1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkesh   12cioyuncu.info azarkeş saytında mütəmadi olaraq azarkeş yazılarına yer ayrılır.

Bu dəfə saytımızın “Azərbaycanlı” nikli istifadəçisinin ikinci yazısını təqdim edirik. Qeyd edək ki, bu istifadəçinin şərhləri adətən mükəmməl məntiqə söykənən qeyri adi tərtibatlı cümlələrlə fərqlənir. O soyuqqanlı şəkildə özü də hisslərə qapanmadan fikir bildirir. Elə ona görə də “Azərbaycanlı”nın bütün fikirləri həmişə daha çox cəlbedici olur.

Buyurun, bu da “Xəzər Lənkəran” komandasının hazırki durumuna münasibət bildirən (şəxsən tanımadığımız)  “Azərbaycanlı” nikli istifadəçinin daha bir şərhi (qeyd edək ki, müəllif bu şərhini “Əvəz etməkdən yoruldu – indi onu əvəz edəcəklər” yazısına göndərib).

******

Komandamızın son illər düşdüyü problemlər burulğanından çıxa bilməməsi, azarkeşlər arasında pessimizmin artması kimi hallardan bir azarkeş kimi üzülürəm. Amma özümə yaxşı bələd olduğuma görə bilirəm ki, “kubik”lərinin arasını ot basmış oturacaqlarda toz-torpağa batmağı vecimə almadan bu komandanın oyunlarına baxdığım kimi, bundan sonra da daim baxacağam, təki komanda dağılmasın, Lənkəran futbolsuz qalmasın. Komandanın gücü isə onun necə qurulmasından və köklənməsindən asılıdır. Deməli bu gün komanda quruculuğu yolunda bütün xidmətlərimizin qiyməti düşdüyümüz vəziyyətə bərabərdir. Razılaşmaq istəmirəm bu gün “Xəzər Lənkəran” ocağını sönmüş kimi qəbul edib bədbinliyə qapılmaqla. Klubun fəaliyyətinə baxışların bütövlükdə yeniləşməsi çoxdan lazım idi, hər dəfə növbəti uğursuzluqdan sonra küliı xərcə başa gələn “təcili yardımlar” istər material, istər qeyri-maddi cəhətdən baha başa gəlirdi son illərdə. Məhz bu səbəbdən təcrübəsinə ümid bağladığımız “pensionerlərin” marşı bizə uzun sürən Xəzan-Lənkəran mövsümü yaşatdı. Öz oyunu ilə nəticə verə bilməyən futbolçulara, məşqçilərə ətəklə pul verməkdən imtina edilməsi və azad olunmuş vəsaitlərin akademiyada yetişdirilənlərin sağlamlığına atletik göstəricilərinə mükəmməl nəzarət edə bilən idman sahəsində təcrübəsi olan tibbi-texniki personalın cəlb edilməsi, seleksiyaçıların məsuliyyətinin artırılması, komandanın oyun və “vahid ailə” fəlsəfəsinin inkişaf etdirilməsi işinə yönəldilməsi, yüksək intizam, idman aqressivliyi, hər idmançının özünün səhvləri və çatışmazlıqları ilə barışmazlığı, qələbəyə inam ruhuna nail olunması həyati vacib məsələlərdir. Tez-tez səslənən fikirlərdən biri də klubun sahibi tərəfindən buraxılması tələbidir, kimsə iddia edir ki, Lənkəranda futbol komandasını maliyyələşdirə bilən varlılarımız az deyil, kimsə “Qarabağ” və “İnter”i müsal çəkərək əcnəbi sponsorların da Lənkəran futboluna əl uzadacağına əmin olduğuna inandırmaq istəyir. Allahdan arzumuz budur ki, zənginlərimizin sayı daim artsın, xalqın nümayəndələrinin rifah səviyyəsi nəticədə xalqın rifah səviyyəsidir. Bizim vəziyyətdə nəzərdən qaçırmamalıyıq ki, komandamız əcnəbi soydaşımız tərəfində maliyyələşdirilir, buna görə də ona minnətdarlıq düşür. Lənkəranda futbol komandasını maliyyələşdirə bilənin olması və maliyyələşdirmək istəyənin olması tamamilə fərqli hallardır. Bünün bunlarla yanaşı bir şəhərdə bir də artıq komandanın olmasına qadağa tanımıram. Lənkəranda daha bir komanda yaradan olarsa mən hər ikisinə eyni dərəcədə azarkeşlik edəcək kifayət qədər azarkeşin toplanacağına şübhə etmirəm. Bütün bunlərı yazmaqda məqsədim tayı-bərabəri olmayan Lənkəran futbolsevərlərini mümkün qədər fikribir və səbirli görmək istəyirəm. Əminəm ki, bizim futbolumuzun gələcəyi var.

 

9 Şərh

  1. eger kazim kazimli,elnur ceferov kimi futbolcularla xezer iddiali olacaqsa maisin dediyi kimi,onda kul azerbaycan futbolunun basina.

  2. menim sozum azerbaycan nikinedi. men ecnebileri misal ona gore getirdimki yani onlar isleye bilirler ve isleri goz qabagindadi. sadece baxin eger mellimin dediyle gotursek 10 ile komandaya 200 milyon pul xerclenib ve neticeye baxin 1defe azerbaycan cempionu. derinden fikirlesende idare etmede isler duzgun getmir. sadece ecnebiler isleyende o komandada yerliperestlik qohumlug az olur, iddiali deyirik komandaya bu 10 il erzinde komandanin yuxari vezifelerinde bir futbol adami yuoxdu. rasim kara boyuk mutexesis idi onu niye o zamanlar istefaya gonderdiler niye vitse prezident ona verilmedi agaselim mircaadov gozel transfer duyumlu mutexesis idi niye ona vezife verilmedi yani yunis huseynov bulardan cox bilir yoxsa buda tuygun mellimin yerlibazlig siyasetidi ehhhh neise deyilesi cox sey var demek olmur esebden yazmag olmur. gorursuzki mensimovlarin gunahi cox olub

  3. qardawlar yeqinki bele lazim bilib rehberlik bele edib.men yenede gedib komandani alqiwlayaram stadiondan qoy uwaqlar hevesle oynasinlar ne bilmek ola 5 ilden sora xezer hansi veziyyetde olar.rehberlik meslehet bilibse demeli bele lazimdir.0 dan gedib milyardlari qazanan oglana yol gostermek bize duwmez.

  4. Onsuzda son iller kimi getirseler veziyyet duzelmirdi, gec-tez bu komandanin esasin Lenkaranli oyuncular tutmaliydi, belkede bunun bele olmasi daha yaxsidi, her halda tecrubeli oyunculardan qalan olacag, el-ele verib oynarlar. bu ilki cempionat Xezercin bitmis sayilir, Insallah gelen ile yerli usaglar daha tecrubeli olub veziyyeti duzelderler. o – bu gelib havayi mas almagindansa ozumuzkuler oyansin.

  5. Tənqidçi says:

    Buyurun.İndi söz Sizindir.Deyirdik axi …Oğuz və Biçərkimilər kamandani dağitmağa gəliblər.İndi dağidib getdi.İndi ona nə deyirsiniz deyin: Çi faydə!
    http://az.12cioyuncu.info/ci-fayd%C9%99/#.VJqwG14gA

  6. elshan bagirov says:

    HUSEYN CEBRAYILOGLU AZERKESHLERE KLUBDAKI HADISELERIN GEDISHATI BAREDE ETRAFLI VE DEQIQ MELUMAT VERMEYINIZI XAHISH EDIRIK .

  7. Hörmətli İslam bəy və sayt istifadəşıləri.Mövzuyla əlaqəsi olmadığına görə İslam bəy Sizdən və şəxsən müəllifdən üzr istəyirəm. Son günlərin şərhlərini oxuyandan sonra çoxdan davam edən sukutumu pozmağa məcbur oldum. Son şərhim Oğuz Çətinin təyinat günü olsada hər gün dəfələrlə saytı izləmişəm.Oxumadığım heç bir şərh qalmayıb.Xəzərimizdə baş verənləri bütün Xəzərsevərlər kimi məndə ürək ağrısıyla qarşılayıram.Komandanın gələcəyi(əgər varsa) bir azərkeş kimi mənidə düşündürür.Özümü aldada aldada gələcəyə inamla baxıram.Əziz Xəzərsevər qardaşlardan bir xahişim var gəlin əsəblərimizi nəinki Lənkəran bütün cənub zonasına iqtisadi cəhətdən səmərəsi olan PALSÜD-ün üzərinə atmayaq.Məni düzgün başa düşün.Mən heç kimin vəkili deyiləm.Özüm Masallıdan olsamda Bakıda yaşayıram.Biz Bakıda Lənkaranda stadiondan futbola baxanda ana-bacılarımızın min bir əziyyətlə başa gətirdikləri südü həmən PALSÜDə satmaqla müəyyən problemlərini həll ediblər və bu gündə edirlər.Müəyyən sayda insanlarımız o zavodda çalışıb əmək haqqi alib aılələrini saxlayırlar.Onsuzda Mənsimovların pulu çoxdu(başqasının pulunu saymaq haram sayılır) Palsüdə Mənsimovların yox biz talışların daha çox ehtiyacı var.Gəlin hər şeyə eyni cəhətdən yaxınlaşmayaq.Başa düşülmək ümidiylə

  8. Admin bey cox xaiw edirem sualima cavab verin ! bu gun ki veziyeti gorende ureyim yanib aliwir cox pis oluram utaniram ! biz azerkewler bundan sora noyutculerin qabaqina hansi uzle cixariq?
    ***
    Salam. Düzü bu mənim üçün heç maraqlı da deyil. Başqalarını bilmirəm şəxsən mənim üçün vəziyyət tam ayrıdır. O dörd azarkeşimiz həbs olunandan və azad olmaları üçün yuxarı instansiyalar edilən müraciətlərin cavabsız qalmalarından sonra “Nefti”lərin nədir, heç kəsin qabağına belə çıxa bilmirəm. Mənim üçün klubun vəziyyətindən çox həbsdə olan azarkeşlərin taleyi daha maraqlıdır. Çünki azarkeşlər məndəndir,sizdəndir, bizdəndir, bizim bir parçamızdı. Klub isə, klub sahibinin pulu ilə idarə olunur. Pul azalanda belə olar, pul çoxalanda yenə də düzələr. Əsas insan amildir. Ömür gedir o azarkeşlərimiz isə həbsdə yatırlar, bu məni yaxır məni yandırır.

  9. ehhhhhhhhhhhhh ne deyesen bunlara bizee qulaq asirlarki

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− üç = 5