzər Lənkəran”da 19 yaşlıları da olsa oynadacam, amma klubu başqalarına verməyəcəm”bu sevindirici xeberi Xezerlilerimle boluwmeyi ozume borc bildim

  8. Cunki klubda ki bezi uzden iraqlar cezalanmalidir
    ***
    Aqşin bəy, görürəm sizin və bizim yanaşmalarımız ayrı ayrı olduğundan fikirlərimizdə konfliktlər yaranır.
    Məsələn: siz həbsdə olanda sizə dəyməyə gələnləri görmüsüz və bu sizin üçün böyük dəyər kəsb edir, amma geniş meydanlarda sizin yolunuzda bütün riskini göz önünə alanların etdiklərini, hansı ki, siz görməmisiz amma diqqətli olsaydınız çölə çıxandan sonra maraqlanıb bilə bilərdiniz, bax siz bu byüklükdə işi dəstək hesab etmirsiz. Çünki bir daha qeyd edirəm ki, yanaşmalarımız fərqlidir.
    Sonra siz klubda “üzdəniraqlar” olduğunu iddia edirsi. Belə başa düşülür ki, siz “Xəzər Lənkəran”ı nəzərdə tutursuz. Hər halda burada əsasən “Xəzər Lənkəran”dan söhbət gedir. Və əgər belədirsə də yenə də fərqli yanaşmaların olması meydana çıxır. Axı bizim düşüncəmizə görə “Xəzər Lənkəran” klubunda “üzdəniraq”lar ola bilməz. Biz düşünürük ki, olsa olsa qeyri peşəkar, işini yaxşı bacarmayan və ya rəhbərliyə buyruq qulu olduğundan işinin öhdəsindən yaxşı gələ bilməyən bacarıqsız, yaxud biz azarkeşlərin bəyənmədiyi hansısa şəxs də ola bilər amma “üzdənirağ”ın “Xəzər Lənkəran”da olmasına inanmırıq və bunu qətiyyətlə qəbul etmirik. Ən azından mən şəxsən öz adımdan deyim ki, bunu belə bilirəm. Məsələn mən elə adamam ki, bilsəm hansısa klubda “üzdəniraq” işləyir, klubun hansısa bir işində çalışır, mən həmin kluba ümumiyyətlə heç bir vəclə, heç bir vaxt azarkeşlik etmərəm. Çünki bu mənim düşüncəmdə ayıb, birabırçı hal sayılır. Mən özümə rəva bilmərəm ki, işçiləri arasında “üzdəniraq” olan kluba azarkeşlik edim. Bir sözlə hadisələrə bizim baxışlarımız, yanaşmalarımız tamamilə fərqlidir. Nəhayət bayaq qeyd etmisiniz ki, siz həbsdə olanda bizlərin yolumuzu gözləmisiz. Şəxsən mən də infarkt keçirib xəstəxnada yatanda dərman almağa pulum param da yox idi, hərəkətsiz vəziyyətdə uzun müddət uzanmışdım, gözləyirdim. Xəstəxanaya mənə dəyməyə gəlməyənlərdən isə heç küsmədim də. Halbuki mənim infart keçirməyimin yeganə səbəbi “Xəzər Lənkəran” azarkeşləri üçün açıb işlətdiyim bu sayt idi. İnfarktdan öncə bir neçə dəfə kardioloq həkim xəbərdarlıq etmişdi ki, sayt çalışdırmaqdan vaz keçim, komputer qarşısında saatlarla oturmayım, internetdə vaxt keçirməyim, mən isə həkimə qulaq asmadım və azarkeşlərə xatir təmənnasız çalışdım və infarkt keçirəndə də bir azarkeşdən belə nə incimədim nə də küsmədim. Mən bu azarkeşlər üçün çalışıb infarkt olmuşamsa nə etməli idim hamısına qarşı ittiham irəli sürməli idim? Mənim düşüncəm buna yol vermədi. Yenə də həmin o fərqli yanaşma burada öz sözünü deyir. Uğurlar.

  9. Men reklam etmirem taniyanlar taniyir meni ele weyler varki demey olmur ozun yaxwi bilirsen ki klub daxili nelerin baw verir nelerin baw vermesini coxdan bilirdim ve hemiwe iradlarimi bildirmiwem futboldan alayiwi olmuyanlar werhime werh yazmasinlar
    ***
    İnanın ki, sizin klub haqqında bildirdiyiniz iradlar klubda kimsənin vecinə də deyil.

  10. Dediylerim kiminse xetrine deyibse ozunu bir anliq menim yerime qoysun vallah cox agirdi biz azerkesler bir olmaliyiq axi neucun bir olmuyaqki kimnense maddi desdey isdemirduy menevi desdeyiz lazimidi gelib getmeliyidiz amma gelmediz bu kimi hereketler meni cox uzdu sizlerin yolunu cox gozleduy neise Allah canizi selamet etsin

  11. Rəşad Lənkəranlı says:

    Salam mənim deyəcəyim başqa nəsə yoxdur yalnız onun deyə bilərəm ki əgər Xəzər Lənkəran affanın əlinə keçsə mən həmişəlik komandadan imtna edəcəm mən affa rəhbərliyinə nifrət edirəm onlara imkan verməməliyiki komandamızı öz adına keçirsinlər Xəzər Lənkəran yalnız Cənab Mübariz Mənsimova məxsusdur.

  12. Salam ozunu taniyanlara isimle elaqeder olaraq bura gire bilmirdim ne yazmisamsa dusunulmus fikrimdi qaldiki bezilerinin iradlarina sozum onlaradi biz azerkesler hepsde olanda ne etiniz [R.S] bey nese sozun varsa nomre atabilerem men bilirem ne edirem qiragdan kimse mutilsikliy etmesin esil azerkes Azerkes qardaslarina desdey olmalidi amma olmadiz 2 il erzinde gelib getmediz hansi birliyden danismaq olar
    ***
    Aqşin bəy, dəstək növü təkcə ora gəlib getmək deyil. Burada indi sizə irad bildirənlər lazımi məqamlarda kifayət qədər mübarizə aparıblar və öz sözlərini yetərincə deyiblər. Sizin yanınıza gəlib gedənlər sizə maddi və mənəvi dəstək olublar əlbəttə sağ olsunlar, bu da lazımdır. Amma biz də böyük meydanlarında döyüşmüşük və bunu kimsəyə reklam etdirməmişik.

  13. AFFA-nın HİMAYƏSİNƏ KECMƏKDƏNSƏ ÜMUMİYYƏTLƏ DAGILSA YAXŞIDIR.

  14. Rəşad Lənkəranlı says:

    Məndə sizinlə razıyam

  15. Mence xl satisa cixardilmalidir ve biz bunu daha sert sekilde rehberliye bildirmeliyik

  16. 12cioyuncu .info says:

    Sayt istifadəçilərinin nəzərinə:
    Xahiş olunur burada müzakirəyə çıxarılan mövzudan fərqli, kənar mövzularda fikir bildirməsinlər və müzakirələrin səmtini dəyişməsinlər. Bunun üçün digər yazılarda istənilən qədər şərait vardır.

  17. Salamlaiyiram hamizi. XL gelecek taleyi barede hec bir aciqlama vermek fikrinde deyil deyesen. Men bileni evvelce klub ozu nese elan etmelidi onnan sonra da biz fiir bildirmeliyik. İndiki veziyyet bir az anlasilmazdi. Ya biz telesirik ya da klub gecikir.

  18. Salam Alleykum!
    Her-hansi teklif vermek ucun klubun maliyye xercleri haqqinda melumatli olmalisan. Bizlerde bele informasiya yoxdur. Ona gore bu gun texmini danisha bilerik. Qaldi klubu xilas etmek yoluna, mence evvela rehberlik bunu etmek istemelidir, sonra her bir detali analiz edib netice cixarmali ve hedefleri mueyyen ederek kicik meqsedlerden bashlayaraq herekete kecilmelidir. Yazdiqlarimi biznez adamlari bilir ve dushunurem ki, hem klubda hem de “Palmali”-de beleleri var. Demeli ilk novbede istek olmalidir. Sozsuz sual verilmelidir-“Rehberlik klubu xilas etmek isteyirmi?”.

  19. Salam Admin .bəlkə hec bu keçmiş məhbusun özu döyül kimsə aranı qatır.axı biz başqa bir şeyi muzakirə edərkən bu söhbəti nəyə atdılar bura
    ***
    O özüdür. Çünki “admin panel”də görünür, necə deyərlər “həmin dalğa, həmin koordinat”dır.

  20. Rovshan Asadov says:

    Şexsi fikrim: klub diviziona düşsə də razıyam, yenə də oyunlarına canla-başla gedəcəyəm Allahın izniylə. Amma çempionluğa oynayacaqsa belə affa-nın himayəsinə keçməsinə əsla və əsla razı deyiləm. Bu qədər.

  21. Klub yasamalidi!!! Klub legv olunsa onda biz neynen nefes alacagiq he? Bu yasimimiza ne edek innen bele fiqurlu konki suernelere azareslik edek ya avar cekenlere ?

  22. Birlirsiz nə var? Əgər biz yazmamışıqsa onda Aqşin bəy də həbsdə olmayıb. Başqa cür çıxmasın bəlkə yalan deyirəm ay millət? Şəxsən mənim ona borcum yoxdu. Başqa heç kimin də nə özünə nə də dədəsinə borclu deyiləm. Qonararsız filansız durub nəsə qələmə alıramsa, klub rəhbərliyinin nə bilim polisin, məhkəmənin yanında özümü pis edirəmsə sabah məni də kimsə bu Aqşin etdiyi kimi ittiham edəcəksə hörmətli admin, onda bilirsiz nə var, ye belələrini sayta buraxmayın ya da ən azı müəlliflərə hörmət qoyub bunların cavabını dərhal verin getsinlər Цигель, цигель, ай лю-лю!

  23. Təssuf edirəm. Başqa heç nə deyə bilmərəm. Bir də təəccub etmirəm.

    • Zəfər bəy beləsinə tutarlı cavab vermək lazımdır, susmaq olmaz
      ***
      Mənə çox pis təsir etmişdi deyə özümə gələ bilmirdim. Bayaqddan drəman qəbul ediridm. Əslində Zəfər bəy təəssüf etdiyini qeyd edərək qısa da olsa münasibətini bildirib. Adama təsir edir, əlbəttə təsir edir. İnfarktdan dərhal sonra aparıldğım xəstəxanada tərpənmədən uzanarkən, müalicə həkimim olan yaşlı əkim kardioloq xeyli təsəlli verdikdən sonra arzu və istəyim barədə soruşdu. Mən çətinliklə danışaraq belə cavab vermişdim. “Arzum həbsdə olan azrkeşlərin azadlığa çıxmasıdı, istəyim sağalmaqdı”. Zəfər bəy demişkən təəssüf, bəli təssüf ki, belə hörmətsizlik görürəm indi. Amma mən yenə də incimərm küsmürəm.

  24. Aqşın bəyin şərhi məni çox əsəbləşdirib, inana bilmirəm. Yəni görəsən o biri həbsdə olan azarkeşlər də 12-ci oyunçunu saytı haqqında bu qədər cılız fikirdədilər, Vallah ağır gəlir adama. Onda bəs hanı və harada qaldı ədalət?

    • Bu barədə mövzu olmalı və fikir bildirməliyik.Təəccub etməyimin də səbəbləri var.Mən olani deyirəm və faktla.Heç kimlə şəxsi qərəzim yoxdur və olada bilməz.

      • MOVQE BUDUYE ZEFER SENE HAHLDU DİPLAMATDİYE DİPLAMAT CEKİCE DE VURUR MİXA DA ELE DİYİR Kİ NE SİS YANİR NE KABAB ADMİN SORUSSA DİYECEY MEN AQSİNE TECUB ELİYİREM AQSİN SORUSANDA EKSİNİ DİYECEY. MOLODEC AY ALLAH BUNNAN BESDENE VER ZEFER SENDEN UC DOR DENEDE OLSA QARBAGİ ALARUY USTUNDE ERMENİSTANİDA

        • Siz nəyi nəzərdə tutmusunuz bilmirəm.Bir onu bilirəm ki ‘fikirlərimi dolaşiq salmisiniz.Bəli.Belə hallara təəccub qalardim amma uç həftə bundan qabaq Elman Tağiyevlə söhbətimdən sonra heç təəccublənmirəm də.Bəlkə hamsini danişim sizə.Yox,əzizim.Hələ iki cumlə sözü nala-mixa vurub və diplomatik gediş edən biri kimi məni tanitdirmaq istəmisinizsə,görunur hələ vaxti çatmayib.Aqşin zəhmət çəksin elə bu saytda gedən yaziıari və şərhləri oxusun.Və ondan sonra qərara alsin ki,biz hamimiz onlara görə özumizu təhlukəyə atmişiq.Onları öz təmiz vicdanimizla mudafiə etmişik.Lakin indi vəziyyət tam başqa cur yönəldilir.Mənim nə sayt rəhbərindən bir təmənnam var,nə də vaxtilə tutulmuş azarkeşlərdən.Görunur,siz mənsiz də “Qarabağ”ı ala bilərsiniz.Vaxtilə bu saytda can qoyan insanlara belə mövqe çoxuna təəccublu gələr.Elə mənədə gəlirdi.Daha təəccub ediləsi bir şey qalmayib,əzizim
          ***
          Hə Zəfər bəy indi də deyəsən siz nişangaha gəlmisiz. Əslində sizin mövqe açıq aydın idi. Elə mən də sizi ilk sözdən anlamışdım. Təəssüf ki, sizi və ümumilikdə bizi anlamayanların sayı az deyil. Vaxtı ilə sizinlə birgə həbsdə olan azarkeşlərin azadlığa çıxması üçün etdiyimiz çabaların “mükafatı”dır deyəsən bunlar. Eh, Zəfər bəy, həmişə belə olub da. Mənə baxın özünüzə təsəlli verin.

  25. İslam Cabbarli, sizə müraciət edirəm; Bundan sonra heç bir kəsi müdafiə etməyin! Siz haqq insansınız nahaqların içində öz sağlamlığınızı itirdiniz. Mən bir “Xəzər Lənkaran”lı kimi sizin həyatınızı belə nankor insanlara görə məhv olmasını istımirəm.
    Sizin qədrinizi hələ bunlar gec anlayacaq. Sizin kimi insan bu dünyaya əsr boyu nadir hallrda gəlir. Şükür Allah şükür yaradanımıza ki, sizi bizlərə bəxş edib.

  26. Men bezi insanlari başa dusmurem de, axi siz hebsde olanda bu sayt ancaq sizin yolunuzda vurusurdu. Bu qeder CAHİLLİK olarmi!!???
    Biz ele bilirdik ki, sizler bir qehremansiniz. Demek ki biz yanilmisiq…
    Bu saytin sizin ucun etdiyini danirsizsa size haram olsun!

  27. Vay, vay bu nə hörmətsizlikdir Aqşın bəy? Sayt rəhbərinə o cür insana belə münasibətinizə inana bilmirəm. Ayib olsun sizə !
    Heç bilirsiniz sayt rəhbəri necə mübarızə aparırdı? Mən də və çoxlu sayda azarkeş də buna şahidik. ÇOX ÇOX təəsssüf edirəm.

  28. sen sayit rehberi olaraq men tutulannan sonra ne etdin ne yaza bildin duz duzdu qorxag olma
    ***
    Xahiş edirəm əvvəlcə səbirli və təmkinli, sonra da bir az diqqətli olasınız. Mən qorxaq olsaydım 6-ildi min əzaba, təhdidə, hədə qorxuya rəğmən bu saytı qoruyub saxlaya bilməzdim. İndi isə icazənizlə başlayaq:
    1. Azarkeşlərə azadlıq !

    2.“Azarkeşlərə azadlıq !” deyən dillər lal oldumu?

    3. Azarkeşlərə azadlıq!

    4. Azarkeşlərə azadlıq!

    5. Azarkeşlərə azadlıq !

    6. “Cəzasız günahkarlar” və ya azarkeşlərə AZADLIQ !

    7. http://12cioyuncu.info/a/n%C9%99-sirin-sozdur-azadliq-v%C9%99-mu%C9%99mmadan-barisiga-ged%C9%99n-yol/

    8. Salam həbsdə olan azarkeş … (ikinci məktub)

    9. Fırtınalar meydanına getməyin ki,..
    10. Azarkeşlərin həbsi və azad olunmasında gizli tərəflər … (I YAZI)
    11. http://12cioyuncu.info/a/azarkes-h%C9%99bsind%C9%99n-bir-il-otdu/

    12. Salam həbsdə olan azarkeş (Məktub)
    13. Azarkeşlərin yeri həbsxana deyil, stadion tribunalarıdır.
    Bu siyahını özüm uzadıb sayt istifadəçilərini yormaq istəmirəm. Ola bilər sizə və o biri həbsdə olan azareşərə içəridə olanda yanlış məlumatlar veriblərmiş. Yoxsa siz bizimlə bu cür danışmazdız. Elə o biri həbsdə olan azarkeşlər də azadlığa çıxandan sonra bizi sanki tanımadılar. Amma biz heç kəsdən küsmürük, çünki elə o vaxt da təxmin edirdik ki, sizə yanlış məlumatlar çatdırıla bilər və ya bizim gördüyümz işlərdən sizin xəbəriniz olmaya bilər. Biz kimsədən sağ ol eşitmək üçün də iş görməyirdik ki, onsuz da. Bu bizim zatımızda var ki, dara düşənə kömək edək. Daha sonra həbsə düşən “Xəzər Lənkəran” azarkeşlərinin azad olunması üçün dövlət başçısına ünvanlanan müraciət və ümumilikdə bəyanatları bizdən başqa kimsə yazmayıb. Bir daha təkrar yazıram ki, diqqətinizdən yayınmasın. Baxın sizin və o biri azarkeşlərin həbsdən azad olunmanız üçün bizdən başqa heç kəs nə dövlət başçısına müraciət etməyib nə də başqa instansiyalara. Bütün müraciət və bəyanatların da mətnlərini şəxsən mən yazmışam. Bu əllərimlə hansı ki, indi sizə yazıram. Ola bilər kimlərsə özlərini şirin göstərmək üçün nə vaxtsa haradasa özlərini gözə soxmaq üçün yalan-plan deyiblər, inanın ki, amma konkret iş görən olmayıb. Ortada atdanıb düşən çox olub ancaq hamısı boş şeylər idi, ancaq rus deişkən “Risovka” idi. Hətta sizin həbsinizdən dərhal sonra məsələni müxalifət düşərgəsinə, müxalifət mətbuatına çxaranlar, Facebookda mənasız hədərə-pədərə statuslar yazanlar olmasaydı sizi məhkəmənin ilk iclasında çölə çıxarmaq mümkün olacaqdı. Amma əlindən bir iş gəlməyən uşaq muşaqlar və yuxarıda da qeyd etdiyim kimi özünü gözə soxmaq istəyənlər işləri korladı. Yadımdadı müraciətlərə imza toplamaq necə çətin idi. Facebookda bərk gedən statuslar yazıb güya sizi müdafiə edənlərə yalvarırdım ki, müraciətlərə imza atsınlar hamısı aradan çıxırdı. Heç biri görünmürdü lazımi anda. Hətta bilənlər bilirlər ki, bu yazı haralarda kimləri silkələmişdi. Əcəlleyi məcəllə… (Çingiz Abdullayevin menyüsünə)
    Bilənlər bilir bir də Allah bilir ki, biz “12-ci oyunçu” olaraq “Bosman” fan klubu ilə birgə nə yollarla, hansı məqamlara toxunmaqla sizi gündəmdə saxlamağa çalışırdıq. Söhbət təkcə medianın gündəmindən getmir. Biz lazımi yerləri daim təzyiqdə saxlayırdıq. Dinc qalmağa imkan vermirdik. Bizdən savayı heç kəs səmərəli iş görməyib, kim deyirsə ki, güya edib deməli atabatasının canına ruhuna qədər yalançıdır. İndi də siz mənə “sen sayit rehberi olaraq men tutulannan sonra ne etdin ne yaza bildin” yazırsız? Sonra da məndə “duz duzdu qorxag olma” formasında səhv axtarırsız? Əgər mən heç nə etmədimsə mən heç nə yazmadımsa bəs kim etdi və kim yazdı? Mən qorxaq oldumsa bəs kim qorxmadan çalışdı? Bəlkə sizin üçün nağıllar danışıb kimlərdənsə yalançı xilaskar obrazında qəhrəmanlar yaradıblar? Bu mənim üçün heç maraqlı da deyil. Allahın şahidliyi mənə və mənimlə birgə əziyyət çəkib konkret iş görənlərə bəs edər. Biz ona görə iş görməmişik ki, siz biləsiniz, bilən Allah bilir. Bununla belə qısaca burada qeyd etdim ki, ən azında bizə qarşı hörmətsizlik etməyəsiz.

    P.S: Həbsə düşən “Xəzər Lənkəran” azarkeşləri ilə bağlı demək olar ki, bütün idman və qeyri idman portalarında ancaq xəbər xarakterli yazılar verilirdi. Bir iki saytda sizinlə bağlı başqa cür yazı oldusa da o yazılar sizin azadlığa çıxmanız üçün deyildi, sadəcə köşə idi. Jurnalistlər bəzən bu sayaq biclikdən istifadə edilər ki, çox oxunsunlar. Yalnız bu sayt sizin azad olmanız üçün yazılar dərc edir, lazımi şəxsləri bezdirirdi, yalnız bu sayt çalışıb,özü də adi bir “sağ ol”u da təmənna etmədən, həmin riayət etmək istəmədiyiniz sayt qaydaları çərçivəsində döyüşüb, ağılla zəka ilə vuruşub, mərdliklə fəaliyyət göstərib, kişi kimi də yerində durur.

  29. Hec bilmirem ne yazim,cox pis tesir edir,yane men daha sevimli stadiona getmiyecem?? belkede gorursen Mubariz bey,xaish edirem komandamizi oldurme

  30. CELAL QURBANOV says:

    en yaxsi yol tezlikle klub satilmali irelide hec bir yaxsi gorunmur

  31. zaman herşeyi helle edecek Xezer Lenkaran dagilsa bele bizim ucun hemişe var olacaq Allahdan ümüdü kesmeyin

  32. Salam eziz xezerliler kecen serhimde bildirmisdim futbolcularin getmey fikirlerini cunki klub daxili …………. var herneise Allah herkimin ureyine gore versin klubdan getmey isdeyen fubolculari qinamiyin onlara pis nese demeyin onlar elediyini etdiler cox komeyliy etdiler onlarin qedrini bilmediler cunki qedirbilmezler var klubumuzda neise klubdan ayrilan her bir futbolcuya ugurlar arzu edirem
    ***
    Xahiş edirik, şərh yazarkən etik normalardan kənar ifadələr işlətməyəsiz. Mümkünsə şərh yazmazdan öncə saytımızın qaydalarını izləyin. QAYDALARI BURADAN İZLƏ

    • Ne nece olduqunu cox yaxsi bilirem her yazilariminda sporusun verebilerem islam mellim
      ***
      Bu saytda şərh yazırsınızsa xahiş olunur saytın qəbul olunmuş qaydalarına riayət edəsiniz.

  33. Salam müəllim, bu yazıları şox ağrılı ,çətinliklə oxuyuram özüm də hipertonikəm,yanımda bir “pıkk” olan kimi və ya bir neqativ ,xoşagəlməz hadisənin şahidi olan kimi təzyiqim qalxır Səhhətimdəki problemlərə səbəb XL olmasa da rolu var… qaldı ianə söhbətinə mən bunun təmamilə əleyhinəyəm, ən əvvəl indiki maliyyə böhranı zamanında ölkəmizdə hər 4 nəfərdən biri kredit yükünün altında (mən qarışıq) əziyyət çəkir ,gözlər istər-istəməz xaricdə yaşayan qeyrətli eloğlularımıza dikilir … maliyyə sektorundan ,pulun fuksiyalarından azca məlumatlı şəxs kimi bildirim ki,bunun xeyri olmasa da fəsadları ağır olar.birinci yüksək məbləğ qoyanlar nəticə olmadıqda ittihamlara (haqlı) başlar:mənimsəmə ,izafi xərclər …ikincisi çoxlu məsləhətçilər meydana çıxar onda 10 miyon belə yığıla “faza raspada” daha da sürətlənər iri məbləğli sərmayəçilər Siz demişkən aydan-aya azalar və didişmələr.. sonu da xaos, onda bu komanda təmamilə gözümüzdən düşər onun sonu üçün ,tarixə gömülmək üçün Allaha dua edərik Yığılan pullar bu boyda infrastrukturun olsa olsa 3-5 gününə yetər ictimai-iaşə ,kommunal xərclərinə belə çatmaz Buna tam əmin olun Burda bilmədiyimiz problemlər ola bilər ,sadəcə bunlar hələ açıqlanmır bəlkə 10-15 ilə də açıqlanmaz Sual yaranır Milyardlara sahib olan Dünya şührətli şirkət üşün ilə 8-10 milyon (Balkanlar bu pulla 3-4 komanda saxlayır və Avropaya inkubator cücəsi kimi futbolçu ixrac edir) “mizernaya summa”dır Mentalitetimizə hopmuş “qardaşa da atmaq” deyimi meyara çoxdan çevrilib amma bu da az inandırıcıdır axı bu proseslər 3-4 ildir ki,gedir necə ola bilər ki heç olmasa ildə bir dəfə hesabat haqq-hesab tələb olunmadı Nə etsə yenə Mübariz etməlidir hələlik göstərilən bütün alternativ yollar “dalana” aparır P.S. Axırıncı cümlədən başqa bilmədim nə yazdım ….

  34. XL-sız nəinki Azərbaycan futbolu, hətta dünya futbolu mənim üçün maraqsızdır !!!

  35. Nə qədər üzücü olsa da, bu komanda buraxılmalıdır.Burda bir məsələ var, ya olum – ya ölüm.Belə olmadan sa, ölmək yaxşıdır.Mən artıq bunu qəbul edirəm.Başın Sağ olsun XƏZƏRLİLƏR.

  36. Əziz Lənkəranlilar!.Əziz “Xəzər Lənkəran” futbol kamandasinin azarkeşləri!
    Son zamanlar sevimli kamandamizin ətrafinda baş verənlər hamimizi uzməklə , bizlərdə gələcəyə inam hissini söndurməyindədir.Vəziyyətin “Xəzər Lənkəran”da bu həddə çatmasini dunyada baş verən maliyyə böhrani ilə əlaqəli olmasi fikrimcə tam realliği əks etdirmir.Əlbəttə bu böhran çox böyuk maliyyə biznesinə sahib olan bisnesmenləri muflis etmiş və onlarin fəaliyyətinə bilavasitə mənfi mənada guclu təsir etmişdir.Lakin “Palmali”da bu böhrandan nə qədər əziyyət çəksə də ,”XL”-ni yaşatmaq gucundədir.Əgər “Palmali” rəhbərliyi bu yaşami etmirsə, deməli burda da bir naraziliq öz işini görməyindədir və bundan kədərlənən də bu şirkətin prezidenti Mubariz Mənsimov cənablaridir.Hər işi qaydasinda gedən bir iş adaminin pozasinda oturub və rahat görsənməyə çalişan “Palmali” şefi bununla klubdaki yaxin insanlara bir ismaric göndərmiş oldu və hər nuansini açiq bildirdi.Bu yerdə deyərsiniz ki , klubda fəxri prezidentinin sözunu yerə salmağa curəti çatan biri varmi?.Deyərdim ki, var .Bu da bizim mentalitetimizdən gələn o duyğulardir ki, dunya malina görə yaxin qohumlarla duşmən ola bilməməyimizdən gələn şərəf və layaqət hisslərimizdir.
    Yadiniza gəlirsə bir neçə vaxt bundan qabaq bəzi oyunçularin klubdan ayrilmasi səbəblərinə aydinliq gətirən fəxri prezident belə cavab vermişdi: Klubun prezidenti və baş məşqçisi var.Kimi alar və kimi yola salar, öz işləridir.

    Açiq aydin məlumdur ki bu cavab elə söz xatirinə deyilməmiş,özundə muəyyən naraziliq məqamlarini ortaya qoymuşdu.Bu məqami yaradan səbəblər isə bundan bir-neçə il əvvəl yaranmiş həmin sözu deyilən vaxta təzahur etmişdi.Səriştəsizlik və maliyyə pərakəndəliyi buna rəvac vermişdi ki bunlari da biz dəfələrlə demişdik.Bu fakt idi və Mubariz Mənsimovun gözundən də yayina bilməzdi.

    İndi artiq biçaq sumuyə dayanib.Biz nə qədər fikirləşsək də kamandanin vəziyyəti ən çox Mubariz muəllimi narahat etməyindədir.Lakin o səbr edir və dinmir.O boyda pulu hansi kamandaya yatirsaydin ,axi indi ondan gələn xeyirlə dolanmali olmaliydin və yaşamaliydin.Lakin bu baş verməyincə hər şey dəyişdi.Maliyyə böhrani da bir pay sahibi oldu.Mövzudan uzaqlaşmamiş onu da deyim ki , bu haqqi qaytara bilməyənlər öz istəyi ilə klubdan getməli və Mubariz muəllimdən uzr istəməlidirlər.Bir başqasi olsaydi ,yəqin məhkəmədə cavab verməli olduğu halda,- bu insanlar rahatca getmələrini gözləyən bir insandan daha nə umurlar!?.

    Bunu anlamadiğimdan hələ də klub və kamandanin taleyi qaranliq olaraq qalacaqdir.

    O ki, qaldi şəxsi fikrimə qoy onu da deyim.Azarkeş klub və kamanda saxlaya bilməz.Klubun arxasinda bir maliyyə mənbəyi olmalidir.Bu mənbə də kluba sponsorluq etməlidir.”Pal sud” əgər bu gun xeyir verə bilmisə ,deməli bu da Mubariz muəllimin planlarina uyğun deyil və onu narazi salir.Çixiş yolu kimi onu bildirim ki rəhbərlik futboldan istefa verməli və başqa sahədə “Palmali”-ya xidmət etməklə səhflərini duzəltməlidirlər.Mubariz muəllim özu bu kamandanin yönətimini peşəkar futbol adamlarina verib və onlardan da rahat tələblərini almalidir.
    Belə də “Xəzər Lənkəran” o qədər zəifləyəcək ki , ta onun rəhbərliyi özu istefa verməli olsun və yönətimini ona təslim etsin.Bu tez baş versə yaxşidir.Qoy ondan sonra qərari Mubariz muəllim şəxsən özu açiqlasin.Əks təqdirdə bir daha guclu “Xəzər Lənkəran” görə bilmərik.

    • Men sexsen iki qardasin arasinda soyuq neyinse olduguna qetiyen inanmiram, Palmalinin durumu cox da yaxsi deyil, eger onlar deyirse biz zerer gormusuk, bilki dediyinden 10 qat cox zerer gorubler.Ilde 4-5 milyon Xezere gucleri yoxdu, var eee eslinde o pulu daha lazimli yerlere yatirirlar. En azi 2 il bizim durumuz en yaxsi halda bu veziyyetde olacaq, ondan artigi sadece umuddu. gerek nese qazansin ki, neyese pul yatirsin.Bu varlilar oyresibler her il pullarinin 50% ve ya daha cox aertirmaga, gorende ki bu il geriliyibler, o saat qeyri her seyi dayandirirlar. Onu sadece dasimaciliqdan basi cixir, cunki bexti sansi o sahede getirib, ozunu ne qeder basqa sahede sinasada, hec ugurlu olmur. Bu gun dasimaciliq dursun, bir ilin icinde muflus olar. Eger xezeri vaxtinda bas bilenlere emanet etseydi, indi qarabagin yerinde olmusduq.Klub oz gelirini ozu cixardardi,yeni qisacasi bu soyuqluqdan behs etmeyin yeri yoxdu,sadece bu projede gucleri catmadi basarili olsunlar. Cunki hec bir dogru durust tehsilde idarecilik mektebide gormuyubler, esasende tapsirdigi adamlar.

      • Səbuhi bəy.Mən narazi qalan məqamlardan bəhs etmişəm ki,bunu fəxri prezident dəfələrlə qeyd edib.Mənim şərhimi təkrarən yazib və iki qardaş arasinda soyuqluğun yaranması fikrini mənim adimla deməyinizi qəbul etmirəm.Lap bu dediyiniz kimi olsa da heç kim qardaş arasindaki söhbəti heç qonşusuna deməz.Bu da anlaşilandir.

    • 555-FORD says:

      KAŞ HAMI VƏZİYYƏTİ SİZİN KİMİ DÜZGÜN QİYMƏTLƏNDİRƏ BİLƏYDİ . TAM DÜZGÜN ANALİZ .

  37. Sadıxzadə says:

    salam, klubun sahibləri kluba sahiblik etmək istəmirlərsə, klubun sahibin dəyişsinlər, klubu satsınlar.

  38. Mubariz bey sevimli klubumuzu yad ellere verme bu azarkesleri namerdlerin umidine saxlama !!!!!!!!!!!!!!

  39. Salam menim hec bir teklifim yoxdu. Amma inaniramki Mubariz Mensimov Xezer Lenkeran ailəsini hec vaxt bele tek qoyub imtina etmaz klubdan. Cunki Mubariz muellim ele bir insan deyil ve hemise gorduyu işi sona catdirmaq ugrunda tam mubarizesini aparan bir insan olub. Bu mubarizlik onun qaninda ve aldigi terbiyesinde var. Sadece bu muveqqeti bir cetinlikidi komandamiz ailelikce olaraq mehz Mais Mensimova gore cekir. Yəni bu sirf Mensimovlar ailesinde olan bezi soz sohbetlere goredi. 2 qardas arasinda olan anlaşılmaz aile daxili sohbetdi. Mubariz muellim cox agilli ve uzaqgoren adamdi bunu bilin. Komandadan imtina etmasi yene deyirem Maise goredi… Mais muellim mence qardasina qulaq asmali ve meslehetlerini dinlemelidi. Sehlenkar ve biraz kobud dilde desam savadsiz iwlerinden el cekmeyince Mubariz muellim komandaya maliyye axinini etmayacak… gec tez haqq oz yerini tutacaq ve komandamiz yene oz ezemetini qaytaracaq. Bu menim fikirlerimdi… Biraz duwunsez bilersiz men nelere gore bele fikirdeyem. Sebr edek her wey yaxsi olacaq. Indi deye bilersizki Maise goredise bu qeder hengame burda azarkewlerin futbolcularin bir sozle komandada caliwanlarin ne gunahi var.. Amma bunuda bilinki bu defe işin tam duzgun qurulması ucun qurbanlar verilmelidi ve bunuda bu gune kimu Mubariz muellim verir. Yuxarida qeyd etdiyim kimi bu onun sebrli ve temkinli olmasindan ireli gelir. Klubda caliwanlarin her biri tezlikle tam haqqini alacaqlar. Hec kesin zehmeti yerde qalmiyacaq. Birce Mais muellim qardasiyla dil tapib ortaq mexrece gelsin. Bu bas verse inaninki komanda yenede mohtesem gunlerine qayidacaq… конца концов bu 2 qardasin arasinda nese soyuq munasibetler var…

  40. Admin men oz basima deyirem, hesab acsinlara her ay cox deyil 100-200 Euro gonderecem, taki veziyyet duzelenedek. Menim kimi min nefer tapilmiyacaq o boyda regionda. Min nefer pul yatirsa ayliq en azi 10000 AZN pul edirki , buda klubu artiglamasiyla saxlamaga hetda ilk 4 luk ucun vurusmaga yeter, birde futbolcu dusunendeki bunu bogazindan kesib azerkes verirse, onda 2 qat seyle oynayar. Bundan basqa biletin pulunu 2-3 manat etsinler, birde cur be cur reklamlarla Palsude camaatin meyilini artira bilerik.mence bundan artigina azerkesin gucu catmaz.lazimdisa men Xezer ucun xaricden(almanyada ve fransada) sponsur tapmag ucun elimden geleni ederem, amma men hec olmasa bir he cavabi versinler, demirem taparam,en azi mesaj yazib, Xezer presentatinle tanidib, ve basqa basqa cur diqqetlerini celb ederem. Bundan elave onlar da bos oturmamali ve sponsor axtarmalidilar.Basqa aglima hec ne gelmir.
    ***
    Siz göndərbiz hər ay, ölkədə də sizin kimi insanlar var tutaq ki, onlar da yardım etdilər, məncə yenə də toplanacaq məbləğ yetərincə olmaz. Mən belə başa düşürəm.

    • Ne deyim Admin, mesajlarina yorumlarina baxanda azerkesin hec e ede bilmeyeceyi gorunur….Onda mueyyen muddet ucun Affayla sazise girsinler….Affa her halda azerkesden cox vermez))))Mene maraglidi sumqaitin budcesi ne qederdi, yeni o qeder de gucumuz catmaz, birde hec demirem sumqayitin butun heyyetini Xezere ver Azerkesin desteyiyle o heyyet ilk 4-lukde oynayar

  41. Narahat olmiyin hec incimiremde sadece tekif eledim ayaqda xezeri ayaqdaya xezerin bir xezerivaxtlar 15. 17 gelirdi pis cigelir cixmasin 1 mantan. 15. 17 min pol eliyir reklamlari demirem demek. istiyirem ki her wey elemek olar lazimdi ki biri qabagda geden olsun sagolun narahat elediyime gore admin.bey
    ***
    Hər ev oyununda 15000-manat biletdən toplansa, üstəgəl azarkeşlər bank hesabında pul köçürsələr və qeyd etdiyiniz reklamdan qazanc olsa (hərçənd bildiyimə görə “Xəzər Lənkəran” reklamdan on manat qazanırdısa on min manat da reklama özü xərcləryirdi) bundan sonra klubun mağazasında forma satışından gələn gəlir, nə isə bütün bunlar üst-üstə toplansa, klubun və stadionun əməkdaşlarının maaşlarına, stadionda əlavə xərclərə və aşağı yaş qaruplarında çalışan müəllimlərin maaşına ancaq çatar. Belədə əsas böyük xərclər qalar. Yəni qalar bunlar; əsas komandanın xərcləri, futbolçuların maaşları, əsas komandan üzvlərinin özəl klinakalarda müalicəsi üçün bolluca xərclər, legioner olarsa transfer xərcləri, onlara görə futbol qurumlarına köçürmələr, səfər xərcləri, otel pulları, ev oyunlarnın özəl xərcləri, əsas komandanın gündəlik yemək xərcləri, futbolçuların geyim formalarına çəkilən xərclər, ağaşı yaş qrupların geyimləri və səfər matçları, akademiyanın yuxarı yaşlılarına cüzi də olsa kompesasiyalar, nəhayt klubun dövlət qarşısında olan xüsusi öhdəliklərindən sayılan vergi (hansı ki, təkcə vergini ödəməyə azarkeşlərdən toplanan pul bütövlülə hesablansa belə çatmaz) ödənişləri və s. və ilaxır. Bütün bunlar nəzərə alındıqda görürsən ki, konkret olaraq pul qoyulmalıdır ortaya. Biletdir nə bilim reklamdan və ya forma satışından gələn pullar hamısı boş şeydi. Elə azarkeşlərdən toplanacaq pullar da ancaq əsas heyətin 5-6 günlük xərcinə çatar. Klubun yaşaması üçün ortaya konkret bir şirkət və ya şəxs çıxıb əməlli başlı xərc çəkməlidi. Heç olmasa, “Kəpəz” və ya AZAL-a çəkiən xərc qədər. Yalnız bundan sonra azarkeşlər də müəyyən qədər yardım edə bilərlər. Amma Azərbaycan reallığını və məmlkətimizdə cəmiyyətin düşüncə tərzini nəzərə alsaq yardımlar edilərsə klubda əməlli başlı BARDAQ olacağına əsla şübhəm yoxdur.

  42. Salam qaradawlar men hec vaxti istemezdim affa sponsurluq elesin xezere bilirsiz niye biz oz gorduyumuzu gormuwuk afa terfinden belek duz demirem bir vaxtlar deyilirdi ki azerssel istiyir sponsurluq elemek isteseidi bu cox yaxwi olardi yox heckim istemirse ozumuz pol yigaq yeni ozumuz diyende ki butun cenub zonasini nezerde tuturam yigsaq kulubumuzu saxlya bilerik men inamiram ki xezere gore bu tekilifi kimse beyenmesin admin.qardaw olar bele bir teklif nece baxirsiz???
    ***
    Salam. Hərdən belə “pul toplayıb klubu saxlamaq” barədə təfliklər görəndə məni gülmək tutur. Necə deyərlər “başına gələn başmaqçı olar”. İnciməyin, siz mənə müraciət edib belə təklifə necə baxdığımla maraqlandınız deyə mən də öz fikrimi yazdım. Yoxsa bu mövzuda əsla ikir bildirən deyildim.

  43. 555-FORD says:

    BİZİM KOMANDANI BU VƏZİYYƏTƏ SALAN TUYQUNUN YARITMAZ İDARƏÇİLİYİ OLDU . MÜBARİZ MƏNSİMOV XƏZƏR LƏNKƏRANI NİYƏ DƏSTƏKLƏMİR ? AXI NİYƏ KÜLLİ MİQDARDA PULLAR YARITMAZ MOŞENNİKLƏR TƏRƏFİNDƏN MƏNİMSƏNİLMƏLİDİR . KÜLLİ MİQDARDA PUL XƏRCLƏ FUTBOLUN İNKİŞAFINA KÖMƏK ET , XAQANİ MƏMMƏDOV , RAMİN MUSAYEV KİMİLƏR KOMANDANIN İRELİ GETMƏSİNƏ SÜNİ MANEƏLƏR YARATSINLAR . MÜBARİZ MƏNSİMOV AGILLI ADAMDIR , NƏ QƏDƏR Kİ , AZƏRBAYCAN FUTBOLUNA QƏRƏZLİ ADAMLAR RƏHBƏRLİK EDİR , KOMANDANI AZ XƏRCLƏRLƏ İDARƏ ETMƏK LAZIMDIR . QOY ÖZ YETİRMƏLƏRİMİZ OYNASIN . YAXŞI OLAR Kİ , MƏŞQÇİ DƏYİŞSİN . BU GƏNCLƏRİMİZƏ İNTENSİV MƏŞQLƏR KEÇƏ BİLƏCƏK MƏŞQÇILƏR VACİBDİR . BU GÜN Kİ , GÜNDƏ SKRLATAKE VƏ TOUNKARA MEYDANDA LAYİQLİ OYUN GÖSTƏRMİR . ELƏ LEQİONER EVİNƏ QAYITSA DAHA YAXŞI OLAR . ƏGƏR YERLİ UŞAQLARA YAXŞI MƏŞQLƏR KEÇƏ BİLƏN MƏŞQÇİLƏR OLARSA , TEZ BİR ZAMANDA ONLARLA RAHİDLƏR YETİŞƏR . ÖZ YETİRMƏLƏRİMİZ HEÇ VAXT KOMANDAMIZA ARXA ÇEVİRMƏZ BİZ BUNU BİR DƏFƏLİK DƏRK ETMƏLİYİK , ANCAQ ÖZ YERLİ GƏNC FUTBOLÇULARIMIZA ÜSTÜNLİK VERMƏLİYİK .
    ÖZ KOMANDAMIZA DƏSTƏK DEDİKDƏ PALSÜD MƏHSULLSRINA ÜSTÜNLÜK VERMƏLİ , STADİONA BİLET ALMALIYIQ , LAP BİLETİN QİYMƏTİ 2-3 MANAT OLSA BELƏ . HAMIMIZ KOMANDANIN İNKİÇAFINI İSTƏYİRİK , AMMA BİLETİN QİYMƏTİ 2 MANAT OLAN KİMİ BAŞLAYIRIQ HAY HARAY SALMAGA ? BİZLƏRDƏN KİMSƏ MÜBARİZ MƏNSİMOVUN XƏZƏR LƏNKƏRANA XƏRCLƏDİYİNİN ƏVƏZİNDƏ NƏ ETMİŞİK . HAMI DEYƏCƏK Kİ , SPONSORUN BORCUDUR KLUBU SAXLASIN . BU BELƏ DEYİL , AZERBAYCAN FUTBOLU HAL HAZİRDA QAZANC OLMAYAN SAHƏDİR . BİZİM FUTBOL SAHƏSİ HEÇ HOLLANDİYA BELÇİKA FUTBOLU İLƏ ÖLÇÜLƏSİ DEYİL . ƏGƏR 2004 İLDƏN BƏRİ MÜBARİZ MƏNSİMOV XƏZƏR LƏNKƏRAN FUTBOL KPMANDASINA BU QƏDƏR XƏRC ÇƏKİBSƏ BU SADƏCƏ OLARAQ ALQIŞA LAYİQ ADDIMDIR .
    BU GÜNKİ GÜNDƏ AZƏRBAYCAN FK – NA PUL XƏRCLƏYƏN ŞİRKƏTLƏRİN COXU O PULLARI BURDAN QAZANIR VƏ TAPŞIRIQLA KOMANDA SAXLAYIRLAR . BU KOMANDALAR DÖVLƏT STRUKTURLARI DƏYİŞƏN KİMİ YOX OLACAQLAR . HEÇ KİM YADDAN ÇIXARMASIN Kİ , AZƏRBAYCANDA YEGANƏ MÜSTƏQİL , ÖZƏL , ŞƏXSİ SAHİBKARA MƏXSUS KOMANDA VARSA ” X Ə Z Ə R LƏNKƏRAN ” – DIR . TURNİR CƏDVƏLİNİN HANSI PİLLƏSİNDƏ OLMASINDAN ASILI OLMAYARAQ SƏN BİZİMSƏN . BİZLƏR SƏNİ TƏK QOYMAMALIYIQ . BUNLARI SADƏCƏ OLARAQ BAŞA DÜŞMƏK LAZIMDIR . MƏN ÖZ ŞƏXSİ FİKİRLƏRİMƏ ƏSASLANIRAM , GƏLİN BU GÜNKİ GÜNDƏ YAXŞININ QƏDRİNİ BİLƏK , ONA QİYMƏT VERMƏYİ BACARAQ .

  44. Salam. Müstəqillik çağırışları səsləri gələndən bəri tanıdığım Mir Şahinin idman barəsində bir kəlməsini belə eşitməmişəm. Sual vermədi, cavabı da ki, olmadı. Dolayısı deyilənlərə isə inanmağım gəlmir. Bəlkə də mən sədalövh fikirlər yürüdürəm. Ancaq mən XL-nın gələcəyinə elə Mübariz Mənsimovun sahibliyi ilə nikbin və ümidlə baxıram. Gözləyək…

  45. Salam Mübariz bəy. Bir xalqımızın nümayəndəsi kimi mən həmişə sizinlə fəxr etmişəm. Mən sizə həmişə xalqımızın təəsübkeş oğlu deyə müraciət eləmişəm. Bu qoca vaxtımda səhvimi başa düşüb sizə ünvanlanan “Təəsübkeş”sözünü leksikonumdan çıxarmalı olacağam. Siz bunu haqq etmədiz. Sizin bu boyda camiəyə verdiyiniz sözu tutmamağınızın səbəbi mənə aydın deyil. Siz kimisə cəzalandirmaq fikrinə düşmüsüzsə 10 minlərlə azərkeşin günahı nədir? Putin demişkən sən bizi kürəyimizdən vurdun. Əgər söhbət pulun yoxluğundan gedirsə, onda biz azərkeşlər aylıq məvacibimizdən müəyyən hissəsini komandaya kömək məqsədi ilə ayırmağa hazırıq. Mən bir ağsaqqal kimi sizdən son dəfə rica edirəm azərkeşləri futbolsuz qoymayın. Xl-nı dəniz sularına qərq etməyin. Hər bir çətin vəziyyətdən çıxış yolu var. Sizi və ya sizin timsalınızda kulub rəhbərliyini azərkeşlərlə görüşə səsləyirəm. Biz yalnız birlikdə gücluyuk və bütün çətin məsələləri həll etmək iqtidarındayıq. Hörmətlə: “Xəzər Lənkaran”ın Qocaman azərkeşi Rakif Abbasov.
    ***
    Dəqiq bildiyim odur ki, klubu saxlamaq üçün əgər pul toplanarsa birinci elə siz pul ödəyərsiz. Buna mən tamamilə əminəm. Sizin kimi yüzlərlə bəlkə də min nəfər olar. Amma bunu qalanları da edərmi və ya edə bilərmi? Bax bu böyük sual altındadır. Axı pul toplamaq bir dəfəlik ola bilməz, hər ay toplanmalıdır. Üstəlik yuxarıda da qeyd etdiyim kimi olsa olsa yalnız minə yaxın adam buna qol qoyar və getdikcə də sayı yüzlərə sonra da bir neçə nəfərə qədər enər.

  46. SALAM Admin.məndə çox böyük umid ilə bu musahibəni oxudum.amma sən demə dəyməzmiş bir söz belə Xəzər haqda deməməsi artiq hər şey bəlli.Bir şeyi tapa bilmirəm M.Mənsimov dediyi söz. Azərbaycan da bütün klublar dağılsa Xəzər dağılmaz.O videonu axır tapa bilmədim.Onu tapıb Onun özunə gösdərmək lazım.Hə birdə digər şərhdə yazdığım kimi Əyər Muşahidə şurası yaransa bilki Əvvəlki Xəzər daha olmayacaq Adında Dəyişib Xəzər Socar və ya Xəzər Neft qoymaq lazım.Hətta məndə olan məlumata görə Mais M.kredit götürüb maaşları verib.Kim nə bilir bəlkədə o vaxt Necə Bakı klubunda gizlin oyunçuların adına kredit rəsmləşdirmişdilər burdada belə.Birdə keçən səfər Yunis deyir bizdə elədə böyük Maliyə prablemi yox. Kişiyə demək lazım kimi Aldatmaq isdəyirsən?Nə var onu de .onsuz hamı bilir nə var nə yox

  47. klub ucun ozel bank hesabi acilsin, bacardigim geder madi yardim gostermeye haziram. Amma yaxin geleceyde tam infrastrukturu ile satiwa cixarilsa daha seriwteli ve etibarli ellere kececeyine eminem.

  48. Kepezin nece il idi sponsuru yox idi, geci tez affaya mohtac oldu, hec azerkeslerden deyen var affa bize baxmasin….bizde Affayla razilasmasin deyenleri hec basa dusmurem, ele bil AFFA ermeni futbol ittifaqidi(((((Biraz real olaq bize bu deyqe her uzadilan eli her hansi yardimi geri cevire bilmerik….

  49. Bu deyqe Rusya Turkiye bohrani, Neftin ucuzlasmasi, ve bir cox amiller ucbatindan Palmali yaxsi durumda deyil, Ona gore xezerden elini cekib…ILLIK 3 milyonluq budceyle klub saxlamaq o qeder cetin bir sey deyil, Amma bu insan cox gozumden dusmusdu, bu insanlar ne qeder plu cox severler, Xezere xerclediyinden cox xezer ona qaytarib reklam baresinde…..ve sevgi baresinde…Klub satilsa daha yaxsidi veya Affaya stadiyonu 10 illik balansina kecirmekle ve yeni sponsurlar celb etmekle problemden qaca bilerik, yoxsa sonumuz BAKI FC kimi olacaq…..vaxt gelecek hec yadada dusmuyeceyik…..Yenede bolgemiz Neftciye veya Kepeze ve ya basqasina azerkeslik edecek

  50. Klub ucun yardim toplayaq bankda birihesab acsin, ora men bacardigim qeder ayliq pul kocure bilerem; menim kimi minlerce insanlar var. Klubdanda hec ne istemirik, sadece indiki heyyeti saxlasin ve en azi 3-4 oyuncu transfer etsin. Ancaq kokunden problemin hell olunmasi ucun Affa-la masa arxasina oturulmasinin terafdariyam ve mene sexsen avropada oynayan Xezer lazimdi!!!!2ciligaya dusen deyil…..

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


+ 3 = dörd