11 ay əvvəl
Bu sondur yoxsa?
11 ay əvvəl
Heyf…
12 ay əvvəl
Qadağalar qaydası…
12 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkesler-1212“Xəzər Lənkəran” futbol klubunun rəsmi saytında (“Fan sektor” bölməsində) yer almış Azarkeşlərin “Fırtınalar meydanı”nda davranış qaydalarını təqdim edirik:

 Davranış qaydaları

“XƏZƏR LƏNKƏRAN” MƏRKƏZI STADIONUNDA idman tədbirlərinin keçirilməsi zamanı azarkeşlərin davranışı qaydaları:

1. İdman tədbirlərinin keçirilməsi zamanı “Xəzər Lənkəran” mərkəzi stadionunda olan azarkeşlərin hüquqları:

1.1. İdman qurğusunun ərazisinə keçirilməsi nəzərdə tutulan tədbirdən öncə və ya tədbirin gedişi zamanı (azarkeşlərin stadiona buraxılması vaxtı stadionun administrasiyası və hüquq-muhafizə orqanları tərəfindən müəyyənləşdirilir) bilet, dəvətnamə və xüsusi sənəd (akkreditasiya) vasitəsilə daxil olmaq;

1.2. Təşkilatçılar və stadionun administrasiyasının təklif etdiyi bütün xidmətlərdən yararlanmaq;

1.3. Stadionun tribunalarında

plastik tütəklərdən,

zərli kağız və lentlərdən

təşkilatlanmış fan klub qruplarına isə

banner-transparantlardan,

tutacağı içi boş plastik olan bayraqlardan,

nağaradan

istifadə etmək;

2. Azarkeşlərin vəzifələri:

2.1. Giriş zamanı hüquq-muhafizə orqanlarının əməkdaşları tərəfindən yoxlama-nəzarətindən keçərkən itiriləcək vaxtı nəzərə alaraq, stadiona tədbirin başlama vaxtından daha tez gəlmək;

2.2. İctimai asayiş və qəbul edilmiş davranış normalarına riayət etmək;

2.3. Digər azarkeşlərə və tədbir iştirakçılarına, xidməti personala, mihafizə işçilərinə qarşı hörmətcil davranmaq, ətrafdakıların təhlükəsizliyini poza biləcək hərəkət və əməllərər yol verməmək;

2.4. İdman qurğusunun administrasiyası və hüquq-muhafizə orqanlarının əməkdaşlarına qurğuya daxil olmaq üçün bilet, dəvətnamə və ya xüsusi sənəd (akkreditasiya), əraziyə avtonəqliyyatın keçirilməsi üçün buraxılış vərəqini təqdim etmək, əldə edilmiş bilet və sənədlərdə (və ya onları əvəzində) göstərilmiş yerləri tutmaq;

2.5. Stadiona giriş zamanı hüquq-muhafizə orqanlarının əməkdaşlarının yoxlama-nəzarətindən keçmək;

2.6. Stadionun administrasiyası və hüquq-muhafizə orqanlarının qanuni təlimatlarını həyata keçirmək;

2.7. Şübhəli əşyalar, obyektlər aşkarlanadığı, tüstülənmə və ya yanğın halları yarandığı zaman dərhal stadionun administrasiyası və hüquq-muhafizə orqanlarının əməkdaşlarına xəbər vermək;

2.8. Evakuasiya haqda informasiya əldə edildikdən sonra sakitliyi qoruyaraq, təşviş yaratmadan asayişin qorunmasına cavabdeh administrasiya və daxili işlər orqanlarının əməkdaşlarının göstərişlərinə uyğun davranmaq. 2.2. – 2.7. yarımbəndlərini yerinə yetirməyən və ya yerinə yetirməkdən imtina edən şəxslər stadionda keçirilən tədbirlərə buraxılmırlar;

3. Azarkeşlərə qadağandır:

3.1. İdman qurğusuna alkoqol və narkotik sərxoşluq halında gəlmək, stadiona spirtli içki keçirmək və içmək, psixotrop və narkotik maddələrdən istifadə etmək;

3.2. İdman qurğusuna silah, oddan təhlükəli, partlayıcı, zəhərli, pirotexniki, qoxuyan maddələr, kəsici və batan əşyalar, digər azarkeşlərə, eyni zamanda tədbirin normal şəkildə keçirilməsinə mane olan böyük çantalar, portfellər, böyük ölçülü bağlamalar və paketlər, şüşə qablar və sair əşyalar keçirmək;

3.3. Stadionun administrasiyası tərəfindən qadağan olunmuş və uyğun lövhəcik yerləşdirilmiş yerlərdə siqaret çəkmək;

3.4. Tribuna və meydana əşya atmaq və eyni zamanda tədbirin keçirilməsinə mane olan digər əməllər etmək;

3.5. Tədbir iştirakçılarının, azarkeşlərin ləyaqətini alçaldan şüarlardan istifadə etmək və ya insan mənəviyyatını aşağılayan başqa hərəkətlər etmək;

3.6. Tədbirin keçirilməsi zamanı keçidlərdə və pilləkənlərdə dayanmaq, iştirakçıların və azarkeşlərin hərəkətinə maneə yaratmaq, oturacaqların üzərinə qalxmaq, hasarlara, parapetlərə, işıqlandırıcı qurğulara, özül konstruksiyalara dırmaşmaq, stadionun mülkünə ziyan vurmaq;

3.7. Stadionun administrasiyasının və ya klubun nümayəndəsinin müşaiyəti olmadan meydana çıxmaq, eyni zamanda idmançıların, hakimlərin paltardəyişmə otağına və qurğunun digər xidməti və texniki otaqlarına daxil olmaq;

3.8. Tədbirə heyvanlarla gəlmək;

3.9. Stadionun administrasiyasının icazəsi olmadan ticarətlə məşğul olmaq, divarları yazmaq, elan yapışdırmaq, plakatlardan istifadə etmək və digər informasiya (reklam) xarakterli məhsullardan yararlanmaq;

3.10. Üzərində irqi, sosial, milli ayrı-seçkilik yaradan, tədbir iştirakçılarını, azarkeşləri təhqir edən işarələr və ya digər simvollar əks olunmuş geyim və digər əşyalardan istifadə etmək;

3.11. 3.1. – 3.10 yarımbəndlərində sadalanmış davranış qaydalarına riayət etməyən azarkeşlər tədbirdən xaric olunurlar. Qurğunu tərk etməkdən boyun qaçıran şəxslər cinayət və ya inzibati qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunurlar;

4. Atəş-fəşanlığın təşkili və keçirilməsi:

4.1. Atəş-fəşanlığın təşkili qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada, stadionun administrasiyası, yanğınsöndürmə xidmətləri və daxili işlər orqanları ilə razılaşdırılaraq yalnız oyundan öncə və ya oyundan sonra həyata keçirilir.

Hazırkı qaydalar “Xəzər Lənkəran” mərkəzi stadionunda keçirilən bütün tədbirlər zamanı qüvvədədir.

4 Şərh

  1. Rauf Tofiqoglu says:

    bizim bextimize bax indi eyriqic nildo bize qol vurar neca asif vudu

  2. Rauf Tofiqoglu says:

    ezizim evvela salm yenade men gorduyumu siz de goreceksiniz hec 0.2 0 qepiklik oynamirlar 2 manatliq bilet satirlar biabirci oyun sergiliyib esseblerimizi gerginlesdirirler hec olmasa 0.50 qepiklik oynayin sag ol admin qardas sene can sagligi arzu edirem men oyunculari basa dusurem eziz oyuncular ayaqla vura bilmirsiniz elle vuru zato qol vurun men onlara oyuncu demayimin menasini basa dusen duser

  3. duzdu mende defelerle gormuwem amma xezer lenkeran etrafinda ecayib hadiseler baw verir

  4. Axsaminiz xeyir dmin bey necesiz?sehetiniz necedi?yeqin nese hiss edirsiniz bu oyunda mence sizde menim qordugum hadiseden qorxursuz
    ***
    Axşamınız xeyirli olsun. Əslində biz hər ev oyunundan öncə davranış qaydalarını saytda təqdim edirik.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− dörd = 1