8 ay əvvəl
Bu sondur yoxsa?
9 ay əvvəl
Heyf…
9 ay əvvəl
Qadağalar qaydası…
9 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkesler-432 Həbsdə olan azarkeşlərimizdən biri azadlığa çıxıb.

Azarkeş saytıın əldə etdiyi məlumata görə Azərbaycan prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncama əsasən Abdullayev Elçin Eldar oğlu əfv olunub. Xatırladaq ki, 1962-ci il təvəllüdlü “Xəzər Lənkəran” azarkeşi olan Abdullayev Elçin Lənkəran rayon məhkəməsinin 2014-cü il 12 fevral tarixli hökmü ilə məhkum edilmişdi. O və hazırda hələ də həbsdə qalan digər üç azarkeşimiz 2013-cü ilin avqust ayında Lənkəran stadionunda keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra baş verən hadisələrə görə xuliqanlıq ittihamı ilə məhkəmə tərəfindən 3-il müddətinə azadlıqdan məhrum edilmişdilər. Ədalətsiz məhkəmə qərarları ilə azadlqıdan məhrum edilən futbol azarkeşlərindən heç olmasa birinin azad edilməsi əlbəttə sevindirici xəbərdir və ümid etmək istəyirik ki, o biri azarkeşlərimiz də tezliklə azadlığa çxaraq yaxınlarına qovuşa biləcəklər.

17 Şərh

  1. Malik bəy haqlıdır .

  2. XƏZƏRLİ says:

    http://www.sportal.az/?goal=news&id=52777 BAYRAMİNİZ MÜBARƏK!!! Bu yazini əlavə bir yazi kimi versəz heçdə pis olmaz.Əhsən EMİNƏ

  3. SUKR OLSUN ALLAHA ALLAH QEBUL ETDI DUAMI SUKR SUKR SUKR

  4. Saiq Lerikli says:

    Sad xeber olasiz.Sevindirici xeberdir.Allah teala digerlerinin yolunu aciq etsin.

  5. Hörmətli admin, əvvəlcə bildirim ki, şəxsən heç birini tanımadığım, üzünü belə görmədiyim həbsdə olan azarkeşlərimizdən birinin azad olunması xəbərini eşidəndə sanki qanad çalıb uçmağa başladım, sevincimin həddi-hüdudu yox idi. Bu xəbəri azarkeş saytının yayması isə mənə xüsusiilə xoş gəlmişdi. Çox vacib və iştirakımın həyati əhəmiyyəti olan toplantının bitəcəyi anı səbirsizliklə gözləyirdim ki, saytda şərh yazıb müzakirələrdə iştirak edim, ürək sözlərimi, sevincimi bölüşüm. Amma vaxt tapanda, yəni iş vaxtı bitəndən sonra Bakı tıxacları ilə evə özümü çatdırandan sonra kompu işə salıb sayta baxanda az sayda azarkeşin şərh yazmasını görüb şoka düşdüm. Mənə çox qəribə gəldi bu və çox utandım, axı bu xəbərə 100-lərlə şərhin gələcəyini və mövzu ətrafında geniş müzakirələr açılağını gözləyirdim. Bunu görmədiyimdən özümü çox pis hiss etdim, tənbəllik etməyib şəxsən tanışlığım olan azarkeşlərə zəng edib niyə şərh yazmadıqlarını öyrənməyə çalışdım. Reaksiyalarından belə başa düşdüm ki, bəzilərinin vecinə deyil azarkeş yoldaşlarının həbsdə olması və ya azadlığa çıxması, bəli vecinə deyil və onları ancaq komandanın səviyyəli legionerlərlə güclənərək uğurlu çıxış etməsi, biletin 1-manat olması, oturacaqların tozdan silinib silinməməsi söhbətləri maraqlandırır. Ikinci tip azarkeşlər isə bu mövzuda şərh yazmaqdan çəkinirlər. Çəkinirlər ki, birdən onların özlərini də həbs edərlər.
    Mən belə olacağını gözləmirdim. Mən həm də azarkeşlərimizin bir hissəsinin bu qədər manqurt olduğunu gözləmirdim. Təəssüf edirəm ki, yanılmışam. Çox düşündükdən sonra qərara alıb bu sözləri yazmalı oldum;
    Belələri ilə eyni kluba azarkeşlik etməyi özümə sığışdırmıram, onlarla eyni klubun uğurlarına sevinməyi özümə ar bilirəm. Ona görə də bu gündən etibarən belə bir azarkeş ordusunun üzvü olmaqdan, “Xəzər Lənkəran”a azarkeşlik etməkdən imtina edirəm. Biz sizinlə 32-ildir ki, tanışıq. Mənim hansı xəasiyyətdə olduğumu, və indiyə qədər də heç vaxt namərdlik etmədiyimi həmçinin dediyimin üstündən də heç vaxt qaçmadığımı yaxşı bilirsiniz.
    Sizdən də şikayətim odur ki, hər şey aşkar göründüyü halda hələ də özünüzü əksəri laqeyid olan bu kütlənin yolunda xərcləyirsiz. Sizə bir şey olarsa bunlar yenə də kənarda qalacaqlar, susacaqlar, bəzilərinin vecinə olmayacaq, bəziləri qorxacaqlar ki, birdən şərh yazsalar onlara da nəsə olar, hayıfsınız, özünüzü düşünün.

    • Salam Alleykum!
      Malik kishi, Sizi tanimiram, amma yazdiqlariniz menim ureyimden kecenler oldu. Misal var “Meshe caqqalsiz, aile eybecersiz olmaz”. Amma bir sheyi mende basha dushmurem, caqqal ve eybecer kimdi, BIZ yoxsa onlar ve hansi daha coxdu? Teessufle qeyd edim ki, axir dovrler insanlar cox deyishib. Talish (mekan menasinda) cammati (milli mensubiyyetinden asili olmadan) hemishe oz edaletliyi ve edaletseverliyi ile ferqlenibler. Ancaq son zamanlar bu cammatin arasinda qorxaqlar, cigallar, haqqyeyenler ve s menfi unsurlerin sayi artib.
      Siz onlari manqurt adlandirdiz, men olan bir hadiseni yazim.
      94-cu ilde prezident seckilerinden bir az evvel Lenkerana gelen Etibar Memmedovdan mehshur “Ceshme” qazetinin jurnalisti, sorushmushdu “Kommunistler hakimiyyetde olanda manQURDLARI yaratdi, xalq cebhesi bozQURDLARI yaratdi, Siz hakimiyyete gelsez hansi QURDLARI yaradacaqsiz?” Gorunur hakimiyyetede olanlar yeniden insanlari manqurtlashdiriblar.
      Siz onlar kimi deyilsiz, hec olmasa siralarimizi terk etmekle BIZIM sayimizi azaltmayin.
      Allah komeyimiz olsun!

    • Fərhad says:

      Sizin şərhinizdən belə nəticə çıxarmaq olar ki, guya siz demokratik ölkədə yaşayırsız və satqın mühafizə orqanları sizin kütlə adlandırdığınız haqlı azarkeşlərin etirazını eşidən kimi bu günahsızları dərhal azadlığa buraxacaqlar. Sizi sadəlövhlikdə günahlandırmaq fikrindən uzaq da olsam, deməliyəm ki, bu ölkədə ictimai fikir heç bir çəkiyə malik deyil, əgər azarkeş öz səsini ucaltsa belə, bu, onun mənəvi borcunu yerinə yetirməkdən başqa heçnə deyil.

    • Zəfər Lerikli says:

      Hər vaxtiniz xeyirli olsun əziz sayt istifadəçiləri!.

      Malik bəy bu şərhini necə yazibsa bilmirəm amma ilk görunən odur ki , bir az fikirlərini emosional yazib.Yəqin ki , onun gözləntiləri çox olub.Əmin ola bilər , onun şərhini yuzlərlə və minlərlə istifadəçi oxuyub.Lakin şərh yazilmayibsa, bu heç nəyi ifadə etmir və əsas vermir ki ,azarkeş saytindan imtina etsin.
      Biz “XƏZƏR LƏNKƏRAN”-ni qələbələrə görə sevməmişik ki , indi məğlubiyyətlərinə görə uz çevirək.İndi şərh yazan azdir amma oxuyan daha çox.Bir fikir verin əziz Malik bəy!. Kamandamiz haqqinda sayt rəhbəri xəbər yerləşdirəndən az sonra başqa saytlar həmin xəbərdən istifadə edirlər.Bu Sizə nəsə demirmi?
      Ona görə də saytin daimi istifadəçilərinizdən olun və sabaha inamla baxin,lutfən.

      P.SVaxt gələr, -vallah gələr özuylə nələr gətirməyəcək ki….

  6. Ay Admin salam, sizin işinizdən şikayətim var.
    ***
    Salam. Buyurun.

  7. ALLAHI AND VERIREM BU EZIZ GUNLERE XANIM FATIMEYI ZEHRANIN SEHADET GUNLERINE XATIR EZIZ QARDASLARIMIZIN YOLUN ACSUN AZADLIGA CIXSINLAR TEZLIYLE INSALLAH AMIN YA REBBIM

  8. eziz qardaslar size bir soz deyirem cox sey yazmaga ehtiyac yoxdu ayliq 500 manat maas alan bu futbolculardan axi siz ne gozluyursuz mene catmir ne gozluyuruy

  9. RƏHMAN says:

    Salam. Elçinin azadlığa şıxmasına görə mən də sevindim. İNŞALLAH həbsdə olan o biri azarkeşlərimiz də azadlığa çıxar. Neftçi fanatları öz əməllərindən əl çəkmir. Dünən Sərhıdçi arenada futzal oyunundan sonra dəmir məhəccərləri sındırıblar, yaralanan var. Mən oyuna baxırdım, başqa azarkeşlər mədəni surətdə oturub azarkeşlik edirdilər, onlar isə oturacaqların üstünə çıxıb atılıb- düşürdülər. Elə onların belə hərəkətlərinin nəticəsidir ki, bizim azarkeşlər həbsdə yatır.

  10. Salam axsaminiz xeyr haminizin qarsidan gelen bayraminiz mubarek olsun bu bayram gunlerinde bu xos xebere gore cox saqolun ALLAH sizden razi olsun saqolun

  11. Allah Sizi sevindirsin! Bir daha “Xəzər Lənkəran” azarkeşinə belə günlər nəsib olmasın, İnşaAllah!

  12. Salam Alleykum!
    Hormetli inzibatci, bizi sevindirdiz. InshAllah o birilerde 28 may ef fermaninda prezidente muraciet ederler ve azadliga cixarlar.

  13. Şad xəbər olasınız Admin! Bu bayram günlərində bundan gözəl xəbər ola bilməz azarkeşlər üçün.
    İnşAllah digər azarkeşlərimiz də azadlığa çıxar tezliklə. Buna inanırıq. Çünki Prezdentimiz ədaləətlidir.

  14. Zəfər Lerikli says:

    Bu xəbərə çox sevindim.Allah həbs yatan bütün insanlarin qapisini açsin.İnşaAllah o biri azarkeşlərimizdə tezliklə azadliğa çixarlar.

    Həmişə şad xəbər mujdəçilərimizdən olun.Allah Sizdən də razi olsun.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


7 − dörd =