7 ay əvvəl
Bu sondur yoxsa?
7 ay əvvəl
Heyf…
8 ay əvvəl
Qadağalar qaydası…
8 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

Farhad Nasirov  12cioyuncu.info azarkeş saytında mütəmadi olaraq azarkeş yazılarına yer ayrılır.

Bu dəfə saytımızın fəal istifadəçiləridən olan Fərhad Nəsirovun növbəti yazısını təqdim edirik. Qeyd edək ki, əslən Lənkəranlı olan və uzun illərdir Rusiyanın Stavropol şəhərində yaşayan Fərhad bəyin azarkeş saytına göndərdiyi şərhlər (yazılar) adətən tənqidi məzmunu ilə diqqət çəkir.

************

Son 3 ildə rəhbərlik bilərəkdən, bəlkə də qeyri-ixtiyarı sadiq “XL” azarkeşini komandadan uzaqlaşdırmaq üçün nələrə əl atmayıb. Mütəmadi baş məşqçi dəyişiklikləri, kifayət qədər təcrübəli, bahalı futbolçular transfer edib, fəqət onlardan lazımınca istifadə etməməyi, Azərbaycan futbol məkanında yalnız adı olub, lakin bir qəpiyə dəyməyən, AFFA-nın səriştəsiz, qeyri-peşəkar məmurlarının tətbiq etdiyi limitdən istifadə edərək özlərini dəyərindən daha çox qiymətləndirən, əvəzində isə komandaya heç-bir faydası olmayan, və nəhayət ambisiyaları başdan aşan yerli oyunçuları (məhz futbolçu yox, oyunçu) komandaya gətirərək, eləcə də yola salan rəhbərlik, vaxtilə anşlaq yaradan azarkeşi, təkcə cənub bölgəsində deyil, ümumiyyətlə respublika futbol məkanında ən gözəl stadionlardan biri olan Lənkəran stadionundan didərgin saldı. Qeyri-peşəkarlığın kulminasiyası isə, mövsümün ortasında əsas oyunçuları komandadan uzaqlaşdıraraq, adını da “gəncləşdirmə siyasəti” qoyub, əvəzetmələrdən ibarət yeni komanda yaratmaq oldu. Bilmirəm, bəlkə məndən daha stajlı azarkeşlər bilirlər, səxsən mən futbol tarixində belə radikal dəyişikliklər edən başqa bir klub tanımıram. Ümumiyyətlə gəncləşdirmə siyasəti təkcə idmanda deyil, həyatın bütün sahələrində gözəl səslənir, amma bu müəyyən çərçivədə baş verə bilər, yoxsa ki, “gəncləşdirmə xatirinə gəncləşdirmə” çox absurd bir ideyadır. Gəncləşdirmənin hansı yollarla aparılması haqqında, son zamanlar bizim saytda yalnız tənbəl azarkeş yazmayıb, odur ki, bu mözuya qayıtmağa, məncə, heç ehtiyac da yoxdur. Komandanın düşdüyü vəziyyəti nəzərə alaraq, rəhbərliyin sadiq azarkeş qarşısında səmimi olması, məncə daha məqsədəuyğun olardı, yoxsa, faktiki olaraq komandanı ləğv edib, gənclərdən ibarət yeni komanda quran, həmişə yüksək yerlər uğrunda mübarizə aparan klubun rəsmisi deyəndə ki, klubda maliyyə problemi yoxdur, bu ən azı azarkeşə hörmətsizlikdir. Sonda Manuel Skarlatakenin komandaya qayıtması məsələsinə toxunmaq istərdim. Son zamanlar komandada baş verən neqativ halların azarkeşdə yaratdığı ruh düşgünlüyü o, qədər qabarıq şəkildə özünü büruzə verirdi ki, elə bil Skarlatakenin qayıdışı sanki şüurlarda radikal dəyişikliklər yaratdı və hətta belə təəssürat yaranır ki, azarkeş bu gedişə görə rəhbərliyə bütün günahları bağışlamağa hazırdır. Halbuki bu rəhbərliyin xidməti deyil, sadəcə futbolçunun digər yerli futbolçulardan fərqli olaraq, komandaya, azarkeşə, bəlkə də Lənkərana sadiqliyidir.

Fərhad Nəsirov

Stavropol (Rusiya)  – Lənkəran

16 Şərh

  1. Salam Admin bey!Yuxarida qeyd edilan super azerkewin fikirlarini 80% azerkew yazib,siz ezunuz da wahidsiniz.Gunda bir azarkewin bawina bir mister fiksin papaqini qoyub werhini xususi qeyd elamayin menasi nedir?Belka bu da genclewdirma siyaseti kimi azerkewleri reklam siyasetidir?
    ***
    Salam. Söhbət ondadır ki, bu sayt istifadəçisinin yazısı çoxlu sayda digər sayt istifadəçilərinin fikrinin cəmidir. Həm də müəllif özü xahiş etmişdi ki, onun şərhi yazı şəklində saytda getsin. Əlbəttə heç də hər bir şərh saytda yazı formasında verilmir, bunun üçün şərhin yazı tərzi, qramatik qaydada düzgün yazılması və məntiqlə süjet xətti vacibdir. Onun indiyə qədər artıq bir şərhi yazı formasında saytda verilmişdi.
    Qaldı reklama, qeyd edim ki, bu müəllifi şəxsən tanımırıq. Tanışlığımız sırf interetdəndir. Fotonu isə onun Facebook profilində axtarıb taparaq mən özüm seçmişəm. Ola bilərdi ki, bu şəkilin yerində uzun şortikdə çəkilmiş foto olsun. Burada hansı reklamdan söhbət belə gedə bilər, başa düşmürəm.

  2. ZƏFƏR bəy, deyəsən ürəklərimiz də fikir və düşüncələrimiz kimi eynidir.

  3. Şerlok Holmslar …

  4. ZƏFƏR bəy, bir daha Sizi salamlayıram. Son şərhinizi diqqətlə oxudum və yazdığınız fikirlərə həmrəyəm. Çünki bu qeyd etdiklərinizin yaxşısı da pisi də faktdir. İndi bu faktlar sevimli komandamız üçün keçmişdə qalsa da zaman-zaman buraxılan bu səhv stpategiyanın sayəsində bugünkü vəziyyət yaranıb. AFFA-nın, PFL-in klubumuza qarşı apardığı siyasət hamımıza məlumdur və bunu klubun apardığı siyasətə qatmaq məncə düzgün olmazdı. Axı nə hər altı aydan bir baş məşqçi dəyişmək, nədə komandaya yeni-yeni oturuşmağa başlayan onlarla legioner futbolçunu yola salıb yerinə yenilərini alıb gətirmək görmək istədiyimiz peşəkarlıqla bir araya sığmır. Müasir futbolda irəliyə getmək üçün çoxlu maliyyə vəsaiti olmalıdır amma çoxlu pul da həmişə hər şeyi həll etmir. Bir xırda misal çəkmək istəyirəm. Təqribən iki il əvvəl jurnalist “İnter”in prezidentindən klubun büdcəsi haqda soruşanda və “İnter”lə “Xəzər Lənkəran”ın büdcəsini müqayisə edəndə, “İnter”in prezidenti bir kəlmə ilə dedi ki, 20 milyonu biz ancaq yuxuda görə bilərik. Deməli bizim klubdan az büdcə ilə “İnter” görün neçə illərdir ki, stabil komanda qurub və həmişə də uğurlu çıxışlarıyla yüksək yerdədir. Deməli klubda peşəkarlıq səviyyəsi və apardığı ümumi strategiyası üst-üstə düşür. Böyük pulların müqabilində “Xəzər”in nə peşəkarlığı nədə klubun apardiği strategiyası “İnter”lə muqayisə olunmaz haldadır. Ümumiyyətlə belə müqayisələr aparanda ən azindan “Qarabağ”dan, “İnter”dən, “Neftçi”dən geri qalırıq. Hər çempionat ilində qabaqcadan strategiyamızı açıqlayıb deyirik ki, çempionluğa oynayırıq, kuboku qazanacağıq, Avroliqaya vəsiqə alacağıq, amma sonda heç birin baş vermir. Bu klubun strategiyasının düzgün qurulmamasından irəli gələn amildir. Sonda mən də ümid edirəm ki, gəncləşdirmə yolunu tutan komandamızın bu yeni strategiyası xeyrimizə nəticələnsin.

    • Zəfər Lerikli says:

      Duzdur Qabil bəy.Klubun fəaliyyətini və umumən məşqçi dəyişiliklərini məndə peşəkarliqdan uzaq sayiram.Lakin klub nəticə uçun bu vəsaiti sərf edib.Bizdə həmin vaxt öz tənqidi fikirlərimizi bildirirdik.Lakin indi mənə görə tamam başqa bir mənzərə açilir.
      “XL”-ni “İnter”-lə muqayisə etməzdim.Axi “XL”-a qarşi xususi aqresivlik var.Peşəkarlari yiğasi olsaq “XL”-a, yenə imkan verməzlər.Babək Quliyev kimin xahişi iləmi Lənkərandan qovuldu…Rednik bəs necə..?.Bunlari yaxşi bilirsiniz axi..Bəzən belədə olur.
      Azərbaycan futbolunda “XL” yeni bir dəyişiliklərə imza atmaqdadir….

  5. Çax-çax baş ağradır dəyirman öz işindədir.

  6. Zəfər Lerikli says:

    Qabil bəy. Sizin mənə və mənim Sizə nə yazmağindan heç birimizin xəbəri olmadan saytda anlayişli bir şəkildə fikir mubadiləsi aparmişiq.Duzu heyrətləndim.

    Qabil bəy.Əslində biz azarkeşlərə qaranliq heç nə qalmamalidir.Tez bir zaman kəsiyində aparilan “gəncləşdirmə” elə bir siyasətdir ki ,klub tərəfindən aparilir.Maksimum sayda “XL”-a bağli olan istedadlar axtarilir.Çətində pula görə kamandani satmayan , pula görə mənliyini itirməyən və bu camiyyəyə uz çevirməyən oyunçular ələkdən keçirilir.Onlar mutləqa cənubda vardir.Onlari uzə çixardandan sonra klub növbəti addimini atacaqdir.Buna inanin.
    Klub indi çətin durumdadir.Vaxtinda biz azarkeşlər “xain oyunçu”larin qovulmasini tələb edirdik amma klub səbr numayiş edirdi.Biz PFL-dən HK-dən narazi qalirdiq amma klub bizi eşitməməzliyə vururdu.Lakin zaman hər şeyi subut etdi.Artiq klub anlayib ki, azarkeşlər haqli deyib və car çəkirmişlər.

    Klub prezidentinin Naxçivanda Ramin və onun dəstəsi deməsi ilk addim oldu.HK-sinin “top əli tapdi”-növbəti rusvayçiliq idi.Satqin oyunçularin formada olduğu halda oynamaq istəməməsi isə lap dözulməz idi.Oğuz Çətinin bəlkədə ən yaxşi işi onlari klub rəhbərlərinə tanitdirmasi olub.
    Bu kimi hadisələrdən sonra klub məcburən bu addimi atdi.Axi bu pulagəlib və qarşiliğini verməyənlər heç vaxt bu camiyyəni duşunməzdilər.
    Klubun maddi vəziyyəti sifira ensə belə heç vaxt Raminkimilərin qabağinda əyilməzlər.”XL”-nin zəifləməsi onlarin siyasətinin uğuru sayila bilər.Amma onlar bunu heç vaxt görə bilməzlər.
    Yerli gənclər od-alovun içinə atilmirlar,indi onlar seçilirlər.Bundan qabaqki gənclər isə klubun yanliş qərarlarinin qurbani olublar.Ona görədə klubun keçmişini uduruq və gələcək addimlarini izləyirik.Əgər yenə səhf etsələr,onda olanlari təsəvvur etmək belə istəmirəm.

  7. Zəfər Lerikli says:

    Muəllim salam.Deyəsən mən Qabil bəyin şərhindən ,Qabil bəydə mənim şərhimdən xəbərsiz olaraq ikimizdə bir-birimizlə fikir mubadiləsi etmişik.Amma yaxşi alinib.

  8. Salam Ferhad beyin yazdiglari tamamile dogru ve esasli iradlardir ki, XL klubu serisdesiz rehberliklerin verdiyi gerarlarin gurbanina cevrilerek ,Rednikden sonra helede ozune gele bilmir. Klub rehberliyi sanki casginlig icinde bogularag ne etdiyini bilmir. Kutlevi sayda azerkeslerimizin yazdiglarii reylerindeki tekifler ise onlari maraglandirmir.Sanki hansisa guvve XL nin daxilinde bu komandani mehfe dogru apararag yox seviyyesine catdirmag isteyir. Butun bu prosesler Mayis beyin gozunun garsisinda bas versede Mayis bey bunlara hec bir reaksiya vermiyerek bu proseslerin gedisatina sanki bascilig edir.Eger bu komanda azerkesler ucun yaradilibsa onlarin istediyi telebilerine uygun seviyede komanda olmalidir.Futbol azerkesler ucun oynalinir ve azerkes oz komandasinin oyunundan zovg almalidir. Eger butun bunlar yoxdursa azerkesleri intizarda goyan komanda goresen kime lazimdir?

    • Zəfər Lerikli says:

      Telman bəy salam.Mais muəllim öz sözunu Naxçivanda deyib və həmin videonu o vaxt mən sayta vermişdim.Yəqin izləməmisiniz

  9. Zəfər Lerikli says:

    Hörmətli Qabil bəy salam.İcazənizlə ,Sizin şərhinizdən sonra məndə öz fikrimi bildirim.Onuda qeyd edim ki ,Sizin fikirlərinizi həmişə sevə-sevə oxuyuram.
    “Xəzər lənkəran”-nin Azərbaycan futboluna verdiyi töhfələri heç cur danmaq olmaz.Bunu təkcə biz yox, futbol aləmində olan azarkeşlərdən,jurnalistlərdən tutmuş ta yuxari futbol qurumlari tərəfindən hami deyir və bu həqiqətlə razilaşmağa bir növ məcbur olurlar.Yarandiği gundən kimlərsə tərəfindən istənilməyib “Xəzər Lənkəran”.Həmişə mubarizlik göstərərək , təzyiqlərlə haqsizliqlarla sinə gərərək gunun bu gunundə də öz töhfələrini Azərbaycan futboluna verməklə irəliyə adimlayir “Xəzər Lənkəran”.Bəlkədə məni qinayarsiniz amma səbrlə fikrimlə taniş olandan sonra bəlkədə mənimlə razilaşarsiniz.

    Məsələnin köku əyalət klubunun saxta tarixə malik olan “Neftci”-yə və bu neftin sayəsində oliqarxliq əldə edənlərə sözun hər mənasinda futbol dərsi keçməyindədir.Baxin,kamandamiz azca uğura yaxin olan kimi hər tərəfdən “vurulmağa” start verilir.Hakim qərəzçiliyi bir yana ,televiziyada oynu şərh edən şərhçidə öz hisslərini gizlədə bilmir.

    (https://www.youtube.com/watch?v=YMp86Am6u1g

    1.Klub yuksək səviyyədə ilk gunlərində transferlər etməyə başladi.Bu addim “Xəzər Lənkəran”nin Azərbaycan futbolunda hegemonluğunu təmin edirdi.Bununla həmin saxta tarixə xidmət edən neft səltənətinin futbol qurumlari heç cur razilaşa bilməzdilər və tezliklə eynən həmin legioner transferinə başladilar.Bu transferlər onlarin “ciblərindən itirilən pul” demək idi.Axi onlari futbol heç vaxt maraqlandirmayib.O pullar onlarin ciblərindən məcburən çixarilmişdi “Xəzər Lənkəran” tərəfindən.

    2.”Xəzər Lənkəran” dinc dayanmirdi, əcnəbi məşqçi ilə yoluna davam etməyə başlamişdi.Rednik isə bu prosesin ali nöqtəsi idi.Artiq Redniknən və onun gətirdiyi oyunçularla ayaqlaşmaq demək olar ki, mumkunsuz idi.Hər cur yolla “Xəzər lənkəran”i “vurmaq” tələb olunurdu.Bu vaxt ən çirkin “oyunlar” oynanilmağa başladildi.Kamandamizda “casus oyunçular” peyda oldular.Onlarin qəlbini bilmədən bizlər onlari sevdik, dəstəklədik ,bağrimiza basdiq.Lakin ali-Cənab Zaman hər şeyi öz çilpaqliği ilə subut etdi.Rednik dönəminə son qoyuldu və “Xəzər Lənkəran” suquta uğradi.Ardicil olaraq gətirilən “calaq otlari” yuksək səviyyəli məşqçilərin rusvayçiliği ilə sona çatdi.

    3.Klub bu uç ildə muqayisə olunmaz dərəcədə vəsaitindən keçdi ki ,bəlkə “calaqlar” qeyrətə gəlib və verilən pullarin qarşiliğini verələr,amma alinmadi.İndi isə klub yerli öz yetirmələrinə ,Lənkərana ,bu camiyyədən çixan və bu camiyyəyə cani yanan gənclərin axtarişina çixib.Əlbəttə, bu son yoldur.Əgər gənclərimiz özlərini doğrulda bilsələr heç olmasa “casuslar”dan canimiz birdəfəlik qutaracaqdir.
    *********
    Gələcəy həmin gun.Əsl “Xəzər Lənkəran” gunu .Əsl cənublularin sevinc gunu.Futbolumuzda qələbə gunu.

    P.S. Ən asan yol bu rəqabətdə klubu bağlamaq idi.Lakin klub muflisləşsədə bunu etməyəcək.Heç vaxtda kasibliğini dilə gətirməyək.Ona görə ki ,kimlərsə sevinməsin.

    • Normal teleaparici oz hisslerini bogarag azerkeslere hansi komandaya destek vermesini bildirmemelidir. Burda ise aparici lap balaca dordayaglinin cixartdigi ecaib seslerin cixartmagla Sumgayit komandasinin gelebe calmasini isteyir . Ayri seckilikden basga sanki XL na garsi bunlarda bir nifret var.

  10. ZƏFƏR bəy Salam. Sizin fikirlərə həmişə hörmətlə yanaşmışam və həmin fikirlərdən özümə lazım olan faydanı götürürəm. Mənim fikrimcə bu gəncləşdirmə siyasətiylə bağlı biz saytda daha geniş müzakirələr aparmalıyıq. Çünki klubda təcili sürətdə aparılan bu “gəncləşdirmə” siyasətinin bəzi qaranlıq məqamları bizim üçün elə qaranlıq olaraq qalmaqdadır. Birincisi, təcili sürətdə, kor-koranə aparılan gəncləşdirmənin yaxın gələcəyə hesablanması perspektivliyi sual doğurur. Bu fikrə baş məşqçinin geniş müsahibəsin oxuyandan sonra gəlmişəm. İkincisi, ən azı iki il əvvəl klub bu gəncləşdirmə siyasətini mərhələli, düzgün aparsaydı, bugün biz səviyyəli oyunlarına tamaşa edib Kamranımıza, Elvinimizə, Elnurumuza gənc futbolçu deməyəcəkdik. Mən bu gənclərimizin düzgün aparılmayan siyasətin qurbanı olmasından qorxuram. Ona görə ki, bu gənclərimizdən əvvəlkilərin hansı səbəbdən və indi harada olduğu heç kimi maraqlandırmır…

  11. Hər vaxtınız xeyir müəllim! İlk öncə Fərhad bəyi salamlayır və yazdığı yazısındakı bütün fikirləri fakt olaraq qəbul edirəm. Yazıda qeyd olunan müddəalar “Xəzər Lənkəran”ın bugünkü durumunun göstəricisidir. İllər öncə klubda aparılan eksperimentə bənzər siyasətin aqibəti sonda belə də olmalıydı və oldu. 1970-ci ilin dünya çempionatından başlayaraq futbolu kor-koranə yox, şüurlu surətdə isləyirəm və hələ belə bir kluba rast gəlməmişəm ki, ildə iki baş mışqçisini, onlarla aparıcı futbolçusunu klubdan göndərsin. İldən-ilə klubda bu hal adi hala çevrildiyindən indi də “gəncləşdirmə” adı altında yaxın gələcəyi perspektiv vəd edən yetirmələrini birdən-birə odun-alovun içərisinə atmaq strategiya sayılırmı? Heç olmasa bu strategiyanı dünya futbol klublarında sınaqdan keçirilmiş variantlardan istifadə etməklə həyata keçirəydilər. Zaman-zaman klubda aparılan naşı, səhv strategiyanın acı nəticəsi olaraq əlbəttə ki, indi azarkeşlər Skarlatakenin qayıdışını az qala toy-bayramla həzm edirlər. Klub ətrafında cərəyan edən hadisələr haqda bütün deyilənlər, yazılanlar hələ aysberqin görünən tərəfidir. Görünməyən tərəfində isə nələrin olduğu bizlər üçün sirr olsa da, bir Allahın yanında sirr deyil.

  12. Zəfər Lerikli says:

    Fərhad bəyin fikirlərinə hörmətlə yanaşiram.Lakin butun bu sadalananlari klubun adina yazmaqda real görunmur.Heç bir klub öz sərmayəsini bilərəkdən və ya bilməyərəkdən havaya sovurmaz.Sovrulunan vəsait və heç fayda verməyən bu iri pullar həmişə klubu maraqlandirib.Belə ki ,fəxri prezidentin” öz pulumla uduzuram” -fikri çox mətləblərdən xəbər verir.Deyə bilərsiniz ki,yerli transferlərdən indiyə kimi hansi futbolçu (Z.Ramazanovdan başqa)kamandaya xeyir verməklə azarkeşlərin yadinda qalib?.Bəlkədə yerlilərdən iki nəfər futbolçuda istisna təşkil edə bilər.Onda onlarin oyunçu kimi oynadiği illərinə baxmaq yetərlidir.
    Bu uğursuzluğun kökunu araşdirmaq lazimdir.Heç bir məşqçi və futbolçu dəyişilikləri uğurun açari deyil.Bunu klub çox gözəl anlayir və ona görə də “gəncləşdirmə suyasəti” altinda duzgun strategiya yeridir.Artiq bizə “calaq oyunçular” lazim deyil,əzizlərim.Klubun strategiyasi bu kamandaya yerli cani yanan oyunçular əldə etmək siyasəti qalir.Satqin və pul uçun “calaq olunmuşlar” yox.Bu calaqlar heç vaxt kamandaya xeyir verməyiblər və heç zamanda başqa klublarda özlərinə yer edə bilməyiblər.Onlari yaxşi taniyirsiniz.Adlarini qeyd etmirəm.Ona görədə klubun siyasəti indi yerli gəncləri uzə çixartmaqdirsa,sabah bu gənclərlə guclu legionerlərin vəhdəti və tam qələbəyə meyilli komanda formalaşdirmaqdir.Məncə fikrim bəs edəcək qədər deyildi.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 + doqquz =