6 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
7 ay əvvəl
Qadağalar qaydası…
7 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
12 ay əvvəl
A B R A K A D A B R A

3346-green-curves-1920x1080-abstract-wallpaperÖzümə söz vermişdim, daha yazmayacaqdım.

Sözümü tuta bilmədim, özüm-özümü bir yolla bağışlaram, sən məni bağışla ey söz !

Bir az əvvəl “Həftəbecar” dükanında olarkən “ağ-yaşıl” rəngdə nisyə dəftərindəki rəqəmləri görüncə bərəlmiş gözlərimi ovuşduraraq məhəlləyə qayıtdım. Zarafatları ilə əhvalımı bəlkə düzəldər deyə Ələsgər kişini ziyarət etmək istədim. Hələ ötən il yaşı səksəni adlayan məhəlləmizin əməkdar falçısı Ümbilnisə nənə məni həyət darvazasında qarşıladı:- Kimin qapısı bağlanırsa gəlib mənim qapımı açır… Ay saçı ağarmış.. (başıma baxıb sözünü dəyişdi). Ay saqqalı ağarmış, nə olub nöş bikefsən? Futbola görə?

Səsə yetişən Ələsgər kişi: – Ay qonşu, xoş gəlmisən, əşşi kefini korlama düzələr.

Sevimli qonşumun evinə  daxil olanda məhəlləmizin yeganə Rus millətindən olan nümayəndəsi Dimanı da burada gördüm. Ümbilnisə nənənin sualı məni otağın tən ortasında haqladı: – Adə ay keçəl, uçastkovıyımız çoxdandır ki, görünmür, sən bilərsən o haradadı?

Paytaxtda yanacaq doldurma məntəqəsi açıb.

Ümbilnisə nənə: –Adə adam dilində danış ki, başa düşəy.

Yəni Zapravka açıb. Deyirlər yaman simiclik edir, hər maşına benzin vuranda bir iki litr oğurlayır.

Ümbilnisə nənə: – Hə zapravka açıb, başa düşdüm. Deyirsən simiclik edir? Yox bu simiclik deyil ay bala, hara düşəcəyini bildiyindən o dünyası üçün tədarük görüb yanacaq materialını indidən toplayır yəqin…

Ələsgər kişi:- Ay mənim xəyalpərəst qonşum. Sevimli klubun da belə. Yəni nəhayət anladın ki, ac qarına qalan hətta fəlsəfə sözündə də samitlərin ikisi öz xoşuna ikisi isə təkrarçılıqdan yoxa çıxdığından meydanda ancaq “əəə”lər qalır?

Dima:- Duz deyir, duzdu, denqi eto qlavnoye…

Əlsəgər kişi:- Qonşu, bütün insanlar biri birindən fərqlidi, soyuna görə, dini, milli fərqlərinə və nəhayət görüntüsünə görə… Ancaq hamını bir şey birləşdirir, o da nədi? Pula olan ehtiyac!

Dima:- Бальзак сказал: Деньги нужны даже для того, чтобы без них обходиться. (Balzak deyib ki, Hətta pulsuz keçinmək üçün də pul lazımdı)

Əlsəgər kişi:- Pulun qıtlığını kim hiss eləmir ki, əlbəttə hamı. Biri bax elə sənin sevimli klubun “Xəzər Lənkəran”. Niyə bu günə qalıb, niyə fəaliyyətini dayandırıb? Pulsuzluqdan! Sponsor pulu niyə vermir? İki səbəb ola bilər; ya həqiqətən pulu yoxdu, ya da əvvəllər pul verəndə yeyinti olurmuş. Deməli indi pulun verilməməsinə səbəb olan hər iki variant pulla bağlıdı. 

 Yaşına görə görmə qabiliyyətini 50/50-yə itirmiş, məhəlləmizin uzaqgörən falçısı Ümbilnisə nənə də söhbətə qoşuldu:- O de, qonşu Anaoğlugilin ailəsi. Lotoreyada pul udana qədər anadan gəlmə sürünürdülər, indi isə uçurlar… 

Dima dodaqaltı deyib gülür:- “рожденный ползать летать не может”, xi, xa xa…

Ümbilnisə nənə:- Adə sarışın sən sus, o dediyin şeirdə belədi, həyatda isə bam başqadı. Həyatda pul xəstəni sağaldıb ayağa qaldırır, adamın əhvalını düzəldir, əlavə ruh verir, pulun olanda dünyaya başqa cür baxırsan bilədi bilə döyül? Pulun olanda beynin yaxşı işləyir, xırda bir şey də nəzərindən qaçmır, hissiyatın tam gücü ilə çalışır, ətrafdakıların hərəkətləri diqqətindən yayınmır bilədi bilə döyül? Pulun varsa daha fikrə gedib xəyallara dalmırsan çünki buna vaxtın da olmur, düşüncən tez tez yenilənir və itilənir, hazırcavab olursan, hərəkətcil, qıvraq və cəld olursan, təzə paltar geyəndə necədisə elədi də, pul olanda adamın duruşu da başqalaşır, şux gəzirsən, damarda qan da qaynayır. İnsanın səxavətli və ya xəsis olmasını da pul müəyyənləşdirir, ay balam de də bilədi bilə döyül…

Ələsgər kişi: –Qoy ardını da mən deyim. “Səhərdən axşama qədər işləyən adamın heç vaxt pul qazanmağa vaxtı çatmaz” bu bir, “əsas işləmək deyil, əsas qazanmaqdı” bu iki, “puldan vacib şeylər də var, ancaq pulsuz onları əldə bilməzsən” bu üç, “pul heç vaxt çox olmur” bu dörd…

Sevimli qonşum Ələsgər kişi və anası Ümbilnisə nənə pula min tərif verməkdə idilər. Onlara qulaq assam da özlüyümdə yalnız “Xəzər Lənkəran” haqqında düşünüb tez-tez köks ötürürdüm. “Görəsən nə yollasa azarkeş sevgisi pula çevrilsəydi “Xəzər Lənkəran”ı bu pullarla xilas edə bilərdikmi ?” sualı ətrafında düşündüm. Kim bunun cavabını bilər, kimdən soruşum təsəlli üçün?  “Xəzər Lənkəran”danmı, nə deyə bilər ki “Xəzər Lənkəran”… Eh, vaxtı ilə pula pul deməyən “Xəzər Lənkəran”ın indi heç deməyə söz də tapmır…

Ələsgər kişi və anası Ümbilnisə nənənin nədən danışdığı daha vecimə deyildi. Mən “Xəzər Lənkəran”a həsr olunmuş marşı sakitcə züm-zümə edirdim və bu zaman dolmuş gözlərimdən axan damcılar yanaqlarımla aşağı süzülürdü, “Fantomas maskası”nın arxasında olsa belə göz yaşlarım həqiqi idi…

FANTOMAS

________

 (Təkrar)

6 Şərh

  1. Salam qardaşlar. İnşaAllah hərşeyin yaxşı olacağına mən də inanıram… AMİN !!!

  2. Axsaminiz xeyir Necesiz sehetiniz necedi?vallah bu gun vaxt edib girdim bu sayta ve nedense kohne gunlerimiz yadima dusdu ele bildim yene xezer lenkaran yasayir amma birden xeyallardan oyandim ve gordum yene kohne hamam kohne tas sadece meni xeyallar aparan yeni tarix oldu neyse admin bey ozunuze yaxsi baxin
    ***
    Salam. Şərhinizi oxuyan kimi mən də kövrəldim.

  3. Salam əziz “Xl” azarkeşləri!
    Sizə yaxın vaxtlarda sevimli komandamızın premyer liqaya yenidın çıxışı (vəsiqə qazanmaği) ilə bağlı xoş xəbərlər verə bilməyəcəyimizə təəssüflənsəkdə də lakin heç vaxt elə sizin kimi umidsiz də ola bilmirik.Umid edirik ki,tezliklə bulanıq sular dürülacaq və kamandamız şəffaf bir Azərbaycan premyer liqasında fəaliyyətini yenidən bərpa edəcəkdir.Lakin nə qədər qəribə görünsədə hələ də elə bir şəraitin yaranmasına inana bilmirik.Ona görə də klubun fəxri prezidentini hər hansı bir məsələdə gunahkar bilmək ehtimalimiz da kökündən yanlış sayıla biləcəyini duşunub ehtiyyat edir və susuruq. Sadəcə səbr edirik.Ona görə ki,biz “XL”-lılara hər zaman belə vəziyyətlərdə uzaqgörənlik və səbr kömək edir.
    Son “Qarabağ”-“Neftçi” oynunda baş verən Katalin Tira adlı oyunçunun öz doğma azarkeşini meydanda əzişdirməsi ilə bağlı insident hələ də qaranlıq məqamlardan xəbər verdiyindən ,-görünür ki,biz cənublularin ,həm də region təmsilçilərindən olan”Simurq”un taleyinə aydınlıq tezliklə gəlməyəcəkdir və üzlərinə doğacaq olan günəş tezliklə ətrafa şəfəq saçmayacaqdır.Amma nə olursa olsun,təki Azərbaycanımız və onunla bağlı olan idmanımız yaşasın.,-deyir və deyəcəyik də.Biz həmişə bu mövqedən çıxış etmişik və buna da hər zaman çalişmişiq.Lakin bizə qarşı futbolda edilən saysiz-hesabsiz haqsizliqlara rəğmən biz yenə də komandamizin fəaliyyətinin yenidən bərpa olunmasını arzu edirik. İnşAllah bizim regionumuzun komandasini tezliklə meydanlarda ğörmək umidi ilə urəyimizdəki arzularımlzı Affa və Pfl-ə çatdıra bilməsək də ,bir gün Cənabi Haqqa çatdıra biləcəyimizdən əminik.Allahdan qorxub bizi futbolsuz qoymayın,Cənablar!.

  4. Salam qardaslar Admin bey sizi bele qururlu metin gorende bu mene teskinlik verir inanin bezen ele bir situasiya yaranir ki adam fikirlesdikce heyatdan bezir insanlardan uzaq olmaq isteyir neqeder ikiuzluluk yalan yaltaq serefini leyaqetini pula satan olar bezen ele bil sanki insanliq tukenib amma sizin kimi gozu tox eqidesi vicdani yerinde olan insanlari gorende mende umid yaranir ve ozume teselli verirem bele baxanda biz hec birbirimizin ne sesini esitmemisik nede uzunu gormemisik amma bu sayt vasitesiile qiyabide olsa sizi taniyiram daha neleri demek istediyimi her halda basa dusdunuz Atalar demisken arife bir isare yeter helelik saqolun ALLAH amaninda …
    ***
    Salam. Təşəkkür edirəm xoş sözlərə görə. Biz gərək həmişə ümidli olaq, hər şeyin yaxşı olacağına olan ümidimizi itirməyək.

  5. xezer lenkerandan teze nese xeber varmi
    ***
    Salam. Hələlik tam sakitlikdir.

  6. Salam admin qardas ve sayitin daimi izleyicileri inanin her gun notbuku acib sayitimizi baqli gorende ureyim aqriyirdi and olsun ALLAHA bu gun bu serhleri gorende bir ALLAH bilir ki ne qeder sevinmisem admin qardas sayiti ayaqda saxlayin sizden artiq derecede xahis edirem eger maddi komeklik lazimdirsa qaydasini deyin men haziram men eminem ki bu tek menim yox sayitimizin daimi uzvlerinin isteyidir guc birlikdedir bir gun guclu ve saqlam XEZERLENKERAN qayidacaq buna eminem eziz qardaslar serhlerinizi yazin sayiti passiv saxlamayin helelik
    ***
    Salam. Mesajınızı oxumaq xoş oldu. Ümid edirəm ki, yaxın gələcəkdə saytın fəal olması üçün nəsə edə bilərik. Amma bunun üçün heç bir maddi dəstəyə ehtiyac yoxur.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


dörd − 4 =