1 il əvvəl
Bu sondur yoxsa?
1 il əvvəl
Heyf…
1 il əvvəl
Qadağalar qaydası…
1 il əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
2 il əvvəl
A B R A K A D A B R A

 xezer  Məlum olduğu kimi “Xəzər Lənkəran” klubu üç il əvvəl elan etdiyi lakin yarımçıq dayandırdığı gəncləşmə siyasətini yenidən işə salıb.

Amma bu dəfə məcburi addım olduğundan çox güman klub rəhbərliyi bu strategiyanı sona qədər davam etdirməli olacaq. Hazırda isə komanda üzvləri arasında sanki “saf-çürük” prossesi gedir. Məşqçi heyəti Covanni Melkiore istisna olmaqla onlara təklif olunan az maaşla razılaşmayıb komandadan ayrılıblarsa da futbolçuların heç də hamısı konkret mövqe nümayiş etdirməyib.

Beləliklə pulsuzluğun iyi gələr gəlməz klubu ilk tərk edən Makedoniyalı Deyan Blajevski və Bolqarıstanlı Qalin İvanovu yəqin başa düşmək olar. Onların “Xəzər Lənkəran”da oynayaraq yaxşı pul qazanmaq istəklərinə hörmətlə yanaşmaq lazımdır. Əlbəttə bu mənada klubun təklif etdiyi aşağı məvaciblə razılaşıb “ağ-yaşıl” formanı geyəcək Vyekoslav Tomiç, Sadio Tounkara və Afred Sankonu ayaq üstə alqışlamaq gərəkdir. Bəs aşağı maaşa top qovmağı özünə ar bilən milli komandanın üzvlərinə nə deyəsən? Onlardan biri Rauf Əliyev mətbuata açıqlamasında addımına belə bəraət qazandırmağa çalışıb: BURADAN İZLƏ

“Klubdan mənə müəyyən şərtlər irəli sürüldü. Ancaq bu mənə sərf etmədi. Bu şərtlərlə komandada qala bilməzdim”. Bu da sənə milli futbolçu.

Qeyd edilməlidir ki, bu Azərbaycanlı futbolçular layiq olduqları məbləğdən qat qat artığını “Xəzər Lənkəran”da qazanırdılar. Əsl layiqli qiymət barədə söhbət gedəndə isə üz çevirib getdilər və Afrikalı Sankou ilə Tounkara qədər bizə yaxın ola bilmədilər. Xatırladaq ki, maddi porblemlər üzündən Elnur Abdullayev, Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqov artıq “Xəzər Lənkəran”dan ayrılıblar.

Əslində “Xəzər Lənkəran” klubu öz ətrafına bəzi namərdləri toplayıb uğur qazanmaq istəyəndə artıq yanlış addımın ilkini atmışdı. Vaxtı ilə öz müəlliminin ayağının altını qazan və nəyin bahasına olursa olsun baş məşqçi postuna yiyələnməyə çalışan Oğuz Çetin yalnız başına Lənkəran naringisi dəyəndən sonra sitrus dəymiş yemiş başını götürüb qaçmalı idi. Qaçdı da. Çünki indi “Xəzər Lənkəran” ona əvvəlki kimi 2-milyon dollar deyil, daha az məbləğ təklif etmişdi. Çetin “abi” isə “bu para bana yetməz” deyib, üz çevirib qaçdı. İndi belə namərdlərin çoxu “Xəzər Lənkəran”dan üz çevirir !..

Mustafa Dənizlinin ölkəmizə gətirdiyi Oğuz Çetin altı ay bundan əvvəl klub rəhbərliyi ilə apardığı separad danışıqların nəticəsində istəyinə çatmışdı. Bu hadisə hələ baş verməmiş və belə ola biləcəyi hələ keç kəsin ağlına belə gəlməmiş isə ilk olaraq “Bosman” fan klubu hamını “Bir fotonun əhəmiyyəti” başlıqlı yazı ilə xəbərdar etmişdi. BURADAN İZLƏ 

Mustafa Dənizli istefa verəndən sonra baş məşqçi postuna layiqli namizəd təklifi azarkeşlərdən gəldi. Belə ki, əsl zamanında fan klublar, ziyalı və ağsaqqal azarkeşlər klub sahibinə həm namizəd məşqçinin adını həm də görülməsi vacib olan işlərin həyata keçirilmə formasını sıralayan müraciət göndərdi. Təəssüf ki, klub sahibi tərəfindən əhəmiyyət verilməyən və bəzi araqarışdıranların isə şübhə altına aldıqları müraciət çoxlu yersiz müzakirələrə səbəb oldu. Vəziyyət belə olunca isə “12-ci oyunçu” və “Bosman” fan klubu mətni mətbuata çıxarılmayan növbəti geniş məktubla Mübariz Mənsimova müraciət etdi. Amma bu dəfə də klub sahibinin müraciəti cavablandırmayraq saymamazlığı ilə qarşılaşıldı. Bu saymamazlığa və ümumilikdə klubda gedən işlərin anormallığına etiraz əlaməti olaraq “Bosman” fan klubu fəaliyyətinin “Xəzər Lənkəran”a aid olan hissəsini dondurmağa qərar verdi. “Xəzər Lənkəran” isə Oğuz Çetin kimi müəlliminin üzünə ağ olanla, pulu çox şeydən üstün tutan, futbol qurumlarının oyuncağına çevrilmiş milli futbolçularla və bəzi o biri satqın yerlilərlə yoluna davam etdi. Zaman elə gətirdi ki, “Xəzər Lənkəran”ın pul kisəsi boşaldı və pul siçovulları bir bir “gəmini tərk” etməyə başladılar. Klubun məhz belə bir çətin və ağır günündə “Bosman” fan klubu “12-ci oyunçu”ya qoşuldu və araşdırmalar aparıb “Xəzər Lənkəran” haqqında əsl həqiqətləri ortaya çıxardı. Saytımızda gedən “Axtardıq, araşdırdıq və belə bir nəticəyə gəldik ki,..” başlıqlı yazı da məhz “Bosman” fan klubu və “12-ci oyunçu”nun birgə araşdırmasının nəticəsində hasil olmuşdur. Bəli, biz birgə araşdırmalar apararaq mövqeyimizi ortaya qoyduq. Təkcə sözdə deyil həm də əməldə ən çətin günündə “Xəzər Lənkəran” yanındayıq və müstəqil mövqeyimizi gizlətmirik. Nə “12-ci oyunçu” nə də “Bosman” fan klubu heç vaxt yalançı “qızıl orta” axtarışına çıxmadı, heç vaxt “Xəzər Lənkəran”ı hansısa qara niyyətlərə xatir alqışlamadı, biz öz istəyimizlə, mənəvi tellərlə bağlandıq “Ağ yaşıl” rənglərə. Xoş gündə unudulduq və bunun fərqinə belə varmadıq, amma çətin günündə də meydanda yalnız özümü və sədaqətli azarkeşləri gördük. Xoş günündə Mənsimovların qarşısında “faraqat” duranlar pul kisələrindəki qızıl sikkələrin cingiltisi eşidilməyincə gözə dəyməyəndə “12-ci oyunçu” azarkeş qrupu və “Bosman” fan klubu həmin sədaqətli azarkeşlərlə birgə ədalətin müdafiəsində səsini ucaltdı və “Xəzər Lənkəran”ın yanında məğrur durdu.

Çünki ədalət hissinə köklənən bu məğruruluq pul para ilə ölçülmür.

34 Şərh

  1. salam ! xaqiqatan xalaldi siza dost dar kunda taninar

  2. SALAM KOMANDAMIZIN DAXILINDE GEGEN GENCLESME PROSESI HECDE PALMALI SIRKETININ MADDI CEHETDEN CETINLIYE DUSMESI ILE BAGLI DEYIL. UMUMIYYETLE BUTUN BU SAIELER NOVBETI DEFE BIZ AZERKESLERI ALDATMAGDAN BASGA BIR SEY DEYIL.DOGURDANDA BELE MADDI PROBLEMLER OLSAYDI OKUZE 2 MILYON DENIZLIYE 5 MILYON VERILMEZDI.INDI BEZI REY YAZANLAR AZERKESLERI KOMANDAMIZIN YANINDA OLMAGLA DESTEKLEMEYE CAGIRIR. FIKIRLESIREM KI, KLUB REHBERLIYI DE BU FIKIRDEDIR KI, KOMANDAYA AZERKESLERIMIZ DESTEK OLSUN.EGER MADDI PROBLEMLER VAR IDISE MILYONLAR SAGA SOLA REHBERLIK TEREFINDEN NIYE SEPELENIRDI? DEMEK REHBERLIKDE UZAGGORENLIK OLMAMAGLA, SERISDESIZ GERARLARG GEBUL EDIB.KECEN IL 5 MILYON DENIZLIYE VERDIYI HALDA MIRCA REDNIK ONDAN 5, 10 DEFEYE AZ MEBLEGDE MEVACIBE RAZILIG VERIRDI. NE ISE BUNLARI GEYD ETMEK ARTIG GECDIR. SADECE REHBERLIK HEC VAXT AZERKESLERE DESTEK OLMAYIB VE ONLARIN ISTEYINI NEZERE ALMAYIB, ALMAYACAGDA. GALDI GENCLERIMIZE TALIS BALALARINA SANS VERMEYIN, YENI BU BOLGEMIZIN GENCLERINE VAXTI ARTIG CATIB.HER HALDA ONLAR RAUFDAN, EFRANDAN VE S. HANSI KI, PULA GORE KOMANDAMIZI TERK EDIBLER , GEYRETLI OLUB KOMANDAMIZA CAN GOYARLAR. AMMA LIOGENER OYUNCULARIN DESTEYI ILE BU OLMALIDIR.TUYGUN BEYE DEMEK ISTEYIREM KI, YAXSI DEYIL SIRKET ,,BONKOROTA,, DUSUB BILETIN GIYIMETINI 10 M GALDIRSIN .BIZIM GEMIMIZ YOXDUR KI, NEFT DASIMAGLA BANKOROT OLAG. BIZ SADE AZERKESLERIK HAMIMIZDA ISSIZIK. ONA GOREDE ZIYANDA OLMURUG.XEZERIMIZE, GENCLERIMIZE UGURLAR

    • REHBERLIK HEMISE ALDADIB BIZI,
      BELECE BUKULDU XEZERIN DIZI.
      ON ILLIK YUBLEYDE CALINAN TOYU,
      XEZERIM UNUTMAZ HEC OMUR BOYU.

  3. Salam admin qardaş cunet bicerin doneminde baş meşqci afrikaya gedib 2 legioner getirmişdiler az mebleq qarşısına oynayırdılar biri ele sadio tonkaradır afrikada o qeder ele keşf elenmeli futbolçuları varki menim fikrimcə Elburus ve iki klub numayendesi afrikaya ggetməlidir admin qardaş sizin fikriniz necedir buna.sagol
    ***
    Salam. Xaricə gedib futbolçu gətirmək asan deyil, bunun üçün əlaqələr olmalıdır. Mənə Elbrus Məmmədovun bu sayaq əlaqələrinin olması məlum deyil bir də ki, baş məşqçinin orada nə işi var? Amma klubun seleksiyaçı məşqçisi olsaydı gedə bilərdi.

  4. Salam admin qardaş men Korner. azda oxudum ki xezer 1.2 legioner futbolcu alacaq bu duz xeberdir
    ***
    Salam. Mən hansı xəbəri dəqiq öyrənirəmsə dərhal saytda onu qeyd edirəm.

  5. Zəfər Lerikli says:

    Səbuhi bəy salam.Fikir mubadilən uçun təşəkkur edirəm.Gənc heyət kim deyə bilər ki “Neftci”yə 5:0 uduzar?.Axi bu gənclər sizin hesabladiğiniz gedən pulpərəstlərdən az can yandirarlar?.Sanko kamandada baş verənləri bilmirsə bu onun gunahidir.Öz çörəy yediyin yerdə vəziyyəyi bilməyən oyunçu gunahi özundə bilməlidir.Birdə mən hər saytda yazilana inanmiram.Bir oyunçu futbolçu həyatinda yalniz pulu duşunərlərsə o oyunçu deyil.Kamandamizda aldiği pulun qarşiliğini verməyən oyunçularin getməyinə mən sevinirəm.Və bu təmizləməni_həmçinin 3_cu barmağin kamandamizdan əl çəkməyinə sevinirım.İnşallah qələbələrimiz çox olar və “neftci”yə yerini bu gənclərimiz görsədər.Nə deyirəm…yaz yaddaşa.Lakin kamandamiza təcrubəli oyuncular gələcək.Zamanla səbr edək.Səbr etmək aci olsada və fikrim məntiqsiz görunsədə….mən hər olaya tez inanan deyiləm.Lakin bu gəncləşdirməyə inaniram və sizin fikirlərinizədə hörmətlə yanaşiram

    • Hormetli Zəfər Lerikli , hansi futbolcunu cerimelesen ve her an ona verdiyin pulu uzune cirpsan bu cur olar,sen inanirsan ki o gencler qudurmuyacaqlar, sene ele gelmir ki onlar ele pulu secdikleri ucun ordalar,eger pulu sevmeseydiler,menim kimi xarici olkelerde az pula elim dalinca gederdiler….O qeder gormusem bizim zonada biraz pulu olan kimi quduranlari,ele bil bizim zona cennet mekanidi, pul herisliyinden deyilmi cammatda narkotik dalince min yollarla kol ekirler,her xeberlerde bu movzuda xeberler cixir….Bu heyyet neftcinin 14-17 yaslarini guc bela ile udurlar halbuki o evezedicilerde qollar coxu ayagla vurulur,cirligla elaqedar olaraq,sen bilirsen bizim evezedicilerin boylarini onlar her oyunda basla 2-3 qol yemese adimi deyiserem….hele basqa seyleri demire,bu evez ediciler guclu olsaydi bu 10 ilde bir defe ilk 3 lukde bitirerdiler de cempiyanati…Yoxsa ordada Affa mane olurdu? bagisda basini agritdimsa…Biraz real olaq , hami axmaqdi biz bir agilli,eger o gencleir xaricde olan mekteble gonderseydi bu nece ilde, veya en azi bir akademiya tikseydiler,men indi razi olardim,deyek ki bu oyuncular pulu dusunmur, mene bir klub goster oz cempiyanatinda evezedicileri ile cempiyon olub ,saytda yerlesen sonuncu yazi cox gozel yazidi,onu oxu sonra dusun sence bu klub dogurdanmi genclesdirmedi meqsedleri….???????

      • Zəfər Lerikli says:

        O mövzuya fikir bildirmişəm artiq.Premyer liqada iddiasi olan kamandada mutləq nəsə olmalidir.Bir-iki həftə səbr edək.

  6. Men Futbol.11 Az-da Huseynin fikirlari ila maraqlandim ve bela bir qenata geldim ki klubda maliyya problemi yoxdur ,amma 12-ci oyuncunun zehmet cekenleri deyirdilar ki problem maliyyadir .Hec cur anlamaq olmur.Amma cuzi olsada Huseynin fikrinda heqiqat var ,amma o oz fikirlarinda tam semimi deyil.Basha dushuram o da oz coreyi xetrina aciq-saciq danisha bilmir hech danisha da bilmaz.Danishsa gerek sele-kulesini goturub geda.Amma onun bir fikri ila tam raziyam yerli oyuncular ozunu dogrultmadi,amma maraqlisi odu ki kim Xezerdan gedir bashqa klublarda yaxshi oynayir,sebeb nedir?? Sebeb meger rehberlik deyil?? Indi veziyyat beladir baxiram guzguya bu menem men deyilam,hazirda Xezerin veziyyati beladir Men hemisha demishdim bizda saglam idarecilik yoxdur,olsaydi saf-curuk edardi komanda da zeif halqa kimlerdir.Demali Xezeri saxlayirlar ki oz naloqlarindan ,vergilarindan azad olsunlar ,amma eziyyati biz sade azerkeshlar cekirik.Ya da ki temizlama ishlari aparirlar ki Rednik oz komandasi ila gelsin ,bela da ola bilar.Qalmishiq mat-mettel.
    ***
    Salam. Axı klub rəsmisi “klubun pulu yoxdur” deyə bilməzdi. Bunu siz də qeyd edirsiz amma başqa cürə. Və sonra da fikirlərinizi düzürsüz sıra ilə. Həmin o başqa cürdən sonrakı fikirlər artıq getdikcə həqiqətdən getdikcə uzaqlaşır.

  7. Xezer-Lenkeran bu il Bakı ilə 9-cu yer uğrunda mübarizə aparacaq. Bu özü də çempionata marağı, azerkeş həvəsinin artması baxımından çox böyük və alqışa layiq addımdır.

  8. Zəfər Lerikli says:

    Salam.Vaxtinizi ayirib və mənim fikirlərimi oxuyan hər bir şəxsə qabaqcadan təşəkkur edirəm.

    Mövcud durum hamiya məlumdur.Hamida bilir “Xəzər Lənkəran”da çox guclu islahatlar dövru başlayib.Əsas oyunçularin kamandadan getməsi və yerinə gənc əvəzedicilərin gəlməsi buna subutdur.İndi hamini bir sual duşundurur.Görəsən nə baş verir?.Haminin dilində Qafqazin “Çelsi”si adlandirdiği “Xəzər Lənkəran” a nə oldu.?

    İlk baxişdan asan görunən sualdir. Lakin asan olduğu qədərdə duşunməyə insani vadar edən sualdir.Səbəbi hər nə olursa olsun- mənim “Xəzər Lənkəran”im yaşayirsa , mənə bu yetər.Kutləvi informasiya vasitələri hər dəqiqə bir xəbər yayirlar.Bilirsiniz bu nəyə oxşayir?..Özlərini xəbər qaynaği kimi gözə soxmaqdan başqa heç nəyə.

    Klub rəsmilərinin musahibələri muxtəlif saytlarda yerləşdirilir.Azərkeşlərimizdə həmin musahibələri oxuyur və o musahibələri özlərinin fikir yurutməkləri uçun əsas mənbə sayir.Əslində azarkeşlərdə də gunah yoxdur.Bu xəbərləri yayan insanlarda öz yazilarina hörmətlə yanaşsalar pis olmaz.Rəsmi dediyimiz klub rəsmiləri yalniz rəsmi danişmalidirlar.Klub siyasətini deməlidirlər.Yoxsa hər klub rəsmisi ayri-ayriliqda fərqli fikirlərlə çixiş etsələr, onda rəsmi bir şey qalmir.Buna görədə azarkeşlərimiz diqqətli olub və mustəqil fikir məkani olan 12cioyuncu.info saytinda gedən xəbərlərə munasibət bildirsələr yaxşidir.Duzdur bu mənim şəxsi fikrimdir və heç kimsəni öz fikrimə şərik etməkdə istəmirəm.

    Keçək əsas məsələyə.”Xəzər Lənkəran”da gedən proseslər bu gunun və dunənin işi deyil.Bu zaman-zaman yiğilan problemlərin partlayişidir.Sadiq azarkeşlər yaxşi bilirlər ki bu proseslər hələ Rednikin istefa vermədiyi bir vaxtdan 3-4 ay əvvəl başlamişdi.Onda hər vasitə ilə kamandamizda araqarişdiranlarin sayi artmişdi.Kamanda qalib gəldiyi oyunlarda belə haqsiz tənqidlərlə uzləşirdi.Və nəhayət bu haqsiz iradlar Rednikin istefasi ilə nəticələndi.Ondan sonra nə baş verdi?.Kamandamizin oyunçularina divan tutuldu,azarkeşlərimiz həbs olundu.Pula görə oynayan oyunçularin sayi artdi.Hərc-mərclik yarandi.Təriflədiyimiz oyunçular artiq varlanandan sonra bizə yuxaridan baxmağa başladilar və s.Bunlarin çoxunu bilirsiniz.Hamsini yazsam oxumağa nə sizin səbriniz çatar nə də hamsini bir yazida əhatə edə bilərəm.

    Bu gun sadiq azarkeş öz mövqeyini ortaya qoymalidir.İndi kimisə tənqid edib və kimisə getməyinə görə danlamaq vaxti deyil.Kim bizimlə can yandirmaq istəyirsə yanimizdadir.Kimsə getmək istəyirsə gərək çoxdan gedəydi.Qaldi formalaşmaqda olan yeni gənc həyətə.Onu deyim ki, mən bu heyətdən çox şey gözləyirəm.E.Məmmədovun fəaliyyəti ilə tanişliğim olmasada, qurulacaq yeni kamandanin əzmkar mubarizə aparmasina əsla şubhə etmirəm.Bu gənclərimizlə uğur qazana bilərik.Mən buna əminəm və indən belə daha çox əmin olaram.Kamandamiza azarkeşliyimlə həmişə dəstək göstərəcəyəm.

    • 5 oyunda 1 xal yiganda,nefciden 5 den cox qol yeyende danisariq,bu nece genclesdirmedir ki, rahid qalir, ramaldanov ve cahangir qalir yeni bunlar o qeder guclu oyunculardi,,amma Efran Rauf gedir,yeni onlar genc deyil veya scarleteki niye gedir, niye Sankonun umumiyyetle gedenlerden xeberi yoxdu….????Bunlara cavab yaz…

  9. kolxozdan HUSEYN BƏYƏ sual?
    Əgər leqioner zəifdirsə bəs Skarlanı niyə Qqrabağ aparır,bəs Nildonu niyə İNTER apardı və orda niyə yaxşı oynayır?Bəs Vobay bəs Parks,bəs onlarla futbolçular gedib digər klublarda yaxşı oynayırlar?Yox HUSEYN BƏY ,kolxozda olsaq bılirik ,sən əsas qayəni bilirsən ,ancağ ,çörəyivə xatir bunları yazmırsan.10 ilə 15 yox, 150 məşqçidə gəlsə xeyri yoxdur.
    Rəhbərlərin özundən razılığı,təkəburu,səriştəsizliyi komandanı bu günə qoyub .
    Keçmış Xəzər rəhbərlərindən biri həmişə mənə deyərdi,sən Mubariz bəyə həsəd aparırsan,o,xalqımızın qururudur;mən isə deyərdim ola bilsin Allah xalqımıza MUBARİZ adinda bir şəxsi bəxş etsin,o,bu Mubariz deyil.Bəli Allah bizə MUBARİZ bəxş etdi,öz şəhidliyi ilə,mıllətin qururuna çevrildi.

  10. Bu qerar kokunden sehf qerar idi,bu qerar uzunden size deyim en az 2 il avrokuboklardan uzaq qalacayiq. Men sexsen hec inanmiram o evezedici heyetden bizde 3 dene oyuncu qalsin kamandaya esil xeyir veren, klubun metbuat katibi deyir ki, bizde pul problemi yoxdu,etdiyimiz dogrudu…Yaxsi deyek dogru,onsuz her etdiklerine dogru deyirler,sonra o qerari deyisdirirler, sonra deyirler bu yenisi dogrudu,yeni sac kesmeyi kecel xezerin uzerinde yoxlayirlar,kecen yadindadi hormetli admin dediler, bu Cetinle son 5 oyunun 5-nide uduzmadiq,sehf etmiremse 4-nu udduq,dediler bundan elasi olar verdiler eline 3-4 tecrubelisini yeqin bizi cempiyon eder….Amma gorunduyu kimi alinmadi,bu ilde eyni prosesi Elburus basina edirler ve neticesini size deyim bu kamanda ilk 5 oyunda 1 xal yigsin, dunyanin sonuna dek bu rehberliyi destekliyerem….ve bu Elburus bele gedecek….Olmazdi ki bu heyyeti saxlayarq ya ynis yada Agaselime vererdiler bass mesqciliyi deyerdim bu kamanda transfer etmeden ilk 3 lukde eminlikle deyire olardi….Demeli pullari yoxdu,ordan biri cixir deyir yox pulumuz var, amma bunlar pulla oynuyurlar,futbolcunun isi pula oynamaqdida messininde maasini 2 defe azalt eger barsolani buraxmasa gelib hami uzume tupursun….Scarleteki bilindiyi qeder Qarabaga kecir, qalanlarida en azi pis kluba getmiyecekler yeni bu kamandalar bu qeder axmaqdilar ki,bu oyunculara o pulu verirler,bir biz agilliyiq…. Gelin evezedicini arasdiraq…..Tutak ki hamisi ugurlu yol oldu,hamisi mehsurlasdi guya onlar pullarinin istemeyecekler, buna en yaxsi numune Baki kamandasidir ki, o oynyan oyuncular evezedicide son 3 ilde cempiyon olmusdular, hele onlarin arasinda tecrubelileride var,bes indi axtarsan 3 dene yaxsi oyuncu cixartmazsan,ve yigdiglari xalda goz onunde, cox uzaga getmiyek sumnqayita baxaq bu kamandani esas heyyeti bize 5 ceker indi, bunu etmezden evvel bir esas heyyetle evezedicini qarsi qarsi oynadin 90 deqiqe baxin gorun ne netice cixir ondan sonra bu yola gedin…Ne qeder yaziriq bir xeyri yoxdu,cunki klub bizim deyil, bizim olsaydi hebisxana 5 azerkesimiz gunahsiz yere olmazdi….Hec olmasa Xezer Lenkeran klub adindan Lenkeran sozunu goturun Cunki bu klub lenkeranin deyil Xezer Filankesdi…Men istemirem tabloda 5-0 yeniden gorum,cunki o hesab uzunden minlerce azerkesler arasinda dava olub,novbeti davalari acari olmadan bele hesablarin,dogru yola gelmsini istiyirem yonetimin,yaxsi gonderin efrani, resadi, Raufu amma amma qalanlari qalsin,esasende Skarlateki verin klubu Agaselime ve ya daha tecrubli yerliye…..Uzumuz gulsun,bu bayram birazda olsa sevinek,onsuzda eveezedicilerin yaxsisi olsa uze cixacaq batmiyacaq….Neyise Allah sebir versin,bu yonetime biraz hormetim vardi o da qalmadi….Neyimize lazimda bize bu qeder elave stress onsuzda stress icinde boguluruq…

  11. Sadıxzadə says:

    Əgər Rasimlə Şemonayev getsə, deməli həqiqətən gəncləşdirmə siyasətidir, yo əgər getməsələr ,hamısı boş şeydir,inanmıram ki,skarlatake və tyeqo rasimdən, skarduelli də ki şemonayevdən zəif oynayırdılar,eləcə də cahangir h.yəni pul qurtarıb, tülkü həccə gedir.

  12. Admin bəy, Salam! Araşdırma və aparılan analizlərin sayəsində ərsəyə gələn bu yazıda çoxlu həqiqətlər aşkarlanıb. Az-çox qaranlıq qalan bəzi məqamlara da elə bilirəm ki, yaxın zaman kəsiyində aydınlıq gələcək.
    Mənim səmimi Salamımı Mirhafiz müəllimə çatdırmağınızı Sizdən xahiş edirəm!
    ***
    Salam Qabil bəy. Salamınızı Mirhafizə müəllimə çatdırarıq. Təşəkkür edirəm.

  13. Əsil Xəzərli indi bilinər,…təklif edirəm bütün ev oyunlarında 15000+Sən devizi işə salınsın.Gənc uşaqlar dolu stadionu görsələr, onlar oynamaq nədir lap uçarlar oyunda.məgər azarkeş bunu etməməlidir? Bir də ki, Islam bəy, bəzi azarkeşlərə demək istəyirəm ki, çayxana fikirləri ilə uzağa getmək olmaz.sağ olun.hər şey Allahın istəyi və köməkliyi ilə yaxşı olacaq INŞAALLAH

  14. Sportsman says:

    Oquz Cetine iline 2 milyon veren ve bu sohbete inanan …-di! Oquz seviyyesinde meshqcinin illik maashi maksimum 200-300 min ola biler ve chox guman ki, ele de olub. Amma insafla demek lazimdiki, Oquz Xezerde artiq ish gormeye ve baximli futbol gostermeye baslamishdi, qalsaydi chox gozel olardi. Xezerin gozel futbol oynadiqini Prosinechki de etiraf etmishdi, Qarabaqla oyunda da eyani shahidi olduq. Bes Oquz niye getdi? Getmeliydi dee, ozune hormet eden meshqchi bu shertler altinda Xezerde qalmaqa raziliq vermez. Oquz neche vaxtdi baqirirki, hucumcu ve mudafiechi lazimdi, bu azmish kimi maashlar verilmediyine gore Ivanov, Blajevski getdi, daha bir nechesi yol ustedi. Oquz qalib kimle ishleyecekdi ki???? Ikincisi, Tomich, Tounkara niye az maasha razilahdilar? Ona gore ki, tomic ve Tounkara 3-4 ay komanda axtardilarki lijbi Lenkerana gelmesinler, tapa bilmediler, kor-peshman geri qayitdilar. Yene hara getsinler?? Rauf, Elnur bazarda qiymetlerini bilirler ve razilashmirlar. Bu cur Elnurlardan son 10 ilde chox olub Xezerde qalmayib qachan. Xezere bir gelende sevinirler, bir de burdan qirib qachanda.. Voobshem, Sozdu de buraxiblar ortaya, yene azarkeshlerin beynini dumanlasdirmaqa.. Yani hami gunahkardi, mensimovlardan bashqa..
    ***
    Kimin günahı nə qədərdirsə özü də cavab verəcək. Amma Oğuz Çetinin “Xəzər Lənkəran”da baş məşqçi postuna keçmə prossesi el dilində desək bir “şakallıq” dastanı üçün mövzu idi.

  15. xezere qardawlar bu mahni yarawir.bezi sozlerin yerin deyiwib bele etmek olar.
    Heyatimin taci idi, yawil rengli lenkeranim

    Futbol wirin,aci idi yawil rengli lenkeranim.

    Urek kimi doyunerdi.ne bir derdi ne bir qemi

    Cox illere sine gerdi durdu,dozdu lenkeranim

    Omru cicek qeder oldu sevinc oldu keder oldu

    Neycun geldi-geder oldu kimden kusdu lenkeranim

    Arzulara adlayardi xezer kimi caglayardi

    Duwmenleri odlayardi qaynar isti lenkeranim

    Tebietin neymetiydi,sevgilerin ebediydi

    Sanardimki tukenmezdi menim xezer lenkeranim…

  16. men inaniramki genclerimiz olara 10 min terefdar destek olur deye canlarini meydanda qoyarlar qelebe qazanarlar.hemde rahid tonkara sanko qaliblar skarlada qalsaydi ela olardi qardawlar ele oynayanlarda olariydilarda,sehv deyiremse deyin sehv deyirsen,inwallah yaxwi olar Allah inamimizi bagliyaq her wey yaxwi olar

  17. biz daima xezerin yaninda olmaliyiq affa pfl de bizim bizliyimizi gorsunler olar daima xezeri sindirmaq arzusunda olublar ,indiki veziyyetde xezerin pula gore azerkewlerini itirdiyini duwunmesinler deye gedib stadiondan oyunu izlemeliyik qoy her kese ders olsun xezer azerkewleri.gelin birlewek yenilsekde yensekde birlikde.

  18. Salam sabahiniz xeyir admin bey necesiz,sehetiz necedi? Admin bey duzu meqaleleri oxuyandan sonra adamin ureyi agriyir.Bu hadiselerin gedisi,budce azalmasi biz azarkesleri cox meyus etdi.Bu is her bir komandanin basina gele biler.Bosman fankulubunada oz derin tesekkurumu bildirirem ki,bele cetin bir gunde komandamizin yaninda oldulari ucun.Qaldiki bizim millinin oyuncularinin komandadan getmesine men sexsen onlarin getmesinin lehineyem.cunki onlar bir qepiklik oyun oynamirdilar(satqinlar)Sankonun,Tounkaranin,Tomicin el-ayaqi onlarin goyune girsin.onlar qeder kisilikleri catib komandada qalmadilar.buyrun bu yerliller onlarda legionerler.Ehsen size Sanko,Tounkara,Tomic.Yeri gelmisken ay Rauf, fran,Rasim,Resad sizden ne Sanko,ne Tounkar,nede Tomic cixmaz.Esil heqiqetde ele kamandada canini qoyan oyuncular ele bu 3 nefer idi onlarda qaldildilar komandada.Birce Skarlanin getmesi meni heqiqeten cox pis edib,cunki Rednikin Xezerde bir nisanesi idi ozude en elalardan biri idi.Rehberlik onu saxlasa ela olar,cunki o cox ela mudafiecidi kecilmez qaladi.Rehberlikden bir azarkes kimi onu saxlamalarini cox xahis edirem.o qalarsa mudafieye xettine arxayin olmaq olar.Admin bey siz nece dusunursuz bu dogru deyil?tesekkurler
    ***
    Salam, diqqət və qayğınıza görə sizə minnətdaram. Qaldı o biri məsələlərə, bütün işlərin zaman ehtiyacı var yəqin.

  19. mence duzgun yanasmirsiz. o geden futbolcularin yerine her kim olsa ele eder. eger lenkeran 10000 verirse qarabag 20000 verirse elbetdeki her bir futbolcu 20000 secer. futbol 30 yasa kimidi ondan sonra issizsen issiz olanda xezer rehberliyi gelib o futbolcuya pul vermez get aileni dolandir. bu gun butun dunyada iqtisadi bohrandi hetta rusiyya gore abramovic sonra basqa is adamlari her hefte milyonlarla pul itiriller ama hele heckim komandasini dagitmir. bu bohranda muveqetidi yani hellini tapar InsaAllah. bunu hamimiz bilirikki palmalinin budcesi bu bohran lap 1 il getse bele yende xezeri saxliya biler. gelin etiraf edek 3 ilden coxdu xezer ancag dala gedir buda bir behane idi ve bundanda istifade etdiler. butun azerbaycan etiraf etdiki rednik cetinden guclu mesqcidi mensimovlar yende cetini getirdi. ondada pullari yox idi? men hec dusunmuremki xezer yende duzele lap mensimovlarin pulu asib dassada

  20. elshan bagirov says:

    FUTBOL 11AZ SAYTINDA HUSEYN CABRAYILOGLU HER SHEYE AYDINLIQ GETIRIB . TAPIN OXUYUN HECDE HAR SHEY BIZIM FIKIRLESHDIYIMIZ KIMI DEYIL .

  21. Salam eziz qardashim, cox gozel yazidir, menim salamlarimi Mirhafiz muellime catdirmaginizi rica edirem. “Bosman” fan klubu hemishe qelbimizdedir. Qardash, Skarlanin Qarabaga kecidi duz sohbetdi? Cox uzuldum, cox isterdim ki, eger bizde oynamasa Azerbaycanda oynamasin. Axi o bizlere Rednikin yadigaridir.
    ***
    Salam olsun Ya Seyid. Salamınızı çatdırmaq borcumuzdur. Qaldı Skarlatakenin məsələsinə, düzü bu barədə tam məlumatsızam, amma mən də sizinlə o mənada razıyam ki, Skarla bizə başqa legionerlərdən daha fərqli yaxın idi.

  22. elshan bagirov says:

    GOZLERIZ AYDIN SKARLATAKE QARABAGA KECIR ??????

  23. elshan bagirov says:

    MUELLIF FIKIRLERI BU GUNKI VEZIYYETI SAGLAM VE DUZGUN ANALIZ ETDIYINE GORE COX SAG OLSUN . SADECE GEDENLERDEN KOMANDAMIZIN CANI QURTARDI DESAK DAHA DUZGUN OLAR . UREYNEN XAZAR LANKARANDA QALANLARA HAMINIZI DESTEK OLMAGA SESLEYIREM .

  24. semedzade xl says:

    Qardasim, Oguz hoca 2 milyon pul almirdi.tam deqiq.qalmamaginada pul sebeb olmayib.

  25. Salam. Xezerde bu cur addimlarin atilmasi tekce bizim klub rehberliyinin yox affa ve diger qrumlarin Azerb. Futboluna yeritdiyi yeni planlarin neticesidi novbeti illerde diger komandalardada bu hallar bas verecek evel Sumqayit yaradildi sonra Azal ve en esasida Bakida genclewme siyaseti aparildi indi de Xezerde novbeti illerde diger komandalarda bu addimlar aparilacaq milliye gelmiw yeni bas mesqcininde genclere sans vereceyi melumdu bundan elave artiq evveler yuksek maas almaqa oyrewmiw oyuncular burda az maas aldiqlarini gorub xarice gedecekler ve buda milliye boyuk xeyir verecek indiki halda milli oyuncular burda yuksek maas aldiqina gore xarice asaqi maasa getmir ve cempionatda muxtelif komandalarda istedikleri formada cixiw edirler bele olduqda bizim futbolda genclerin yetiwmesi gecikir, bubun qarsisini almaqdan otru affanin xususi plani esasinda butun klublar Azer.li oyunculara asaqi maas teklif edecek ve buceye bu yolla qenaet etmis olar xarici oyuncularin maaslari gizli sekilde odenilecek ele goturek Bakini maliye bohrani yasayan komanda cempionatin ortasinda bir nece ecnebi oyuncunu celb etdi guya pulsuz oynayacaqlar halbuki olarin adlarinin istirak erizesine salinmasi ele 15000 manata basa gelir.hec bir uygunluq gormurem ,sizce bu affa582858nin plani deyilmi?

  26. Zəfər Lerikli says:

    M.Dənizlidən öncə curət tapib və sözun hər mənasinda dunyaşöhrətli con Toşakin başinin ustundə oturan Oguz Çətin klub xəyanətkarlarinin hesabina vəzir qismində pay almağa gəlmişdi.Satqin vəzir sonda şah oldu.Bu şahin portağal qabiğina alergiyasi var imiş.Bunu onda kaş biləydik.Satqindan və xəyanətkardan isə bizə dost çixmayacağini vaxtinda demişdik.
    ******
    Ona dost demə ki, süfrə başında,
    Deyə: “Qardaşın da, dostun da mənəm”
    Ona dost deyərəm ki, çətin gündə,
    Dostun arxasında dayana möhkəm.

    Qardaşım, qəm çəkib etmə ahü – zar,
    Allahın çox gizli mərhəməti var.

    Zəmanə dərdindən çəkmə qəm, kədər,
    Səbr acı olsa da, şirin bar verər.
    ****
    Sədi Sirazinin “Gulustan” əsərindən

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


yeddi + 2 =