10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

delixanaHazırda “Xəzər Lənkəran” klubundakı vəziyyət bəzi cəhətlərinə görə Ukraynadakı vəziyyəti xatırladır.

Yəni o ölkə ilə bu kluba oxşayır və ya əksinə. Baxın, Mustafa Dənizlinin istefa verməsini klub öz rəsmi saytı vasitəsi ilə rəsmən elan edəndən sonra Mustafa demişdi ki, “Mən baş məşqçiyəm, heç yerə getməmişəm istefa da verməmişəm”. O yandan Mirça Rednik təsdiq edir ki, onunla danışıqlar gedir, bunu klub tərəfi də dolayısı yollarla bildirir və artıq heç kəsə sirr deyil ki, klub rəhbərliyi bu dəqiqə Rednikin gəlməsini hətta azarkeşlərdən də çox istəyir. Buna səbəb isə odur ki, transferlər üçün yaxın 3-ilə ayrılan pul Mustafa Dənizlinin dönəmində artıq xərclənib və qəpik quruşla futbolçu gətirib nəticə qazanmaqda Rednik kimi ikinci birisini tapmaq klub üçün çox çətindir. Azarkeşlərin əksəriyyətinin  Redniki istəməsi və klub sahibinə göndərilən müraciət və s.-ni nəzərə alsaq komandanın başına gətirilə biləcək ən real namizəd kimi Rumın məşqçini görmək olar. Amma bu yandan da Oğuz Çetin açıqlama verib iddia edir ki, baş məşqçi postuna o təyin olunacaq. İndi gəl bu klubu Ukraynadan fərqləndir. Axı Ukraynada qeydə alınan qeyri müəyyənlik eynən “Xəzər Lənkəran”da da davam edir. Məsələn: Bir neçə şərq vilayətləri  ayrıldığını bildirib, müstəqilliyini elan edirsə , sonra da Rusiyanın dediyi ilə oturub durursa “Xəzər Lənkəran”da da camiədən kənar qüvvələrə işləyənlər, başqalarının maraqlarına xidmət edənlər az deyil.

“Xəzər Lənkəran”da baş məqşçi postunda namizədlərin sayı 17-nəfərdir, real namizədlər 9-nəfər, təyinatının yəqinliyinə inananlar 5-nəfərdir.  Nəhayət 3-baş məşqçimiz var; -hazırda Mustafa Dənizli istefaya göndərilməsinə baxmayaraq hələ də özünü komandanın başında hiss edir, Oğuz Çetin özünün baş məşqçi olacağını iddia edir, Mirça Rednik isə hər şeyin düzəldiyinə əmin olaraq sadəcə gözlədiyini deyir. Ukryanda isə istefaya göndərilmiş prezident varsa da bundan əlavə bir neçə gün əvvəl keçirilən seçkilərdə seçilmiş lakin hələ səlahiyyətlərinin icrasına başlamamış digər prezident  də var və nəhayət prezident səlahiyyətlərini müvəqqəti olaraq icra edən üçüncü “prezident” var.

Kim deyər ki, “Xəzər Lənkəran”da vəziyyət başqadır? Yox, yox klub prezidentini nəzərdə tutmuram, mən baş məşqçilərdən danışıram…

Deyirəm nə qədər gec deyil elə mən də özümü “Xəzər Lənkəran”In baş məşqçisi elan edim də. Belə şans bir də ələ düşməz axı.

Beləliklə, Mustafaya bir quş, o bir yandan da onsuz da Redniki təyin edən deyillər. Qaldı Oğuza, o da qələt edir. “Xəzər Lənkəran”ın yeni baş məşqçisi mənəm, eşidirsiniz? Məəəəəən!!!

Vəfa Qələmdar.

delixana

17 Şərh

  1. Axşamınız xeyirli olsun! Nə qədər özumə söz verirəm sayta girib oxumayım,ancağ bu saytı cox sevdiyimdən əl çəkə bilmirəm.Allah kömək olsun, saytımız, Azərbaycanda ən böyuk ,ən cox sevilən olsun.Gun o gun olsun bu saytda oxuyum ki,Xəzərin butun rəhbərliyi o cumlədən Prezident və onun qohumları komandadan uzaqlaşdırılıblar..Onda komandaya Vəfaa Qəlamdar yoxa lap Sumağ satan Qəlamdarı versələr,yenə 1 ci yer bizimdir.

  2. Agaselim Mircavadov gələr

  3. emil917 says:

    her kecen movsum xezerin yaxwi ginleri geride qalir! Bundan artigini ne gozleyirem nede ki kimese gozlemeyi meslehet gorurem. Biz xezerin gozel gunlerini ancaq arxivde qalan videolardan izleye bilerik..

  4. Avazali says:

    hamini salamlayiram.albatta XAZAR pis guna galar.son daraca tarbiyali,gabiliyyatli,an asasi damarinda TALISH gani axan NAZIM SULEYMANOV galib giragda,ozunuzu yadlar ucun oldurursunuz.ozumuz ozumuza dushman olmushug.obirilarina yaradilan sharait NAZIMA yaradila,man 100% aminam ki, XAZARIMIZ duzalar.ela bil azzar tutub yaxamizi.man yalniz va yalniz NAZIMI dastaklayiram.

  5. gorecek gunlerimiz qabagda imiw ki..meqale cox lezzet eledi, amma bu cur azarkewi olan klub bu gunlere qalmali deyildi ki onu qinag obyektine cevirsinler..laga qoyublar artiq klubu da rehberliyi de..men oz fikrimde qaliram bu rehberlikle hecne elemek olmayacag.. Etibar bey demiwken bu idarecilikle nein ki Bilecerini hec Qumbasi kendini de kecmek olmaz…

  6. SALAM ADMIN. GORUREM VEFA BEY TEZE ISCILER GOTURUR .BELKE XAHIS EDESIZ MENIM UCUNDE BIR STAT ACSIN ,,TENGIDCI JURNALIST,, ALEMI GATARAM BIR BIRINE. GORXUDAN RAMIN BURALARA AYAG BASMAZ. KECEK ESAS MESELEYE. BU BEDBEXT CETINE DEYEN LAZIMDIR KI. XEZER ONSUZ CETIN GUNDEDIRSE SEN CETINI TEPESINE CIRPIR?

    XEZER ONSUZ CETIN GUNDE,
    NEYLER OGUZ CETINI?
    OTURSUN ANTALYASINDA
    EYLESIN GELETINI,
    BOYRU USTE XEZERIMI,
    ALTI AYDA SURUTDUN
    MESGCI OLMAG NIYYETIYLE
    ISI TAM,AM CURUTDUN,
    ADIN CETIN OZUN CETIN,
    YOX XEZERDE HORMETIN.
    YEKDILLIKLE ISTEYIRIK,
    BIZ REDNIKIN GELISIN
    BEYENMISIK UC IL ONCE,
    ONUN SONUNCU ISIN..

  7. Vəfa bəy razıyam sizn baş məşqçi olmanıza .Amma torbalardan qorxuram .

  8. REHBER OZU YARADIRSA, XEZERIMDE CETINLIK,
    HANSI YOLLA BIZ GOSTEREK, KOMANDAYA METINLIK.
    ISTEFAYA CAGIRMAGLA, NE EDERIK ONLARA?
    INDI DAHA NELER YAZAG, REHBERLIKDE DURANLARA

    DEYESEN HER SEY PUC OLUB GEDER CETINLE KOMANDAMIZ TEMIZ DAGILIB GEDER. BUNLAR NIYE GOZ GORE GORE KOMANDANI MEHF EDIRLER

  9. Klublar transfer axtarışındadır, toplantı keçireceyi yerleri danışır, bizimkiler kimlerinse qarşısında aciz qalıb. Mensimovları bu qeder çaresiz qoyan kimlerdi göresen? Neden ve kimden çekinirler?

  10. bas mesqci tn …. olacaq, komeckcisi Hoc…. qapicilarla isleyen meqci ise M….

  11. Salam hormetli,sehhetiz necedi,muellim men indi bele basa dusdum ki,xezerin bas mesqcisi oguz cetin oldu,beledi?
    ***
    Salam, səhhtim yaxşıdır, maraqlandığınız üçün təşəkkür edirəm. Qaldı baş məşqçi məsələsinə qeyd edim ki, hələ ki, ancaq söz söhbət gəzi. Konkret heç nə yoxdur.

  12. Bu biabırçılığın kuliminasiya nöqtesidi. Rehmetlik Sabir burda deyib: Ecnebi seyre balonlarla çıxır. Biz hele avtomobil minneyiriz.

  13. Allah sebr versin hamımıza. “HANIMIN ÇİFLİĞİ”ne dönderibler klubu. Bu ne biabırçılıqdı axı? Artıq Xezer Lenkeranlı olmaqdan utanmaq üzreyem.

  14. Admin bəs mən.Axşamınız xeyir. Məni kğməkçi məşqçi götürərsiniz.
    ***
    Mən yox, Vəfa Qələmdar baş məşqçi olacaq, ondan xahiş edirəm sizin üçün.

  15. Tarlan says:

    Deyirem meslehetdirse komekci mesqcide men olum )))))))

  16. admin qardaw futbolcularin qiymetlerine bawqa hansi saytda yazib baxmaq olar??? zehmet olmasa komey edin.transfermarket islemir.
    ***
    Salam, düzü mən beə saytlardan bir o qədər də məlumatlı deyiləm.

  17. temiz bardag olub xezer

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


3 + altı =