10 ay əvvəl
Bu sondur yoxsa?
10 ay əvvəl
Heyf…
11 ay əvvəl
Qadağalar qaydası…
11 ay əvvəl
Azarkeş sevgisi pula çevrilsəydi…
1 il əvvəl
A B R A K A D A B R A

futbol avrasiyaÖtən turun AZAL – “Xəzər Lənkəran” qarşılaşmasında qırılma nöqtəsi olan penalti epizodu “Ağ-yaşıl” camiə tərəfindən prinsipal mövqe nümayiş etdirilmədiyindən futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olmadı. Həmin matçın analizinə baş vuranların əksəriyyəti mahiyyətdən sağa – sola meyil edərək min bir xırdalığa getsələr də  həqiqətdən uzaq düşdüklərini gizlədə bilmədilər. Əslində ölkə futbolunda bu adi hal sayıla bilər, axı ötən ilin 28-may və 25-avqust hadisələrinə ikili münasibətlər çox şeydən xəbər verirdi. Sanki buralarda insanların çoxu görünən və görünməyən qüvvələrin təsiri altında həqiqəti dilə gətirməkdən  qorxur, çəkinirlər. Təbii ki, bəzilərinin belə etməsinə öz maddi və ya gerilənməyə məhkum düşüncə və həyat tərzi, anomal mənəvi maraqları vadar edə bilər. Bunu başa düşdük. Bəs həmin penalti epizoduna ölkəmizdən kənarda necə münasibət bildirilir? Buyurun izləyin.  Epizodun “qəhrəman”ı olan Rəşad Abdullayevə işarə edilərək “Arif Ərdən  özünü belə atmaz, Burak Yılmaz da özünü belə atmaz” cümləsinin arxasında nələr dayandığını anlamaq heç də çətin deyil…

http://youtu.be/rTv8ED5pRbs?t=10m39s

20 Şərh

  1. Mence o ozun yere atan futbolculara ceza verilmelidi ki day bele etmesinler

  2. Vallah tirk qardashlarin bu tamashaya gulmesi adami lap utandirir. sanki bu boyuk sehvi hakim Elyar yox butun azerbaycan edib … Elyarin yerinde hamimiz utandiq… goresen Eliyarin vecinedir????

  3. biz ne edebilerik elyar aqayev lenkeranda herhansi bir oyuna teyinat alsa onu 90 deqiqe mahir kimi baykot edek qoy bilsinki etdiyi alcaqliq talishlara nece pis tesir edib. resadida yaddan cixartmayaq o esil nakisidi azal lenkerana gelsin onunda adin qoyacaqiq

  4. Cavid Dadashov says:

    Amma Xeqani deyir ki,bu penaltidir…Bravo hakimbashi.

  5. Zəfər bəy, əslində sizin qınadığınız azarkeşlər ən düzünü deyiblər. Biz bu barədə “Bosman.az” saytında yazı vermişdik və həmin yazı indi mükalimə etdiyimiz “12cioyuncu.info” saytında da getmişdi. Deyirsiniz ki, heç kim penalti epizoduna və 68-ci dəqiqədən sonra qırılma nöqtəsinə fikir verməyib. Siz ki, həmin yazını oxumusunuz. İnanmıram ki, oxumayıbsınız. İndi türklər bu penalti epizodunu qabardıb deyə, bu bizdə çaşqınlıq yaratmamalıdır. Həmin yazıda biz penalti epizoduna belə münasibət bildirmişik: ” İki top fərqi ilə üstünlük qazanan komandamız, oyunun axırlarına doğru passivzmə gedərək, sanki oyundan qopdu və AZAL-ın qarşısında duruş gətirə bilməyərək ardıcıl iki top buraxdı və 0:2 öndə ikən, 2:2-lik bərabərliklə meydandan ayrılmalı oldu. Onunla işimiz yox ki, 1:2 öndə olduğumuz matçın son dəqiqələrində baş hakimin başından böyük səhvi nəticəsində rəqib penalti “qazandı” və bu fürsətdən maksimum yararlandı. Hakim “səhvlərinin” bol olduğu ölkəmizdə, niyə ona “imkan” verməliydik ki, o, da penalti nöqtəsini göstərsin. Məgər üstünlükdən yararlanıb oyunu mərkəzdə və yaxud hücumda davam etdirmək olmazdımı? Özü də rəqib bir nəfər azlıqda qala-qala niyə imkan verməli idik ki, üstümüzə dalbadal hücumlar təşkil etsin”
    Bir baxın, əslində türk ekspert yeni bir şey demir. Bizim həmin yazıdakı fikirləri deyir. Penalti epizoduna şərh vermədən öncə türk ekspert görün nə deyir: “Xəzər Lənkəran” iki top öndə ikən matçı qalib bitirməyə borcluydu” Borcluydu yəni nə etməli idi ki, qalib də bitirəydi. Yəni bu komandanın öz səhvi idi. Komandanın səhvi idisə, deməli, təlimat verənin səhvi idi. Əvəzetmələr səhv yöndən aparılmışdı. Zatən türk mütəxəssisin fikrinin açıqlanması budur. Yəni matçın yönünü niyə bu vəziyyətə gətirirdi ki, komanda, axırı da belə olsun. Bəs biz nə demişik?
    Xahişim budur ki, videoya da təkrar baxasınız sonra bizim, “Üç oyunluq “psixoloji yanacağın” tükənmə qorxusunun DAVAMI!” yazımızı bir də oxuyasınız. Sizin fikrinizə dəstək verənlərə də bu təkrarı eləməyi rica edirəm.

    • Hörmətli Mirhafiz muəllim!.Sizin fikirlərinizlə tam raziyam.12-cioyuncuda duzdu,əksəriyyəti məşqcini və onun əvəzetmələrini tənqid etməklə təhqirədə yol acirdilar.Sadəcə mən oyuna tamam başqa cur yanaşmişam.M.Dənizlinin hələ hakim özbaşnaliqlardan xəbərsiz olduğunu,zədəli oyuncularin məcburi dəyişiliklərini, fiziki hazirliğin 90-dəqiqəyə catmağini önə cixartmağa calişmişam.Və qətiyyətlə təhqirin əleyhinə olduğumu deməyə calişmişam.Bu videogöruntuləridə hələ saytimizda yayimindan əvvəl başqa saytda izləmişəm.Bir daha deyirəm: Sizin yaziniza şubhə yerim qalmayib və azarkeş kimi soruşulasi sualimda yoxdur.Əgər göstəriş verənlər səhf edibsədə,tezliklə onlari təhqir etməklərinə və butun məqamlarda təhqirin əleyhinəyəm.

      Azərbaycan futbolunun sponsoru haram xəmirdən mayalandiğini məndən və mənimkimilərin coxundan yaxşi bilirsiniz.Rəşad Abdullayevin artistliyinidə bu cempianatda təsaduf olmadiğinida yəqin coxu bilir.M.Dənizli bu cirkinlikləri bir-iki dəfə görməli və özunudə buna hazirlamalidir.Rednik guclu və mən deyərdim ki ,enerjisi bol olan bir mutəxəssis idi.Bu kimi hallari görmuş və bu kimi hallara rəqabət aparan dahi idi.M.Dənizli hələ hec cempianatimizi yaxşi tanimir.Onun enerjisi tukənə bilər ,ən azi yaşi buna imkan verməz.Amma bəs biz azarkeşlər kimə lazimiq?
      Siz yazinizda buna kömək edib,uc oyuna köklənmiş psixoloyi durumdan və sonraki oyunlara bu” yanacağin” qurtarmağindan əsasli olaraq söhbət edib,cixiş yolunu görsətmisiniz.Bir sözlə kamandaya və məşqci heyətə yol görsətməklə dəstək olmusunuz. Mən isə penalti vəziyyətini qabartmaqla futbolumuzun icüzunu görsətməklə yanaşi,təhqirin yolverilməzliyinidə oxucularimiza bildirmək fikrində olmuşam. Sizin və azarkeşlərimizin haqli “göstəriş verənlərin səhfi ucbatindan fikirləri”nidə səmimiyyətlə qəbul edirəm.Təşəkkur edirəm,M.muəllim!

    • Hörmətli Mirhafiz muəllim! Mənim fikrim oyundan sonra 12cioyuncu.info saytinda gedən azarkeşlərə unvanlamişdi.Oyun bitən kimi əksər cayt istifadəciləri M.Dənizlini təhqir etməkdən cəkinmirdi.Mən təhqirin yolverilməzliyinin və M.Dənizlinin hələ cempianatimizda gedən cirkin oyunlardan xəbərsiz olduğunu duşunərək ,bunlari qeyd etmişəm.Sizin fikirlərinizə əsla şubhə etmirəm və soruşmağada sual yeri qoymamisiniz.M.Dənizli bunlari görəndən sonra bu kimi haqsizliqlara qarşi adekvat addim atmalidir.Bu işdə biz ona kömək olmaliyiq.Butun hallarda təhqirin əleyhinəyəm.Sizin və bəzi azarkeşlərimizin haqli iradlarini səmimiyyətlə qəbul edirəm.Təssuf ki ,hazirladiğim yazi texniki səbəbdən silindi və bir daha o fikirlərimi yazmağa həvəsim qalmadi.Onuda deyim ki ,Rednik guclu və prinsipial məşqci idi və enerjili idi.M.Dənizlinin enerjisinin bu kimi haqsizliqlara catib-catmayacağini deyə bilmərəm.Onu deyə bilərəm ki, biz ona dəstək olmaliyiq və ona kömək etməliyik.
      Əgər biz səhfləri təhqirlə catdirsaq (azarkeş şərhlərini nəzərdə tuturam) onda M.Dənizli yox,Rednikdə gəlsə bir şey əldə edə bilmərik.Təşəkkur edirəm!

      • “Xəzər” bizim şahımız,
        Qələbədir, tamahımız.
        Hakim dəlləklik, edir,
        Bəs nədir, günahımız?

        (Ş”er parcasi Bosman.az saytindan göturulmuşdur)

        • Zəfər bəy salam! Sizin təhqirə qarşı olmanız, bizim də dəsti-xəttimizdir. Təhqiri o adam edir ki, özü dəfələrlə təhqir olunmuş olsun və necə deyərlər bu barədə sırtılmış olsun. Qaldı ki, ilk şərhinizə, hansı ki, mən cavab verməli olmuşdum, o şərhinizdən istifadə edib, başqa səmtə getmək istiqaməti var idi ki, bu şansdan da yararlanmaq istəyənlər olmuşdu. Mən sizin necə bir, komandasının əsl və təmənnasız azarkeşi olmanızı çox yaxşı bilirəm. Təşəkkür edirəm!

  6. Salam Alleykum!
    Qardashlar, olan oldu, kecen kecdi. Bundan sonra ne qeder yazsaqda, taqsirkarlari gostersek de xeyri yoxdur. Ancaq komanda 2-ci hissenin sonunda arxayinlashmasinin ve fiziki olaraq catdirmamasinin gudazina getdi. Bundan sonra komanda, bele hallarin olmamasi ucun bu oyundan ders goturmelidir.

  7. ZƏFƏR qardaş, Salam! Bu tamaşanın ssenarisi keçmiş “neftçi”li Ramin Musayev tərəfindən yazılıb. Rejissoru isə hakimbaşı Xaqaniydi. Baş rolları aktyor Əliyar Ağayev və aktrisa Rəşadə Abdullayeva ifa edirdi. Onu da qeyd edim ki, tamaşa çox da yaxşı qurulmamışdı. Baş rolun ifaçıları peşəkar aktyor və aktrisa öz rollarını çox primitiv oynadılar…

  8. Axşaminiz xeyr.Azal ilə oyundan sonra məndə şərh yazmışdım.Belə hadisələrə penaltilərə Türkiyə futbolunda da rast gəlinir.Həmin günki oyunların nəticələrini xahiş edirəm birdə nəzərdən keçirin .Xəzərin oyunu heç-heçə bitməli idi.Ona görə ki əvvəlki dörd oyun artıq nəticəni müəyyənləşdirmişdir.Planlaşdırılmış nəticəni əldə etmək üçün penalti lazım idi.O da son dəqiqədə verildi.Bu da kimlərə qulluq edir hami bilir.

  9. Axsaminiz xeyir beyem bu birinci defedi ki bawimiza bele iw gelir deyerdimki mininci defedi mes qarabagla oyunda duzgun penal idi?

  10. biz bizim rezil futbolumuza gulub doymusken inki turk futbol mutexesisleri bizim futbola baxib gulmekden garinlari agrayib hette deyilenlere gore verlisden sonra onlar ozlerini ayagyoluna gucnen catdiriblar.bu gederde bizim hakimlere gulmekmi olar ay cohalar

  11. Əliyar Ağayevdə heç bir günah görməyin. “Xəzər Lənkəran”la oyunda 50-faiz olan “Neftçi”bazlar, başda PFL R.Musayev və hakimbaşı Xaqani olmaqla “Neftçi”nin hayıfını almalıydılar və aldılar da. Çünki, Lənkəranda qələbədən və əsas heyətinin bir hissəsindən məhrum olan üzdəniraq “flaqman” hələ də özünə gələ bilməyir. Odur ki, dünya futbolunda çox nadir hallarda təsadüf olunan penalti verməklə Əliyar böyüklərinin zakazını canla-başla yerinə yetirdi.

  12. Bu oyun bitən kimi azarkeşlərimizdən bəziləri həyacanla şərh yazmağa sanki tələsirdilər.Bunlar gah kamandamizin məşqcisini gunahlandirir, gahda kamandamizin fiziki gucunun az olmağini önə cixartmağa başladilar.Hec kim penalti epizoduna, həmcinin 68-ci dəqiqədən sonra oynun qirilma səbəbini izah etmir, elə əvəzetmələrin duzgun olmadiğini deyirdilər.Əslində əvəzetmələr məcburi edilmişdir və indidə zədələnən oyuncularin “İnter”lə qarşilaşmaya cixacaği boyuk sual altindadir.Həmin an mən penalti vəziyyətinin yanliş olduğunu dedim və videotəkrari sayta verməyi xahiş etdim.İndi isə artiq Turkiyədədə bu penalti epizodu tənqid olunur.Azərbaycan futbolunun başbiləni Xaqani kimi artistdirsə, onda Rəşad Abdullayev kimi artistikalardan belə səhnə görmək tam məntiqə uyğundur.Kamandamizin haqlari yeyilir amma M.Dənizli öz səviyyəsini qoruyub saxlayir ,daha guclu olmaği tələb edir.Belə bir məşqciyə nalayiq ifadə yaraşarmi?..Ona görə əvvəl duşunub sonra yazmaq lazimdir.Yazib şərhi göndərəndən sonra duşunməyə dəyməz.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*


− 5 = iki