1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

 Vefa Qelemdarin yazisiGündəlik həyatımızda rastlaşdığımız icazəli nə varsa ümumi təlabatı ödəyə bilmir, əksinə hər yerdə “olmaz” deyilərək tətbiq edilən QADAĞAlar isə üstünlük təşkil edir (Bizdə üstünlük təşkil edən elə həmişə  QADAĞAlar olub).

Təsadüfi deyil ki, qaydalar deyəndə ilk növbədə insanın ağlına QADAĞAlar gəlir. Yəni bizim üçün hər hansı bir şeyin QADAĞAN olması ilkin versiya sayılır ki, bu da bizim  həyat təcrübəmizə əsaslanır.

Götürək futbol azarkeşliyini. Tutaq ki, Lənkəranda futbola baxmaq üçün “Fırtınalar meydanı”na yollanırsan. Stadiona yaxınlaşdıqda görürsən ki, körpünün üzərindən avtomobillə keçmək QADAĞANDIR. Səsini belə çıxarmadan bu QADAĞAya əməl edib stadiona ayaqla gedirsən. Bilet alıb içəri daxil olmaq istəyirsən ki, birdən girişdəki yoxlanış zamanı cibindən hətta alışqanı da çıxarıb götürürlər, deməli onu da içəri aparmaq QADAĞANDIR. Şəxsi əmlakına hörmətsiz yanaşılmasına da dözürsən. Keçib tribunada dayanırsan. Ətrafdakılar biletin 2-manata satılmasına və oturacaqların tozlu-torpaqlı olmasına görə klub rəhbərliyindən narazılıq edirlər. Əslində biletin qiyməti sənin vecinə də deyil, elə ayaq üstə dayanaraq oyunu izləmək vərdişin sayəsində oturacaqlar da səni maraqlandırmır, ancaq ətrafdakılarla həmfikir olduğunu göstərmək üçün sən də onlara qoşulursan. Bu yerdə anidən başlayan və müvəqqəti sürəcək ümumi qaydalarla tənzimlənən “palaza bürün elnən sürün” prinsipi işə düşür. Amma bu da çox çəkmir.

Oyunun gedişində qonaq komandanın futbolçusu qaydanı pozur, hakim isə buna reaksiya vermir. Pozulan sırf futbol qaydası olsa da sən buna dözməyib etiraz edirsən və etirazını fərdi şəkildə nümayiş etdirməyə, yəni bir iki ağız söyüş söyməyə başlayırsan. Elə bu vaxt tribunanın pilləkən tərəfində duran qaşqabağlı polis əməkdaşı sənə yaxınlaşıb “nəzakət”lə “otur yerinə görüməə, yoxsa….” deyən kimi, uşaqlıqda eşitdiyin xoxan haqqında olan nağılların vahiməsi uzun illərdən sonra canına təkrarən düşür və tozlu-torpaqlı oturacağa qısınmalı olursan. Bu zaman qorxudan vərdişini belə unudub oturacaqların tozunu üst-başına hopdurursan. Ətrafdakıların demək olar ki, hamılıqla tum çırtlaması da səni əsəbləşdirir. Bəziləri hətta tum qabığını öndəki sırada oturanların belinə qədər tüpürürlər. Ayran satan və tum satan əl ayağa ilişir, sən bütün bu mənzərəni görüb daha da əsəbləşirsən. Amma nə edəsən, əsəblərini özündə saxlamağa məhkumsan. Çünki bunun əksi QADAĞANDIR. Bir az sonra sevdiyin komanda qol vurur, sən də durub uca səslə “qooooool” deyə qışqırmaq və sevincini bölüşmək istəyirsən. Amma bu dəfə yaxınlıqdakı digər polis əməkdaşı “az qışqır ə, başım ağrayır” deyən kimi, sinir sistemindəki mərkəzdən qaçan sindromlar səni QADAĞANDIR əmri ilə sakitləşdirir, tam susursan və ya səs tembrini aşağı salıb “qooooool” sözünü zildən bəmə enərək tələffüz edirsən. Yox əgər tərslik etsən tutub aparacaqlar. Orada da özünü pis aparasan ya səni üçüncü qüvvə ilə əlbir olmaqda, ya da nə bilim 13-cü qüvvə ilə intim əlaqəyə girişməkdə suçlayacaqlar. Hər iki işlə bağlı üzünə dura biləcək şahidlər isə çoxdan hazırdır. Deməli sakit qalmaq məsləhətdir və ya hisslərini cilovlamaqdan vaz keçmək QADAĞANDIR. Bir oyun belə, iki oyun belə, üç …, bunun davamı çox gəlir. Bir az bezir, bir az da küsürsən, hər iki halda hirslənirsən, sinirlərin tarım çəkilib qalır.

Üstəlik mövsümü uğursuz davam edən “Xəzər Lənkəran” da səni üzür. Uğursuz çıxışa etiraz əlaməti olaraq komandanın növbəti ev oyununda parça üzərində savadın çatan qədər bir cümlə yazıb tribunada açmaq istəyirsən. Bu vaxt sənə yaxınlaşan mühafizəçilər və polis əməkdaşları “QADAĞANDIR” deyərək bu parçanı əlindən alıb aparırlar. Dərd isə orasındadır ki, onların savadı heç də səninkindən artıq deyil. Sənin  pankratda yazdığın cümlənin hər hansı senzuraya düşmədiyini, etik və mədəni cümlə olduğunu onlar anlaya bilmirlər. (Amma ondan da böyük dərd var. Belə ki, həmin mühafizəçilərə və polislərə göstəriş verənlərin özləri də yarımsavadlı olduqlarından sənin yazdığın cümləni tam olaraq başa düşməmişdirlər. Bundan sənin xəbərin olmasa da bu belədir.) Bu arada sən komandanın uğursuz çıxışına etiraz etmək üçün yeni yollar arayırsan. Dolu olan ürəyin az qalır partlasın və növbəti oyunda şüar səsləndirən gənc azarkeşlərə qoşulursan. Yenə də “QADAĞANDIR” deyə səsini batıran stadionun mühafizə əməkdaşları və asayiş keşikçiləri səni yerinə; tozlu-torpaqlı oturacağa oturdurlar. Beləcə sən getdikcə ayaq üstə durub futbolu izləmək vərdişini də unudursan…  “Xəzər Lənkəran”ın problemləri və uğursuzluqları artır, hər şey təkrarlanıb mövsüm boyu davam edir və sən yavaş-yavaş futbola nifrət etməyə başlayırsan. Çünki hər addımda qarşına QADAĞANDIR deyən birisi çıxır və bu “biri”lərinin hər addım başı çoxaldığının şahidi olursan. Anlayırsan ki, bizdə üstünlük təşkil edən elə həmişə  QADAĞAlardır. Və sən məcbur olub bizim reallığı qəbul edirsən; axı bizdə qaydalar deyəndə ilk növbədə insanın ağlına QADAĞAların gəlməsi heç də təsadüf deyil.

 Arabaçı Mirzə kişi demişkən:  ““Qaydalar, onları pozmaq üçündür” deyənlərin sonda taleyini qanunlar müəyyənləşdirir”.  Əslində heç dəqiq yadımda da deyil ki, bunu Mirzə kişi  yoxsa “Xəzər Lənkəran” klubunun rəsmilərdən biri deyib…

Vəfa Qələmdar. 

15 Şərh

  1. hörmətli Vəfa Qəlamdar bəy ,Belə bir çəmiyyətin polisi də elə olmalıdır ,Hər şey bizim özmüzdən başlayır .Məsəl üçün insanların çoxu öz övladını polisdə də işləmsi üçün .rüşvət verir( özüdə orta məktəbi güclə qurtaranlardı 98 faizi polisdə belələri işləyir . ) .Və Yüksək savadı və dünya görüşlü insanlara necə davranmağı öyrədirlər, Bizdə……danışmaqla qurtarası deyil Gərək bir dəfə böyük həcmdə mətin hazırlyıb ,mitinq edib .orda üçündən oxuyum .
    Qadağalar və qaydalara gəldikdə isə insan ruhən azad olmalıədır .Əgər nəyisə özünə qadağa və qaydalar qoyursansa nədənsə qorxursan .özünə inam azdır .və ya da siz demiş başına gələnlərdən sonra .qadağaya məcbur olursan .necə deyərlər “başına gələn başmaqçı olar”
    Bizə əsrlər ,lazımdır .ki futbolumuz əsl bayram və dincəlmək üçün gələ\sən ,Nəqədər ki Raminlər Rövnəqlər var .biz də belə olacaq .Futbolçular rulandırmağa çalışan diktora çərimə kəsib buna qadağa qoyurlarsa daha nə deyəsən ,
    Eh Vəfa bəy siz də bizim ,dərdlərimizi təzələməyin ,onsuz da dərd içində batıb gedirik .Qaydalar ….Qadqğalar …..!!??

  2. FƏRHAD qardaş, Salam! Mənə şəxsi hörmət bəslədiyinizə və dəyər verdiyinizə görə Sizə minnətdaram.

  3. Mustafa Dənizli ilə yeni dönəmə başlayan “Xəzər Lənkəran” daha 3 futbolçusu ilə yollarını ayıra bilər. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın əməkdaşlığa son verəcəyi həmin futbolçular əcnəbilərdir. Belə ki, “Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı Con Toşakın istəyi ilə komandaya cəlb olunan mərakeşli yarımmüdafiəçi Zoahir Benouahi, braziliyalı hücumçu Junior Nildo və ispaniyalı yarımmüdafiəçi Edu Oriol özlərinə yeni klub tapmalı olacaqlar. Onlar rəhbərliyin ümidlərini doğrultmadıqları üçün göndərilirlər. Yayda Lənkəran təmsilçisinə transfer edilən Nildo və Benouahi cari çempionatda hərəyə 15 oyun keçiriblər. Mərakeşli bu matçlarda qol sevinci yaşamasa da, braziliyalının hesabında 4 dəqiq zərbə var. Oriol isə 7 görüşdə meydana çıxsa da, fərqlənə bilməyib. Qeyd edək ki, “Xəzər Lənkəran” daha öncə 2 futbolçusunu – bolqarıstanlı müdafiəçi Radomir Todorovla braziliyalı qapıçı Duqlas Leyteni yola salıb.

  4. Cavid Dadashov says:

    Qanunlari bilmekle yanashi birazda hecneden cekinmeden sozuvu deye bilesen.

  5. MƏSƏLƏN,SEKURTİ DEYİR BURDA DURMAQ OLMAZ SORUŞURSAN NİYƏM DEYİR QADAQANDIR POLİS DEYİR QIŞQIRMAQ OLMAZ SORUŞURSAN NİYƏ DEYİR QADAĞANDI,BİR SÖZLƏ HAMI NƏYİNSƏ BU CÜR OLDUĞUNUNUN QAAĞAN OLDUĞUNU BİLDİRİR AMMA NİYƏ QADAQAN OLDUĞUNU, KİMİN QADAĞAN ETDİYİNİ, NƏ SƏBƏBƏ QADAĞAN OLUNDUĞUNU,KİMLƏR TƏRƏFİNDƏN QADAQAN OLUNDUĞUNU , NƏ SƏBƏBƏ VƏ YA NƏ ƏSASLA QADAĞAN OLUNDUĞUNU SORUŞANDA AĞIZLARINI DÖYÜRLƏR.
    ONU BİLİRLƏR TƏKCƏ QADAĞANI.

  6. gözəl mövzudu.SON ZAMANLAR HAMI BİRİ BİRİNƏ OLMAZ QADAQANDIR DEYIB TƏLƏB EDİRLƏR.BU QADAĞALARIN ƏSASIN SORUŞANDA İSƏ DURUB BAXIRLAR GÖZLƏRİVİN İÇİNƏ AĞIZLARINI DA BALIQ KİMİ DÖYÜRLƏR NƏ DEDİKLƏRİNİ DƏ HEÇ ÖZLƏRİ DƏ ANLAYA BİLMİRLƏR.

  7. “Xəzər Lənkəran”in rəsmilərindən biri Höccət Hacıyevin verdiyi məlumata görə Elnur Allahverdiyev artıq “Qəbələ”dən geri çağrılıb. H.Hacıyevin bildirdiyinə görə klubla 6-aylıq müqaviləsi olduğuna baxmayaraq müqavilə müddətinin uzadılması üçün Elnura yeni müqavilə təklif olunacaq.

  8. LENKERAN ASHiQi says:

    yaziya gore teshekkur edirem. Bu yazidan bir yeqine catdim ancag 12-ci oyuncuda fikirleri soylemeye qadagan yoxdur adam burada gardashlarla derdleshir ureyin boshaldir buna gore teshekkurimi bildirirem.

    • hermetli azerkeslerimiz saytlardan oxudum ki xezer cavidi transver etmek isteyir.vallah metel qaldim.yeni bu rehberlik mi deyim ,bas mesqcimi deyim, bilmirem bunlarin gezu kordur.axi ele oyuncuya sexsen men 11 qoyun etibar ederem ve ona 4 manat pul vererem.axi o oyncu deyil……onun xezerin oyuncularina qarsi belke xoruzlandigi yaddan cixib.yene bagislamaq olardi.eger oyuncu olsaydi.

  9. ADMİN qardaş, Salam! Vəfa bəyin yazdıqları hər birimizin hər oyun vaxtı rastlaşdığımız həqiqətdir. Qoyulmuş qadağaların əksəriyyəti təsdiq olunmuş qanun və qadağaların əleyhinə olan qadağalardır. Mən siqaret çəkənəm və stadionun girişində qanunsuz olaraq alışqanımı məndən almaq istəyən polisə deyirəm. Məgər stadionda siqaret çəkmək qadağan olub? Deyir ki, yox qadağan deyil. Deyirəm alışqanımı alsan bəs mən siqaretimi nə ilə yandıraram? Cavab verməyə bir tutarlı arqument tapa bilmir və yuxarıdan tapşırıq belədir deyir. Deyirəm onda birdəfəlik tapşırıq verilsin ki, siqaret çəkənlər stadiona buraxılmasın. Vəfa bəy yerində qeyd edib, bunlar savadsızlıqdan irəli gələn amillərdir. Çünki, qadağalar qoyulanda nəyəsə əsaslanmalıdır.

    • Qabil bəy, sizə, saytımızın 2-3 təmkinli, savadlı, futboldan anlayısı olan bir azarkeşi kimi hörmətim olduğundan, məsləhət görərdim ki, siqareti atasınız, bu həm də sağlamlığınız üçün vacibdir. Onu da deyim ki, bir çox ölkələrdə idman qurğularında, o cümlədən stadionlarda da siqaret çəkmək qadağandır və hesab edirəm ki, bu doğru qadağadır. Qaldı, konkret bizim məsələyə münasibətə, deyim ki, siz haqlısız, əgər qadağa yoxdursa, alışqanı siqaret çəkəndən müsadirə etmək yolverilməzdir, ümumiyyətlə, sizin polisin qadağaları çox vaxt absurddır.

  10. deyirler ki elnur allahverdiyev xezere qayidib duzdu?
    ***
    Ola bilər qayıtsın. Qayıtsa belə onun qayıdışı komandada böyük dəyişiklik hesab olunmayacaq. Belə deyim də bu xəbəri bekarçılıqdan yayılan xəbər kimi qəbul etmək lazımdır.

  11. Qanun hami ucundur,təki huquqlarimizi subut eləyə biləydik.Kiminsə savadsizliği bizim haqqimizi tapdalamağa yetməz.Haqqimizi həmişə sivil yollarla catdirmaliyiq və bunun ucun calişmaliyiq.Huququ bilməməyimiz bizi məsuliyyətdən azad etmir.Ona görədə huququnu bilməyənlərədə huququ anlatmaq lazimdir ,cox səbr və təmkinlə.”QADAQA”-lar ayri-ayri muhafizəcilərin əhvalindan yox,dövlət qaydalari ilə tənzimlənir.Qadağalari demək ucudə yuksək cəbr və təmkin lazimdir.Biz bunlari bacarariq və kamandamizi Avropada görəcəyik.Bu gun bu arzudursa ,sabah bunun real olmasina kimsənin şubhəsi olmasin.Yaşasin saqlam cəmiyyət.!-Rədd olsun ucuncu quvvə və buna rəvac verənlər!-Sadə azarkeşlərin gunahi nədir?-hansi quvvədən söhbət gedir?-Əgər kutləvi tədbir bir idmandirsa və burdada “quvvə”-lər varsa ,deməyə söz tapmaq olmur.Necə olur ki ,13-cu quvvədən istifadə edən adamlar məhkəməyə gedib dediyi sözlərin məsuliyyətindən yayinirlar amma bu azarkeşlərə aylarla həbs kəsilib.Vəfa muəllim!-Bəs bu necə !QADAĞADİR”?.-Bəlkə siz deyəsiniz….

  12. Muəllim birinci salam!.İkincisi odur ki, yalniz sizinlə danişmaq və fikir mubadiləsi etmək istəyirəm. ………………………………………………………………………………………..
    ***
    Şərhinizi diqqətlə oxudum. Səmimiyyətinizə görə təşəkkür edirəm. (Yeri gəlmişkən “yalniz sizinlə danişmaq və fikir mubadiləsi etmək istəyirəm.” yazdığınızdan şərhinizin qalan hissəsini silməyi qərara aldım.)

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


üç + 5 =