1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

azarkesDeyir həkimlər istəyirlər ki, kasıblar heç vaxt xəstələnməsin, varlılar isə heç vaxt sağalmasın.

Vay bizim halımıza ki, futbol azarkeşliyi kimi xəstəlikdən sağalmağımızı heç özümüz də istəmirik. Ümumilikdə bu bölgəyə və mərkəzi sayılan Lənkərana xüsusi sevgi ilə bağlılığımız bizi azarlamağa hər yeni gün vadar edir. Talış diyarında yaşayan insanların nə qədər həssas və diqqətli olması heç kəsə sirr olmaz yəqin. Bu insanları incitmək heç insafdan deyil. Ələxus da futbolsevərləri, “Xəzər Lənkəran” azarkeşlərini gərək qayğı ilə əhatə edəsən, qarşı-qarşıya gəldikdə isə geri çəkilib onlara yol verəsən. Yeni mövsümün iki ev oyununda “Xəzər Lənkəran”la reklam müqaviləsi olan “NAR” mobil operatorunun danışıq kartları hədiyyə etmə kampaniyası təqdirə layiq haldı. Hansı tərəfdən baxırsan bax bu işdə ancaq yaxşı tərəfləri görmək olur. Elə “Xəzər Lənkəran” klubunu da bu işin təşklinə görə alqışlamaq lazımdır. Hərçənd reallıqda baş verənlər barədə ətraflı məlumat topladıqda vəziyyətin çox pis olduğunu da görməmək mümkün deyil. Məsələ orasındadır ki, “İnter”lə ilk turda kassadan alınan biletlə yalnız stadiona daxil olandan sonra həddiyyə danışıq kartını əldə etmək mümkün idisə bu zaman yaranan basabas və qarışıqlıq nəticəsində çoxlu sayda azarkeş hədiyyəsiz qalmışdı. Bunu nəzərə alan təşkilatçılar “Rəvan”la oyunda hədiyyəni satılan biletlə birgə verməyə başladılar. Ancaq bu dəfə çox iyrənc bir hal yaşandı və məlum oldu ki, minlərlə bileti alıb üzərindəki “NAR” danışıq kartını götürüb bileti isə real qiymətindən iki dəfə və daha çox ucuz qiymətə satanlar peyda oldu. Belələri minlərlə azarkeşin haqqını yeməkdən çəkinmədilər, utanmadılar. Təəssüf ki, bunlar nə Burkina Fasodan nə də Yeni Zenlandiya və ya Madaqaskardan gələnlər aborigenlər deyildilər. Durub “NAR” opertorunu yaxud “Xəzər Lənkəran” klubunu qınayasan bu da düzgün olmaz. Axı biletləri alıb danışıq kartını götürərək azarkeşlərə təkcə bileti satan utanmazlar və həyasızlar bizim aramızda yaşayan, gündəlik görüb salamlaşdığımız, adam kimi adam bildiyimiz “şəxs”lərdir.

Çox birabırçı vəziyyət yaranıb. Biz belələri ilə eyni şəhəri, eyni bölgəni necə paylaşa bilərik? Bunlar pul qazanmaq üçün biz azarkeşlərin haqqını yeyirlər, sonra da utanmaz utanmaz bileti bizə ucuz qiymətə təklif edirlər.

Bu gün, sabah Lənkəranda 20-30-nəfər qeyd etdiyim formada əldə etdikləri “NAR” danışıq kartlarını yerbəyer edir, satmaqla məşğuldurlar. Bizim isə əlimiz heç nəyə çatmır deyə “Rəvan”la oyunun biletini alıb halalca hədiyyəsini əldə edə bilməyən azarkeşləri mənə qoşulmağa çağırıram. Öz adımdan da deyirəm ki, həm Seyid olaraq, həm də soyadında Talış sözünü şərəflə daşıyan, bölgəmiz üçün canından keçməyə daim hazır olan, el-obamımızın, Xan Lənkəranımızın qeyrətini yad yerlərdə çəkən bir şəxs olaraq haqqımı sizə halal etmirəm ey qara bazar möhtəkirləri !

 Samir Talışinski.

18 Şərh

  1. Salam Admin.Zəfər Lerikli gözəl təklif verdi.Yəni burda nə güclü iqtisadci olmaga nə də maliyyəci olmaga ehtiyac yoxdur……biletin qiyməti nar kartin qiymətinden baha olmalidir ki, bununalda möhtəkirlərin işi tədricən də olsa dayansın.Amma bu halda da zərbə azarkeşlərə dəyir…..biletlərin qiyməti artdıgına görə…..

  2. Vaqif Rəşidov says:

    Hamınızi salamlayıram.
    Eşitdiyimə görə gələn oyundan biletlər iki manata olacağ.
    Amma bu problem sezonun axrina kimi bitməyəcək.

    BURADA BİR ÇIXIŞ YOLU VAR!…BİR!

    Biletlər kartsız satılsın,stadiona gırişındə olan turniketlərdən azarkeşlər keçəndən sonra NARmobayil nümayəndələri hər bir azarkeşə kart hədiyyə etsinlər.Bunun üçün 4-5 NARmobayil şirkətinin işçiləri bəs edər.Hər 5 turniketin qabağında bir nəfər duracağ və rahatca hədiyyələri ordaca verəcək….necədi,Ağabala? i;-)…QARA BAZARA SON!

    • 12cioyuncu.info says:

      Vaqif bəyin təklif etdiyi variant məncə də ən idealdır.

      • Yeganə yol biletin qiyməti ilə Nar danişiq kartinin qiymətinin bərabər səviyyə salmaq qalir.Ya bilet 2 manata satilmali və ya da Nar danişiq karti bir manata hesablanmalidir.

        Sonra da biletin 2 manata satilmasindan artan naraziliqlar artacaq.Ən ideal varianti elə bu yazida ilk şərhdə qeyd etmişdim və yenə təkrar etdim.

  3. Salam, Admin bəy. Biz stadiona girəndə oyunun başlamasına 45-dəqiqə qalırdı. Hər iki kassa bağlı olduğundan bileti əldən aldıq. Bir manatdan bileti alıb nar kartı hardan alacağımızı soruşduqda (çünki birinci oyunda nar kartı stadionun içərisində verirdilər) bilet satanlar dedilər ki, nar kart olmayacaq, qurtardığı üçün kassaları bağladılar. Giriş qapısının qarşısında isə (biz biletləri körpüyə tərəf birinci kassanın qarşısında aldıq) tamam başqa mənzərənin şahidi olduq. Əldə biletin biri 50- qəpikdən, üçü 1-manatadək müxtəlif qiymətə satılırdı. Bilet satanlar əsasən stadionun öz dükanlarının satıcıları və tum, peraşki, qəzet satanlar idi. Kassada bilet satanlar onların hər birin çox yaxşı tanıyır. Məncə harda qazanc varsa elə adamlar qazanmaq xatirinə dərhal müxtəlif yollar axtarıb tapırlar. Azarkeş futbola baxmağa gəlirsə yaxşı olardı ki, iki manatlıq nar kart əvəzinə bir manat dəyərində, kiçik formada olan, komandanın hər hansı bir atributunun (suvinir formalı) hədiyyə edilməsi daha məqsədə uyğun olardı.
    ***
    Salam. Çox yerində yazılan, faktlara və məntiqə əsaslanan şərhdir.

  4. Azərbaycanlı says:

    Oyunun başlanmasına 20 dəqiqə qalmış stadionun kassasından dostumla birlikdə iki bilet almışam, hədiyyəsi də üstündə. Eyni zamanda kassanın qabağında 20 qəpikdən bilet təklif edənlər və həmin qiymətə alanlar da var idi. Burada mən hər hansı bir mürəkkəb hazırlıqlı planın həyata keçirilməsinin əlamətlərini görmədim. Əgər əldə satılan biletlər stadiona gedən azarkeşlər tərəfindən alınmasaydı belə keçirilən kompaniya sayəsində həmin şəxslər ziyanda olmazdılar, kimsə 20 qəpiyə bilet əldə etməyi sərfəli hesab edirdisə, onu da qınaya bilmərik. Bu gün gerçəklik belədir ki, artıq 20 qəpik gətirən variantdan imtina etməməyi üstün tutanlar çoxdur, nə etməli ki, bu dəfə NAR və XL əməkdaşlığı çərçivəsindən faydalanmağı üstün tutanların alver meydançası stadionun ətrafı oldu. Deyirəm bəlkə buraxaq bunu öz vicdanına əməl sahiblərinin və futboldan yayınmayaq.

  5. Kecmiw azarkew says:

    Xl azarkewine nar kart lazim deyil. Yaxwi netice versinler, stadionu pellelerine qeder doldurariq.bizim torpaq tesadufen dilenci yetiwdirir. Tuygun muallim bizde boyumeyib, bunlari bilmir…

  6. Klubun bu ishden xeberi var, burda 10, 100, ve ya 200 biletden sohbet getmir. Burda 1000 yuxari biletden sohbet gedir ve bu sayda bileti her halda durub hisse hisse yigmayiblar. Bunu bir nefer ish baz alib ve Nar ve XL rehberliyinin de bundan xeberi olub. Cox sade meseledi. Novbeti oyun azerkesh ne etmelidi, sualim ozun agilli hesab eden ve bu ishde emeyi olan sexs ve sexsleredi? mence kluba bu haqda sual verilmelidi. istemirlerse azerkesh novbeti oyunu boykot etsin cox sadedi.

  7. Rovshan Asadov says:

    Mən dünənki oyunda iştirak etməmişəm, yəni işbazlar tərəfindən aldadılmamışam. Mənə deyən lazımdır ki “bu KÜTLƏNİN dərdini çəkmək sənə qalıb bu qədər əsəbləşirsən?” Bir şeyə təəssüflənirəm ki, belə görünür ki, Samirin bu yazısına heç olmasa sayt vasitəsilə də olsa stadiona gedənlərin heç 0,1 %-i də etiraz etmədi. Bu halda öz haqqını tələb edə bilməyənlər üçün deyirəm ki, lap belə əccəb olub, bundan da pis olsun. Bu KÜTLƏ bunu artıqlamasıyla haqq etdi. Lap 21 fevraldakı kimi. Gecəniz xeyrə!
    ***
    Təmkinli olaq gərək. Axı həmişə belə olub, kütə susub, bir neçə nəfər fəal insan hamının haqqını tələb edib. Bəs biz nə üçünük?

    • 12cioyuncu.info says:

      Mənim üçün necəsən ay Rövşən? Rəsmi məktubla müraciət edib klubdan hamının gözü önündə köynək götürüb hamısını tanıdığım və tanımadığım insanlara paylayırdım, bilet iki manat olanda camaatın istəyinə görə gedib klub rəhbərliyindən xahiş edirdim ki, qiymət aşağı salınsın və s. yüzlərlə belə misallar çəkə bilərəm, sonra nə olurdu? Sonra elə həmin adamlar mənə deyirdilər ki, “Yaman klub rəhbərliyi ilə görüşürsən ha”. Amma mən dözürdüm, çünki ataların çox gözəl və dəyərli deyimi var: “El üçün ağlayanın gözü kor olar”. İndi də minlərlə insanın haqqını yeyən varsa da yenə də biz gərək o minlərlə insanın haqqını tələb edək. Eyni zamanda da bilməliyik ki, əgər nəyəsə nail olsaq belə sonda bizə heç kəs sağ ol deməyəcək, əksinə, bizi gec və ləng tərpənməkdə və ya tələsməkdə qınayacaqar, yaxud satqınlıqda qınaya bilərlər. Bundan əlavə o bilet satanlar bizi çörəklərinə bais olan kimi hamıya təqdim edəcəklər və hamı, hətta indi hədiyyəsiz bilet alıb narazı qalanlar da bunu sakitcə qəbul edəcəklər. Bu tarixən belə olub.

      • Rovshan Asadov says:

        Salam muellim. Dediklerinizde tamamile haqlisiz. Duz deyirsiz, bele gelib, bele de gedecek. Ne yaxwi ki beleyik ve haqsizliq qarwisinda en azindan susmuruq, Allaha wukurler olsun.
        ***
        Bax bu başqa söhbət. Sən özün mübarizsən, özü də şəxsi maraqlar üçün deyil cəmiyyət üçün, el oba sevginlə mübarizə aparırsan həmişə, bu bizim alnımıza yazılıb və bu tam ayrı şeydi və bu hər kəsə qismət olmur. Əlbəttə Allaha şükürler olsun ki, bunu bizə qismət edib.

  8. Sadıxzadə says:

    Salam, Rəvanla oyunda nar kartların əvvəldən alınması mümkün deyldi, çünki bileti kassadan alandan sonra içəridəki nar əməkdaşlarına verəndən sonra verirdilər, düzdü həmin oyunda əvvəlcədən nar kartla bileti bir yerdə satanları görməyib yadımda deyil ,əgər belə olubsa deməli içəridəkilərlə( yəni nar əməkdaşları ilə birbaşa iş birliyi olub,çünki oyundan 30 dəq əvvələ qədər heç kəsi buraxmırdılar). Dünənki oyunda isə kassa ümumiyyətlə bağlı idi, ən qəribəsi iki növ bilet var idi, biri çəhrayı, obiri isə ağ, və bir qrup şəxslərin nar kartları ağ biletlə satdıqlarını gözlə şahid oldum, maraqlısı bu idi ki, kartlı biletləri 2 manata, çəhrayı biletlər(hansı ki, saxta olaraq çıxarılmasında şübhəli idim) 50 qəp.-ə satılırdı. Stadiona daxil olduqda isə nar əməkdaşları heç kart paylamırdılar, əksinə nar nömrə təklif edirdiilər. Dünən bu proseslərin baş verməsinin isə qabaqcadan əlbir olmadan baş verməsi isə heç də inandırıcı deyil. Nar əməkdaşlarından tutmuş, hətta bəlkə kassanın satıcısının da əlbir ola bilməsi ehtimalı az deyil. Çünki oyun günü biletlərin Kassadan satılması rəsmi olaraq bildirilmişdi.9.500 azərkeş gəlmişdisə deməli, qalan biletlər rəsmi olaraq satılmamalıydı ,ənazı 4000ni. Amma həmin gün kassa bağlı idi bilet satılmırdı, nar kart paylanmırdı. Yəni böyük ehtimal ki, əvvəlcədən planlaşdırılmadan belə bir iş qara bazar adamları tərəfindən təkbaşına görülməsi heç də ağıla sığmır.

  9. 555-FORD says:

    OYUNA 1 SAAT QALMIS KASSADAN BILET ALMAQ ISTEDIM, HALBUKI KASSAYA QEDER AZINDAN 10-12 DEFE QABAGIMA KECIB 50 QEPIYE BILET TEKLIFLERI OLMUSDU,KASSA ARTIQ BAGLANMISDI. DEMELI KASSALARI BAGLATDIRAN KLUB NUMAYENDELERI AZERKESLERI ELDEN BILET ALMAGA MECBUR EDIRDI. CUNKU ELDEKI BILETLERI SATANLAR KLUBUMUZUN MUEYYEN ISCILERIDIR. VE YA ONLARIN SERIKLERI. BELKE MEN DUZ FIKIRLESMIREM.EGER BELE DEYILSE NIYE OYUNUN BASLANMASINA 1 SAAT QALMIS KASSALARDA BILET SATILMIRDI?

    • 12cioyuncu.info says:

      Bu məsələdə dəqiq məlumat əldə etmək üçün kassalardan külli miqdarda bilet alınmasının şahidi olan çoxlu sayda azarkeşlə əlaqə saxladıq. Məlum oldu ki, danışıq kartlarını götürüb biletləri ucuz qiymətə satanların əlaltıları olub. Məhz o əlaltılar vasitəsi ilə kassalardan biletləri 5-5 10-10 aldırırmışlar. Məsələn: Biri yaxınlaşır kassaya” kənddən bir avtobus dolusu gəlmişik ala pulu 30-dənə bilet ver” deyir, belədə kassir də sadəcə işini görür. Digəri kassirə deyir ki, məhəllədən 14-nəfər bir yerdə gəlmişik uşaqlardan pulu yığmışam buyur bilet ver və bu zaman kassirin işi bilet verməkdi…
      Bu və buna bənzər müxtəlif vəziyyətlərdə biletləri alıb toplayıblar bir nəfərdə və o da satışa çıxarıb. Bu “bir nəfər”lər çox olub. Hətta bir dəfə mənzərəni görən kassir biletləri yuxarıda qeyd edildiyi kimi topdansatışa çıxarmaq istəmədiyini deyib, belədə eyni vaxtda 10-15-nəfər kassaya yaxınlaşıb etiraz edib ki, “sən bizi avara eləmə, tez biletimizi ver, uzaq yol gəlmişik komandaya dəstək olmağa, niyə bilet satmırsan?”. Ümumiyyətlə azarkeşlərə pislik edənlərin kimliyini Lənkəranda daim oyunlara gedənlər hamı bilir, bu məsələdə qaranlıq heç nə yoxdur. “Rəvan”la oyunda stadionda olmamışam və mən görməmişəm bilet satanları ancaq belələrinin bir çoxunu tanıyıram. Hər hansı etiraz zamanı “nə edim çörək qazanıram da” kimi cavab verirlər və ya hər hansı formada şivən salırlar. Mən belələrini çox görmüşəm və qeyd edim ki, belələrindən həmişə ehtiyat etmişəm. Onlar kasıblıq pərdəsi altında işbazlıq edirlər. Mən və inanıram ki, minlərlə insan şəxsən onlardan qat qat kasıb vəziyyətdə olsaq da belə yollara heç vaxt əl atmarıq. Digər tərəfdən də heç kəs bilet satışındakı bu biabırçı vəziyyəti nəzarətdə saxlamayan klub tərəfini hələki məsuliyyətdən azad etməyib.

  10. Rovshan Asadov says:

    Baw veren bu iyrencliklerin sebeblerinden biri de insanlarin 2 manatini OGURLAYAN o acgoz ve acnefs insanlarla yanawi, klubda bu iwe mesul wexslerin qeyri-pewekarligidir. Adama deyerler ki, stadionun kassasi var, kassir bileti niye topdan paylayir? Belesine iw tapwirmaq duzgundurmu? Onsuz da stadiona gelenler kassanin qabagindan kecerek stadiona stadiona daxil olurlar. Taaa korpunun yanindan bawlayaraq ellerinde bilet satanlarin bu iwde maragi nedir? Niye kassa var iken biletler ellerde teklif olunur?
    Qarabag “qara bazar” problemi ile qarwilawanda bu iwe ani olaraq mudaxile etdi, bir-nece saat erzinde problem hell olundu ve neticede 30 minlik Tofiq Behramov stadionuna bilet satiwi ela seviyyede tewkil edildi. Bes bu saydan defelerle az – 10 min bileti yerbeyer etmeyi klub olaraq niye bacarmiriq? Bu “NIZAM-INTIZAM”lami Avropaya getmek isteyirik??? Qeyri-pewekarliq, bunun bawqa adi yoxdur.
    Dunenki hec-hecede futbolculari ve ya mewqcini gunahlandirmaq yersizdir. Problemin kokune baxin: mesuliyyetsiz ve sehlenkar idareciliyin neticesinde kluba qoyulan TRANSFER QADAGASI. Xezer Lenkerani canimiz qeder sevirik, uduzandan kederlenirik, qelebe qazananda uwaq kimi sevinirik. Amma danilmaz bir gercek var ki bu klubda idarecilik SIFIRDIR!!! Bu qeder!

  11. Rovshan Asadov says:

    O insanlar emanete xeyanet edibler. Bunun adi resmen ogurluqdur. 3-5 yuz manat ucun menliyinden, werefinden, vicdanindan kecen imansizlar. Bu gunahi kimler edibse haminiz Allah qarwisinda cavab vereceksiz. Sizin de olmasa balalarinizin burnundan mutleq gelecek. Onda xatirlayacaqsiz dunenki tarixi.

  12. Rovshan Asadov says:

    Yalniz bu dunya ucun yawayan bedbextler! Boynunuzda qul haqqi qaldi, qul da halal etmedi. Cehennemi “qazandiniz”, “tebrikler”!

  13. Utancverici mənzərədir.Bunun yalniz bir yolu var.O da ondan ibarətdir ki , bileti alan azarkeş futboldan sonra növbəti 3 gun ərzində bileti kassaya təhvil verəndən sonra Nar danişiq kartini almalidir.Belə olan halda da möhtəkirlər biletdən qazanc əldə edə bilməsələr də Nar danişiq kartindan yenə 50% udurlar.Yeganə yol biletin qiyməti ilə Nar danişiq kartinin qiymətinin bərabər səviyyə salmaq qalir.Ya bilet 2 manata satilmali və ya da Nar danişiq karti bir manata hesablanmalidir.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


altı − 5 =