1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

azarkesler-1212Premyer Liqanın IV turu çərçivəsində bu gün, avqust ayının 29-da “Xəzər Lənkəran” doğma meydanda “Inter” klubunu qəbul edəcək.

Məlum olduğu kimi klub prezidentinin qərarına əsasən yeni, 2014/15 mövsümünün ikinci ev oyununda stadiona giriş pulsuz olacaq. Bunu diqqətə alaraq 12cioyuncu.info azarkeş saytı azarkeşlərin nəzərinə çatdırır:

“İnter” ilə keçiriləcək matçı stadiondan izləmək istəyində olan azarkeşlərimizdən  dönə-dönə xahiş edirik ki, oyundan öncə stadionun qarşısında, oyun zamanı və sonra stadionun tribunalarında polis əməkdaşlarının tələblərinə səbir və təmkinlə əməl etsinlər və asayiş keşikçiləri ilə hər hansı konfliktdən çəkinsinlər,  stadionun inventarına zərər vurmaq və ya meydançaya yad əşya atmaq kimi qanun-qaydalara zidd olan əməllərdən uzaq olsunlar, yalnız sivil yollarla azarkeşlik edərək komandamızın qələbəsində pay sahibi olsunlar. Bu sadalananlar xüsusən çılğınlıqla azarkeşlik edən yeniyetmə və gənclərə aiddir.

Ümumiyyətlə isə bütün azarkeşləri daha diqqətli olmağa, ehtiyatlı davranmağa, azarkeşlərin stadiondakı davranışı ilə bağlı klubun rəsmi mövqeyi olan və saytımızda da təqdim olunmuş “DAVRANIŞ QAYADALARI”nı diqqətlə oxumağa və riayət etməyə dəvət edirik.

10 Şərh

  1. Tənqidci says:

    Mən “Xəzər Lənkəran” azarkeşləri ilə fəxr edirəm.Bunu yazilarimda dəfələrlə demişəm.İndi bizim təvəkkurumuz daha gucludur.”Xəzər Lənkəran” rəhbərliyi isə çox dala qalib.Biz hər olayi vaxtinda analiz edir və duzgun qərar veririk.Amma hələdə bizi axmaq yerinə qoymağa çalişirlar.Daha bilmirlər ki biz çox qabağdayiq.Hər fikri göydə tuturuq.Bizi heçnə gözləmir.Ağli başinda olan da stadiona gedib “istefa” çağirmaz.Qoy “onlar” öz aralarinda problemi həll etsinlər.Bizi oyuncaqlarina şərik etməsinlər.Ayiq olun, əziz AZARKEŞLƏR!!!

  2. Admin bey evezedicilerden xeber var?
    ***
    Məğlub olublar.

  3. tupurum onlarin oynunada verdiyi sozada pulsuz girisinede camaat dilenci deyil onlar ozleri dilencidiler bunlarinki avtafa meselesidi gormeyen gorende pis olur tupurum bu kluba bunun adi xezerdi bunlardan adam olmayib olmayacaqda

  4. Tənqidci says:

    Dünya şəffafdır, nə baş verirsə aşkarlanır, gizlədilməsi imkansız, bütün pisliklər də cavablanar gec-tez. Bilmirlər ki, hətta pıçıltı ilə də həqiqəti demək mümkündür…

    Üstəlik biz çoxdan onların işlərinə belə qiymət vermişik:

    Sizin işinizdən komandaya Çİ FAYDƏ ?….

    Siz komanda qurun və sübut edin.Sonra da deyin:

    İM ÇƏMƏ FAYDƏ! Biz də sevinək, ümumiyyətlə kim bunu istəməz ki … Amma yox, bu sizlik deyil.

    Qaldı Oguz Biçerə, bizim komandamızı dağıdandan sonra yəqin bir sözünüz olar. Onda Çetinə işarə ilə deyə bilərsiniz: – Çİ FAYDƏ!?.

    Lakin artıq gec olar, və onda nə tarix sizə göz yumar, nə də tarixçilər mübarizə apararlar.

    Baxın bunun altını cızıyorom ya…

    *********Yaxin keçmiş** və indi********

  5. cox maraglidi ne eceb pulsuz.Olkede sabah bayram deyil aceba xezerde ne bayramidi sabah ve ne bayram gozlenilir.

  6. Salam Admin bey necesiz?mence en yaxsi yol oyuna getmemek lazimdi.bu menim wexsi fikrimdi
    ***
    Salam. Oyuna getməməklə nəyə etiraz etməyi nəzərdə tutursunuz, bunu açıqlamadınız.

  7. bir de ola bilsin ki hansisa wexsler azerkewleri radikal hereketlere ceksinler. Gelin ayiq olaq, qapimizdan 10 top kecse de soyuqqanli davranaq eseblerimizi idare etmeyi bacaraq, kimlerinse tehrikine uyub radikal hereketler etmeyek, onsuz da hebsde olan azerkewlerimize sahib cixan tapilmir.. Soyuqqanli olub iradlarimizi, naraziligimizi sivil qaydada bildirek

    • SIVIL YOLLA SIVIL DOVLETDE HEREKET ETMEK MUMKUNDUR. EN SIVIL YOL EVDE OTURUB FUTBOL GURBANI OLMAYASAN DEYE STADIONA GETMEMEKDIR.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− bir = 0