11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azadliq   … belə alındı ki, Azərbaycanda futbol azarkeşlərinin ilk həbsi məhz ən böyük azarkeş ordusunun payına düşdü.

Sıralarımızda unutqanlıların sayının az olmadığını nəzərə alaraq xatırladıram ki, “Xəzər Lənkəran” azarkeşlərindən Rəfail Əkbərov, Aqşin Əkbərov, Elçin Abdullayev və Elman Tağıyev Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə azadlıqdan məhrum olunublar. Əslində bu gözlənilən idi. Çünki süni mərkəzləşməyə məruz qalıb paytaxtda toplanan ölkə futbolunun əyriliklərini göstərərək buna mətbuatdan da artıq, sərt və kəskin tənqidi reaksiya verən, həm də futbol qurumlarına qarşı illərlə KİV vasitəsi ilə sözünü deyən, stadionlarda isə plakatlar açaraq və şüarlar səsləndirərək etiraz edən azarkeşlərin arasından kimlərsə cəzalanmalı idi. Bu futbol ictimaiyyətinin bizə qarşı biruzə verilməyən nifrət dolu tələbatı idi ki,  kifayət qədər ödənildi. Qeyd etmək lazımdır ki, son illər ərzində ölkənin futbol ictimaiyyətini buna hazırlayan qüvvələr tərəfindən “Xəzər Lənkəran” azarkeşlərinə qarşı ilk baxışdan diqqət çəkməyən lakin arxasında böyük mənalar dayanmış atmacalar, replikalar öz işini görürdü. İmkan olanda vəhşi kimi təqdim olunan azarkeş ordusu cəzalanmalı idi. Şans ələ düşdükdə isə…

Əlbəttə ki, indi necədirsə ötən 10-ildə də kimi dindirsəydin “Xəzər Lənkəran” azarkeşlərini tərif edəcəkdi. Amma azarkeşlərimizə qarşı daim  qısqanclığın olmasını kimsə dana bilməz. Həmin o qısqanclıq zaman zaman bəzi media nümayəndələrinin qələmindən süzülürərək aşkarlanırdısa da, digər klubların muzdlu fanatlarının haqqımızda dediklərində və futbol qurumları rəhbərlərinin çıxışlarında daha tez tez və daha çox aydın sezilirdi.

Son illərdə “Xəzər Lənkəran”ın uğursuzluqları sıralaması azrkeşləri tamamilə futboldan uzaqlaşdırdı. Məgər  təkcə uğursuzluqlar idimi stadionun boş qalmasına səbəb? Əlbəttə digər səbəbi də var idi və bunu hamı qəbul etməlidir. Belə ki, azarkeşlərin “Fırtınalar meydanı”na gedən yolları unutmasına komandanın zəif çıxışı nə qədər təsir etmişdisə dörd azarkeşin həbs edilərək  haqsız yerə zindana atılması da eyni qədər öz sözünü demişdi. İndi futbola bağlılığı olanlar hamı bir ağızdan “Fırtınalar meydanı”nın boş qalmış tribunlarına ürək ağrızı ilə baxdığını deyir. İNANMAYIN! Çünki bu işə bizim özümüz qədər kimsənin ürəyi yanmaz!

ARDI VAR

“Daz matros”

7 Şərh

  1. Avazali says:

    salamlar.vallah bu movzuy yada dushanda adam vahimaya galir.bizim ushaglarin gunahi na?balka DOVLAT cevrilishini ediblar.onlara cinayat acanlara,ish kasanlara olum olsun.guloglan kimi CANI,mahir kimi POZGUN,elvin kimi TARBIYASIZI nainki cazalandirmag,respublikadan govmag lazimdir.hamiya sualim var ,bizim GUNAHSIZ ushaglarimizi niya buraxmirlar?man bir neca dafa yazmisham,onlar BIZIM manliyimiza ,gururumuza,hessiyatimiza toxunublar.galin avvalca calishag balalarimizi azadliga cixarag,sonra komandamiza mashgci secak.man hatta bela futbolu,bela komandani boykot etmaya cagiriram. neylayiram o gizil teshti,icina gan gusaramsa.

  2. Halal olsun Qarabag rehberliyine ilk transferini resmlesdirdi.Bizimkiler bir bas me$qci meselesin hell ede bilmirler

  3. Avazali says:

    talish gardashimin dediklarina goshluram va onu alava ediram ki, rahbarliyimiz elina,obasina,azarkeshlara bagli insanlardir.hela buna asasan elimizin icindan cixan NAZIMA shans versinlar.

  4. TALIŞ qardaş, çox sağ ol!!!

  5. Rovshan Asadov says:

    10-cu il marwi super alinib, tebrikler!

  6. Qardashin yazdiqlari danilmaz faktlardir. Tam yazdiqlarinizla sherikem.Yuxarida oturanlara lazim idi ki Cenub bolgesinde futbol sonsun onada nail oldular.Xezer Lenkaran -Neftci derbisi ne demakdir??? Yani Talish -Turk derbisi,onlara lazim idi ki bu mesele qabarmasin.Her sheyi adi ila cekmak lazimdir.

  7. SALAM!!!!! Admin mövzuya uyğun olmasada bəlkə də son bir neçə gun qalıb ki, XL-an mövzusunda bura şərh yazıram. Rəhbərliyə bir sözümü sizin saytın vasitəsi ilə onlara çatdırmaq istəyirəm. -ƏGƏR SİZ RƏHBƏRLƏR MÜBARİZ BƏYİN BAŞÇILIĞI İLƏ oğuz çətin deyilən Satqın,xəyanətkar və heç nəyə yaramayan birini XL-ana baş məşqçi təyin etsəniz ONDA BELƏ ÇIXIR Kİ, SİZ ÖZÜNÜZƏ OXŞAR VƏ UYĞUN BİRİNİ BAŞ MƏŞQÇİ TƏYİN ETMİŞ OLURSUZ. ÇÜNKİ O MÜƏLLİMİNİ SATDISA SİZDƏ ELİNİZİ,OBANIZI, BÖYÜK BİR AZƏRKEŞ ORDUSUNU SATMIŞ OLURSUNUZ, İMAN ƏHLİNDƏN OLDUĞUM ÜÇÜN ALLAHIN SİZİ HİDAYƏTƏ GƏTİRMƏYİNƏ ÜMÜDÜM VAR!!!!!

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


9 − səkkiz =